İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə26/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   22   23   24   25   26   27   28   29   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

rədd  edən  əfsanəvi  pərilər  kimi,  mənə  yardım  etməkdən  çəkin-



məzdiniz. 

O, gülərək cavab verdi: 

-

 

Yaxşı, kuzen, yaxşı, mənim sizə nə mənfəətim dəyə bilər? 



-

 

Mən  özüm  belə  bilmirəm.  Sizinlə  elə  uzaqdan-uzağa  qohum 



olmaq  özü  də  səadətdir.  Siz  məni  utandırdınız,  mən  nə  deyəcəyimi 

belə unutdum. Siz mənim Parisdə tanış olduğum yeganə xanımsınız. 

Ah,  mənim  sizin  məsləhətinizə  nə  qədər  böyük  ehtiyacım  olduğunu 

bilsəydiniz... Sizin qanadlarınız altına sığınmaq istəyən və sizin üçün 

ölümə  belə  getməyə  razı  olan  zavallı  bir  uşaq  kimi  məni  himayə 

etməyinizi xahiş etmək istərdim. 

-

 

Siz məndən ötrü adam öldürə bilərdinizmi? 



-

 

Lap ikisini öldürərdim. 



Vikontessa yaşaran gözlərini gizlədərək: 

-

 



Siz,  doğrudan  da,  uşaqsınız,  -  dedi.  -  Mənə  elə  gəlir  ki,  siz 

səmimi sevə bilərdiniz! 

O, başını silkələyərək: 

-

 



Ah, doğru buyurursunuz! - deyə bağırdı 

Vikontessa  isə  bu  cavaba  görə  şöhrətpərəst  tələbəyə  qarşı 

qəlbində  bir  hüsn-rəğbət  duydu.  Cənublu  gənc  ömründə  birinci  dəfə 

hər  şeyi  ölçüb-biçib  hərəkət  edirdi.  Ejen  qrafinya  de  Restonun  mavi 

buduarı ilə  madam de Boseanın açıq-qırmızı salonu arasında olduğu 

müddətdə  Paris  hüquq  elminin  üçillik  kursunu  keçə  bilmişdi.  Bu 

kursdan bəhs edilməsi də, hər halda, belə yüksək cəmiyyətdəki hüquq 

elminin  məğzini  təşkil  edir,  yaxşı  mənimsənildikdə  və  məharətlə 

həyata tətbiq edildikdə isə bunun sayəsində hər şeyə müvəffəq olmaq 

mümkündü. 

Ejen dedi: 

-

 



Ah,  yadıma  düşdü!  Sizin  evinizdəki  balda  qrafinya  de  Resto 

mənim xoşuma gəlmişdi. Bu gün səhər onun evində idim. 

Madam de Bosean gülümsəyərək: 

-

 



Yəqin ki, siz ona çox mane olmuşsunuz, - dedi. 

-

 



Əlbəttə, mən nabələd adamam və siz mənə kömək etməsəniz, 

mən hamını özümə düşmən edərəm. Mən belə zənn edirəm ki, Parisdə 

heç  kəslə  vaxt  keçirməyən  gənc,  gözəl,  zərif  və  varlı  bir  xanıma 

təsadüf  etmək  mümkün  deyildir.  Halbuki  mənim  belə  bir  qadına 

ehtiyacım var. Mən elə bir qadın istərdim ki, siz qadınların, 

80 


downloaded from KitabYurdu.org


məharətlə  təlim  edə  bildiyi  həyat  dərsini  mənə  öyrətsin.  Mən  hər 

yerdə  qraf  de  Tray  kimilərinə  rast  gələcəyəm.  İndi  sizin  yanınıza 

gəlməkdə  məqsədim  də  bir  müəmmanı  mənə  aydınlaşdırmağı  və 

orada  necə  axmaqlıq  törətdiyimi  izah  etməyi  sizdən  xahiş  etməkdir. 

Mən onun yanında söhbət açıb... 

Jak, Ejenin sözünü kəsərək: 

-

 

Hersoginya de Lanje gəlmişdir, - deyə xəbər verdi. 



Tələbə çox təəssüf etdiyindən, üzünü turşutdu. 

Vikontessa pıçıltı ilə Ejenə dedi: 

-

 

Əgər  siz  müvəffəqiyyət  qazanmaq  istəyirsinizsə,  hər  şeydən 



əvvəl, sadə və səmimi olmayın. 

Vikontessa ayağa durdu və hersoginyanı qarşılayaraq: 

-

 

Ah,  mənim  əzizim,  xoş  gördük!  -  dedi.  Sonra  onun  əlini,  öz 



bacısını  qarşılayırmış  kimi,  səmimiyyətlə  sıxdı.  Hersoginya  da 

məhəbbətlə vikontessanı öpdü. 

Rastinyak öz-özünə: 

“Bax  bu,  iki  səmimi  rəfiqədir,  -  dedi.  -  İndi  mənə  iki  qadın 

himayə  göstərəcək.  Onların  zövqü  də  bir-birinə  oxşamalıdır.  Buna 

heç şübhə ola bilməz ki, hər ikisi mənimlə maraqlanacaq”. 

Madam de Bosean soruşdu: 

-

 



Əzizim  Antuanetta,  sizi  görməkdə  mən  hansı  bir  xoş  arzuya 

minnətdaram? 

-

 

Sadəcə, bir şeyə: mən markiz d’Ajuda-Pintonun cənab de Roş- 



fidin evinə daxil olduğunu görüb, sizi evdə tək tapacağımı düşündüm. 

Hersoginya  bu  məşum  sözləri  söylərkən  madam  de  Bosean 

dodaqlarını  gəmirmədi,  yanaqları  qızarmadı,  baxışında  heç  bir  şey 

dəyişmədi, hətta üzü belə, sanki, işıqlandı. 

Hersoginya Ejenə doğru dönərək əlavə etdi: 

-

 



Əgər mən sizin məşğul olduğunuzu bilsəydim.. 

Vikontessa: 

-

 

Bu,  mənim  qohumum  müsyö  Ejen  de  Rastinyakdır,  -  dedi.  - 



Monrivodan  heç  xəbəriniz  vardırmı?  Dünən  Serizi  mənə  deyirdi  ki, 

onu  heç  yerdə  görmək  mümkün  deyildir.  O,  bu  gün  sizin  yanınıza 

gəlməmişdi ki? 

Hersoginya  hiss  etdi  ki,  bu  sualın  ucu  düz  ürəyinə  sancıldı:  o, 

general  Monrivoya  dəlicəsinə  aşiq  olmuşdu,  lakin  onun  herso- 

ginyanı atması haqqında şayiələr gəzirdi. 

81 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Hersoginya qıpqırmızı qızararaq: 



-

 

O, dünən Yelisey sarayında imiş, - dedi. 



Madam de Bosean: 

-

 



Görünür, o, xidmətdə imiş, - dedi. 

Hersoginya da gözlərində kin və qəzəblə: 

-

 

Klara,  -  dedi,  -  əlbəttə,  sabah  markiz  d’Ajuda-Pinto  ilə  mad-



mazel de Roşfidin adaxlanacağından xəbəriniz var? 

Zərbə çox qüvvətli olduğundan, vikontessa sapsarı saraldı, lakin 

yenə gülərək cavab verdi: 

-

 



Bu cür dedi-qodularla axmaq adamlar özlərinə təsəlli  verirlər. 

Markiz  d’Ajudanın  Portuqaliyanın  ən  şərəfli  bir  adını  Roşfidə  ver-

məsinin nə mənası var? Roşfidlər dünənki dvoryanlardandır. 

-

 



Doğrudur,  lakin  deyildiyinə  görə,  Bertanın  iki  yüz  min  livr 

gəliri var. 

-

 

Markiz d’Ajuda kifayət qədər zəngindir və belə şeyləri nəzərə 



almaz. 

-

 



Lakin əzizim, madmazel de Roşfid çox füsunkar xanımdır. 

-

 



Eləmi? 

-

 



Bir  sözlə, o, bu  gün Roşfidin  evində  nahar  edir,  nikah  sənədi 

artıq  imzalanmışdır.  Sizin  bu  barədə  az  şey  bildiyinizə  mən  çox 

heyrət edirəm. 

-

 



Siz nə axmaqlıq etmişsiniz, hörmətli cənab? - deyə vikontessa 

Ejendən  soruşdu.  -  Bilirsinizmi,  əzizim  Antuanetta,  bu  uşağı  yenicə 

cəmiyyət  içinə  atmışlar,  bizim  danışdıqlarımızdan  o  heç  nə  başa 

düşmür. Ona rəhminiz gəlsin: söhbətimizi sabah davam etdirərik. Heç 

şübhəsiz,  sabah  hər  şey  məlum  olar,  o  zaman  siz  bu  xəbəri  daha 

əmniyyətlə və açıqdan-açığa hamıya xəbər verə bilərsiniz. 

Hersoginya insanı dərhal əzən və heçə çevirən bir nəzərlə Ejeni 

başdan-ayağa  süzdü.  Hər  iki  xanımın  dostanə  sözlərlə  bir-birini 

sancdıqlarını öz ağlı sayəsində duyan Ejen cavab verdi: 

-

 



Vikontessa,  mən,  özüm  belə  başa  düşmədən,  qrafinya  de 

Restonun qəlbinə xəncər sancmışam. Mənim günahım da ancaq bunu 

bilməməyimdəndir. Sizə birisi tamamilə şüurlu olaraq iztirab verdiyi 

zaman, yenə də onunla görüşürsünüz, hətta ondan qorxursunuz, lakin 

özü  belə  bilmədən  yara  vuran  adama  sarsaq  bir  adam,  heç  kəsə 

mənfəət  verə  bilməyəcək  bir  adam  nəzəri  ilə  baxırsınız,  hətta  ona 

nifrət belə edirsiniz. 

82 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə