Ejen vikontessaya:
-
Əziz kuzenim, - dedi, - siz mənə artıq xeyirxah bir havadarlıq
göstərmişsiniz, öz xeyir işinizi axıra qədər aparmaq niyyətiniz varsa,
mən sizdən yalnız bir şey xahiş etmək istərdim: bu, sizin üçün o qədər
də çətin olmaz, halbuki mənim üçün səadət məsələsidir. Mən aşiq
oldum.
-
Belə tezmi?
-
Bəli.
-
Bu qadınamı?
Ejen mənalı nəzərlə kuzinasına baxaraq, azacıq sükutdan sonra
sözünə davam etdi və:
-
Məgər mənim iddialarım başqalarının ürəyində əks-səda tapa
bilərmi? - dedi. - Hersoginya de Karilyano hersoginya Berri ilə
yaxındır. Ehtimal ki, siz onunla görüşürsünüz. Lütfən, məni ona
təqdim edin, həm də məni gələn bazar ertəsi özünüzlə birlikdə bala
apann. Mən orada madam de Nusingenlə görüşərəm, birinci hücuma
başlaram.
Vikontessa cavab verdi:
-
Məmnuniyyətlə. Əgər siz artıq ona meyil edirsinizsə, hər
halda, könül işləriniz əla vəziyyətdədir. Baxın, o, de Marsedir,
knyaginya Qalatyonun lojasında oturmuşdur. Madam de Nusingen
üçün bu ən böyük əzabdır, o, qısqanclıqdan qovrulur. Bir qadına,
xüsusilə bankir arvadına yanaşmaq üçün bundan da münasib diqqət
ola bilərmi? Şosse d’Anten xanımlarının hamısı intiqamı çox sevər.
-
Bəs siz belə bir vəziyyətdə olsaydınız, nə edərdiniz?
-
Mənmi? Mən sükut içində iztirab çəkərdim.
Bu zaman markiz d’Ajuda madam de Boseanın lojasında
göründü.
-
Mən sizi görmək arzusu ilə işlərimi cəld qurtardım, mənim
hərəkətim fədakarlıq deyildir, elə ona görə bunu sizə ərz edirəm.
Vikontessanın üzündəki nurani sevinc, Ejenə həqiqi məhəbbətin
ifadələri ilə Paris işvəkarlığının ədaları arasındakı fərqi aydın
göstərdi. Ejen kuzinasına məftun nəzərlə baxa-baxa susdu və ah
çəkərək öz yerini markiz d’Ajudaya verdi. Ejen öz-özünə: “Belə
məhəbbətlə sevən bu qadın nə qədər nəcib, nə qədər ülvi xilqətdir! -
deyirdi. - Hələ bu adam bir oyuncaq xatirinə ona xəyanət edir də! Ona
xəyanət etmək mümkündürmü?” Ejenin qəlbində uşaq
129
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
hiddəti qaynayırdı. O, kuzinasının ayaqları altına düşmək istəyir, bir
şahin, dərədə ovladığı ağ bir çəpişi qanad çalaraq göylərə qaldırdığı
kimi, o da kuzinasını iblisanə bir qüdrətlə qəlbində gəzdirmək xəyalı
ilə çırpınırdı. Öz məşuqəsini bir şəkil kimi sərgiyə qoymadan bu
gözəllik muzeyində qalmaq ona həqarət kimi görünürdü. “Məşuqə və
kral kimi bir mövqedə olmaq qüdrət əlamətləridir”. Ejen təhqir
edilmiş adam kimi madam de Nusingenə doğru baxdı. Vikontessa
boylandı və ancaq göz qapaqlarının ehtizası ilə onun bu
təvazökarlığına qarşı öz minnətdarlığını bildirdi. Birinci pərdə
qurtardı.
Vikontessa markiz d’Ajudadan soruşdu:
-
Siz madam de Nusingenlə kifayət qədər tanışsınızmı? Rastin-
yakı ona təqdim edə bilərsinizmi?
Markiz cavab verdi:
-
Cənab de Rastinyakı öz lojasında görmək madam de Nusin-
geni çox şad edər.
Qəşəng portuqaliyalı ayağa durdu, tələbənin qoluna girdi. Bir an
sonra Ejen artıq madam de Nusingenə təqdim olunurdu.
D’Ajuda ona xitabən:
-
Baronessa, - deyirdi, - vikontessa de Boseanın kuzeni şeval- ye
Ejen de Rastinyakı sizə təqdim etməyi özümə şərəf sayıram. Siz onu
o qədər məftun etmişsiniz ki, mən ona öz məbuduna şəxsən
yaxınlaşmaq səadətini bəxş etməyə qərar verdim.
Bu sözlər, kobud mənasını yumşaltmaq üçün zarafatla söylən-
mişdi. Çünki bu, yaxşı bir şəklə salındıqda, qadınlarda narazılıq
oyatmaz. Madam de Nusingen təbəssümlə cavab verdi və bir az
bundan əvvəl lojanı tərk etmiş ərinin kreslosunu əyləşmək üçün
Rastinyaka göstərdi.
-
Mən sizə mənimlə qalmağı təklif etməyə cəsarət etmirəm.
Madam de Boseanın məclisində oturmaq səadətinə nail olanlar heç
zaman oradan getməzlər.
Ejen pıçıltı ilə:
-
Lakin, - dedi, - bəlkə də, mən kuzinamı məmnun etmək
istəsəm, sizinlə qalmağım daha məsləhətdir, - sonra isə ucadan əlavə
etdi: - Markizin gəlişindən əvvəl biz sizdən, sizin hər cəhətdən qəşəng
olmağınızdan danışırdıq.
D’Ajuda təzim edərək lojadan çıxdı.
130
downloaded from KitabYurdu.org
Baronessa soruşdu:
-
Siz doğrudanmı mənimlə qalmağı arzu edirsiniz? Elə isə bir-
birimizlə daha yaxından tanış ola bilərik. Qrafinya de Resto məndə
sizi görmək arzusu oyatmışdır.
-
Elə isə qrafinya səmimi deyil: o, məni qəbul etməyi qadağan
etmişdir.
-
Nə üçün?
-
Bunun səbəbini söyləmək üçün mən vicdan əzabı çəkirəm.
Lakin bu sirri sizə etibar etməklə, öz mərhəmətinizi əsirgəməyə-
cəyinizə ümidvaram. Sizin atanızla biz qapı-qapıya qonşuyuq. Lakin
qrafinya de Restonun onun qızı olduğu mənə məlum deyildi. Heç
kəsin xətrinə dəymək istəmədiyim halda, ehtiyatsızlıq edərək mən
atanızın söhbətini açdım, bununla da bacınızla ərinin hiddətlənməyinə
səbəb oldum. Mən başıma gələn sərgüzəşti kuzinama və herso-
ginyaya danışdım, gülməkdən uğunub getdilər. Elə o zaman madam
de Bosean, sizinlə bacınızı müqayisə edərək, ən hərarətli sözlərlə
sizdən danışır və mənim qonşum cənab Qorio ilə gözəl rəftar etdiyi-
nizi deyirdi. Necə ola bilər ki, siz onu sevməyəsiniz? O, sizə o qədər
pərəstiş edir ki, hətta mən qısqanmağa başladım. Bu səhər mən
onunla sizin barənizdə iki saat söhbət etdim. Axşam isə atanızın söy-
lədiyi sözlərin təsiri altında, kuzinamın yanında nahar zamanı ondan
soruşdum: “Sizin gözəlliyiniz atanıza qarşı bəslədiyiniz məhəbbətin
dərəcəsində ola bilərmi?” Görünür, madam de Bosean bu atəşin
məftunluğa qüvvət vermək üçün məni bura gətirmişdir. O hətta
qabaqcadan, ona məxsus bir lütfkarlıqla sizi görəcəyimi söyləmişdi.
Bankirin arvadı:
-
Mənim sizə necə minnətdar olduğumu bilsəydiniz! Biz bir az
da söhbət etsək, lap köhnə dost olarıq.
-
Əlbəttə, sizinlə dostluq etmək o qədər adi şey deyil, lakin mən
heç zaman sizin dostunuz olmaq istəməzdim.
Yalnız birinci dəfə məclisə çıxan adamlara yaraşan bu şablon
cümlələr soyuq-soyuq deyildiyi zaman bayağı görünsə də, qadınlar
üçün bunun ayrıca gözəlliyi var: bir gəncin ədası, səsinin ahəngi,
baxışı bu mənasız sözlərə başqa ruh, başqa rəng verir. Madam de
Nusingen bu qərara gəldi ki, Rastinyak cazibədar gəncdir. Bu qədər
cəsarətlə verilən suala bütün qadınlar kimi cavab verməkdə aciz olan
xanım, onun başladığı başqa bir mətləbə cavab verdi:
131
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |