İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə33/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   29   30   31   32   33   34   35   36   ...   231

alsın.  Tanrı  sənə  müvəffəqiyyət  versin!  Ah,  Ejen,  sən  mütləq 

müvəffəqiyyət  qazanmalısan!  Mən  sənin  dərdindən  özümü  o  qədər 

həlak  etmişəm  ki,  müvəffəqiyyət  qazana  bilməsən,  artıq  dözə 

bilməyəcəyəm.  Mən,  oğluna  verə  biləcəyi  sərvətin  həsrətini  çəkən 

yoxsul anaların dərdini duydum. Əlvida, oğlum! Bizi nigaran qoyma, 

hərarətli ana busəsini qəbul et”. 

Ejen  məktubu  oxuyub  qurtardığı  zaman  yanaqlarından  göz  yaşı 

axırdı.  O,  Qorio  atanın  öz  qızının  vekselini  ödəmək  üçün  gümüş 

qabları  əzdiyini  və  aparıb  zərgərə  satmağını  düşünürdü.  O,  öz-özü- 

nə:  “Sənin  anan  da  öz  cavahiratını  sənin  üçün  “əzib”  satmışdır,  - 

deyirdi.  -  Xalan  da,  ehtimal,  öz  ailə  yadigarlarını  satarkən  çox 

ağlamışdır! Bəs sənin Anastazini töhmət etməyə nə haqqın var? O, öz 

məşuqu  üçün  etdiyini  sən  də  öz  xudbin  gələcəyin  üçün  etmədinmi? 

İndi söylə, hansınız daha yaxşısınız: sən, yoxsa o?” Tələbə, ürəyinin 

od içində yanıb kül olduğunu hiss edirdi. O, cəmiyyət həyatından belə 

əl  çəkmək,  bu  pulları  geri  qaytarmaq  istəyirdi.  O,  gizli  vicdan 

əzablan,  namuslu  və  gözəl  hisslər  duyurdu.  Bu  hissləri  öz  yaxın 

adamları  haqqında  rəy  yürüdən  insanlar  təqdir  etmək  iqtidarında 

deyillər.  Halbuki  onların  xatiri  üçün  yer  üzündəki  ədalət 

məhkəməsinin  məhkum  etdiyi  canilərə  belə  göylərdəki  mələklər 

bəraət  qazandırmağa  hazırdır.  Rastinyak  bacısının  məktubunu  açdı. 

Məktub  məsum  və  lətif  cümlələrlə  yazılmışdı.  Rastinyakın  ürəyi 

açıldı. 


“Əziz qardaşım, sənin məktubun lap yerinə düşdü. Mən də, Aqata 

da öz pullarımızı xərcləmək niyyətində idik, ancaq nə almaq barəsində 

münaqişəmiz  oldu,  nə  alacağımıza  qərar  verə  bilmədik.  Sən  də  öz 

ağasının  bütün  cib  saatlannı  yerə  salan  İspaniya  kralının  xidmətçisi 

kimi öz məqsədinə nail oldun: sən bizim aramızda saziş yaratdın. Biz, 

həqiqətən, hansı  arzumuzu yerinə yetirmək  üstündə  savaşırdıq,  lakin 

hər  ikimizin  arzumuzu  birləşdirəcək  bir  şey  ağlımıza  belə  gəlmirdi, 

əzizim Ejen. Aqata sevincindən atılıb-düşməyə başladı. Bir sözlə, biz 

bütün  günü  başımızı  itirmişdik,  xalamızın  dili  ilə  desək,  bu,  o  qədər 

gözə  çarpırdı  ki,  nəhayət,  anam  ciddi  bir  halla  bizdən  soruşdu: 

“Qızlar,  sizə  nə  olub?”  Əgər  anam  bizi  azacıq  danlamış  olsaydı, 

zənnimcə, biz daha 

101 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

məmnun olardıq. Sevdikləri adamın yolunda əziyyət çəkmək qadınlar 



üçün böyük fərəhdir. Yalnız mən, fərəhlənməyimə baxmayaraq, bir az 

fikrə daldım, məyus oldum. Görünür, mən yaxşı arvad olmayacağam - 

çox bədxərcəm. Mən bir az bundan əvvəl özüm üçün iki kəmər, bir də 

korsetimizdəki dəlikləri almaq üçün qəşəng bir burğu almışdım, bunun 

da nəticəsində mənim pulum şişman Aqatanm pulundan az oldu. Aqata 

qənaəti sevir, sağsağan kimi pulları yığıb təpə düzəldir, odur ki onun 

iki yüz frankı vardı! Mənim isə, yazıq dostum, ancaq yüz əlli frankım 

qalmışdır.  Mən  haqlı  olaraq  cəzamı  aldım,  kəmərimi  quyuya  atmaq 

belə istəyirdim, bu kəməri taxmaq artıq mənim üçün mümkün deyildir. 

Mən  sənin  pulunu  oğurlamışdım.  Amma  Aqata  çox  yaxşı  qızdır,  o, 

mənə  dedi  ki:  “Bu  üç  yüz  əlli  frankı  ikimizin  adından  göndərərik!” 

Mən  sənə  əhvalatın  gedişini  təfsilatı  ilə  söyləmədim,  amma  sənin 

sifarişini yerinə yetirmək üçün bilirsənmi nə etdik? ikimiz də pulumuzu 

götürüb gəzməyə çıxdıq, lakin böyük yola çıxar-çıxmaz, yüyürə-yüyürə 

Rüfekə getdik, pulları “Kralpoçt idarəsi”nin müdiri cənab Qrimbertə 

verdik.  Geriyə  döndüyümüz  zaman  qaranquş  kimi  qanad  çalıb 

uçurduq. Aqata mənə dedi ki: “Bəlkə, xoşbəxtliyimizdən belə quş kimi 

uçuruq?” Biz bir-birimizə çox şeylər söylədik, ancaq bu sözləri, cənab 

parisli, mən sizə təkrar etməyəcəyəm, çünki bizim söhbətimizdə siz son 

dərəcə böyük rol oynayırdınız. Ah, mənim əziz qardaşım, biz səni çox 

sevirik,  vəssalam.  Qaldı  ki,  sirrin  açılmağından  heç  qorxma,  çünki 

xalanın  dediyinə  görə,  bizim  kimi  saman  altından  su  yeridənlər  hər 

şeyi,  hətta  sükut  etməyi  belə  bacarar.  Ainamla  xalam  sirli  şəkildə 

Anqulemə  yola  düşdülər,  səfərlərinin  yüksək  siyasi  qayələrindən  bir 

kəlmə  belə  bizə  danışmadılar.  Onlar  getməzdən  əvvəl  uzun  müddət 

məşvərət etdilər, bu məşvərətə nə biz, nə də cənab baron buraxılmışdı. 

Ras-  tinyak məmləkətində  başlarda  böyük fikirlər  dolaşır. İnfant-  lar 

yenə  əvvəlki  kimi  ülyahəzrət  kraliça  üçün  muslindən  hörmə  çiçəkli 

paltar  tikməklə  məşğuldur.  Paltar  çox  gizli  tikilir.  Yalnız  iki  ətəyini 

tikmək  qalmışdır.  Vertey  tərəfdə  divar  çəkməmək  üçün  qərar 

çıxarılmışdır, orada ancaq balaca bir 

102 


downloaded from KitabYurdu.org


hasar  olacaqdır.  Qara  camaat  bunun  sayəsində  meyvədən  və  üzüm 

salxımlarından  məhrum  edilsə  də,  xaricilər  üçün  gözəl  bir  mənzərə 

yaradılacaqdır.  Vəliəhdin  cib  yaylığına  ehtiyacı  vardırsa,  məlumu 

olsun ki, dul kraliça de Marsiyyak Pompeya və Kerkulanum* adı ilə 

şöhrət  qazanan  xəzinələrini  araşdırdıqdan  sonra  çoxdan  unutmuş 

olduğu  əla  bir  holland  kətanı  tapmışdır.  Şahzadə  xanımlar  Lora 

vəAqata,  həmişəki  kimi,  qəşəng  əllərini,  iynələrini  və  saplannı  onun 

ixtiyanna vermişlər. İki gənc şahzadə - don Anri ilə don Qabriel yenə 

də köhnə pis vərdişlərindən əl çəkməyib: çoxlu üzüm mürəbbəsi yeyir, 

bacılannı hirsləndirir, heç şey oxumur, quş yuvalarını dağıdır, səs-küy 

salır,  dövlətin  qanun-qaydalannı  pozaraq,  cavan  söyüd  budaqlarını 

kəsib-doğrayırlar. Roma papasının nunsisi, başqa təbirlə, bizim keşiş, 

imla  dərsi  əvəzinə  yenə  əvvəlki  kimi  boş-boşuna  dolaşacaqlarsa, 

kilsədən məhrum edəcəyini onlara bildirmişdir. Xudahafiz, mehriban 

qardaşım, heç bir məktub bu məktub kimi başdan-başa sənin səadətin 

üçün  dualar  və  məmnun  bir  məhəbbətlə  dolu  olmamışdır.  Buraya 

yolun düşərsə, bizə çox söhbətlər etməli olacaqsan. Mən sənin böyük 

bacınam. Mənə hər şeyi danışarsan! Xalam sənin yüksək cəmiyyətdə 

müvəffəqiyyət qazandığına işarə edir. 

Hamı xanım haqqında danışır, başqalannı yada salan yoxdur. 

Öz  aramızda  qalsın,  Ejenl  Əgər  istəyirsənsə,  biz  özümüzə  cib 

yaylığı tikmərik, sənin üçün köynək tikərik. Bu barədə bizə tez cavab 

yaz.  Əgər  sən  yaxşı  tikilmiş,  qəşəng  köynək  istəyirsənsə,  biz  dərhal 

əyləşib,  köynəkləri  tikməyə  başlamalıyıq.  Əgər  Parisdə  bizə  məlum 

olmayan fasonlar varsa, tez bizə göndər, xüsusilə manjet fasonu bizi 

çox maraqlandım. Əlvida, əMda, əzizim! Səni alnının sol tərəfindən - 

yalnız  mənə  aid  olan  yerindən  öpürəm.  Mən  Aqataya  təmiz  kağız 

vərəqi  vermişəm,  mənim  sənə  yazdığımı  oxumamağı  vəd  etmişdir. 

Lakin mənim məktubumu oxumayacağma əmin olmaq üçün, yanında 

dayanıb məktubu yazıb qurtarmağını gözləyəcəyəm. Səni sevən bacın. 

Lora de Rastinyak". 

103 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə