Çində qoca bir mandarini
1
öldürmək və bunun sayəsində varlanmaq
mümkün olsaydı, oxucu nə edərdi?
-
Yadımdadır.
-
Bəs bu barədə fikrin nədir?
-
Boş şeydir. Mən bu saat otuz üçüncü mandarini öldürməklə
məşğulam.
-
Zarafat eləmə. Sözümə qulaq as, əgər belə bir şeyin mümkün-
lüyünü sənə sübut etsələr və buna nail olmaq üçün yalnız başınla bir
işarə etmək kifayət olduğunu söyləsələr, neylərdin?
-
Sənin mandarinin çox qocadırmı? Sözün doğrusunu axtarsan,
sənin mandarininin qoca, ya cavan, sağlam, ya iflic olmasının- yox,
yox, lənət şeytana.
-
Sən yaxşı oğlansan, Byanşon. Bəlkə, iş belə oldu: sən bir
qadına aşiq olmusan, bütün varlığını onun yolunda verməyə hazırsan,
onun bərbəzəyi, kareti, arzu etdiyi şeylər üçün ona çoxlu pul lazımdır,
onda nə edərdin?
-
Heç dəxli var? Sən əvvəlcə mənim ağlımı əlimdən alırsan,
sonra da təklif edirsən ki, fikirləşim.
-
Ah, Byanşon, mən dəli oluram, mənə əlac tap. Mənim iki
bacım var, hər biri gözəllik və bəkarət məlakəsidir. Mən istəyirəm ki,
onlar xoşbəxt olsunlar. Onlara cehiz vermək üçün beş il ərzində mən
iki yüz min frankı haradan tapa bilərəm? İnsan həyatında elə hadisələr
olur ki, xırda-xırda udmaqdansa, iri qumar oynamaq lazım gəlir.
-
Sən həyata yenicə qədəm basan hər kəsin qarşısında duran
sualı mənə təklif edirsən; sən Qordi düyününü* bir qılınc zərbəsi ilə
doğramaq istəyirsən. Əzizim, bunun üçün İsgəndər olmaq lazımdır,
yoxsa katorqaya sürülərsən. Mən şəxsən atamdan miras aldığım
mövqeyi tutaraq, əyalətdə özüm üçün yaratmaq istədiyim sadə
həyatla da xoşbəxt ola bilərəm. İnsan meyilləri böyük ərazidə olduğu
kimi, kiçik bir sahədə də tamamilə təmin edilə bilər. Napoleon gündə
bir dəfə nahar edərdi və hətta kapusinlər
1
xəstəxanası yanında
yaşayan təbib tələbənin saxladığından çox məşuqə saxlamazdı.
Əzizim, bizim xoşbəxtliyimiz hər vaxt ayaqlarımızın altı ilə təpəmiz
arasındakı hüdudda olacaqdır və bu xoşbəxtliyin qiyməti
1 2
1
Mandarin
- portuqalların Çin feodallarına
verdiyi ad
2
Kapusinlər
- katolik-monarx cəmiyyəti
141
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
ildə bir milyon, yaxud yüz luidor olsa belə, ondan eyni daxili bir hiss
duyacağıq. Mən sənin çinlinin həyatına səs verirəm.
-
Sağ ol, Byanşon, sən mənim ürəyimi sakitləşdirdin! Biz
səninlə həmişəlik dost olaraq qalacağıq.
Tələbə isə sözünə davam edərək:
-
Sözümə qulaq as, - dedi. - Mən bu saat Küvyenin* müha-
zirəsindən gəlirəm. Oradan çıxıb Botanika bağına getdiyim zaman
Puare ilə Mişononu gördüm; skamyada əyləşib, keçənilki qarışıqlıqlar
vaxtında deputatlar palatasının yanında gördüyüm bir şəxslə söhbət
edirdilər. Mənə elə gəldi ki, bu adam adi, özünü nəcib rantye kimi
göstərən polis nəfəridir. Gəl bu bir cüt şəxsin işlərinə bələd olaq;
bunun səbəbini mən sənə sonra başa salaram. Hələlik, salamat qal,
saat dörddə yoxlamada olmalıyam.
Ejen evə qayıtdığı zaman Qorio ata onu qapının ağzında gözlə-
yirdi. Qoca:
-
Buyura bilərsiniz, bu məktub ondandır, - dedi. - Amma nə
gözəl xətti var!
Ejen məktubu açıb oxudu:
“Hörmətli cənab, atam mənə sizin italyan musiqisini sevdiyinizi
söylədi. Lojamda əyləşməklə məni məmnun edəcəyinizdən çox şad
olaram. Şənbə günü Fodor ilə Pelleqrini* oxuyacaqlar, - xahişimi rədd
etməyəcəyinizə əminəm. Cənab Nusingen də mənim xahişimə şərikdir
və sadəcə, nahara bizə gəlməyinizi rica edir. Sizin buna razılıq
verməyiniz onu çox məmnun edər, məni ötürmək kimi ağır bir ailə
vəzifəsini daşımaqdan azad edə bilər. Cavab verməyə də bilərsiniz,
eləcə gəlin. Mənim minnətdarlığımı qəbul edin.
D. de N"
Ejen məktubu oxuyub qurtardıqdan sonra qoca dedi:
-
Məktubu mənə göstərin. - Sonra məktubu iyləyə-iyləyə: - Siz,
əlbəttə, gedəcəksiniz, deyilmi? - deyə soruşdu. - Məktubun nə gözəl
ətri var! Ona qızımın barmaqları toxunmuşdur.
Rastinyak düşündü: “Qadın kişinin boynuna belə asanlıqla atıl-
maz. O, de Marseni qaytarmaq üçün məndən istifadə etmək niyyə-
tindədir. Qadın yalnız hirsindən belə addım ata bilər”.
142
downloaded from KitabYurdu.org
Qorio ata soruşdu:
-
Nə fikirləşirsiniz, fikirləşməyə nə var ki?
Ejen o dövrdə bir çox qadının şöhrətpərəstlik həvəsinə düşdü-
yündən xəbərsizdi. O, madam de Nusingenin Sen-Jermen civanna yol
açmaq üçün hər fədakarlığa hazır olduğunu bilmirdi. Bu dövrdə Sen-
Jermen civan məclislərində, yəni Kiçik sarayın stats-damaları*
arasında qəbul edilmək hər bir qadın üçün böyük şərəf sayılırdı. Bu
sarayda madam de Bosean, onun dostları hersoginya Morfinyez və de
Lanje birinci yerdə əyləşmişlər. Yalnız Rastinyak Şosse d’Anten
xanımlarının kəhkəşan kimi parlayan bu bir neçə qadının yüksək
dairəsinə düşmək üçün can atdıqlarını, çılğın ehtirasla çırpındıqlarını
bilmirdi. Lakin Ejenin inamsızlığı ona xeyir verdi. Bu inamsızlıq
sayəsində o, hər şeyə soyuqqanlı baxırdı. Madam de Nusingen ona
başqalarının şərtini qəbul etmək deyil, özü şərt qoymaq kimi
soyuqqanlılıq qabiliyyəti qazandırmışdı.
Rastinyak Qorio ataya cavab verdi:
-
Bəli, gedəcəyəm.
Bu surətlə sadə bir maraq Ejeni madam de Nusingenə doğru sövq
edirdi, lakin o, Ejenə etinasızlıq göstərsəydi, bəlkə də, Ejen ona
ehtirasla meyil edərdi. Hər halda, Ejen sabahkı günü və özünün dəvət
saatını səbirsizliklə gözləyirdi. İlk intriqa bir gənc üçün ilk
məhəbbətdən az cazibədar deyildir. Müvəffəqiyyət qazanacağına
əmin olması onun qəlbində fərəhli hisslərin doğmasına səbəb olur,
ancaq kişilər bunu etiraf etməzlər, halbuki bəzi qadınların bütün
sehrkarlığı və cazibəsi də bundadır. Qələbənin çətin, yaxud asan əldə
edilməsindən asılı olmayaraq, ehtiraslı arzular od kimi alışıb-
yanmağa başlayır. Bütün insan ehtirasları, əlbəttə, məhəbbətin
səltənətini iki müxtəlif aləmə ayıran bu iki təməl üzərində yaranır.
Bəlkə də, bu təqsimat temperamentlərin mürəkkəb olmasından irəli
gəlir, hər halda, nə deyirlərsə desinlər, temperament məsələsi bəşər
cəmiyyətində əsas rol oynayır. Əgər melanxoliklərin vəcd dərəcəsinə
çatması üçün müxtəlif işvəkarlıqlara ehtiyac vardısa, çılğın, həssas
yaxud sanqviniklər* həddən artıq inadlı müqavimətə rast gəldikləri
zaman dava meydanından qaça da bilərlər. Başqa sözlə, elegiya
limfadan, difiramb isə öd kisəsindən asılıdır.
Ejen paltarını dəyişdikcə, gənclərin istehzadan qorxduqları üçün
bu barədə bəhs etməyi sevmədiyinə baxmayaraq, onların mənliyini
143
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |