Evqeniya Montixo - qrafinya Teba
III Napoleonun arvadı 5 may 1826-cı ildə Qrenadada, I Napoleonun
ölümündən düz beş il sonra anadan olmuşdur. Enber de-Cen-Armanın nəql etdiyi
kimi, doğum şəhadətnaməsində o, don Kipriano Quzman Palafoks-i-Porto-Karrero,
qraf Teba, markiz Ardalski, İspaniya qrandı ilə Mariya-Manuella de-Kirkpatriki-i-
Qrivenye, qrafinya Teba və markiza Ardalskinin qızı Mariya-Yevqeniya-İqnasi-
Avqustin kimi qeyd olunub. Evqeniya doğularkən, atası hələ qraf Teba titulunu
daşıyırdı. O vaxt ailə başçısı kimi qardaşına məxsus olan qraf Montixo titulunu
onun ölümündən sonra daşımağa başladı. Ailənin əsl familiyası Quzmandır. Bu bir
çoxcəsur və ağıllı dövlət xadimləri vermiş qocaman bir nəsildir.
Qraf Tebanın qızları ağır, lakin sadə tərbiyə almışdılar, belə ki, qrafın əmlakı
o qədər də böyük deyildi. 1834-cü ildə qardaşının ölümündən sonra o, bu titulu
daşıdı və bununla bərabər, yaxşı maddi imkan da qazandı. Elə həmin 1834-cü ildə
İspaniyada, yeni qraf Montixonu arvadını və uşaqlarını Fransaya göndərməyə
vadar edən qarışıqlıqlar başladı. 3 ildən sonra Yevgeniya Palafoks – o zaman elə
çağırılırdı – bacısı ilə birlikdə İsanın Ürəyi müqəddəs monastırına verilir. Ərinin
xəstəliyi haqqında məlumat alan qrafinya Montixo qızları ilə Madridə tələsir və 15
mart 1839 – cu ildə onun ölümündən sonra orada qalmağı qərara alır.
Qoca qrafinya Montixonun Madriddəki salonu ən yaxşılardan biri idi. Ora
siyasi xadimlər də toplaşırdılar. Əlbəttə ki, mərkəzdə qrafinyanın qeyri – adi
gözəllikləri ilə hamının heyrətinə səbəb olan qızları - Fransiska və Yevqeniya
dururdular.
Fransiska
1844-cü
ildə
ispan
zadəganlığının
məşhur
nümayəndələrindən biri qersoq Albuya ərə getmişdi. Bir neçə müddətdən sonra
qrafinya Montixo kraliçanın baş meystri təyin olunur. Tezliklə, sarayda onun
mövqeyi qeyri- mümkün olur. Deyirlər ki, həmin xanımın işvəsi səbəbindən, 1849-
cu ildə o, hər ehtimala qarşı, tutduğu vəzifəsindən imtina edir və qızları ilə Parijə
köçür. Orada o, əvvəllər tanış olduğu məşhurlarla çox asanlıqla yaxın münasibətlər
qurur. Öz-özlüyündə məlumdur ki, qrafinya həm də şahzadə-prezidentin Yelisey
sarayında təşkil etdiyi ziyafətlərdə iştirak edirdi. Elə bu qayda ilə də Lui-Napoleon
Yevqeniya Montixo ilə tanış olur. Ola bilər ki, gənc Montixonun gözəlliyi, gəncliyi
və məlahəti elə o vaxt Napoleonda xoş təsir oyatmışdı. Qapalılıq onun xarakterinin
başlıca cəhəti idi. Heş kim heç bir zaman əminliklə deyə bilməzdi ki, hal-hazırda
onun qəlbində nə gizlənir, ola bilər elə buna görə də, o, tam haqlı olaraq sfinks
ləqəbi almışdı. Hətta 1852-ci ilin noyabr və dekabrında, dövlət çevrilişindən az
əvvəl, gənc qrafinya Montixo anası ilə Napoleonun Fonteblo və Kompenya
qəsrlərində təşkil etdiyi ov, tamaşa və ballara gələrkən, heç kim onun füsünkar qıza
olan zərif diqqətinin əlamətlərini hiss edə bilməmişdi. Doğrudur, o, Yevqeniya ilə
həvəslə danışırdı, lakin bunu onun qəlbinin deyil, ağlının tələbatı kimi qələmə
verirdilər.
1852-ci ilin 21 və 22 noyabrında ümumxalq səsverməsi keçirildi və onunla
başa çatdı ki, 8.140.060 nəfərdən 7.824.189-u imperiyaya, 253.145 isə onun
əleyhinə səs verdi. Dekabrın 1-də senat və qanunverici orqan bu nəticəni prezident
Lui-Napoleona xəbər verdilər, o da həmin an imperator titulunu və III Napoleon
adını qəbul etdi.
Komediya bitdi. Əla proloqu olan və təxminən 20 il davam edən drama
başlandı. Napoleon hökmranlığının ilk günlərindən imperator qismində özünü necə
də cah-cəlalla təmin etdi! 12 yanvar 1853-cü ildə Tülyer sarayında ilk böyük saray
balı təşkil olundu. Qrafinya Montixo qızları ilə, əlbəttə ki, dəvətlilərin arasında
idilər və onun qızı öz gözəlliyi ilə bütün xanımları üstələmişdi. İmperator yalnız 2
kadril rəqs etdi: birini - ledi Kauley ilə, digərini – Yevqeniya ilə...
Həqiqətən də, 10 gündən sonra imperator qanunverici məclisin
nümayəndələrini Tülyeri sarayının taclı zalına toplayaraq, qarşıdakı nigahını elan
etdi. Yevqeniyanın hökmdarəsilli olmaması hamını heyrətləndirsə də bəyənildi:
Yevqeniya o qədər çox gözəl, çox ağıllı, lütfkar və ünsiyyətdə nəzakətlidir ki, kim
isə ona qarşı nə isə desin. 29 yanvar 1853-cü ildə Tülyeri sarayında vətəndaş aktı
imzalandı, növbəti gün isə, Parijdə İsanın Anası kilsəsində mərasim keçirildi.
Yevqeniya həmişə onun yanında olub, onu öz təsirində saxlamağa çalışırdı.
Müasirlərindən biri Klara Çudi onu belə təsvir edir: “Göyçək ispandır, -
Kompyendə ova həsr olunmuş təsvirlərin səhifələrində o deyir,- zərif amazonka
kostyumunda idi və təmizəsilli əndəluz atında oturmuşdu. Uzun, enli, boz
pantalonlu ov paltarında qəşəng və gözəl fiqurasının dartılmış beli daha gözəl
görünürdü. Əlcək geymiş balaca əllərindən biri ilə yüyəni saxlayır, digəri ilə
məlahətli atı, tutacağı həqiqi mirvari ilə bəzənmiş kiçik çubuğun köməyi ilə
qovurdu. Ayaqlarında isə yüksək kabluk və mahmızla təchiz olunmuş lak çəkmə
var idi. O, atda yəhərsiz kavalerist kimi oturmuşdu Uzun hörükləri gözəl dəvəquşu
lələkləri ilə bəzədilmiş və brilliant sancaqla bərkidilmiş şlyapanın altında idi və
havada yellənirdi. Onun alovlu gözləri parıldayır, dodaqlarında oynayan valehedici
gülüşü, demək olar ki hər zaman, gözəl dişlərinin iki cərgəsini göstərirdi.”
Yeri gəlmişkən, qeyd edək ki, Kompyen şənliklərinin birində lotereya təşkil
olunmuşdu və Yevqeniya onda zümrüd bəzək sancağı udmuşdu. Bu sancağı o,
talisaman kimi Napoleonun ölümünə qədər həmişə özündə gəzdirirdi. Dul
qaldıqdan sonra o, bütün zinət əşyalarını, o cümlədən, sancağı da çıxartdı; lakin
onun oğlu zulusların vilayətinə gedəndə, harada ki, öldürüldü, o, sancağı yenidən
taxdı. Oğlu öləndə, Yevgeniya bu dəyərli əşyadan həmişəlik əl çəkdi, görünür ki,
öz talisman adını doğrultmurdu və nəticədə, onu rəfiqəsi və bacısı qızı hersoqinya
Muşiyə bağışladı.
Arzularının ali məqsədinə çatan Yevqeniya bütün varlığı ilə hakimiyyətin
cazibəsinə və bəzək ehtirasına hakim kəsildi. Toy münasibəti ilə Parijin
emalatxanalarında onun üçün 24-dən az olmayaraq paltar sifariş verildi. Onların
sırasında ağ ipəkdən, krujevalarla zəngin 3 səhər paltarı, al qırmızı rəngli,
muardan tikilmiş bəzəkli və ağ lələkli paltar, qırçın və ağ lələkli yaşıl tualet, qızılı
naxışlı və parıltılı ağ tikməli məxmər paltar var idi. Vətəndaş aktı sakit xarakter
daşıyırdı. Anasının, ispan səfirinin, özünün saray heyətinin və Napoleonun baş
təşkilatçısının müşayəti ilə, Yevqeniya doqquzun yarısında Tülyeri sarayına getdi,
burada onu Napoleonun yanına aparmaq üçün gözləyirdilər. O, krujevalarla
bəzənmiş ağ atlas paltarda idi. Boynunda 2 sap mirvari var idi, saçlarını çiçəklər
bəzəyirdi. Mərasimdə iştirak etmək üçün 1000 nəfər dəvət olunmuşdu. Kontrakt
imzalandıqdan sonra hamı teatr zalına yollandı, burada Oberin musiqi bəstələdiyi
kontata ifa olundu. Saat 11-də imperator öz otağına çəkildi, Yevqeniya və qrafinya
Montixo isə nişan ilə nigah arasında olan müddətdə yaşadıqları Yelisey sarayına
getdilər.
Növbəti gün, deyildiyi kimi, kilsə mərasimi oldu, hansi ki, öz dəbdəbəsi və
gözəlliyi ilə I Napoleon zamanından Parijin bütün gördüklərini üstələdi. On ikinin
yarısına yaxın Yevqeniya Tülyeri sarayına yollandı. Ondan solda anası oturmuşdu.
Eleqant tualetin sayəsində gəlinin gözəlliyi daha aydın nəzərə çarpırdı. Bu tualet
Lüttix şəhərinin toy hədiyyəsi - krujevalardan ibarət qiymətli örtüyü olan ağ
məxmər, bənövşələrlə toxunmuş paltar idi. Belində brilliant kəmər, başında
Mariya-Luizanın toy günü daşıdığı tac başlıq var idi. Başlığa krujevalı pambıq və
çəhrayı çiçəklərdən çələng bərkidilmişdi. Brilyantlarla səpələnmiş krujevalarda
özünü imperatorun əlinə dayayaraq, Yevgeniya Arxuyepiskopun və ruhanilərin
dalınca kilsədən çıxdı. Bu, güllər, tikanlar səpilmiş uzun yolun başlanğıcı idi, o
yol ki, taxt-taca, oradan sürgünə, qeyri-müəyyənliyə, kədərə və təkliyə aparırdı...
İndi artıq dağıdılmış, arxitektura cəhətdən qeyri-münasib Tülyeri sarayı çar
cütlüyünün tələblərinə cavab verirdi və onun divarlarından, demək olar ki, heç
zaman şən gülüş və musiqi sədaları əskik olmurdu. Bu böyük qəribə sarayın
mərkəzində böyük, açıq pilləkən ucalırdı, hansı ki, otaqlara aparırdı və kral -
vətəndaş Lüdovik-Filipp bundan o qədər razı idi ki, yaxın dostlarından belə
utanmadan soruşurdu: “Mənim pilləkənimə məftun olmusunuzmu? ” III Napoleon
Tülyeri sarayını özünün iqamətgahı etdikdə, qəbul axşamlarında bu pilləkənin hər
pilləsində imperator leyb-qvardiyasının bir qvardiyaçı fiquru donurdu. Bütün qışı
və yazın bir hissəsini imperator imperatriça ilə bu sarayda keçirdi. Bayramlar,
naharlar, konsertlər, ballar, tamaşalar – bütün bunlar başgicəlləndirici sürətlə
dəyişirdi. Bazar ertəsi ailə ziyafətlərinə həsr olunurdu, hamısında bütün korsikalı
qohumlar- Pokavidjine, Qabrielli, Primoli, Baçoki iştirak edirdi. Gənc, gözəl
şahzadə Borqeze də burada olurdu, hansı ki, xüsusi məhəbbətlə öz dostlarına bağda
onun adını daşıyan imarətləri, Yevgeniya heykəlini göstərirdi.
Varis şahzadə Lulunun 12 yaşı tamam olanda onu bu ailə həftəliklərinə cəlb
etməyə başladılar. Zavallı Luluya bunlar cansıxıcı gəlirdi və o, darıxırdı.
Xoşbəxtlikdən, bunlar uzun çəkmirdi, belə ki, mətbəx mədəniyyətinə meyilli
olmasına baxmayaraq, Napoleon mas arxasında çox oturmağı sevməzdi və bir
saatdan sonra adi halda, tütün çəkilən otağa gedirdi. İmperatriça belə, tək qalırdı.
Napoleon da, Yevgeniya ya musiqini az anlayırdılar; lakin monarxlar hər yerdə var
və onlar həmişə incəsənəti himayə etmişlər, buna görə də, Tülyeri sarayının
həftəliklərinə Patti, Karvalyo, yenor Kapul kimi musiqi incəsənəti sahəsində az çox
tanınan məşhurlar təşrif buyururdular. ..
Cəmiyyətin ən yaxşı nümayəndələri buna öz dövlətlərini, ağıllarını və dəqiq
zarafatlarını gətirirdilər. Etiket qaydaları Kral – vətəndaş Lüdovok-Filippin
dövrünə tam zidd idi, o vaxt ki, saraya əllərində çətir gəlir və baldan sonra həmin
zalların parketində çəkmələri ilə gətirdikləri çirk izləri qalırdı. Kişilər ağ
kaşemirdən olan dar şalvarda, ağ ipək corabda, itiuclu çəkmədə və qara frakda
gəlməli idilər. Hərbçilər, əlbəttə, mundirdə olurdular. Hər şey fırlanır, gülür,
zarafatlaşırdı. Hamı hiss edirdi ki, Fransa böyük keçmişinə qayıdır, hansı ki,
təəssüflər olsun, gələcəyi yox idi.
Yevgeniyanın hökmran olduğu Napoleonun möhtəşəm bayramları haqqında
təxmini təsəvvür yaratmaq belə çətindir. Həmin suyasi xadimlərin qrupu. Burada,
məşhur artist Raşelinin yaxın dostu qraf Valevski ilə tez-tez gözəl söhbətlər aparan
solğun, keçəl, lakin maraqlı hersoq Morni diqqəti cəlb edir. Hamının diqqətini
özünə cəlb edən nəhəng proyektlərin müəllifi, özünün tikintiyə olan həvəsi ilə
Pariji dünyanın ən gözəl şəhərlərindən birinə çevirən Qausman. Yeni ad almış
Hersoq Persini ilə gəzişən marşal Manyan, hansı ki, xidməti siyahısında heç bir
qəhrəmanlıq yox idi, bundan başqa o nə etmişdi, küçə qarışıqlıqları zamanı kütləyə
sadəcə atəş açmağı əmr etmişdi. Neçə adlar, neçə titullar! Budur, valsın
burulğanında amerikan müstəmləkisinin ulduzu miss Slidelin cazibəli fiquru gəlir,
onun ardınca Baron Qausmanın zərif qızı əla cütlük yaradan və ümumi heyrət
doğuran öz kavaleri - imperatriçanın ştalmeystri, sonradan Adelina Pattinin əri,
markiz de-Ko ilə. Budur, zal ilə dövr edən gözəl Purtales, buruqsaç Qallife, gənc
hersoginya Elxingen ( Sesiliya Geynenin qəbul etdiyi qızı), ərinin ölümündən
sonra 1884-cü ildə hersoq Rivoliyə ərə getmişdi. Budur, hersoginya Malakov
sonradan nazir olmuş və çoxlu islahatlar aparmış Dürri ilə kənarda dayanıb.
Hersoginya üç marşaldan biri, Napoleon döyüşlərində qələbə qazandıqdan sonra
döyüşün şərəfinə titul kimi adlandırılan marşal Pelisyenin arvadı idi ( Marşal Mak-
Maqon hersoq Manjenti, general Montoban – qraf Palikao titulu almışdı). Və
çoxlu-çoxlu başqa gözəl kavalerlər və xanımlar, xüsusən də, pis niyyətlilərin
dediyi kimi, ərlərinin onları ödəməyə imkanı çatmadığı üçün Porte-Janue və ya
Armenonvilds pavilyonunun kabinetlərində hansısa dostlarl tərəfindən haqqı
ödənilmiş bahalı paltarları göz oxşayan xanımlar...
Günlər beləcə keçirdi. 1867-ci ilin nümayişi bir sıra silsilə təmtəraqlı
bayramların keçirilməsinə yeni bəhanələr verdi, harada ki, rus çarı, prussiya və
italiya kralı, fars şahı və Uels şahzadəsi iştirak edirdi; lakin bunlar artıq sonuncu
idi. Havada inqilabın yaxınlaşması hiss edilirdi. Napoleon dövrünün şəfəqi
sönməyə başladı. Ölüm Napoleonun həqiqi dostlarını bir-bir apardı. O öz
hakimiyyətinin köhnə düşmən üzərində dəbdəbəli qələbəsini qeyd etmək
arzusunda olduğu zaman, özünü Sedan divarlarının tələsində gördü. Az əvvəl
dünyanı öz adı ilə narahat edən imperatriça Yevgeniya rüsvayçılıqla qaçdı. Məhv
olmuş imperiyanın qalıqları üzərində respublika rejimi quruldu. Hər şey yeni
şəkildə davam etdi...
(davamı var...)
Dostları ilə paylaş: |