DÜ
NYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Taxıl bazarındakı alverçilər vermişel fabrikantının bu ülvi qızğınlığını
başa düşməz, onu yalnız məsxərəyə qoyardılar, hətta ona gülməli bir
ad belə qoymuşdular. Lakin bir dəfə alverçilərdən biri, dükanda bir az
içdikdən sonra bu gülməli adı ucadan ona söylədiyi zaman vermişel
fabrikantı ona elə bir yumruq ilişdirmişdi ki, o, Oblen küçəsindəki
tumbanın üstünə yuvarlanmışdı. Qorionun öz qızlarına bəslədiyi
sonsuz, təlaşlı və həssas məhəbbət hər yerdə şöhrət qazanmışdı. Bir
dəfə Qorionun rəqiblərindən biri, onu bazardan uzaqlaşdırmaq və tək
qalıb qiymətlərə təsir etmək məqsədi ilə Qorioya Delfinanın kabriolet
altında qaldığını söyləmişdi. Ölü kimi sapsarı saralan vermişel
fabrikantı dərhal bazarı tərk etmişdi. Bu yalançı təlaşın onda yaratdığı
zidd hisslərin çarpışmasından Qorio bir neçə gün yatağından dura
bilmədi. Qorio bu adamı yumruqla öldürməsə də, yalançının böhranlı
vəziyyətindən istifadə edərək, onu iflasa uğratmış və bazardan
həmişəlik qovmuşdu.
Təbiidir ki, hər iki qızın tərbiyəsi mənasız şəkildə inkişaf edirdi.
İldə altmış min frankdan artıq mədaxili olan Qorio, özünə min yüz
frank belə sərf etməzdi, lakin qızlarının hər arzusunu yerinə yetirməyi
özü üçün səadət sayardı: ən yaxşı müəllimlər gözəl tərbiyənin tələb
etdiyi bütün qabiliyyətləri Qorionun qızlarına aşılamağa borclu idilər.
Qızların bir mürəbbiyəsi vardı; xoşbəxtlikdən, o, ağıllı və sağlam
zövqlü bir qadın idi. üçü də bir yerdə at sürər, karetdə gəzər, varlı bir
kübarın məşuqələri kimi yaşardı. Onlar nə arzulasaydılar, nə qədər
bahalı olur-olsun, dərhal ataları bu arzunu yerinə yetirərdi. O, öz
səxavəti qarşısında qızlarından yalnız mehribanlıq və nəvaziş
gözləyirdi. Zavallı öz qızlarını mələk kimi bəsləməklə, onları öz
fövqünə qaldırdı. O, qızlarının verdiyi iztirab və əziyyəti belə sevərdi.
Öz gözəlliyi ilə qraf de Restonu məftun edən Anas- tazi aristokrat
dairələrinə can atırdı. Yüksək cəmiyyətlərdə dolaşmaq məqsədi ilə öz
ata evini tərk etmişdi. Delfina isə pul sevirdi. O, alman nəslindən,
“Müqəddəs Roma imperiyası”* baronlarından olan bankir Nusingenə
ərə getdi. Qorio isə vermişel fabrikantlı- ğında qalmışdı. Ancaq bir az
sonra istər kürəkənləri, istərsə də qızları Qorionun yenə də ticarətlə
məşğul olmasına həqarət kimi baxmağa başladılar, halbuki ticarət
Qorionun canı, həyatının mənası idi. Onlar Qoriodan ticarəti atmağı
tələb etsələr də, qoca beş il onlara təslim olmadı. Nəhayət, güzəştə
gedib, alveri atdı,
98
downloaded from KitabYurdu.org
müəssisəni satdı və onun pulu ilə, bir də son illərin mədaxili ilə
gələcək məişətini təmin etdi. Madam Vokenin hesabına görə,
Qorionun kapitalı ildə səkkiz-on min livr gəlir verə bilərdi. Qızları
ərlərinin tələbi ilə atalarını öz evlərindən qovdular, onu açıqdan- açığa
qəbul etməkdən belə çəkindilər. Bunu görən Qorio, dərdin
şiddətindən baş götürüb pansiona qaçmışdı.
Rastinyakın Qorio ata haqqında toplaya bildiyi məlumat ancaq bu
idi. Bu məlumatı ona verən, vaxtilə Qorionun müəssisəsini satın almış
cənab Müre adlı bir şəxs idi. Beləliklə, hersoginya de Lanjenin
Rastinyakın yanında söylədiyi fərziyyələr təsdiq edilirdi. Biz bununla
Paris həyatının məchul, lakin dəhşətli bir faciəsinin hekayətini
tamamlamağı lazım bilirik.
Dekabr ayının birinci həftəsinin sonlarında Rastinyak iki məktub
aldı. Məktublardan biri anasından, o biri isə böyük bacısı Lora- dan
idi. O, yaxşıca tanıdığı bu xətləri gördüyü zaman ürəyi həm
sevincindən, həm də qorxudan çırpındı. Xəfif kağız vərəqlərində onun
bütün ümidlərinə hökm verilirdi: ya həyat, ya ölüm. Anasının və
bacılarının yoxsulluğunu xatırladıqda, o, dəhşətə gəlirdi; lakin onların
müstəsna bir məhəbbətlə sevdiklərini qabaqcadan bildiyindən, son
damla qanlarını sormaqdan qorxmaya da bilərdi. Anası məktubunda
yazırdı ki:
“Mənim əziz oğlum, mən sənə xahiş etdiyini göndərirəm. Bu
pullan qənaətlə xərclə, çünki mən səni ölümdən xilas etmək üçün belə,
atana bu sirri açmadan bu qədər pulu göndərmək iqtidannda deyiləm.
Sirri atana açmaq isə ailə həyatımızı tamamilə pozmaq deməkdir.
Yenidən pul tapmaq üçün biz mülkümüzü girov qoymağa məcbur
olardıq. Sənin məqsədlərini bilmədiyimdən, heç bir rəy söyləmək
iqtidannda deyiləm. Lakin bu necə bir məqsəddir ki, sən anana belə
xəbər verməkdən qorxursan? Bunun üçün cild- cild kitablar yazmağa
ehtiyac yoxdur, analara bir söz belə kifayətdir, bir söz belə məni
məchuliyyət iztirabından xilas edə bilərdi. Məktubun mənə ağır təsir
bağışladığını səndən gizlədə bilmərəm. Mehriban oğlum, mənim
qəlbimə bu qorxu hissini salmağa səni nə vadar etdi? Görünür, sən bu
məktubu yazdıqca çox iztirablar keçirmisən, çünki mən də
99
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
sənin məktubunu oxuduqca iztirab içində çırpmırdım. Sən özün üçün
nə kimi bir məslək seçmək fikrindəsən? Sənin həyatın, sənin səadətin
həqiqətdə olduğu kimi deyil. Başqa bir donda görünmək
zəruriyyətindən asılı olmazmı, qüvvətindən artıq pul sərf etmədən və
dərslərin üçün qiymətli olan vaxtını puç etmədən, məclislərində iştirak
etmək mümkün olmayan insanlarla oturub-durmağa məcbur
olmazsanmı? Mənim mehriban Ejenim, inan ana ürəyinə: əyri yol
xeyrə çıxarmaz. Sənin vəziyyətində olan gənclərin yeganə bir yolu
varsa, o da səbir və tərki-dünyalıqdır. Mən səni qətiyyən danlamaq
fikrində deyiləm, mən öz hədiyyəmizə heç bir acı şey qarışdırmaq
istəmirəm. Mənim sözlərim inanan və hər bir şeyi nəzərə alan ananın
ürək sözləridir. Əgər sən öz vəzifəni bilirsənsə, sənin saf qəlbini, gözəl
məqsədlərini anandan başqa kim yaxşı bilər? Ona görə, oğlum, mən
sənə qorxmadan ancaq bunu deyə bilərəm: get, mənim əzizim, yolun
uğurlu olsun! Mən yalnız ana olduğum üçün qorxuram, lakin hər
addımını bizim xeyir-duamız izləyəcəkdir. Ehtiyatlı ol, mənim
mehriban oğlum. Sən mərd adamlar kimi ağıllı olmalısan, çünki beş
nəfərin taleyi sənin əlindədir, sənin səadətin isə bizim səadətimizdir.
Təşəbbüslərində sənə kömək etmək üçün biz Allaha yalvarırıq.
Marsiyyak xalan bu məsələdə fövqəladə mərhəmət göstərdi. Sənin
mənə əlcək haqqında yazdığını o özü başa düşmüşdü. O, şadlıqla
deyirdi ki: 'Bəli, böyük bacıoğlu mənim zəif damarımdır!” Ejen, xalanı
həmişə sevmək sənin borcundur: onun sənin xatirinə nələr etdiyini
yalnız sən müvəffəqiyyət qazandıqdan sonra eşidərsən, müvəffəqiyyət
qazana bilmədikdə isə onun verdiyi pullar daim sənin əllərini
yandıracaqdır. Siz uşaqlar yadigar olan şeylərdən məhrum olmağın nə
demək olduğunu başa düşməzsiniz! Lakin sizin xatiriniz üçün biz nələr
fəda etmirik?! Xalan sənin alnından öpür və arzu edir ki, sən bu busə
ilə həmişə müvəffəqiyyət qazanmaq iqtidarında olasan. Mərhəmətli,
gözəl xalanın revmatizmi olmasaydı, bu sözləri özü sənə yazardı. Atan
sağ və salamatdır. Bacılarından daha danışmıram: Lora özü sənə
məktub yazır. Qoy o, ailəmizdəki xırda hadisələri sənə xəbər
verməkdən zövq
100
downloaded from KitabYurdu.org