İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə44/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   40   41   42   43   44   45   46   47   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Bəli,  bacım  zavallı  atamıza  yaxşı  münasibət  bəsləmədiyinə 

görə  çox  məzəmmətlər  alır.  Halbuki  atamız  bizim  üçün,  həqiqətən, 

müqəddəs  olmuşdur.  Yalnız  cənab  de  Nusingenin  atamla  ancaq 

səhərlər  görüşmək  haqqında  qəti  əmr  verməsi  məni  bu  məsələdə 

güzəştə  getməyə  vadar  etmişdi.  Lakin  sonralar  mən  uzun  müddət 

özümü bədbəxt hiss edirdim. Çox göz yaşı tökürdüm. Kobud izdivac 

toqquşmalarının  nəticəsi  olan  bu  zorakılıq  ailə  həyatımı  bulandıran 

əsas  səbəblərdəndir.  Əlbəttə,  cəmiyyətin  nəzərində  mən  Parisin  ən 

xoşbəxt  qadını  kimi  görünürəm,  halbuki  həqiqətdə  mən  ən  bədbəxt 

qadınam.  Sizinlə  belə  danışdığım  üçün  məni  ağılsız  zənn  edə 

bilərsiniz.  Lakin  siz  mənim  atamla  tanışsınız,  ona  görə  də  mənim 

üçün yad adam deyilsiniz. 

Ejen cavab verdi: 

-

 

Siz heç zaman mənim kimi sizə məxsus olmağı arzulayan bir 



şəxsə rast gəlməyəcəksiniz. Siz qadınlar nə axtarırsınız?  - Rastinyak 

təsirli səslə əlavə etdi: - Səadət! Əgər bir qadın səadəti üçün sevilmək

pərəstiş  edilmək,  bütün  həsrətlərinə,  arzularına,  xəyallarına, 

sevinclərinə,  dərdlərinə  şərik  olan  bir  dosta  malik  olmaq,  könlünü 

bütün  sevimli  nöqsanları  və  gözəl  məziyyətləri  ilə,  xəyanətdən 

qorxmadan  açmaq  və  təslim  etmək  üçün  bir  dost  tapmaq  zərurətsə, 

mənə inana bilərsiniz ki, belə atəşin və vəfalı qəlbi siz ancaq sizin bir 

işarənizlə  ölümə  getməyə  hazır  olan,  onun  üçün  bütün dünya  yalnız 

sizdən  ibarət  olduğuna  görə  cəmiyyəti  tanımayan  və  tanımaq  belə 

istəməyən, xəyalət içində  yaşayan bir gəncdə tapa bilərsiniz. Şəxsən 

özümə gəlincə, mənim sadəlövhlüyümə gülsəniz də, etiraf etməliyəm: 

mən uzaq bir əyalətdən gəlmişəm, çox şeylərə bələd deyiləm, hər vaxt 

təmizürəkli  insanların  içində  gəzib-dolaşmışam.  Burada  məhəbbət 

tapa bilməyəcəyimə əmin idim. Mən təsadüfən kuzinama rast gəldim; 

o,  məni  böyük  səmimiyyətlə  qəbul  etdi.  Onun  sayəsində  qızğın 

məhəbbətin böyük sərvət olduğunu anladım. Gerubino* kimi mən də 

bütün  qadınlara  məftunam,  bütün  qəlbimi  bu  qadınlardan  birinə 

vermək  intizarı  ilə  yaşayıram.  Teatra  girdikdə  sizi  gördüyüm  zaman 

sel,  sanki,  məni  qaldırıb  sizə  doğru  apardı.  Mənim  sizi  nə  qədər 

düşündüyümü  bilsəydiniz...  Lakin  öz  xəyalımda  mən  sizi  bu  qədər 

gözəl  təsəvvür  etməzdim.  Madam  de  Bosean  sizə  uzun-uzadı,  valeh 

nəzərlə baxmağı mənə qadağan 

132 

downloaded from KitabYurdu.org




etmişdir. O, sizin qəşəng al dodaqlarınıza, qar kimi ağappaq üzünüzə, 

mərhəmətli  gözlərinizə  tamaşa  etməyin  nə  qədər  ləzzətli  olduğunu 

bilmir.  Mən  sizə  ağlını  itirmiş bir  adam  kimi  görünə  bilərəm,  ancaq 

bir xahişim var: bu sözləri söyləməyi mənə qadağan etməyin! 

Qadınlar  üçün  ən  xoş  hiss  şirin  məhəbbət  sözlərinə  qulaq 

asmaqdır. Ən ciddi rahibə də bu məhəbbətə cavab vermək iqtidarında 

olmasa belə, dinləməkdən həzz alar. Rastinyak bu başlanğıcdan sonra 

boğuq  səslə  ürəyini  açmaqda  davam  etdi.  Madam  de  Nusingen  ona 

təbəssümləri  ilə  ürək  verir,  knyaginya  Qalatyonun  lojasından 

çıxmajan  de  Marseyə  ara-sıra  nəzər  salırdı.  Rastinyak,  baronun  öz 

arvadını  evə  aparmaq  üçün  gəldiyi  dəqiqəyə  qədər,  madam  de 

Nusingenin lojasında qaldı. 

Ejen baronessaya müraciətlə: 

-

 



Madam, - dedi, - mən hersoginya Karilyanonun balından əvvəl 

sizin hüzurunuza gəlmək şərəfinə ümidvaram. 

Girdə üzündən xatalı hiyləgərlik yağan yoğun elzaslı alman ləh-

cəsi ilə cavab verdi. 

-

 

Madam ki baronessa sizi dəvət etmişdir, əziz bir qonaq olaca-



ğınıza əmin ola bilərsiniz. 

Madam  de  Bosean  artıq  yerindən  qalxmışdı  və  d’Ajuda  ilə 

birlikdə  getməyə  hazırlaşırdı.  Ejen  kuzinası  ilə  vidalaşmaq  üçün 

madam de Boseanın lojasına doğru gedərkən düşünürdü: “İşlərim yağ 

kimi  gedir.  O:  “Siz  məni  sevə  bilərsinizmi?”  sualımdan  o  qədər  də 

qorxmadı.  Artıq  atım  şahə  qalxmışdır,  yəhərin  üstünə  sıçrayıb  çapa 

bilərəm”. 

Zavallı  tələbə  baronessanın  başqa  bir  şeylə  maraqlandığından 

bixəbər idi: baronessa de Marsedən ürəkləri parçalayan son və qəti bir 

məktub intizarında idi. Öz uydurma müvəffəqiyyətinə valeh olan Ejen 

vikontessam  hamının  ekipaj  gözlədiyi  bayır  kolonnadasına  qədər 

ötürdü. 


Ejen  ayrıldıqdan  sonra  portuqaliyalı  gülə-gülə  madam  de 

Boseana dedi ki: 

-

 

Sizin  kuzeni  tanımaq  mümkün  deyil.  O  mütləq  bankı  apa-



caqdır. Bu gənc, ilanbabğı kimi qıvraq tərpənir. Zənnimcə, onu böyük 

gələcək  gözləyir.  Təsəlliyə  ehtiyacı  olan  qadını  onun  üçün  tapmağı 

yalnız siz bacara bilərdiniz. 

133 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Madam de Bosean: 



-  Ancaq,  -  dedi,  -  bu  qadının  ondan ayrılan  şəxsi  hələ də  sevib-

sevmədiyini bilmək lazımdır. 

Ejen  İtalyan  bulvarından  Nev-Sent-Jenevyev  küçəsinə  qədər 

piyada  getdi.  O,  gözəl  xəyallar  içində  çırpınırdı.  O,  vikontessa  və 

madam  de  Nusingenin  lojalarında  oturduğu  zaman  qrafinya  de 

Restonun  ona  diqqətlə  baxdığını  aydın  görürdü.  Bundan  belə  bir 

nəticə  çıxarmaq  olardı  ki,  qrafinyanın  qapıları  onun  üçün  bağlı 

qalmayacaqdır.  Ejen  marşal  Karilyanonun  arvadına  xoş  gələcəyinə 

ümid bəsləyirdi. Bu surətlə yüksək Paris cəmiyyətinin zirvələrində o, 

dörd  mühüm  tanışlıq  qazanmış  olacaqdı.  O,  ümumi  maddi 

mənafelərin mürəkkəb mexanizmində bir çarxdan yapışaraq, maşının 

üst  qatına  çıxmaq  lazım  gəldiyini  anlayırdı.  Nə  vasitə  ilə  bunu  əldə 

etmək mümkün olduğunu dumanlı şəkildə düşünsə də, əsas çarxın bir 

hissəsi  ola  bilmək  üçün  özünü  kifayət  qədər  qüvvətli  hiss  edirdi. 

“Əgər  baronessa  Nusingen  mənimlə  maraqlanarsa,  ərini  necə  idarə 

etməyi  mən  ona  öyrədərəm.  Onun  əri  qızıl  dağlarını  yerindən 

tərpətmişdir,  o,  mənim  birdən-birə  varlanmağıma  kömək  edə  bilər”. 

Ejen bunu özünə açıq söyləmirdi, o, hələ hər bir şeyi nəzərə almaq və 

hesaba götürmək, hər bir vəziyyəti rəqəmlərə keçirmək üçün siyasətçi 

ola  bilməmişdi.  Onun  fikirləri  hələ  pənbə  buludlar  kimi  üfüqdə 

üzürdü və Votrenin ideyaları kimi kobud deyildi, lakin bunlar vicdan 

ocağında  yandırılmış  olsaydı,  qalığı  da  təmiz  olmazdı...  İnsanlar  öz 

vicdanları ilə bu cür sazişlərə girdiklərindən nəslimizin açıqdan-açığa 

qəbul  etdiyi  bir  mənəvi  səfalətə  düçar  olurlar.  Nəslimizin  içində  isə 

şər işlərə güzəştə getməyən və doğru xətdən azacıq əyilməyə cinayət 

kimi baxan açıq- ürəkli, möhkəm iradəli insanlara, Molyerin Alsesti* 

və bir az bundan əvvəl Valter Skottun romanında təsvir edilmiş Cenni 

Dins*  ilə  atası  kimi  sənətkaranə  xilqətləri  vermiş  gözəl  sədaqət 

nümunələrinə az-az hallarda təsadüf edilir. Lakin kim bilir, bəlkə də, 

tamamilə başqa məzmunlu bir əsər də bu dərəcədə dramatik və gözəl 

əsər ola bilər: bu da yüksək cəmiyyətdə dolaşan bir şöhrətpərəstin, bir 

tərəfdən  xarici  ədəb  qaydalarına  riayət  etmək,  o  biri  tərəfdən,  eyni 

zamanda, öz məqsədinə nail olmaq üçün şərdən yaxa qurtarmaq 

134 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə