İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə31/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   27   28   29   30   31   32   33   34   ...   231

haqlısınız:  o,  Maksim  de  Tray  adlı  bir  şəxsin  əlində  oyuncaqdır;  de 

Tray qızınızı məhv edəcəkdir. 

Qorio  ata  nə  isə  mırıldanaraq  çıxdı,  lakin  Ejen  bu  sözlərin 

mənasını anlaya bilmədi. 

Ertəsi  gün  Rastinyak  öz  məktublarını  yola  salmaq  üçün  poçta 

getdi.  O,  axırıncı  dəqiqəyədək  tərəddüd  keçirirdi.  Lakin  axırda 

məktubları  poçt  qutusuna  salıb  dedi:  “Mənim  bəxtim  gətirəcəkdir!” 

Onun sifətində oyunçunun, böyük bir sərkərdənin ifadəsi vardı. Lakin 

bu ifadə qəzavü-qədərlə bağlıdır: o, çox zaman insanı qurtuluşa deyil, 

fəlakətə sürükləyir. 

Bir neçə gündən sonra Ejen qrafinya de Restonun yanına getdisə 

də,  onu  qəbul  etmədilər.  O,  üç  dəfə  oraya  getdi,  lakin  hər  dəfə, 

Maksim  de  Trayın  orada  olmadığı  saatlarda  getsə  belə,  qapını  onun 

üçün  açmadılar.  Vikontessa  haqlı  idi.  Tələbə  oxumağı  atdı.  O, 

mühazirələrə ancaq adını siyahıda qeyd etdirmək üçün gəlir, sonra isə 

çıxıb gedirdi. Başqa tələbələr kimi o da özünə yalnız bir şeylə təsəlli 

verirdi. O da öz məşğələlərini başqa tələbələr kimi imtahan verəcəyi 

vaxta qədər təxirə saldı. Ejen ikinci və üçüncü kursun mühazirələrinə 

qeyd  olunaraq,  axırda  dərslə  ciddi  məşğul  olmağa  və  hüquq 

fakültəsinin  bütün  kursunu  biroturuma  keçməyə  qərar  verdi.  Bunun 

sayəsində  onun  ixtiyannda  on  beş  ay  vardı  ki,  bu  müddət  ərzində 

Paris  dənizində  sərbəst  üzə  bilər,  qadınları  ovlamaqla,  yaxud  sərvət 

üçün qarmaq atmaqla məşğul ola bilərdi. 

Ejen  son  həftə  ərzində  iki  dəfə  madam  de  Boseanı  ziyarət  etdi; 

lakin  o,  həmişə  markiz  d’Ajudanın  kareti  həyətdən  çıxdıqdan  sonra 

gələrdi.  Bütün  Sen-Jermen  qəsəbəsində  ən  şairanə  və  məşhur  qadın 

sayılan  vikontessa,  d’Ajuda-Pinto  ilə  madmazel  Roşfidin 

adaxlanmasını təxirə salmağa müvəffəq olmaqla, hələ az bir müddətə 

döyüş  meydanından  çəkilmişdi.  Lakin  səadəti  itirmək  qorxusunun 

yaratdığı  çox  acı  hisslərlə  dolu  olan  bu  günlər  fəlakəti  daha  da 

sürətləndirməli idi. Markiz d’Ajuda-Pinto və Roşfıd ailəsi vikontessa 

ilə  aralarında  yaranan  nifaq  və  sülhə  başqa  bir  məna  və  əhəmiyyət 

verirdilər.  Onlar  madam  de  Boseanın  bu  adax-  lanma  fikrini 

öyrənəcəyinə  və  öz  səhər  məclislərini  insan  həyatında  fitrən  təyin 

edilmiş bir hadisəyə qurban verəcəyinə ümid bəsləyirdilər. Bu surətlə 

d’Ajuda  hər  gün  ən  müqəddəs  vədlər  verərək  məzhəkə  oynayır, 

vikontessa isə həvəslə bu yalana tabe olurdu. 

95 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ən  yaxşı  rəfiqəsi  hersoginya  de  Lanje  belə  demişdi  ki:  “O,  şərəflə 



pəncərədən  özünü  atmaq  əvəzinə,  sadəcə,  pilləkəndən  yuvar-

lanmışdır”. Hər necə olur-olsun, günəşin son şüaları hələ sönməmişdi, 

vikontessa  hələ  Parisdə  yaşayırdı,  kuzeninə  mövhum  bir  məhəbbət 

bəsləyərək, ona vacib xidmətlər göstərə bilmişdi. Ejen isə qadının heç 

kəsin  gözlərində  nə  mərhəmət,  nə  də  həqiqi  təsəlli  görmədiyi  bir 

zamanda  vikontessaya  böyük  sədaqət  və  hüsntəvəccöh  göstərmişdi. 

Kişi belə bir zamanda mehriban sözlər söylərsə, bunu ancaq müəyyən 

məqsədlə edər. 

Rastinyak  Nusingenin  evində  yaşamazdan  qabaq  öz  şahmat 

taxtasındakı  vəziyyəti  diqqətlə  öyrənmək  istəyirdi.  O,  bu  məqsədlə 

Qorio  atanın  əvvəlki  həyatını  aydınlaşdırmağa  çalışmış  və  aşağıdakı 

dəqiq məlumatı toplamışdı. 

Jan-Joaşen  Qorio  inqilabdan  əvvəl  vermişel  fabrikində  adi  fəhlə 

imiş.  Qənaətcil,  təşəbbüskar  adam  olduğundan  1789-cu  ildə  birinci 

üsyanın təsadüfən qurbanı olan sahibkarının müəssisəsini tamamilə öz 

əlinə  keçirir.  Qorio  Jüsyen  küçəsində,  taxıl  bazarının  yaxınlığında 

yerləşərək,  böyük  bir  məharətlə  seksiya  sədrliyini  öz  əlinə 

keçirməklə,  bu  təhlükəli  dövrdə  ən  nüfuzlu  adamların  himayəsi 

altında öz ticarətini təmin edir. Onun sərvətinin əsasını da bu hiyləgər 

siyasət  qoymuşdu:  onun  varlanmağı  həqiqətən,  yaxud  qəsdən 

yaradılmış  aclıq  dövründə,  Parisdə  çörəyin  qiyməti  çox  yuxarı 

qalxdığı  bir  zamanda  başlamışdı.  İnsanlar  çörəkçi  dükanlarının 

qarşısında  döyüşdüyü,  bir-birini  öldürdüyü  zamanda,  bəzi  adamlar 

səs-küy  salmadan  baqqaliyyə  dükanlarındakı  makaronları  satın 

alırdılar.  Vətəndaş  Qorio  bir  ilin  ərzində  alverçiyə  iri  sərmayənin 

verdiyi imtiyazlardan istifadə edərək, ticarətlə məşğul olmağa imkan 

yaradan  bir  kapital  qazanmışdı.  Onun  taleyi  yalnız  nisbətən 

qabiliyyətli  adamların  taleyinə  bənzəyirdi.  Onun  həyatını  xilas  edən 

də  elə  adi  adam  olması  idi.  Bundan  başqa,  onun  varlanmağı  artıq 

sərvətin  heç  kəsdə  paxıllıq  oyatmadığı  və  varlı  şöhrəti  qazanmaq 

təhlükəli olmadığı bir zamanda aydınlaşmışdı. Anlaşıldığına görə, o, 

bütün  ağlını,  istedadını  taxıl  alverinə  vermişdi.  Taxıl,  un,  yarma 

söhbəti  düşəndə,  bunların  keyfiyyəti,  haradan  gətirilməsi,  saxla-

nılması,  qabaqcadan  qiymətinin  təyin  edilməsi,  quraqlıq,  yaxud 

məhsullu  il  olacağının  təyin  edilməsi,  taxılın  ucuz  alınması,  Sici-

liyada, ükraynada tədarük görülməsi məsələsi gələndə heç kəs 

96 

downloaded from KitabYurdu.org




onunla rəqabət apara bilməzdi. Onun öz işlərini necə idarə etməsini, 

taxıl idxalı  və ixracı qanunlarına necə məna verməsini,  bu qanunları 

öyrənməsini,  nöqsanlarını  görməsini  bilənlər  Qorionun nazir  olmağa 

layiq  olduğunu  zənn  edərdilər.  Məqsədinə  çatmaqda  səbirli,  fəal, 

mətin,  möhkəm  və  cəld  Qorio  alıa  quş  kimi  ayıq  idi:  hər  şeyi 

qabaqlar,  hər  şeyi  əvvəlcədən  bilər,  hər  şeyi  gizlədərdi.  O, 

niyyətlərində  diplomat,  səfərlərində  bir  əsgər  idi.  Lakin  Qorio  bu 

xüsusi sahədən, boş vaxtlarında astanada əyləşib qapısına söykəndiyi 

sadə  və  qaranlıq  dükanından  xarici  aləmə  çıxdığı  zamanlar  yenə 

dönüb küt və yonulmamış bir fəhlə olar, sadə şeyləri belə başa düşə 

bilməz,  mənəvi  zövqlərə  yabançı  qalar,  teatrda  mürgülər,  yalnız  öz 

kütlüyü  ilə  qüvvətli  olan  Paris  Dolibanlanna*  bənzərdi.  Bu  növ 

adamların hamısı bir-birinə oxşar. Lakin onların qəlbində çox zaman 

ülvi  hisslərə  təsadüf  etmək  mümkündür.  Vermişel  fabrikantının 

qəlbində də iki hiss hökm sürürdü. Beynini taxıl ticarəti məşğul etdiyi 

kimi,  qəlbinin  bütün  hərarətini  də  bu  iki  hiss  ələ  keçirmişdi.  Arvadı 

Bridə  yaşayan  varlı  bir  fermerin  yeganə  qızı  idi.  Qorio  bu  qadını 

nəhayətsiz məhəbbətlə, dini bir pərəstişkarlıqla sevərdi. O, öz təbiəti 

ilə  təzad  təşkil  edən  bu  incə  və  qüvvətli,  həssas  və  sevimli  qadına 

heyran və məftun idi. Kişilərə məxsus bir hiss varsa, o da hər saat zəif 

bir xilqətə göstərdiyi himayədən doğan qürur hissidir. Bütün namuslu 

insanların  feyz  aldığı  bir  qadına  bəslədiyi  məhəbbəti  və  səmimi 

minnətdarlığı  da  nəzərə  alsanız,  insan  mənəviyyatında  baş  verən  bir 

çox  qəribə  hadisələri  anlarsınız.  Yeddi  il  xoşbəxt  yaşadıqdan  sonra 

vermişel fabrikantı, bədbəxtlikdən, öz arvadını itirdi: o artıq Qorioya 

yalnız  hissiyyat  aləmində  deyil,  başqa  sahələrdə  də  hökmranlıq 

etməyə  başlayırdı.  Bəlkə  də,  o,  Qorionun  bu  mühafizəkar  təbiətini 

inkişaf etdirə biləcək, onda varlıq və həyatı anlamaq qabiliyyəti oyada 

biləcəkdi.  Arvadı  öləndən  sonra  Qorionun  atalıq  hissi  bütün  sədləri 

aşmış  oldu.  O,  ölümün  səfil  qoyduğu  məhəbbətini  qızlarına  verdi, 

qızlar  da  ilk  zamanlar  onun  bu  atalıq  məhəbbətini  tamamilə  təmin 

edirdilər.  Tacirlər  də,  fermerlər  də  öz qızlarını  ona  ərə vermək  üçün 

can atırdılar, lakin o, əlverişli təklifləri belə rədd edərək, dul qalmağı 

qərara aldı. Qorionun etimad bəslədiyi  yeganə bir şəxs vardısa, o da 

qayınatası  idi.  Qayınatasının  dediyinə  görə,  Qorio  mərhum  arvadına 

öz vəfa və sədaqətini saxlamağa and içmişdi. 

97 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə