İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə28/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   24   25   26   27   28   29   30   31   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

başdan-başa  rəzalətdir.  Mən  bu  biçarə  vermişel  fabrikantının  başına 



nələr gəldiyini yaxşıca təsəvvür edirəm. Yaxşı yadımdadır, həmin bu 

Forio... 

-

 

Madam, yəqin, siz Qorio demək istəyirsiniz... 



-

 

Yaxşı,  Morio  olsun.  Həmin  bu  Morio  inqilab  dövründə  sek-



siya*  rəhbərlərindən  biri  idi.  O,  məşhur  aclığın  gizli  səbəblərini 

bilirdi. Həmin bu zamanlar  o, unu aldığından on qat artığa satmaqla 

öz  sərvətinin  binasını  qoymuş  oldu.  Çoxlu  un  tədarük  etmişdi. 

Nənəmin mülkünü idarə edən ona böyük məbləğdə un satardı. Norio, 

əlbəttə,  öz  qazanclarını  ictimai  qurtuluş  komitəsi*  ilə  bölüşdürərdi. 

Yadımdadır,  nənəmin  mülkünü  idarə  edən  onun  öz  Qranvilye 

mülkündə  tamamilə  rahat  yaşaya  biləcəyini  söylərdi:  taxıl  onun 

etibarlı  adam  olduğunu  gözəlcəsinə  sübut  edirdi.  Həmin  bu  Lorio 

başkəsənlərə taxıl satarkən ancaq bir şey düşünürdü: deyildiyinə görə, 

o, öz qızlarına pərəstiş edir. Bir qızını qraf de Restoya arvad eləmiş, o 

birini  baron  Nusingenə  ötürmüşdü.  Nusingen  hələ  o  zaman  varlı  bir 

bankir  idi,  özünü  royalist  kimi  qələmə  verirdi.  Təbii  şeydir  ki, 

imperiya dövründə kürəkənlər üçün doxsan üçüncü il nümunəsi olan 

qayınatalarını  öz  evlərinə  buraxmaq  o  qədər  də  mənfəətli  deyildi. 



Buonaparte

nin  vaxtında  bu  hələ  mümkün  şey  idi,  lakin  Burbonlar 

hakimiyyətə  qayıtdıqdan  sonra  Resto  üçün  və  xüsusilə  bankir  üçün 

artıq  bu  qoca  bir  yük  olmuşdu.  Bəlkə  də,  qızlar  öz  atalarını  hələ  də 

sevirmişlər,  hər  halda,  istəyirdilər  ki,  qurdların  da  qarnı  doysun, 

quzular  da  sağ-salamat  qalsın,  yəni  onlar  həm  ərlərini,  həm  də 

atalarını  sakit  etmək  fikrində  idilər.  Onlar,  evlərində  heç  kəs 

olmayanda  Qorionu  qəbul  edərdilər.  Onlar  atalarını  məhəbbət 

bəhanəsi  ilə  qəbul  edərdilər.  “Atacan,  evdə  heç  kəs  olmayacaq, 

gələrsiniz,  vaxtımızı  yaxşı  keçirərik”  kimi  bəhanələr  gətirərdilər. 

Məncə, əzizim, həqiqi hisslərin öz ağlı, öz gözləri var, odur ki zavallı 

qocanın  ürəyindən  qara  qanlar  axırdı.  O,  öz  qızlarının  ondan 

utandığını  görür,  qızları  öz  ərlərini  sevdikləri  üçün  o,  kürəkənlərinə 

əngəl olduğunu hiss edirdi. Nəhayət, fədakarlıq göstərmək vaxtı gəlib 

çatdı: o, öz-özünü qızlarının evindən sürgün etdi, qızları isə onun bu 

işindən razı qaldılar. Bunu görən ata doğru hərəkət etdiyini anlamışdı. 

Bu  surətlə  atanın  və  qızların  iştirakı  ilə  ailə  cinayətinin  əsası 

qoyulmuş oldu. Bu cür hadisələrə biz hər addımda rast gəlirik. Məgər 

bu Dorio ata qızlarının salonunda bir yağ ləkəsinə bənzə 

86 


downloaded from KitabYurdu.org


məzdimi?  Zatən  onun  özü  vəziyyətindən  darıxacaq  və  xiffət  çəkə-

cəkdi. Atanın başına gələn bu fəlakət bütün varlığı ilə bir kişini sevən 

qadının  da  başına  gələ  bilər:  qadın  öz  məhəbbəti  ilə  kişini  bezik-

dirirsə, kişi yaxasını qurtarmaq üçün onu tərk edir, alçaq işlərə əl atır. 

Bütün hisslərin taleyi belədir. Qəlblərimiz xəzinədir: onu birdən- birə 

xərcləsəniz,  dilənçi  kökündə  qalarsınız.  Biz  bütün  varlığını  açıb 

göstərmiş olan hisslərə də, bir su pulu belə qalmayan kişilərə də rəhm 

etmərik. Bu ata bütün varlığını öz qızlannın yolunda qoydu. O, iyirmi 

il  ərzində  öz  qəlbini,  məhəbbətini  verdiyi  halda,  bütün  sərvətini  bir 

günün ərzində verdi. Qızlan limonu sıxıb qabığını çölə atdılar. 

Vikontessa  gözlərini  qaldırmadan  şalının  saçaqlarını  əsəbiliklə 

dartaraq: 

-

 

Cəmiyyət nə qədər rəzildir, - dedi. Onun ağrıyan yerinə toxun-



muşdular, hersoginyanın son sözlərinin ona aid olduğunu duydu. 

Hersoginya: 

-

 

Rəzilmi deyirsiniz?.. Xeyr... - deyə cavab verdi. - Cəmiyyət öz 



yoluna davam edir. Bununla mən ancaq onu demək istəyirəm ki, mən 

qətiyyən  cəmiyyət  haqqında  fikrimdə  aldanmıram.  -  Sonra 

vikontessanın  əlini  sıxaraq:  -  Mən  də  elə  sizin  fikrinizə  şərikəm,  - 

dedi.  -  Cəmiyyət  -  uçurumdur.  Biz  yüksək  yerlərdə  dayanmağa 

çalışmalıyıq. 

Hersoginya ayağa durdu və madam de Boseanın alnından öpərək: 

-

 

Əzizim, - dedi, - siz bu gün çox gözəl görünürsünüz. Mən sizin 



üzünüzün rənginə heyranam, buna bənzər heç şey görməmişəm. 

Hersoginya Rastinyaka baxdı, başını xəfifcə əyib, otaqdan çıxdı. 

Ejen gecə qocanın gümüş qabı əzdiyini xatırlayaraq: 

-

 



Qorio ata gözəl adamdır! - dedi. 

Madam de Bosean fikrə daldığından onun bu sözlərini eşitmədi. 

Bir  neçə  dəqiqə  sükut  içində  keçdi.  Zavallı  tələbə  həya  edərək 

susurdu: bilmirdi danışsın, ya çıxıb getsin. 

Nəhayət, vikontessa dilləndi: 

-

 



Kübar cəmiyyət kinli və rəzildir, - dedi. - Başınıza bir müsibət 

gələrsə, dərhal dostlarınızdan biri bu xəbəri hər tərəfə yaymağa, qəl-

binizi  xəncərlə  ovmağa  hazırdır,  siz  də  bu  xəncərin  gözəl  dəstəyini 

seyr etməyə məcbursunuz. Acı sözlər, istehzalar, kinayələr! Yox, mən 

özümü müdafiə edəcəyəm! 

87 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

O, kübar xanım vüqarı ilə başını qaldırdı, onun məğrur baxışın-



dan ildırım çaxdı. 

Ejeni görərək: 

-

 

Ah, siz buradasınız! - dedi. 



Ejen zavallı səslə: 

-

 



Bəli, hələ buradayam! - deyə cavab verdi. 

-

 



İndi  mənim  sözümə  qulaq  asın,  cənab  de  Rastinyak.  Siz  bu 

cəmiyyətlə  istədiyiniz  kimi  rəftar  edə  bilərsiniz.  Siz  müvəffəqiyyət 

qazanmaq niyyətindəsiniz, mən sizə kömək edərəm. Qadın rəzalətinin 

bütün  dərinliyini  öyrənin,  kişilərin  rəzil  şöhrətpərəstliyinin  nə  qədər 

geniş  olduğunu  dərk  edin.  Mən  şəxsən  kübar  cəmiyyət  kitabını 

diqqətlə  mütaliə  etmişəm,  bununla  belə,  bəzi  səhifələrindən  bixəbər 

olduğum anlaşılır. Artıq mən hər şeyi bilirəm: siz nə qədər soyuqqanlı 

hərəkət  etsəniz,  bir  o  qədər  qabağa  gedərsiniz.  Zərbələrinizi 

amansızcasına  vurun,  o  zaman  hamı  sizin  qarşınızda  titrəyəcəkdir. 

Kişilərə və qadınlara poçt atı nəzəri ilə baxın, rəhm etmədən bu atları 

qovun,  qan-tər  içində  ölənlərə  əhəmiyyət  verməyin,  -  o  zaman  siz 

bütün  arzularınıza  nail  olarsınız.  (Jnutmayın  ki,  sizin  taleyinizdə 

iştirak edən bir qadın olmazsa, siz cəmiyyətdə heç nəyə müvəffəq ola 

bilməyəcəksiniz. Siz elə bir qadın tapmalısınız ki, o həm gözəl, həm 

gənc,  həm  də  zəngin  olsun.  Sizdə  səmimi  məhəbbət  hissi  oyanarsa, 

onu bir zinət kimi elə gizlədiniz ki, heç kəsin fikrinə belə gəlməsin, 

yoxsa  məhv  olarsınız.  Əgər  siz  cəllad  ola  bilməsəniz,  qurbanlığa 

çevrilərsiniz.  Əgər  qəlbinizdə  bir  məhəbbət  doğarsa,  bu  sirri  ən 

müqəddəs şey kimi qoruyun! Qəlbinizi açmaq istədiyiniz adamı bütün 

varlığı  ilə  tanımadan  bu  sirri  ona  açmayın.  Sizdə  hələ  belə  bir 

məhəbbət  oyanmamışdr,  lakin  qabaqcadan  onu  qorumaq  lazımdır, 

cəmiyyətə  inanmamaq  sizin  üçün  dərs  olsun.  Yaxşı  qulaq  asın, 

Miquel (o, səmimi olaraq Ejenin adını yanlış söylədiyini sezmədi), iki 

qızın  öz  atalarını  atmaqdan,  bəlkə  də,  ölümünü  arzu  etməkdən  daha 

dəhşətli  bir  şey  var  ki,  o  da  iki  bacının  rəqabətidir.  Resto  kübar 

ailədəndir, onun arvadını yüksək cəmiyyətdə qəbul edirlər, onu saraya 

belə təqdim etmişlər. Bax buna görə də onun bacısı - gözəl və zəngin 

Delfina,  maliyyə  canbazı  de  Nusingenin  arvadı  Delfina  hirsindən 

özünü  yırtır:  paxıllıq  onu  rahat  yatmağa  qoymur.  Qrafinya  de  Resto 

bacısından  on  qat  yuxarı  qalxmışdır.  Artıq  onlar  bacı  deyillər, 

atalarını rədd etdikləri kimi, bir-birini də 

88 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə