İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə23/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   19   20   21   22   23   24   25   26   ...   231

olduqca  əsrarəngiz  görünürdü.  O,  qrafinyanın  sirrini  açmaq  və  bu 

surətlə  təpədən  dırnağa  qədər  parisli  olduğu  görünən  bu  qadının 

üzərində tam hökmranlıq qazanmaq ümidində idi. 

Qraf yenə arvadını çağırdı: 

-

 

Anastazi! 



Qrafinya gənc qrafa xitabla: 

-

 



Ah,  mənim  yazıq  Maksimim,  -  dedi.  -  İtaət  etməkdən  başqa 

çarə görmürəm. Axşama qədər. 

Maksim onun qulağına pıçıldadı: 

-

 



Nazi, penüarınız  açıldığı  zaman  bu  sarsağın  gözləri köz  kimi 

alışıb-yanırdı,  mən  onu  bir  daha  evinizə  buraxmayacağınıza  ümid-

varam. O, sizə eşq elan edəcək, sizi biabır edəcək və sizin xatirinizə 

mən onu öldürməyə məcbur olacağam. 

Qrafinya: 

-

 



Siz  dəlimi  olmusunuz,  Maksim!  Əksinə, bu  cür  tələbələr  çox 

gözəl ildırım sipəri ola bilərlər. Mən, əlbəttə, çalışaram ki, o, qraf de 

Restonun xoşuna gəlməsin. 

Maksim  qəhqəhə  çəkdi  və  qrafinyanın  müşayiəti  ilə  otaqdan 

çıxdı.  Qrafinya  pəncərənin  yanında  dayanıb  onun  ekipaja  əyləşmə-

yinə,  atı  həvəsləndirməyinə  və  qamçını  yelləməyinə  tamaşa  edirdi. 

Qrafinya  de  Resto  ancaq  darvaza  qapıları  bağlandıqdan  sonra  geri 

qayıtmışdı. 

O, içəri girər-girməz, qraf ona xitabla: 

-

 



Bilirsinizmi,  əzizim,  -  dedi,  -  cənab  de  Rastinyakın  ailəsinin 

yaşadığı  mülk  Şarantedə  Verteyyanın  yaxınlığında  imiş.  Qraf  de 

Rastinyakın babası ilə mənim doğma babam tanış imişlər. 

Qrafinya pərişan halda: 

-

 

Mən ümumi tanışlanmız olduğuna şadam, - dedi. 



Tələbə yavaşca: 

-

 



Sizin zənn etdiyinizdən də daha çox ümumi tanışlığımız var, - 

dedi. 


Qrafinya maraqlanaraq: 

-

 



Mecə yəni? - deyə soruşdu. 

Tələbə sözünə davam edərək: 

-

 

Mən bir az bundan əvvəl, - dedi, - sizin yanınızdan bir cənabın 



çıxdığını  gördüm.  Mən  o  cənabla  bir  pansionda,  qapı-qapıya 

yaşayıram. Mənim dediyim şəxs Qorio atadır. 

71 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

“Ata”  təbiri  ilə  bəzənmiş  bu  adı  eşidər-eşitməz,  buxarıda  odu 



qarışdıran  qraf,  əllərini  odda  yandırmış  kimi,  dərhal  maşanı  daşın 

üstünə fırlatdı: 

-

 

Hörmətli cənab, - dedi, - siz, heç olmasa, “müsyö Qorio” deyə 



bilərdiniz. 

Qrafinya  ərinin  əsəbiləşdiyini  görüb,  əwəlcə  saraldı  və  özünü 

itirmiş  kimi  göründü.  Sözlərinə  təbii  ahəng  verməyə  səy  edərək, 

qondarma bir saymazlıqla: 

-

 

Onu sevdiyimiz qədər heç bir kəsi sevmək mümkün deyildir, - 



deyə cavab verdi. 

O,  sözünü  qurtarmadı,  dayanıb  biixtiyar  fortepianoya  baxdı  və 

Rastinyakdan soruşdu: 

-

 



Siz musiqini sevirsinizmi? 

Ejen: 


-

 

Çox sevirəm, - dedi və axmaq bir hərəkət göstərdiyini dumanlı 



şəkildə anladığından, qıpqırmızı qızardı. 

Qrafinya fortepianoya doğru yeriyərək, titrək səslə soruşdu: 

-

 

Siz oxuyursunuzmu? 



Qrafinya  əllərini  qüvvətlə  klavişlərin  üstünə  vuraraq,  pəs  “ut”- 

dan başlamış zil “fa”ya qədər əlini gəzdirdi. 

-

 

Xeyr, madam. 



Qraf de Resto oyan-buyana gəzinirdi. 

Qrafinya: 

-

 

Təəssüf olsun, - dedi, - siz özünüzü müvəffəqiyyətin qüvvətli 



bir vasitəsindən məhrum etmişsiniz. - Sonra isə oxudu: - 

Ca-a-ro, ca-

a-aro, ca-a-a-a-ro, non dubitare!.}

 

Ejen  Qorio  atanın  adını  çəkməklə  də  bir  sehrbaz  kimi  hərəkət 



etmişdi,  lakin  bu  adın  təsiri  “vikontessa  de  Boseanın  qohumu” 

sözlərinin  təsirindən  tamamilə  fərqlənirdi.  O,  nəzakət  göstərərək, 

nadir  şeylər  həvəskarının  otağına  yol  açmış,  lakin  ehtiyatsızlıq 

göstərərək  heykəlcikli  şkafa  toxunduğu  üçün  bir  neçə  yaxşı 

yapışdırılmamış  başın  yerə  düşməyinə  səbəb  olan  adamın 

vəziyyətində idi. Ejen utandığından məmnuniyyətlə yerə girə bilərdi. 

Qrafinya  de  Restonun  üzündə  bir  soyuqluq  duyulur,  artıq  laqeyd 

nəzərlərlə baxan gözləri bu fəlakətli tələbənin gözlərindən qaçırdı. 

1

 

1



 

Əzizi

m, 

şübhə

lərinə 

downloaded from KitabYurdu.org




Ejen: 

-

 



Madam, - deyə sözə başladı, - sizin qraf de Resto ilə danışmaq 

istədiyinizi görürəm, icazənizlə... 

Qrafinya Ejeni işarə ilə saxlayaraq, tələsmiş kimi: 

-

 



Siz  arzu  etdiyiniz  zaman  gələ  bilərsiniz,  -  dedi,  -  əmin  ola 

bilərsiniz ki, ziyarətiniz mənə də, qraf de Restoya da çox xoşdur. 

Ejen hər ikisinə hörmətlə təzim edərək çıxdı. Qraf de Resto onun 

arxasınca  gəldi  və  Ejenin  etirazına  baxmayaraq,  onu  dəhlizə  qədər 

ötürdü. 

Qraf Morisə dedi ki: 

-

 

Cənab Rastinyak nə zaman gəlir-gəlsin, nə qrafinyanın, nə də 



mənim evdə olduğumuzu söyləmə. 

Ejen artırmaya çıxdığı zaman gördü ki, yağış yağır. Öz-özünə: 

-

 

Mən  bu  saat  axmaq  iş  gördüm,  -  dedi,  -  lakin  nə  bunun 



səbəbini  bilirəm,  na  də  əhəmiyyətini  başa  düşürəm.  Hələ  üstəlik, 

kostyumumu  da,  şlyapamı  da  yağışın  altında  isladacağam.  Öz 

guşəmdə  oturub  hüquq  elmini  əzbərləsəydim  və  ancaq  çalışqan 

məhkəmə məmuru olmağı düşünsəydim, daha yaxşı olardı. Mən hara, 

yüksək  cəmiyyət  hara!  Bu  cəmiyyətdə  dolaşmaq  üçün  kab-  riolet, 

par-par  parlayan  çəkmələr,  qızıl  zəncirlər,  səhərlər  isə  altı  frank 

qiymətində  ağ  zamş  əlcəklər,  axşamlar  da  mütləq  sarı  əlcəklər 

lazımdır. Ah, Qorio ata, qoca hiyləgər! 

Ejen  darvazaya  çatdığı  zaman,  bir  az  əvvəl  yenicə  evlənənləri 

gətirmiş  və  sahibindən  bir  neçə  səfərin  pulunu  xəlvətcə  mənim-

səməkdən  başqa  heç  bir  şey  fikirləşməyən  karet  sürücüsü  Rastin- 

yakın frakını, ağ jiletini, sarı əlcəklərini, təmiz çəkmələrini və çətirsiz 

olduğunu görüb, ona işarə ilə qulluq etməyə hazır olduğunu bildirdi. 

Ejeni  boğuq  bir  hiddət  sarsıtdı,  bu  həqiqət  isə  insanı  düşdüyü 

uçurumdan  xilas  olmaq  üçün  yol  tapmaq  ümidi  ilə,  adətən,  daha  da 

dərinlərə sürüldər. Ejen başı ilə işarə edərək, arabaçının təklifinə razı 

olduğunu  bildirdi.  Karetə  mindi.  Karetin  içinə  düşmüş  flör-  d’oranj 

yarpaqları yenicə adaxlanmış adamların səfərini xatırladırdı. 

Artıq ağ əlcəklərini çıxarmış arabaçı: 

-

 



Hara buyurursunuz? - deyə soruşdu. 

Ejen öz-özünə: “İş işdən keçib,  -  dedi,  -  indi  ki uçuruma yuvar-

lanıram, qoy heç olmasa, bir mənfəətim olsun”. CJcadan: 

-

 



De Boseanın evinə sür, - dedi. 

73 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə