DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
oxşayan xırda, lakin xoş hisslər keçirirdi. Ejen, gənc qadının onun
tellərinə oğrun nəzərlə baxacağını düşünə-düşünə saçlarına sığal
verdi. O da, bal üçün bəzəkli paltarlarını geyinən gənc qız kimi,
uşaqcasına hərəkətlə bir az əzilib-büzüldü və frakını düzəltdiyi zaman
məftun nəzərlə incə belini süzdü. Öz-özünə: “Əlbəttə, vücudları daha
yaraşıqsız olan gənclər də var!” - dedi. Sonra aşağı düşdü. Artıq hamı
süfrənin ətrafında əyləşmişdi. İçəri girəndə zərif görünüşü haqqında
söylənilən axmaq zarafatlar dolu kimi yağsa da, Ejen tab gətirdi. Ailə
pansionlarında hökm sürən adətlərdən biri də budur ki, səliqə ilə
geyinmiş şəxsə baxdıqda təəccüb edirlər. Orada təzə paltar geyəndə
hər kəs bu barədə bir söz deməyi özünə borc bilir.
Byanşon at muşqurlayırmış kimi ağzını marçıldatdı.
Madam Voke:
-
Lap anadangəlmə per və hersoqdur! - dedi.
Madmazel Mişono soruşdu:
-
Siz qəlbləri fəth etməyəmi gedirsiniz?
Rəssam çığırdı:
-
Quqquluqu!
Muzey məmuru dedi:
-
Zövcənizə salamlar yetirin!
Puare soruşdu:
-
Məgər cənab Rastinyakın zövcəsi var?
Votren məzhəkəli bir yanıltmac kimi, bazar alverçisinin tonu ilə
bağırdı:
-
Zövcə nə zövcə, lap əntiqəsi, dənə-dənə satılır, suda batmaz,
rəngi getməz, qiyməti iyirmi beşdən qırxa kimi, dama-dama, son
dəbdə, yuyular yırtılmaz, yarısı ipək, yarısı kətan, ay alan, ay satan,
diş ağrısı, baş ağrısı, hər şeyin dərmanı Kral Tibb Akademiyası tərə-
findən bəyənilmişdir, üşaq üçün ən yaxşı dərman, başın ağrıyır, iç,
mədən xarab oldu, iç, ayağın bağlıdır, iç, qulağın, gözün ağrıdı, iç!
Sual edirsiniz ki, bu, necə dərmandır, qiyməti iki su? Yox, lap havayı.
Pulsuz satıram. Böyük Moğolun* sifarişlərindən artıq qalıb, bütün
Avropa hökmdarları, Baden hersoqu hələ bunun tamaşasına
gəlmişdir! Buyurun, yol açıqdır. Yolda kassaya dəyərsiniz! Çalğıçılar
gəlsin! Brum-lya-lya, trin-lya-lya, bum-bum! - Sonra isə xırıltılı səslə
əlavə etdi: - Ey, klarnet, düz çalsana! Yoxsa atanı yandıraram!
144
downloaded from KitabYurdu.org
Voke məmnun halda:
-
ValJah, bu, qiyamət adamdır, ömrün boyu onunla
darıxmazsan. Votrenin bu əyləncəli çıxışından sonra, sanki, bir
işarə ilə gur-
layan qəhqəhələr və zarafatlar arasından, Ejen madmazel Tayferin
madam Kutürə tərəf əyilib nə isə pıçıldayarkən, ona tərəf oğrun-
oğrun baxdığını hiss etdi.
Birdən Silviya:
-
Kabriolet gəldi, - dedi.
Byanşon soruşdu:
-
Görəsən, o, harada nahar edir?
Ejen:
-
Cənab Qorionun qızı baronessa de Nusingenin evində.
Bu adı eşidər-eşitməz hamı vermişel fabrikantına tərəf baxdı, o
isə qibtə ilə Rastinyaka baxırdı.
Ejen Sen-Lazar küçəsində zərif üslubda tikilmiş, incə sütunlu,
sadə dəhlizli, Parisdə “sevimli” adlanan evlərdən birinə yaxınlaşdı:
bu, tipik bankir evi idi. Ev çox bahalı şeylərlə dolu idi. Pilləkənlərin
mozaik mərmər meydançalan, gipsdən tökülmə naxışları var idi.
Madam de Nusingen italyan zövqündə işlənmiş və qəhvəxana stilinə
bənzəyən üslubda döşənmiş kiçik salonda idi. Baronessa məyus
görünürdü. Onun öz məyusluğunu hiss etdirməyə çalışması o qədər
səmimi idi ki, Ejen mütəəssir olmaya bilməzdi. Ejen bu gözəl qadını
öz gəlişi ilə sevindirmək ümidində olduğu halda, onu qüssə içində
gördü. Bu qəribə hal Ejenin mənliyinə toxunurdu.
Pərişan halı haqqında zarafatla bir-iki kəlmə söylədikdən sonra
Ejen ciddiyyətlə:
-
Sizin etimadınızı qazanmaq üçün mənim haqqım azdır, baro-
nessa, - dedi. - Ancaq mən sizin səmimiyyətinizə inanıram: əgər sizi
darıxdırıramsa, bunu mənə açıq söyləyə bilərsiniz.
Delfina:
-
Rica edirəm, qalın, - dedi. - Cənab Nusingen evdə nahar
etməyəcək, siz isə getsəniz, mən lap tək qalaram, halbuki qətiyyən
yalqız qalmaq istəmirəm, pərişanlığımı dağıtmalıyam.
-
Bəs sizə nə olmuşdur?
-
Mən bunun səbəbini hər kəsə söyləsəm də, sizə söyləmərəm.
145
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
-
Mənsə bilmək istəyirəm. Belə məlum olur ki, bu sirdə mənim
də bir rolum var.
-
Bəlkə də! Amma yox, ailə davalarıdır, onları qəlbimdə giz-
lətməkdən başqa çarəm yoxdur. Məgər mən sizə o dəfə söyləmə-
dimmi? Mən heç də xoşbəxt qadın deyiləm. Qızıl zəncirlər ən ağır
zəncirlərdir.
Bir qadın bir gəncə bədbəxt olduğunu söylədiyi zaman, bu gənc
ağıllı isə, yaxşı geyinmişsə, cibində min beş yüz frankı varsa, o,
Ejenin düşündüyünü düşünməli və özündən məmnun qalan lovğa
adam olmalı idi.
Ejen:
-
Sizə bundan artıq nə lazımdır? - dedi. - Siz gəncsiniz, gözəl-
siniz, zənginsiniz, sevilirsiniz.
Delfina başını yırğalayaraq, kədərli səslə:
-
Mənim barəmdə danışmaya da bilərik, - dedi. - Bir yerdə
nahar edərik, sonra isə gözəl musiqiyə qulaq asmağa gedərik. - Sonda
o, ayağa durub, nadir təsadüf edilən zərif İran naxışlı ağ kəşmiri
paltarını göstərərək: - Məni bəyənirsinizmi? - deyə soruşdu.
Ejen cavab verdi:
-
Mən istərdim ki, siz bütün varlığınızla mənim olasınız. Siz
cazibədarsınız.
O, acı təbəssümlə:
-
Bu, sizin üçün kədərli qazanc olardı, - dedi. - Burada heç bir
şey sizə bədbəxtliyi xəbər vermir, halbuki zahiri sakit görkəmə
baxmayaraq, mən dərin məyusluq içindəyəm. Bu dərd məni yatmağa
belə qoymur, mən gözəlliyimi də itirəcəyəm.
Ejen etiraz etdi:
-
Yox, yox, bu ola bilməz! Mən sadiq məhəbbətin belə unutdura
bilmədiyi kədərlərin nədən ibarət olduğunu bilmək istərdim.
-
Mən öz kədərimi sizə etibar edib lap danışsaydım, siz məndən
qaçardınız. Sizin mənə bəslədiyiniz məhəbbət yalnız adi bir kişi
eşqbazlığıdır. Əgər məni həqiqətən sevsəydiniz, siz də mənim kimi
naümid olardınız. Mənim sükut etməyə məcbur olduğumu görür-
sünüz. Yalvarıram, başqa şeylərdən söhbət edək. Gedək, otaqlarımı
sizə göstərmək istəyirəm.
Rastinyak buxarının yanındakı balaca divanda madam de Nusin-
genin yanında əyləşərək:
146
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |