İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə22/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   18   19   20   21   22   23   24   25   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

qrafinyadan  ayrılmadı,  onları  təqib  etdi...  Hər  üçü  böyük  qonaq 



salonunun ortasında toplaşdı. Tələbə nifrət bəslədiyi Maksimə maneə 

olduğunu  gözəlcəsinə  başa  düşürdü.  Bununla  belə,  qrafinyanın 

məmnun  qalmamasına  səbəb  olmaqdan  qorxmayaraq,  bu  şıq  gəncə 

mane olmağa qərar verdi. Ejen bu gənci madam de Boseanın balında 

gördüyünü  xatırlayaraq,  bir  an  içində,  Maksimin  qrafinya  de 

Restonun  yanında  nə  rol  oynadığını  dərhal  duymuşdu.  O,  böyük 

axmaqlıqlara, yaxud böyük müvəffəqiyyətlərə səbəb olan bir gənclik 

cəsarəti  ilə  özünə  dedi  ki:  bax  bu,  mənim  rəqibimdir,  mən  onun 

üzərində qələbə çalmaq istəyirəm! 

Düşüncəsiz  gənc!  O,  qraf  Maksim  de  Trayın,  təhqir  edildiyi 

zaman, birinci atəş açdığını və düşmənini öldürdüyünü bilmirdi. Ejen 

təcrübəli  ovçu  olsa  da,  hələ  tirdəki  iyirmi  iki  hədəfdən  iyirmisini 

vurmaq iqtidarında deyildi. 

Gənc  qraf  buxarının  yanındakı  dərin  kresloda  əyləşərək,  elə  bir 

hiddət  və  təəssüflə  maşanı  götürüb  kömürü  qarışdırmağa  başladı  ki, 

Anastazinin  gözəl  üzünü  dərhal  duman  bürüdü.  Gənc  qadın  üzünü 

Ejenə  çevirib,  təəccüb  dolu  soyuq  nəzərlə  ona  baxdı.  Bu  baxış 

tamamilə  aydın  şəkildə  yalnız  bunu  ifadə  edirdi:  “Bəs  siz  nə  üçün 

çıxıb  getmirsiniz?”  Bu  baxışın  mənası  o  qədər  aydın  idi  ki,  yaxşı 

tərbiyə  görmüş  adamlar  dərhal  vidalaşmaq  üçün  söylənilə  biləcək 

ifadələri düşünməyə vadar olardı. 

Ejen xoş təbəssümlə gülümsəyərək, cavab verdi: 

-

 

Madam, mən sizi görmək arzusunda idim, çünki... 



Onun  sözləri  yarımçıq  qaldı.  Qapı  açıldı.  Birdən-birə  içəri  til- 

bürini  sürən  şlyapasız  cənab  daxil  oldu.  O,  qrafinyaya  salam  belə 

vermədən,  qəmli  nəzərlə  tələbəyə  baxdı  və  əlini  Maksimə  uzadaraq, 

Rastinyakı heyrətləndirən bir qardaşlıq ədası ilə “Hər vaxtınız xeyir!” 

dedi.  Əyalət  gəncləri  üçlük  həyatının  bütün  gözəlliklərindən  bixə-

bərdirlər. 

Qrafinya ərini Ejenə təqdim edərək: 

-

 



Müsyö de Resto, - dedi. 

Ejen ehtiramlı bir təzimlə ona cavab verdi. 

Qrafinya, Ejeni qraf de Restoya təqdimlə, sözünə davam edərək: 

-

 



Müsyö  de  Rastinyak,  -  dedi.  -  O,  Marsiyyaklar  vasitəsilə 

vikon-  tessa  de  Boseanın  qohumlarından  sayılır.  Mən  onunla  son 

balda görüşmək şərəfinə nail oldum. 

68 


downloaded from KitabYurdu.org


Qrafinya  bu  sözləri  yalnız  seçmə  adamları  qəbul  etdiyini  sübut 

etmək  istəyən  ev  sahibinə  məxsus  bir  vüqarla,  demək  olar  ki,  təm-

təraqla  söyləmişdi.  “Marsiyyaklar  vasitəsilə  vikontessa  Boseanın 

qohumu” sözləri sehrkar təsir göstərdi: qraf rəsmi, soyuq ədasını tərk 

edərək, Ejeni salamladı və: 

-

 



Sizinlə tanış olmağıma çox şadam, - dedi. 

Qraf Maksim de Tray belə təşvişli bir nəzərlə Rastinyaka baxdı 

və dərhal həyasız görünüşü dəyişdi. Amiranə bir şəxsin adının çəkil-

məsi  sayəsində  sehrbaz  əlinin  təması  ilə  cənublu  gəncin  beynindəki 

otuz  qutunun  hamısı  birdən-birə  açılaraq, hazırlanmış mahiranə  söz-

ləri  yenə  Ejenə  qaytardı.  Onun  üçün  hələ  məchul  olan  yüksək  Paris 

cəmiyyətinin  havasını,  sanki,  birdən-birə  günəş  işıqlandırdı. 

“Vokenin  evi”,  Qorio  ata  onun  fikirlərindən  çəkilərək,  uzaqlarda 

gözdən itdi. 

Qraf de Resto: 

-

 

Mən  Marsiyyaklar  nəslinin  sona  çatdığını  zənn  edirdim,  - 



dedi. 

Ejen: 


-

 

Bəli, - deyə cavab verdi. - Mənim babamın qardaşı şevalye de 



Rastinyak,  de  Marsiyyak  nəslinin  son  nümayəndəsi  ilə  evlənmişdi. 

Onun  ancaq  bir  qızı  olmuşdu  ki,  o  da  madam  de  Boseanın  ana 

tərəfindən babası sayılan marşal de Kleramboya ərə getmişdi. Biz bu 

nəslin kiçik xəttindən, yoxsul xəttindənik, çünki babamın qardaşı olan 

vitse-admiral  kral  qulluğunda  hər  şeyini  itirmiş  oldu.  İnqilabi 

hökumət Şərqi Hindistan kompaniyasını* ləğv etdiyi zaman, bizim bu 

kompaniyadan alacağımız borcları tanımaq istəməmişdi. 

-

 



Babanızın  qardaşı  1789-cu  ilə  qədər  “İntiqamçı”  gəmisində 

komandanlıq etmirdi ki? 

-

 

Tamamilə doğru buyurursunuz 



-

 

Elə  isə  o,  mənim  babamı  tanıyarmış:  babam  “Varvik”  gəmi-



sinə komandanlıq edərdi. 

Maksim qrafinya de Restonun üzünə baxdı və xəfifcə çiyinlərini 

çəkərək,  sanki,  bu  sözləri  söyləmək  istədi:  “O,  bu  cənabla  donan-

madan söhbət açarsa, bizim üçün hər şey məhv olar”. Anastazi onun 

baxışındakı  mənanı  sezdi.  Öz  qüvvəsini  bilən  bir  qadın  hökmü  ilə 

gülümsəyərək söylədi: 

-

 

Biz gedək, Maksim, mənim sizdən bir xahişim var. Ağalar, biz 



sizi  “İntiqamçı”  və  “Varvik”  gəmilərində  sərbəst  üzə  bilmək  üçün 

buraxıb getməyə məcburuq. 

69 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qrafinya ayağa qalxdı, irişərək Maksimə hiyləgər bir işarə elədi, 



ikisi də durub buduara doğru getdi. Fransız dilində münasib qarşılığı 

olmayan gözəl bir alman ifadəsi ilə söyləsək, bu bir cüt mor- qanatik 

adam  qapıya  çatar-çatmaz,  qraf,  Ejenlə  söhbətini  kəsərək,  qeyri-

məmnun halda: 

-

 

Anastazi!  -  dedi.  -  Əzizim,  burada  qalsanız,  yaxşı  olardı.  Siz 



özünüz bilirsiniz ki... 

Qrafinya onun sözünü yarımçıq qoyaraq: 

-

 

Bu  saat  qayıdıram,  -  deyə  cavab  verdi.  -  Mənim  ancaq  bir 



dəqiqəlik işim var: Maksimə bir tapşırıq vermək niyyətindəyəm. 

Qrafinya, doğrudan da, tez qayıtdı. Arzu etdikləri kimi yaşamaq 

üçün ərlərinin xasiyyətləri ilə hesablaşmağa məcbur olan bütün qadın-

lar, ərlərinin qiymətli etimadını itirmədən hansı hüduda qədər getmək 

mümkün olduğunu yaxşıca bilirlər və ona görə də heç zaman həyatın 

cüzi  məsələləri  üstündə  ərləri  ilə  toqquşmaq  istəmirlər.  Qrafinya  da 

qraf  de  Restonun  səsini  dəyişməsindən  buduarda  çox  qalmağın 

təhlükəsiz  olmadığını  başa  düşmüşdü.  Bu  maneələrin  yaranmasına 

müqəssir  Ejen  idi.  istər  görünüşü  və  istərsə  hərəkətləri  acıqlı  oldu-

ğunu göstərən qrafinya, Maksimə tələbəni işarə etdi, qraf de Tray isə 

qrafa, onun arvadına və Rastinyaka üz tutaraq kinayə ilə dedi: 

-

 



Siz  ciddi  işlərlə  məşğulsunuz,  mən  sizə  mane  olmaq  istəmi-

rəm, əlvida. 

O, bu sözləri deyib tələsik çıxdı. 

Qraf onun arxasınca bağırdı: 

-

 

Maksim, qalınız! 



Qrafinya isə əlavə etdi: 

-

 



Nahar yeməyə gələrsiniz. 

Qrafinya Ejenlə qrafı ikinci dəfə tərk edərək, Maksimin arxasınca 

birinci qonaq otağına keçdi. O, bu otaqda xeyli qaldı; o, de Restonun 

Ejeni başından rədd edə biləcəyi ümidində idi. 

Rastinyak qrafinya  ilə Maksimin gah qəhqəhə çəkib güldüyünü, 

gah danışdığını, gah da susduğunu eşidirdi. Lakin hiyləgər tələbə qraf 

de  Resto  ilə  şirin  söhbət  açaraq,  ona  mədhlər  söyləyir  və  qrafinyanı 

yenə  görmək  və  onun  Qorio  ata  ilə  münasibətini  aydınlaşdırmaq 

məqsədi  ilə  qrafla  mübahisəyə  girişirdi.  Açıqdan-açığa  Maksimə 

vurulmuş  olan  bu  qadın,  ərinin  başını  tovlayan  və  qoca  vermişel 

fabrikantı ilə gizli əlaqə saxlayan bu arvad, Rastinyakın nəzərində 

70 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə