İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə50/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   46   47   48   49   50   51   52   53   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

cürbəcür  xırda-xuruş  üçün  borca  düşdüyünü  (atamız  heç  zaman  bizi 



korluq  çəkməyə  qoymazdı),  borc  içində  olduğumu  söyləmək  lazım 

gələndə  mən,  doğrudan  da,  cəhənnəm  əzabı  çəkirdim.  Nəhayət, 

ürəklənib,  borca  düşdüyümü  ona  söylədim.  Mənim  öz  mülküm, 

sərvətim vardı, deyilmi? Nusingen özündən çıxdı, onu talan etdiyimi 

söylədi,  ağzına  gələni  danışdı.  Mən  utandığımdan,  az  qala,  yerə 

girdim.  Mənim  bütün  cehizimi  öz  əlinə  keçirdiyindən,  borclarımı 

verməyə məcbur oldu, lakin o dəqiqədən sonra mənim şəxsi xərclərim 

üçün  ayda  müəyyən  miqdarda  pul  ayırdı.  Mən  rahat  yaşamaq  üçün 

ona itaət etdim. Bundan sonra iş belə gətirdi ki, mən sizin tanıdığınız 

bir  şəxsin  mənliyini  oxşamaq  istədim.  O,  məni  aldatsa  da,  onun 

alicənablığına  haqq  verməsəm,  pis  hərəkət  etmiş  olaram.  Bununla 

belə,  o,  məndən  nalayiq  şəkildə  ayrıldı.  Əgər  bir  kişi  bir  qadının 

ayaqları  altına  ehtiyacı  olduğu  zaman  bir  ətək qızıl  tökürsə,  belə  bir 

qadını  onun  atmağa  heç  bir  haqqı  yoxdur:  o,  bu  qadını  əbədi 

sevməlidir. Sizin iyirmi bir yaşınız var, hələ qəlbiniz safdır, gəncsiniz, 

siz  qadının  kişidən  necə  pul  ala  bildiyini  soruşa  bilərsiniz.  Aman 

yarəb,  bizə  səadət  verən  bir  insanla  hər  bir  şeyi  bölüşdürmək  təbii 

deyilmi? Pul yalnız hiss yox olduğu zaman rol oynamağa başlayır. Öz 

taleyini  bir  başqasının  taleyi  ilə  bağladığın  zaman  məgər  bunu 

ömürlük  etmirsənmi?  Həqiqətən,  sevildiyinə  inanan  bir  qadın  heç 

gələcək  ayrılığı  düşünərmi?  Axı  sizlər  bizi  əbədi  sevdiyinizə  and 

içirsiniz,  məgər  bundan  sonra  başqa,  xüsusi  marağınız  ola  bilərmi? 

Ərim  bu  gün  qəti  şəkildə  mənə  altı  min  frank  verməkdən  boyun 

qaçırdığı  zaman  mənim  duyduğum  iztirabları  təsəvvürünüzə  gətirə 

bilərsinizmi?  Halbuki  o,  hər  ay  bu  pulları  öz  məşuqəsi  -  opera 

rəqqasəsinə verir! Mən özümü öldürmək istəyirdim. Başımdan axmaq 

fikirlər keçirdi. Bəzən öz qulluqçumun taleyinə qibtə edirdim. Mən nə 

edə  bilərdim?  Atamın  yanmamı  getmək?  Bu,  divanəlik  olardı.  Biz 

Anastazi  ilə  onu  tamam  qarət  etmişik:  altı  min  frank  versəydilər,  o, 

özünü  belə  satardı.  Mən  onu  əbəs  yerə  məyus  edərdim.  Dərdimin 

şiddətindən  ağlımı  itirmişdim.  Siz  məni  ölümdən  və  rüsvayçılıqdan 

xilas etdiniz. Bunu sizə izah etmək mənim borcum oldu: mən özümü 

sizinlə  yüngül  və  ehtiyatsız  apardım.  Siz  məndən  ayrılıb  gözdən 

itdikdən sonra mən qaçmaq istədim... Hara qaça bilərdim? Bilmirəm. 

Paris  qadınlarının  yarısının  həyatı  budur:  zahirdə  cah-calallı 

göründüyü halda, içərisi dəhşətli 

150 

downloaded from KitabYurdu.org




qayğılarla  doludur.  Mən  şəxsən  məndən  də  bədbəxt  olan  qadınlar 

tanıyıram.  Bu  qadınların  bəziləri  öz  tədarükçülərinə  yalvarırlar  ki, 

saxta  hesab  yazsınlar,  bəziləri  də  ərlərindən  oğurlamağa  məcbur 

olurlar. Bəzi kişilər belə fikirləşirlər ki, beş yüz franklıq şalın qiyməti 

iki mindir, bəziləri də iki min franklıq şalın qiymətinin yalnız beş yüz 

olduğunu zənn edir. Elə qadınlar da vardır ki, təzə paltar almaq üçün 

bir az pul qırpmaq məqsədi ilə öz uşaqlarını acından öldürürlər. Mən 

özümü  belə  alçaq  yalanlarla  ləkələmədim.  Artıq  əzablarıma  son 

verildi. Qoy başqa qadınlar ağalıq etmək üçün öz ərlərinə satılsınlar, 

mən  ki  azadam!  Mən  istəsəydim,  Nusingen  başımdan  qızıl  tökərdi, 

lakin  mənim  üçün  hörmət  bəslədiyim  bir  kişinin  qoynuna  qısılıb 

ağlamaq daha yaxşıdır. Ah, bu axşam de Marsenin mənə satın aldığı 

bir qadın nəzəri ilə baxmağa haqqı olmayacaqdır. 

Delfina göz yaşlarını gizlətmək üçün əlləri ilə üzünü örtdü, lakin 

Ejen  onun  üzünü görmək  üçün  əllərini  ayırdı:  bu  anda onun  üzündə 

ayrı bir gözəllik vardı. 

-

 

Hissləri  pulla  bağlamaq  dəhşətli  şeydir,  deyilmi?  Yox,  siz 



məni sevməyəcəksiniz, - dedi. 

Qadını yüksəklərə qaldıran gözəl hisslərin müasir cəmiyyət quru-

luşunun  yaratdığı  qəbahətlərlə  qarışması  Ejeni  mütəəssir  etmiş, 

sarsıtmışdı.  O,  öz  kədərlərini  bu  qədər  ehtiyatsızlıq  və  sadədilliklə 

büruzə verən bu gözəl qadına valeh olaraq mehriban sözlər söyləyir, 

Delfinaya təsəlli verirdi. 

Delfina dedi: 

-

 



Vəd edin ki, mənim bu etirafımdan mənim əleyhimə bir silah 

kimi istifadə etməyəcəksiniz! 

Ejen cavab verdi: 

-

 



Yox, yox, siz nə danışırsınız! Mən elə adam deyiləm. 

Delfina onun əlini öz əlinə alıb, dərin minnətdarlıq və mehriban 

bir nəvazişlə ürəyinin üstünə qoydu. 

-

 



Mən  sizin  sayənizdə  yenə  azad  və  şadam.  Mənim  həyatımı 

dəmir  bir  əl  əzirdi.  Mən artıq  özümə  heç  bir  şey  sərf  etmədən,  sadə 

həyat  sürmək  istəyirəm.  Dostum,  mən  sizin  üçün  necə  varamsa,  elə 

yaxşıyam,  deyilmi?  -  Sonra  yalnız  altı  min  frank  götürərək:  -  Artığı 

sizdə  qalsın,  -  dedi.  -  Vicdanla  söyləsəm,  mən  sizə  üç  min  borclu 

qalıram, çünki mən sizinlə şərik oynayırdım. 

151 

downloaded from KitabYurdu.org




DÜNYA 

ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ejen həyalı qız kimi pulu rədd etdi. Lakin baronessa israr edirdi: 



“Əgər  siz  mənim  şərikim  olmasanız,  mən  sizə  düşmən  nəzəri  ilə 

baxmağa məcburam”. Ejen pulu götürməli oldu. 

-

 

Qoy bu pul, gələcəkdə uduzsaq, maya olaraq qalsın, - dedi. 



Baronessa sapsarı saraldı: 

-

 



Amandır!  -  dedi.  -  Mən  elə  bundan  qorxurdum.  Əgər  siz 

mənimlə  dost  olmaq  istəyirsinizsə,  and  için  ki,  bir  daha  qumar 

oynamayacaqsınız.  Aman,  yarəb!  Mən  sizi  yoldan  çıxara  bilmərəm! 

İnanın ki, belə olarsa, dərd məni öldürər. 

Onlar  evə  qayıtdılar.  Onun  ehtiyacı  ilə  sərvət  arasındakı  təzad 

Rastinyakı  sarsıtmışdı.  Qulaqlarında  yenə  Votrenin  məşum  sözləri 

cingildəyirdi. 

Baronessa  öz  otağına  girdi  və  buxarının  yanındakı  kiçik  divanı 

göstərərək: 

-

 



Burada  əyləşin,  -  dedi.  -  Mən  çox  çətin  bir  məktub  yazmağa 

məcburam. Mənə məsləhət verin. 

Ejen dedi: 

-

 



Yazmaq lazım deyil. Pulları zərfə qoyun, ünvanı üstündə yazın 

və qulluqçunuzla göndərin. 

Baronessa çığırdı: 

-

 



Vallah,  siz  qiyamətsiniz!  Bax  yaxşı  tərbiyə  almaq  buna 

deyərlər.  -  Sonra  təbəssümlə  əlavə  etdi:  -  Bu,  tamamilə  Bosean 

üslubundadır. 

Rastinyak  getdikcə  ona  məftun  olaraq: “Nə  sehrkar qadındır!”  - 

deyə düşünürdü. 

Ejen  otağa  nəzər  saldı:  burada  hər  şey  zəngin  bir  məşuqənin 

ehtiraslı təmtərağından xəbər verirdi. 

Delfina: 

-

 

Bəyənirsinizmi? - deyə soruşdu və zəngi çaldı. 



-

 

Tereza, bunu özünüz cənab de Marseyə apararsınız və şəxsən 



ona verərsiniz. Onu evdə tapmasanız, məktubu geri qaytararsınız. 

Tereza  otaqdan  çıxarkən  hiyləgər  nəzərlə  Ejenə  baxdı.  Naharın 

hazır  olduğunu  xəbər  verdilər.  Rastinyak  qolunu  madam  de 

Nusingenə uzatdı və onunla birlikdə gözəl yemək otağına daxil oldu. 

Buradakı zinət kuzinasının otağında məftun olduğu zinətin eyni idi. 

152 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə