İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə42/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   38   39   40   41   42   43   44   45   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

belə,  gedərkən  düşünürdü  ki:  “Nə  eybi  var,  hər  şeyə  dözməyə, 



sürünməyə  məcbursan.  Ən  yaxşı  qadın  bir  an  içində  dostluq  pey-

manlarını  pozmağa  və  səni  köhnə  ayaqqabı  kimi  tullamağa  qabilsə, 

başqa  qadınlardan  nə  gözləyə  bilərsən?  Demək,  hər  kəs  özü  üçün 

çalışır.  Doğrudur,  mənim  ona  ehtiyacım  olduğu  üçün  o,  müqəssir 

deyil,  bir  də  onun  evi  hər  kəsin  girməyə  haqqı  olan  bir  dükan  da 

deyil. Votren demişkən, top mərmisi olmaq lazımdır”. 

Bununla  belə,  madam  Boseanın  evində  nahar  etmək  səadəti 

Rastinyakın acı düşüncələrini dağıtdı. Bu surətlə, bir qəzavü- qədərin 

əmri  ilə, sanki, sözləşmiş kimi, həyatının ən kiçik hadisələri onu bir 

yola  sürükləyirdi.  Voke  pansionunda  yaşayan  qorxunc  sfinksin 

müşahidələrinə görə, bu, elə bir yol idi ki, burada, döyüş meydanında 

olduğu kimi, ölmək istəmirsənsə, öldürməyə, aldanmaq istəmirsənsə, 

aldatmağa məcbursan. Burada vicdanı qapı ağzında qoymağa, qəlbinə 

maska  taxmağa,  insanlarla  amansız  bir  oyun  oynamağa  və  nəhayət, 

Lakedemonda*  olduğu  kimi,  zəfər  çələngini  qazanmaq  üçün, 

başqalarının  gözünə  görünmədən,  müvəffəqiyyət  axtarmağa 

məcbursan. 

Ejen  ikinci  dəvə  vikontessanın  yanına  gəldiyi  zaman  artıq  o, 

həmişəki  kimi  mehriban  və  mərhəmətli  görünürdü.  Hər  ikisi  yemək 

otağına  getdi.  Vikont  de  Bosean  burada  arvadını  gözləyirdi.  Bütün 

servizlərdən  cah-calal  yağırdı.  Məlum  olduğu  kimi,  Restavrasiya 

dövründə*  zinət  ifrat  dərəcəyə  çatmışdı.  Vikont  kimi  bir  çox 

gözüdoymuş  adamlar  üçün  yaxşı  xörəkdən  başqa  nəşə  mövcud 

deyildi.  Xörəkpərəstlik  məsələsində  vikont  kral  XVIII  Lüdovik  və 

hersoq Eksar* məktəbinə mənsub idi. Onun süfrəsində iki calal vardı: 

biri  tam  üçün,  o  biri  isə  gözlər  üçün.  Ras-  tinyakın  heyran  gözləri 

qarşısında  belə  mənzərə  birinci  dəfə  açılırdı:  o,  ictimai  vəziyyətin 

cah-calalı  irsən  keçən  bir  evdə  ilk  dəfə  nahar  edirdi,  imperiya 

dövründə  bal  qurtardıqdan  sonra  şam  təşkil  etmək  adət  olmuşdu, 

çünki  istər  xaricdə,  istərsə  də  doğma  yurdda  aparılan  müharibələr 

üçün hərbi adamlar qüvvət toplamalı idilər. Dəb artıq baldan sonrakı 

şam  yeməklərini  ləğv  etmişdi.  Bu nahara  qədər  Ejen  yalnız  ballarda 

olmuşdu.  Sonralar  Ejen  hər  zaman  özünəarxayın  bir  gənc  şöhrəti 

qazanmışdı, halbuki bu arxayınlığı o artıq indidən özündə yaratmağa 

başlayırdı.  Buna  görə  də  Ejen  özünü  itirmədi.  Lakin  coşqun  xəyallı 

gənc, calalla 

126 

downloaded from KitabYurdu.org




düzülmüş süfrədə qəşəng gümüş qablar, zərif şeylər gördüyü, ilk dəfə 

lakeylərin  səssiz  hərəkətinə  məftun  olduğu  bir  zamanda,  hələ  səhər 

məhrumiyyətlə dolu həyat seçmək fikrində olsa belə, bu həyatı gözəl 

həyatdan  üstün  tutacağını  təsəvvür  etmək,  əlbəttə,  çətin  məsələdir. 

Ejenin  xəyalı  onu  bir  anlıq  geriyə,  ailə  pansionu-  na  apardı,  -  o,  elə 

dəhşətə gəldi ki, artıq yanvar ayında pansionu atmaq, yaxşı bir evdə 

yerləşmək, hər halda, Votrendən və onun ağır təzyiqindən qurtarmaq 

üçün and içdi. Parisdə nə qədər gizli və ağlasığmaz səfalət olduğunu 

təsəvvür  edə  bilsəniz,  istər-istəməz  özünüzə  belə  bir  sual 

verəcəksiniz: dövlət hansı xatalı bir fikrə görə Parisdə məktəblər açır, 

gəncləri  buraya  toplayır,  nə  üçün  buradakı  qəşəng  xanımlar  hörmət 

qazana bilirlər, nə üçün sərrafların taxta qablarındakı qızıl bir sehrlə 

buradan  yox  olmur?  Lakin  gənclərin  cinayətlərinin,  hətta 

qəbahətlərinin  nə  qədər  az  olduğunu  gördükdə,  istər-istəməz,  özləri 

ilə  mübarizə  aparan  və  adətən,  bu  mübarizədən  qalib  çıxan  səbirli 

Tantallara*  dərin  hörmət  bəsləməyə  məcbur  olursan;  misal  üçün,  bu 

yoxsul tələbəni də götürə bilərik. Onun Parisdə apardığı mübarizəsini 

olduğu  kimi  təsvir  etsək,  müasir  mədəniyyətimizin  ən  faciəli 

epizodlarından biri yaranmış olar. 

Madam  de  Bosean  hey  Ejenin  üzünə  baxır  və  onu  danışmağa 

sövq edirdisə də, Ejen vikontun hüzurunda danışmaq istəmirdi. 

Vikontessa ərindən soruşdu: 

-

 

Məni bu gün italyan operasına ötürəcəksinizmi? 



Vikont, Rastinyakı təəccübləndirən istehzalı nəzakətlə: 

-

 



Sizə  itaətin  məni  nə  qədər  məmnun  etdiyinə,  əlbəttə,  şübhə 

etməyə  bilərsiniz,  -  dedi.  -  Lakin  mən  “Varyete”  teatrında  bəzi 

adamlarla görüşməliyəm. 

Madam  de  Bosean:  “Öz  məşuqəsi  ilə  görüşmək  istəyir”,  -  deyə 

düşündü. 

Vikont soruşdu: 

-

 

Məgər d’Ajuda bu axşam yanınıza gəlməyəcək? 



Vikontessa qeyri-məmnun halda: 

-

 



Xeyr, - deyə cavab verdi. 

-

 



Onda mütləq sizə bir kavaler lazımsa, özünüzlə cənab Rastin- 

yakı apara bilərsiniz. 

Vikontessa gülümsəyərək Rastinyaka baxdı. 

127 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Bu, sizə çox ziyan verə bilər, - dedi. 

Rastinyak başını əydi və: 

-

 



Şatobrian*  deyir  ki:  “Fransızlar  təhlükə  sevər,  çünki  onlar 

təhlükə ilə şöhrət qazanarlar”. 

Bir neçə dəqiqə sonra ikiadamlıq karet madam de Boseanla onu 

çaparaq italyan operasına aparırdı. Ejen səhnənin  qarşısındakı lojaya 

daxil  olduğu  zaman,  bütün  lornetlər  yalnız  olduqca  gözəl  geyinmiş 

vikontessanı  deyil,  eyni  zamanda  onu  da  hədəfə  aldı.  Opera 

Rastinyaka  əfsanəvi  tamaşa  kimi  göründü.  O,  heyrət  və  məftunluq 

içində idi. 

Madam de Bosean Ejenə xatırladaraq: 

-

 



Siz mənimlə danışmaq istəyirdiniz, - dedi. - Baxın, madam de 

Nusingen  odur,  bizdən  üç  loja  aralı  əyləşmişdir.  Bizim  o  biri 

tərəfimizdə əyləşən isə onun bacısı ilə cənab de Traydır. 

Vikontessa  bu  sözlərlə  madmazel  Roşfidin  əyləşdiyi  lojaya 

baxdı, üzü birdən-birə nurlandı: d’Ajuda orada deyildi. 

Ejen madam de Nusingenə baxaraq: 

-

 

O, cazibədar qadındır, - dedi. 



-

 

Kirpikləri ağappaqdır. 



-

 

Əvəzində nə qədər qəşəng və incə vücudu var! 



-

 

Əlləri çox iridir. 



-

 

Gözləri gözəldir. 



-

 

üzü həddən artıq uzunsov görünür. 



-

 

üzunsov sifət cins əlamətidir. 



-

 

Bu,  onun  üçün  xoşbəxtlikdir,  -  deyə  vikontessa  cavab  ver-



məklə  Ejenin  böyük  heyrətinə  səbəb  oldu.  -  Bir  ona  diqqət  edin, 

lorneti  necə  qaldırdığına  və  endirdiyinə  baxın!  Onun  hər  bir  hərə-

kətində Qorionu duymaq mümkündür. 

Həqiqətən,  madam  de  Bosean,  guya,  madam  de  Nusingenə 

əhəmiyyət vermədən teatr salonunu lornetlə nəzərdən keçirdiyi halda, 

onun heç bir hərəkətini nəzərdən qaçırmırdı. Teatrın tamaşaçıları lap 

seçmə  idi.  Delfina  Nusingen  madam  de  Boseanın  yanında  əyləşən 

zərif geyimli kuzenin yalnız ona baxdığını duyduqca fərəhlənirdi. 

-

 

Əgər  siz  gözlərinizi  ona  dikib  baxmaqda  davam  edərsinizsə, 



bu, açıqdan-açığa ədəbsizlik olar. Bu qədər israrla siz heç bir şey əldə 

edə bilməzsiniz. 

128 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə