İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə35/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   31   32   33   34   35   36   37   38   ...   231

bir  növ,  kamillik  dərəcəsinə  yüksəlir  və  bu  zaman  o,  öz  mövqeyini 

heç kəsə güzəşt etməz. 

Bu  surətlə  Ejen,  Votrenin  dost,  ya  düşmən  olduğunu  aydın-

laşdırmadan,  Votrenin  top  atəşi  qarşısında  uzun  müddət  dayana 

bilməzdi.  Bəzən  Ejen  bu  xariqüladə  şəxsiyyətin  onun  qəlbini  oxu-

duğunu,  ehtiraslanm  duyduğunu  zənn  edirdi;  halbuki  Votren  çox 

qapalı  idi,  sanki,  o,  hər  şeyi  görən,  hər  şeyi  bilən,  lakin  heç  bir  şey 

danışmayan sfinksin sarsılmaz nüfuzuna malik idi. İndi isə cibi dolu 

olduğundan,  Ejen  artıq  cəsarətləndi.  Votrenin  ayağa  durduğunu  və 

qəhvəsini içib getmək istədiyini görüb dedi: 

-

 

Lütfən, bir az dayanın. 



Bu  qırx  yaşlı  kişi  geniş  kənarlı  şlyapasını  qoydu  və  dörd  nəfər 

oğrunun  belə  hücumundan  qorxmadığını  isbat  etmək  üçün,  tez-  tez 

şpaqa  döyüşünün  “dəyirman”  üsulunu  göstərdiyi  dəmir  əsasını 

götürərək soruşdu: 

-

 

Nə üçün? 



Rastinyak kisələrdən birini  tələsik açıb, ev sahibi üçün yüz qırx 

frank ayıraraq: 

-

 

Mən  öz  borcumu  qaytarmaq  istəyirəm,  -  deyə  cavab  verdi. 



Vokeyə  müraciətlə:  -  Kisəsini  açmayan  dostunu  itirər,  -  dedi.  -  Biz 

Silvestr  gününə*  qədər  sizinlə  haqq-hesabı  çürütdük.  Bu  yüz  sunu 

mənim üçün xırdalayın. 

Puare dostuna baxdı və: 

-

 

Dostuna acıyan kisəsini itirər, - dedi. 



Rastinyak parikli sfinksə pul uzadaraq: 

-

 



İyirmi sunu ala bilərsiniz, - dedi. 

Votren  hər  şeyi  görən  baxışı  ilə  gəncin  qəlbinə  nüfuz  edərək, 

dəfələrlə  Rastinyakın  hirslənməyinə  səbəb  olan  istehzalı  Diogen 

gülüşü ilə: 

-

 

Elə  zənn  etmək  olar  ki,  -  dedi,  -  siz  mənə  borclu  qalmaqdan 



qorxursunuz. 

Tələbə kisələrini əlində tutaraq, öz otağına çəkilmək üçün ayağa 

durdu: 

-

 



Siz... haqlısınız, - dedi. 

Votren  salonun  qapılanna,  tələbə  isə  pilləkənin  qarşısındakı 

qapılara tərəf getdi. Votren salon qapısına əsasını çırparaq, ona soyuq 

nəzərlə baxan tələbəyə yaxınlaşdı: 

107 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Bilirsinizmi, markiz de Rastinyakorama, sizin bu saat söylədi-

yiniz sözlər o qədər də nəzakətli sözlər deyil! 

Rastinyak  yemək  otağının  qapısını  örtdü  və  Votrenlə  birlikdə 

yemək  otağı  ilə  mətbəx  arasındakı  pilləkən  sahəsinə  çıxdı.  Buradan 

bağçaya  qapı  açılırdı.  Qapının  üstündə  isə  dəmir  şəbəkəli  uzunsov, 

alçaq  bir  pəncərə  vardı.  Bu  zaman  Silviya  mətbəxdən  çıxdı  və 

tələbənin Votrenə bu sözləri söylədiyini eşitdi: “Cənab Votren, əwəla, 

mən markiz deyiləm, ikincisi, mənim adım Rastinyakorama deyil”. 

Madmazel Mişono soyuqqanlılıqla: 

-

 

Onlar vuruşacaqlar, - dedi. 



Puare təkrar etdi: 

-

 



Vuruşacaqlar. 

Voke əli ilə bir yığın qızıl pulun üstünə sığal çəkərək: 

-

 

Xeyr, xeyr, - deyə cavab verdi. 



Madmazel  Viktorina  bağçaya  nəzər  salmaq  niyyəti  ilə  yerindən 

duraraq: 

-

 

Bəs  onların  cökə  ağaclarına  doğru  getdiklərini  görmürsü- 



nüzmü? - dedi. - Zavallı gənc, o tamamilə haqlıdır. 

Madam Kutür Viktorinaya müraciətlə: 

-

 

Gedək, əzizim, gedək yuxarı, - dedi, - bu, bizə aid deyil. 



Madam Kutürlə Viktorina getmək üçün ayağa durdular, lakin 

qapının ağzında yoğun Silviya qabaqlarını kəsdi. 

-

 

Elə bir bu qalmışdı! - dedi. 



Cənab Votren cənab Ejenə dedi: 

-

 



Məsələni  aydınlaşdırarıq!  -  Sonra  onun  qolundan  tutub 

ənginara doğru getdilər. 

Bu zaman Votren göründü. Gülümsəyərək: 

-

 



Voke  cici,  -  dedi,  -  heç  qorxuya  düşməyin,  bu  saat  cökə 

ağaclarının altında mən tapançamı yoxlayacağam. 

Viktorina, yalvarırmış kimi, əllərini çarpazlayaraq: 

-

 



Amandır, cənab Votren, - dedi, - siz Ejeni nə üçün öldürmək 

istəyirsiniz? 

Vorten iki addım geri çəkildi və bir müddət Viktorinanın üzünə 

baxdı. İstehzalı bir əda ilə: 

-

 

Çox qəribə məsələdir, - dedi. Onun bu sözlərindən zavallı qız 



qıpqırmızı qızardı. Sonra əlavə etdi: 

108 


downloaded from KitabYurdu.org


-

 

Amma bu gənc çox sevimli gəncə oxşayır, deyilmi? Mən iki-



nizi də xoşbəxt edəcəyəm. 

Madam  Kutür  talibəsinin  qolundan  tutub  yan  tərəfə  çəkdi  və 

qulağına pıçıldadı ki: 

-

 



Viktorina,  mən  bu  gün  səni  tanıya  bilmirəm,  sən  çox  dəyiş-

misən. 


Madam Voke: 

-

 



Mən  evimdə  tapança  atılmağını  istəmirəm,  -  dedi.  -  Belə 

vaxtda  güllə  atmaqla  qonşuların  hamısını  ayağa  qaldırarsınız,  polis 

tökülər gələr. 

Vorten: 


-

 

Yavaş, Voke cici, - dedi, - hər şey düzələr. Biz tirə gedirik. 



O, Rastinyakın yanına qayıtdı və saymazyana onun qolundan 

tutaraq: 

-

 

Əgər  mən  otuz  beş  addımlıqda  beş  dəfə  dalbadal  güllə  ilə 



qaratoxmaq  tuzu  vurduğumu  sizə  isbat  etsəm,  odunuz  yenə 

yatmayacaq? Mənə elə gəlir ki, siz bir qədər dəlisovsunuz, sizi axmaq 

kimi öldürməyə məcbur olacağam. 

Ejen cavab verdi: 

-

 

Siz artıq sözünüzdən dönürsünüz! 



Vorten hədə ilə: 

-

 



Məni  hirsləndirməyin,  -  dedi.  Yaşıl  rəngli  skamyaları  göstə-

rərək:  -  Bu  gün  soyuq  deyil,  gedək  orada  oturaq,  heç  kəs  bizim 

söhbətimizi eşitməz. Mən sizinlə bəzi şeyləri aydınlaşdırmalıyam. Siz 

yaxşı  oğlansınız,  mən  sizə  pislik  etmək  fikrində  deyiləm,  and  olsun 

yala...  (lənət  şeytana)  Votrenin  namusu haqqı,  mən  sizi  sevirəm.  Nə 

üçün sevdiyimi isə sonra sizə deyərəm. Mən sizi beş barmağım kimi 

tanıyıram  və  bunu  bu  saat  sizə  sübut  edərəm.  -  Sonra  dəyirmi  stola 

işarə edərək: - Kisələrinizi buraya qoya bilərsiniz! - dedi. 

Rastinyak  bir  az  əvvəl  onu  öldürmək  istəyən,  indi  isə  himayə 

göstərmək  niyyətində  olduğunu  söyləyən  bu  adamın  rəftarındakı 

dəyişikliyə heyrət edərək, dərin maraqla pulu stolun üstünə qoydu. 

Votren sözə başlayaraq: 

-

 

Siz mənim kim olduğumu, keçmişdə nə ilə məşğul olduğumu, 



indi  nə  etdiyimi  bilmək  istəyirsiniz,  -  dedi.  -  Siz  hər  şeylə 

maraqlanırsınız,  oğlum.  Yaxşı,  yaxşı,  sakit  olun,  hələ  çox  şeylər 

eşidəcəksiniz. Mənim bəxtim gətirmədi. Əvvəlcə mənə qulaq asın, 

109 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə