İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə45/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   41   42   43   44   45   46   47   48   ...   231

məqsədi  ilə  öz  vicdanını  dolanbac  yollarla  aparmasının  bədii  təs-

viridir.  Ejen  pansiona  çatana  qədər  artıq  madam  de  Musingenə 

məhəbbət  bağladı:  o,  Ejenin  nəzərində,  qaranquş  kimi  zərif  və 

yaraşıqlı  görünürdü.  Gözlərindəki  nəvaziş,  ipək  kimi  yumşaq  oldu-

ğunu andıran və altında qan axdığı görünən incə dərisi, insanı valeh 

edən səsi, sarı saçlan yadına düşdü. Bəlkə də, tez-tez yeridiyi üçün iti 

hərəkət  edən  qan  dövranı  başladığından,  məftunluğu  da  daha 

şiddətlənmişdi. Tələbə gözlənilmədən Qorio atanın qapısını döydü: 

-

 

Əziz qonşum, mən madam Delfina ilə görüşdüm. 



-

 

Harada? 



-

 

İtalyan operasında. 



-

 

O, vaxtını yaxşımı keçirdi? İçəri girin. 



Qoca,  əynində  köynək  ayağa  durdu,  qapını  açıb  yenə  tələsik 

yatağına uzandı. Sözünə davam edərək: 

-

 

Danışın, danışın görüm, - deyə xahiş etdi. 



Ejen Qorionun otağına birinci dəfə idi ki girirdi. Odur ki qızının 

calalına  valeh  olduqdan  sonra  atasının  yaşadığı  mağaranı  gördüyü 

zaman  heyrətləndi.  Pəncərələr  pərdəsiz,  rütubət  basmış,  divarların 

kağızları  soyulmuş  və  bükülmüşdü,  bəzi  yerlərdə  tüstüdən  saralmış 

suvaq  görünürdü.  Qoca,  miskin  bir  çarpayıda  uzanmışdı,  üstündə 

nazik  yorğan,  ayaq  tərəfində  isə  Vokenin  köhnə  paltarlarından  tikil-

miş içi pambıqlı örtük vardı. Döşəmədən rütubət iyi gəlirdi, otağı toz 

basmışdı.  Pəncərənin  qarşısında  qırmızı  ağacdan  düzəldilmiş  köhnə, 

yekəqarın  bir  dolab  görünürdü.  Dolabın  üzüm  meynəsi  kimi  əyri, 

budaqlı  və  yarpaqlı  mis  dəstələri  vardı.  Taxta  lövhəli  köhnə  bir 

əlüzyuyanın  üstündəki  ləyənin  içində  bir  su  qabı,  yanında  isə  üz 

qırxmaq  alətləri  görünürdü.  Otağın  bir  küncünə  ayaqqabılar  atılmış, 

baş tərəfində qapısız, mərmər lövhəsiz kiçik gecə stolu qoyulmuşdu. 

Buxarının  içində  küldən  əsər  belə  görünmürdü.  Yan  tərəfdə  qoz 

ağacından  düzəldilmiş,  aşağı  tərəfi  arakəsməli  düzbucaq  bir  stol 

görünürdü.  Qorio  ata  gümüş  qablarını  həmin  bu  stolun  üstündə 

əzmişdi.  Yöndəmsiz  yazı  stolunun  üstünə  Qorionun  şlyapası 

qoyulmuşdu.  Oturacağına  saman  doldurulmuş  kreslo  və  iki  stul  bu 

səfalət  yuvasının  mənzərəsini  tamamlayırdı.  Çarpayı  örtüyü  əsgi 

parçası ilə tavana bağlanmışdı. Pərdə əvəzinə ucuz, dama-dama ağ və 

qırmızı  çit  parçaları  sallanmışdı.  Ən  yoxsul  bir  qasid  belə  Qorio 

atanın madam Vokenin evində yaşadığı kimi 

135 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

səfil həyat sürməzdi. Bu otağın təkcə görünüşü insanı üşütməyə salır, 



ürəyini  sıxırdı.  O,  bir  dustaqxana  kamerasına,  həm  də  ən  pis 

kameraya  bənzəyirdi.  Xoşbəxtlikdən,  Qorio  ata  şamı  kiçik  şkafın 

üstünə  qoyduğu  zaman  tələbənin  üzündəki  ifadəni  görməmişdi. 

Yorğanı çənəsinə qədər çəkmiş qoca üzünü Ejenə doğru çevirdi. 

-

 

Yaxşı,  bir  deyin  görüm,  hansı  qızımı  daha  çox  bəyəndiniz: 



madam de Restonu, yoxsa madam de Nusingeni? 

Tələbə dedi: 

-

 

Mən  madam  Delfinanı  öz  atasını  daha  çox  sevdiyinə  görə 



üstün tuturam. 

Qorio Ejenin bu hərarətli sözləri müqabilində minnətdarlıq hissi 

ilə  əlini  yorğanın  altından  çıxardı  və  tələbənin  əlini  sıxdı.  Mütəəssir 

olan qoca: 

-

 

Sağ  olun,  sağ  olun,  -  deyə  təkrar  edirdi.  -  Bəs  o,  mənim 



barəmdə bir söz demədi? 

Rastinyak baronessanın atası haqqında söylədiklərini bəzəkli bir 

şəkildə nəql etdi. Qorio ona Allahın səsi kimi qulaq asırdı. 

-

 



Mənim  əziz  balam!  Bəli,  bəli,  o,  məni  çox  sevir.  Lakin  siz 

onun  Anastazi  haqqında  söylədiklərinə  inanmayın.  Bilirsinizmi,  iki 

bacı məni bir-birinə qısqanır. Bu da onların necə mehriban olduğunu 

sübut  etmirmi?  Madam  de Resto  da  məni  çox  sevir.  Mən  bunu  bili-

rəm.  ürəyimizi  dərindən  görən  və  niyyətlərimizə  görə  bizə  qiymət 

verən Allah hər birimizi yaxşı tanıdığı kimi, mən də uşaqlarımın qəl-

binə  yaxşı  bələdəm.  Qızlarımın  hər  ikisi  mehribandır.  Mənim  yaxşı 

kürəkənlərim  olsaydı,  tamamilə  xoşbəxt  olardım!  Yer  üzündə  tam 

xoşbəxtlik,  əlbəttə,  yoxdur.  Ah,  mən  onlarla  birlikdə  yaşaya  bilsəy-

dim,  yalnız  onların  səsini  eşidə  bilsəydim,  bir  yerdə  yaşadığımız 

zamanlar  onları  hər  gün  gördüyüm  kimi  yenə  həmişə  öz  yanımda 

görsəydim, gəlib-getdiklərini bilsəydim, ürəyim şadlığından oynardı! 

Onlar qəşəngmi geyinmişdilər? 

Ejen: 


-

 

Bəli, - dedi. - Lakin, cənab Qorio, bu necə ola bilər: qızlarınız 



calal içində, siz isə daxmada yaşayırsınız? 

Qorio, sanki, qayğısız halda: 

-

 

Doğrusunu  bilmək  istəsəniz,  -  dedi,  -  yaxşı  otaq  mənim 



nəyimə  lazımdır?  Bunu  sizə  izah  etməkdə  çətinlik  çəkirəm,  iki  sözü 

bir-birinə bağlaya bilmirəm. - Sonra əlini sinəsinə vuraraq: - Mənim 

136 

downloaded from KitabYurdu.org




nəyim  varsa  buradadır,  -  dedi.  -  Bütün  varlığım  qızlanma  bağlıdır. 

Əgər onların güzəranı xoş keçirsə, əgər onlar xoşbəxtdirlərsə, bəzəkli 

paltarlarda gəzirlərsə, evləri xalçalarla döşənmişsə, mənim paltarımın 

hansı mahuddan tikilməsinin və mənim harada yatmağımın nə mənası 

var?  Qoy  onların  yeri  isti  olsun,  o  vaxt  mənə  də  soyuq  olmaz,  qoy 

onlann  ürəyi  şad  olsun,  mənim  də  ürəyim  darıxmaz.  Onların 

dərdindən  başqa  mənim  heç  bir  dərdim  yoxdur.  Siz  ata  olduqdan 

sonra uşaqlannızın danışığını eşitdiyiniz zaman özünüzə: “Bu, mənim 

balamdır!”  deyəcəksiniz,  bu  balalann  əti  sizin  ətinizdən,  qanı  sizin 

qanınızdan  olduğunu,  bu  uşaqların  qanınızın  gülü  olduğunu  hiss 

edəcəksiniz,  o  zaman  siz  onlann  vücudunda  kök  saldığınızı,  onlar 

yeridiyi zaman siz də hərəkət etdiyinizi zənn edəcəksiniz. Hər yerdə 

mən  ancaq  qızlanmın  səsini  eşidirəm.  Onların  bir  məyus  baxışını 

görsəm,  qanım  donar.  Bir  zaman  siz  də  görəcəksiniz  ki,  uşaqların 

səadəti ata üçün öz səadətindən yüksəkdir. Mən sizə bunu izah etmək 

iqtidannda deyiləm: bu, qəlbin daxili ehtizazlandır, insan könlündəki 

fərəh  də  bu  ehtizazlardan  doğur.  Bir  sözlə,  mən  üçqatlı  həyat 

sürürəm. İstəsəniz, sizə maraqlı bir şey söyləyə bilərəm. Bilirsinizmi, 

mən  Allahı  ata  olduqdan  sonra  tanıdım.  Bütün  varlıq  ondan  əmələ 

gəlmişdir;  o,  hər  yerdədir,  hər  an  mövcuddur.  Mənimlə  qızlanmın 

münasibəti  də  belədir.  Allahla  mənim  aramda  yalnız  bir  fərq  vardır 

ki, o da budur: Allah- taalanın yaratdığı dünya özü qədər gözəl deyil, 

mənim  qızlarım  isə  məndən  gözəldir;  odur  ki  mənim  məhəbbətim 

Allahın  dünyaya  olan  məhəbbətindən  böyükdür.  Onlar  mənim 

qəlbimə  o  qədər  yaxındır  ki,  mən  sizin  onları  axşam  görəcəyinizi 

düşünürdüm. Yarəb! Əgər bir kişi mənim Delfınama səadət versəydi - 

qadın  isə  hərarətlə  sevildiyi  zaman  məsud  olur  -  mən  onun 

ayaqqabılannı təmizləməkdən, ona nökərçilik etməkdən feyz alardım. 

Qulluqçulardan  öyrəndiyimə  görə,  bu  de  Marse  ağa  alçaq  bir 

köpəkdir. Onun başını əzmək üçün mənim daim əllərim geyişir. Belə 

bir  qadını,  belə  bir  cavahiri,  belə  bir  bülbül  səsini,  heykəl  kimi 

yaraşıqlı bir qadını sevməmək mümkündürmü? Mən təəccüb edirəm. 

Bu  Elzas  çuvalına  ərə  getdiyi  zaman  qızımın  gözü  kormu  idi?  Hər 

ikisi gözəl, nəzakətli gənclərə ərə getməli idi. Çarəm nəydi, onlar öz 

istədiklərini edirdilər. 

Qorio atanın əzəmətli görünüşü vardı. Ejen onu ilk dəfə alovlu ata 

məhəbbətinin şəfəqləri içində görürdü. Qüdrətli hisslərin 

137 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə