badəsini son damlaya qədər içməyə, gəndik günahlarına bəraət
qazandıran alicənab ideyaları belə atmağa məcbur olacaqdır. O,
zahirən parlaq görünən, lakin natəmiz bir vicdanın töhmətləri ilə
zəhərlənmiş və əbədi iztirabların, qorxuların bahasına alınmış kiçik
nəşələrlə müşayiət edilən bu həyatın burulğanına düşmüşdü: o,
Labrüyerin* küçə arxında “Pərişan adam” kimi özünə yataq yeri
düzəltmişdi, lakin o da “Pərişan adam” kimi hələlik ancaq paltarını
palçığa bulaşdırmışdı.
Bir dəfə Byanşon, süfrədən qalxdığı zaman, Rastinyakdan
soruşdu:
-
Hə, işlər nə yerdədir? Mandarini öldürdünüzmü?
Rastinyak cavab verdi:
-
Hələ ölməyib, ancaq xınldayır.
Byanşon bu cavabı zarafat kimi qəbul etsə də, zarafat deyildi,
üzun müddətdən sonra evdə ilk dəfə nahar edən Ejen dinməz-
söyləməz xörəyini yeyir və nə isə fikirləşirdi. Şirnini yedikdən sonra
öz otağına çəkilmək əvəzinə, yemək otağında madmazel Tayferin
yanında əyləşdi. Hərdən bir ona mənalı nəzər salırdı. Kirayənişinlərin
bəziləri də hələ süfrədən durmamışdı: kimi qoz sındırıb yeyir, kimi də
otaqda var-gəl edərək başladığı mübahisəni davam etdirirdi.
Axşamlar, adətən, hər kəs kefi istədiyi zaman öz otağına çəkilərdi:
hər şey söhbətin şirinliyindən, yaxud mədənin pis-yaxşı həzm
etməsindən asılı idi. Qışda yemək otağı az-az hallarda saat səkkizdən
əvvəl boşalardı; odur ki kişilərin çoxluğu sayəsində sükut etməyə
məcbur olan dörd qadın bir tərəfə çəkilib yalqız əyləşərdi. O axşam
Votren hara isə getməyə tələsirdi, lakin tələbənin məyusluğu onu
çaşdırdığından getmədi, qaldı, ancaq Ejen onun getdiyini zənn etsin
deyə, tələbənin gözünə görünmə- məyə çalışdı. Votren kirayənişinlər
gedəndən sonra da getmədi, qonşuluqdakı salonun bir tərəfində
gizləndi. O, tələbənin ürəyindəkini kitab kimi oxumuşdu və qəti
dönüş yaranacağını gözləyirdi.
Rastinyakın vəziyyəti, doğrudan da, getdikcə ağırlaşırdı. Ehtimal
ki, bu vəziyyətdən bir çox gənc xəbərdardır. Məhəbbətdənmi,
işvəkarlıqdanmı, hər halda, madam de Nusingen Paris qadın diplo-
matiyasının bütün vasitələrindən istifadə edərək, Ejeni həqiqi ehti-
rasın bütün həsrətlərini çəkməyə məcbur etmişdi. Vikontessa de
Boseanın kuzenini mühafizə etmək üçün özünü cəmiyyət qabağında
159
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
rüsvay etdikdən sonra Delfina yenə də öz ixtiyarını, həqiqətən, Ejenə
verməkdə tərəddüd göstərirdi. Halbuki hamı bu ixtiyarın çoxdan onun
əlində olduğunu zənn edirdi. Delfina bir ay uzunu Rastinyakın
şəhvətini qızışdırdıqdan sonra artıq onun qəlbinə də təsir etmişdi. Bu
dostluğun ilk günlərində Ejen özünü üstün zənn etsə də, bir az sonra
madam de Nusingen, Paris gənclərinin hər birində iki, ya üç kişiyə
kifayət edəcək bütün xeyirli və pis hissləri qızışdırmaqda xüsusi
qabiliyyəti olması sayəsində qalib gəlmişdi. Bəlkə, o, bunu qəsdən
edirdi? Xeyr, qadınlar ən həyasız yalanlarında belə təbii hissə
qapıldıqlarından həmişə səmimi olurlar. Kim bilir, bəlkə də, Delfina
əvvəlcə Ejenin üstün gəlməsinə imkan verdikdən və ona qarşı böyük
hiss bəslədiyini büruzə verdikdən sonra, artıq öz vüqarını
alçaltmamaq fikrinə tabe olaraq, onları bir müddət təxirə salmalı idi.
Ehtiras odunda yanarkən belə öz süqut dəqiqəsini uzatmaq, öz
gələcəyini təslim etdiyi kişinin qəlbini bir daha imtahandan keçirmək
Paris qadınları üçün təbii haldır. Birinci dəfə madam de Nusingenin
ümidləri puça çıxmışdı: gənc və xudbin Marseyə bəslədiyi hiss təhqir
edilmişdi. Onun etibar etməməyə əsası vardı. Sürətli müvəffəqiyyət
Ejeni ədabaza döndərmişdi. Çox ola bilsin ki, hər birinin vəziyyə-
tindən asılı olaraq onun hərəkətlərində duyulan hörmətsizlik Delfi-
nanın da diqqətini cəlb etmişdi. Onu atan məşuqunun qarşısında uzun
müddət alçaldıqdan sonra o, təbii olaraq gənc pərəstişkarının
gözlərində yüksəlmək və özünə qarşı hörmət oyatmaq istəyirdi. Ejen
də Marse ilə onun arasındakı əlaqədən xəbərdardı. Buna görə Delfina
istəmirdi ki, Ejen onun üzərində asanlıqla qələbə çala biləcəyini
düşünsün. Bir sözlə, bir gənc əxlaqsızdan, dəhşətli bir məşuqdan,
onun hərarətli şəhvətpərəstliyindən qurtulduqdan sonra Delfina
məhəbbətin çiçəklənən bağçalarında gəzməkdən böyük həzz alır və
təsəlli tapırdı; o, təbiət mənzərələrini heyran-heyran seyr edir,
ehtizazına uzun-uzadı qulaq asır, bəkarətli küləyin nəvazişlərinə
özünü təslim edirdi. Saxta məhəbbət intiqamını həqiqi məhəbbətdən
alırdı. Təəssüf ki, ilk yalan addımlarının gənc qadın qəlbində bir çox
ətirli çiçəklər tapdadığını kişilər anlamayınca, bu cür mənasız işlər
davam edəcəkdir. Lakin Delfinanın niyyəti nə olur- olsun, o, hər
halda, Rastinyakla oyun oynayırdı, həm də sevildiyinə şübhə
etmədiyindən və qadınlıq əzəməti könlü istədiyi zaman öz
məşuqunun kədərlərinə son qoyacaq dərmanı əlində saxladığından
160
downloaded from KitabYurdu.org
həzz alırdı. Rastinyak isə özünə hörmət bəslədiyindən, ilk döyüşünün
Delfinanın qələbəsi ilə nəticələnməsini istəmir və ovçu ov
mövsümünün açılışı günündə mütləq kəkliyi vurmaq istədiyi kimi, o
da inadla öz ovunu təqib edirdi. Mənliyinin təhqir edilməsi, qorxu,
məyusluq, səmimi, yaxud uydurma ümidsizlik Rastinyakı bu qadına
daha da bağlayırdı. Parisin yüksək cəmiyyəti madam de Nusingeni
ona təslim etdiyi halda, onun müvəffəqiyyətləri tanışlığının birinci
günündə müvəffəq olduğundan irəli getmirdi. Bəzən qadının işvə-
lərində məhəbbətindəki nəşələrdən daha çox sevinc olduğunu
anlamayan Ejen axmaqcasına hiddətlənirdi. Qadının məhəbbətlə
çarpışdığı dəqiqələr Rastinyaka ilk səmərəsini vermişdi: bu meyvə
hələ göy və turş idi, baha qiymətə otursa belə, dadı çox xoş və ləziz
idi. Bəzən Ejen cibinin pulsuz, gələcəyinin isə dumanlı olduğunu
gördükdə, vicdanına rəğmən, Votrenin təlqin etdiyi varlanmaq
imkanını, yəni madmazel Tayferlə evlənməyi düşünürdü. İndi artıq
elə bir zaman gəlmişdi ki, pulsuzluq gur səslə bağırırdı; odur ki Ejen
bəzən Votrenin nüfuzlu baxışlarına təslim olaraq, istər-istəməz
dəhşətli sfinksin hiylələrinin təsiri altına düşməyə başlayırdı.
Nəhayət, Puare ilə madmazel Mişono madam Vokeni və madam
Kutürü yalqız qoyaraq, üst qata qalxdılar. Madam Kutür sobanın
yanında mürgüləyə-mürgüləyə yun əlcəklər hörürdü. Rastinyak bu
otaqda arvadlardan başqa kimsə olmadığını zənn edərək, madmazel
Tayferə mehriban nəzərlə baxdı. Qız başını aşağı saldı.
Viktorina az sükutdan sonra soruşdu:
-
Nədənsə, qəmgin görünürsünüz, cənab Ejen?
Rastinyak cavab verdi:
-
Qəmgin olmayan adam tapılarmı? Biz gənclər, hər zaman
hazır olduğumuz fədakarlıqlar qarşısında güclü, sadiq məhəbbətlə
sevildiyimizi bilsəydik, çox mümkündür ki, qəmgin olmazdıq.
Madmazel Tayfer mənalı nəzərlə Ejenə baxdı.
-
Məsələn, sizi götürək, madmazel Viktorina. Siz bu gün öz
hisslərinizə
əmin
görünə
bilərsiniz,
lakin
heç
zaman
dəyişməyəcəyinizə məsul ola bilərsinizmi?
Zavallı qızın dodaqlarında incə təbəssüm göründü. Sanki, qəl-
bindən doğan bir nur şəfəq kimi onun üzünü işıqlandırdı. Rastin-
yakın özü belə qızın qəlbində tüğyan edən hisslərin şiddətindən
qorxuya düşdü.
161
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |