İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə24/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   20   21   22   23   24   25   26   27   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Arabaçı: 



-

 

Hansı Boseanı buyurursunuz? - deyə soruşdu. 



Arabaçının bu mənalı sualı Ejeni daha da pərişan etdi. Hələ 

cəmiyyət  üzü  görməmiş  bu  şıltaq  cavan  de  Boseanların  iki  evi 

olduğunu  bilmir  və  onun  taleyi  ilə  qətiyyən  maraqlanmayan 

qohumlarının sayı çox olduğunu da dərk eləmirdi. 

-

 

Vikont de Boseanın evinə, küçəsi... 



Arabaçı başı ilə işarə edərək: 

-

 



Qrenel  küçəsinəmi?  -  dedi.  Bilirsinizmi,  bundan  başqa  bir  də 

Sen-Dominik küçəsində qraf və markiza de Boseanın evi var... 

Arabaçı bu sözləri deyib karetin ayaq yerini qaldırdı. 

Ejen etinasızlıqla cavab verdi: 

-

 

Bilirəm. 



Şlyapasını qabaqdakı yerin üstünə ataraq, öz-özünə: 

-

 



Bu gün hamı mənə istehza edir! - deyirdi. - Bu əyləncə mənə 

çox baha oturacaq. Bununla belə, mən, heç olmasa, bu kuzinama əsl 

kübar  görüşü  təşkil  eləyərəm.  Qəddar  qoca  Qorio  ata  artıq  mənə  on 

franka  başa  gəlmişdir.  Namusuma  and  olsun,  mən  bu  sərgüzəşti 

madam  de  Boseana  nəql  edəcəyəm,  bəlkə,  heç  olmasa,  onu 

güldürməyə  müvəffəq  ola  bildim.  O,  əlbəttə,  bu  quyruğukəsik 

siçovulun  gözəl  qrafinya  ilə  cinayətkar  əlaqələrinin  sirrinə  bələddir. 

Bu  əxlaqsız  qadına  görə  başımı  vurub  yarmaqdansa,  kuzinama  xoş 

gəlmək daha münasibdir. Həm də göründüyü kimi, onun qiyməti çox 

bahadır.  Gözəl  vikontessanın  yalnız  adı  bu  qədər  böyük  qüdrətə 

malikdirsə,  gör  onun  özünün  əhəmiyyəti  nə  qədərdir.  Yüksək 

təbəqələrə  müraciət  edək.  Göylərdə  birisinə  hücum  etdiyin  zaman 

Allahın özünü hədəf götürmək lazımdır! 

Rastinyakın öz-özü ilə etdiyi bu söhbət, içərisində çırpındığı min 

bir fikrin xülasəsindən başqa bir şey deyildi. Yağan yağışı seyr edərək 

bir  az  sakit  oldu,  özünə  inamı  artdı.  O,  öz-özünə,  olan-  qalan 

pulundan  yüz  suluq  pullarını  xərcləmiş  olsa  da,  qazancsız 

qalmadığını,  hər  halda,  ayaqqabılarını,  paltarını  və  şlyapasını 

mühafizə  etdiyini  söyləyirdi.  Arabaçının  “zəhmət  olmasa,  darvazanı 

açın”  deməsi  onun  qəlbində  xoş  bir  hiss  oyatmışdı.  Qızıl  baftalı, 

qırmızı  paltarlı  qapıçı  darvazanı  açdı,  qapı  ilgəkləri  cırıldadı,  bir  az 

sonra  karet  həyətə  girərək  bütün  həyəti  dolandı  və  alaqapının 

qabağındakı artırmanın qarşısında dayandı. Rastinyak xoşhallıqla 

74 


downloaded from KitabYurdu.org


karetin  bu  səyahətini  seyr  edirdi.  Qırmızısaçaqlı,  göyrəngli  kobud 

paltar geymiş sürücü karetin ayaq yerini endirmək üçün aşağı düşdü. 

Ejen  karetdən  düşərkən  mülkün  sütunları  arxasından  boğuq  gülüş 

səsləri  eşitdi.  üç-dörd  lakey  bir  yerə  toplaşıb  meşşan  toy  ekipajına 

rişxənd  edirdi.  Tələbə  mindiyi  arabanı  Parisin  ən  qəşəng  ikiyerli 

karetləri  ilə  müqayisə  etdiyi  zaman  bu  qəhqəhənin  mənasını  başa 

düşmüşdü:  bu  karetə  bir  cüt  qızğın  at  qoşulmuşdu,  qulaqlarına 

qızılgül  taxılmış  atlar  qantarğaları  gəmirirdi.  Pudralı,  əla  qalstuklu 

sürücü,  atlar  bu  saat  yerindən  tərpənib  qaçacaqlarmış  kimi,  cilovlan 

əlində  möhkəm  tutmuşdu.  Şose  d’Anten  küçəsində,  qrafinya  de 

Restonun  həyətində  iyirmi  altı  yaşlı  bir  gəncin  zərif  kabrioleti 

dayanmışdı. Sen-Jermen məhəlləsində isə adlı-sanlı kübar bir adamın 

ehtişamlı  kareti  durmuşdu:  bu  kareti  otuz  min  franka  belə  almaq 

mümkün deyildi. 

Parisdə, əlbəttə, birisinə məşuqə olmayan az qadın tapıldığını və 

bu  kraliçalardan  birinə  sahib  olmaq  üçün  yalnız  qan  tökmək  kifayət 

etməyəcəyini bir az gec başa düşmüş Ejen fikirləşirdi: “Görəsən, bu, 

kim ola bilər? Lənət şeytana! Görünür, mənim kuzi- namın da özünə 

məxsus Maksimi var!” 

Ejen  yuxarı  qalxdı:  ürəyi  döyünürdü.  O  görünər-görünməz, 

şüşəbənd  qapını  açdılar.  O,  qaşovlanarkən  rahat  dayanan  ağıllı 

eşşəklərə  bənzəyən  lakeyləri  gördü.  De  Bosean  mülkünün  aşağı 

mərtəbəsindəki  geniş  qəbul  salonlarında  rəsmi  bal  verilirdi.  Bala 

dəvətlə  bal  arasındakı  fasilədə  hələ  kuzinasına  vizit  verməyə 

müvəffəq  olmamış  Ejen,  vikontessa  de  Boseanın  şəxsi  otaqlarını 

görməmişdi:  bu  otaqlarda  ilk  dəfə o,  vikontessanın  şəxsi  zərifliyinin 

xariqələrini, kübar bir qadının mənəviyyat və məişət nümunəsini görə 

biləcəkdi. Ejen üçün bu tanışlıq bu cəhətdən də maraqlı idi: qrafinya 

de Restonun salonu ona müqayisə üçün imkan yaradırdı. Vikontessa 

qonaqlarını  saat  beşin  yarısından  qəbul  etməyə  başlardı.  Kuzeni  beş 

dəqiqə  qabaq  gəlmiş  olsaydı  da,  onu  qəbul  etməyəcəkdi.  Müxtəlif 

Paris  etiketlərindən  qətiyyən  başı  çıxmayan  Ejeni  ağ  rəng  çəkilmiş, 

üzərinə  çiçəklər  düzülmüş,  qızıllanmış  sürahili  geniş  pilləkənlə 

madam  de  Boseanın  yanına  apardılar.  Ejen  onun  Paris  salonlarında 

hər  axşam  bir-birinin  qulağına  söylənilən  və  daim  dəyişən 

hekayətlərdən olan şifahi bioqrafiyasından xəbərsizdi. 

75 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

üç  ildən  çox  idi  ki,  vikontessa  Portuqaliyanın  ən  məşhur  və 



zəngin  kübarlarından  markiz  d’Ajuda-Pinto  ilə  əlaqədə  idi.  Səmimi 

hisslərdən doğan bu əlaqə hər iki aşiqə o qədər cazibədar görünürdü 

ki,  onlar  üçüncü  bir  adamın  araya  qarışmasına  dözə  bilməzdilər. 

Vikont  de  Bosean  istər-istəməz  bu  morqanatik  ittifaqa  razılıq 

verməklə  başqaları  üçün  də  bir  nümunə  ola  bilərdi.  Bu  dostluğun 

birinci dövründə; təqribən gündüz saat ikidə vikontessa ilə görüşməyə 

gələnlər,  burada  markiz  d’Ajuda-Pintonu  görə  bilərdilər.  Madam  de 

Bosean evinin qapılarını qonaqlar üçün, əlbəttə, bağlaya blməzdi: bu, 

ədəbsizlik sayıla bilərdi; lakin o, öz qonaqlarını o qədər soyuq qəbul 

edir  və  tavanı  o  qədər  diqqətlə  seyr  edərdi  ki,  qonaqlar  ona  mane 

olduqlarını  dərhal  başa  düşərdilər.  Paris  madam  de  Boseanın  saat 

ikidən  saat  dördə  qədər  gələn  qonaqlardan  darıxdığını  öyrəndiyi 

zaman,  artıq  onu  tamamilə  yalqız  buraxdı.  O,  cənab  de  Bosean  və 

markiz  d’Ajuda-Pinto  ilə  Operaya  gedər,  yaxud  Bufonları  ziyarət 

edərdi,  lakin  cənab de Bosean  özünü  idarə  edə bildiyindən,  arvadını 

və portuqaliyalını əyləşdirdikdən sonra onları yalqız buraxıb gedərdi, 

indi  markiz  d’Ajuda-Pinto  madmazel  de  Roşfid  adlı  bir  qızla 

evlənmək niyyətində idi. Bütün yüksək cəmiyyətdə hazırlığı aparılan 

bu  izdivacdan  yeganə  bixəbər  şəxs  vardısa,  o  da  ancaq  madam  de 

Boseanın özü idi. Bəzi rəfiqələri ona işarələr etsə də, o yalnız gülər və 

paxıllıqdan onun səadətini pozmaq istədiklərini zənn edərdi. Halbuki 

yaxın  zamanlarda  nikah  artıq  elan  edilməli  idi.  Portuqaliyalı  qəşəng 

markiz vikontessanın yanına gəlməklə bu izdivacı ona xəbər vermək 

fikrində  idi,  lakin  xəyanət  sözlərini  söyləməyə  cəsarət  edə  bilmirdi. 

Nə üçün? Qadına belə bir zərbə vurmaqdan da çətin şey ola bilərmi? 

Bəzi kişilər üçün duel meydanında onun ürəyinə şpaqasını sancmağa 

hazır  olan  bir  düşmən  qarşısında  dayanmaq,  iki  saat  göz  yaşları  ilə 

dolu şikayətdən sonra can verdiyini söyləyən və naşatır tələb edən bir 

qadın  qarşısında  dayanmaqdan  daha  asandır.  Ejen  gəldiyi  zaman 

markiz  d’Ajuda-Pinto  ağır  vəziyyətdən  çıxmaq  üçün  getməyə 

hazırlaşırdı. O, bu nəticəyə gəlmişdi ki, madam de Bosean, onsuz da, 

bu xəbəri eşidəcək, bunu ona söyləməkdənsə, yazmaq daha yaxşıdır. 

Eşqin qətlini şəxsi söhbətdə müzakirə etməkdənsə, məktubda yazmaq 

daha  münasib  görünürdü.  Lakey  vikontes-  saya  de  Rastinyakın 

gəldiyini xəbər verərkən, markiz d’Ajuda-Pinto 

76 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə