İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə36/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   32   33   34   35   36   37   38   39   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

sonra  siz  danışarsınız.  Mən  keçmiş  həyatımı  üç  kəlmə  ilə  başa  sala 



bilərəm. Mən kiməm? Votren. Nə ilə məşğulam? Xoşuma gələn işlə. 

Vəssalam.  Xasiyyətimi  bilmək  istəyirsinizmi?  Kim  mənimlə  yaxşı 

rəftar  edərsə,  yaxud  xoşuma  gələrsə,  mən  də  ona  yaxşılıq  edərəm. 

Mən  ona  hər  şeyə  icazə  verərəm,  ayağımı  bassa  belə,  dinmərəm. 

Lənət şeytana! Zəhləmi tökənlərlə, yaxud xoşuma gəlməyənlərlə mən 

iblis  kimi  kinli  oluram.  Etiraf  etməliyəm:  mənim  üçün  adam 

öldürmək  tüpürmək  kimi  bir  şeydir.  Lakin  mən  ancaq  məcburiyyət 

qarşısında  adam  öldürərəm,  havayı  yerə  öldürmərəm,  həm  də 

öldürəndə  işimi  tərtəmiz  başa  çatdıraram.  Mən  də  artist  kimi  bir 

şeyəm. Mən Benvenuto Çellininin “Xatirələrfni* oxumuşam, özü də 

italyanca!  Çellini  başkəsən,  yolkəsən  bir  adam  idi,  mən  ondan  dərs 

almışam, hər addımda fələk kimi adam öldürməyi ondan öyrənmişəm. 

Lakin  bundan  başqa,  o,  mənə  hər  yerdə  gözəlliyi  sevməyi 

öyrətmişdir.  Bundan  da gözəl  rol  ola  bilərmi?  Hamı  bir  tərəfdə,  sən 

də bir tərəfdə, amma yenə müvəffəqiyyət qazanmağa şansın var! Mən 

ictimai  intizamsızlığınızın  müasir  quruluşu  ətrafında  çox 

fikirləşmişəm.  Duel,  oğlum,  uşaq  oyunudur,  sarsaqlıqdır.  Əgər  iki 

nəfər  canlı  adamın  biri  məhv  olmalıdırsa,  təsadüfə  qurban  getmək 

üçün, doğrudan da, axmaq olmaq lazımdır. Bəs duel nədir? Bəxtəbəxt 

şeydir.  Vəssalam.  Mən  beş  gülləni  dalbadal  qaratoxmaq  tuza 

vuraram, həm də otuz beş addımdan! Belə bir istedad sahibi, düşməni 

yerə sərə biləcəyinə əmin ola bilər. Buna baxmayaraq, mən bir dəfə 

iyirmi addımdan birinə güllə atmışdım, dəymədi. Halbuki bu oyunbaz 

ömründə  bir  dəfə  belə  əlinə  tapança  götürməmişdi.  Əlinizdə 

yoxlayın!  -  deyə  bu  xariqüla-  də  adam  jiletini  açdı  və  ayı  beli  kimi 

qıllı,  iyrənc  tünd-sarı  tüklərlə  örtülü  döşünü  Rastinyaka  göstərdi. 

Sonra Rastinyakın  barmağını  döşündəki  dəliyin  içinə  qoyaraq,  əlavə 

etdi:  -  Mənim  xəzimi  həmin  südəmər  uşaq  dəlmişdi,  lakin  mən  o 

zaman sizin kimi iyirmi bir yaşlı uşaq idim. Hələ bəzi şeylərə, qadın 

məhəbbətinə, hələ sizin inandığınız bir çox axmaq şeylərə inanırdım. 

Çox  ola  bilsin  ki,  mən  sizinlə  döyüşəcəkdim,  ola  bilər!  Çox 

mümkündür ki, siz məni öldürərdiniz. Belə fərz edək ki, mən qəbirdə 

yatmışam,  bəs  siz  hara  qaçacaqdınız?  Əlbəttə,  İsveçrəyə  qaçmağa 

məcbur olacaqdınız, atanızın pullarını yeyib dolanacaqsınız. Halbuki 

atanızın pulu da yoxdur! Mən sizin vəziyyətinizi, dayandığım təpənin 

yüksəkliyindən 

110 

downloaded from KitabYurdu.org




bu  saat  sizin  üçün  aydın  edə  bilərəm,  çünki  mən  dünya  işlərinə 

bələdəm və dünyada ancaq iki yol bilirəm: küt bir itaət, yaxud üsyan. 

Mən şəxsən heç bir şeyə tabe olmaq istəmirəm, aydındırmı? Bəs sizə, 

bugünkü  həvəsinizə  görə  nə  qədər  pul  lazım  olduğunu  bilirsinizmi? 

Bir  milyon,  özü  də  lap  bu  saat,  lakin  bu  olmasa,  Allahın  varlığına 

inanmaq üçün öz başımızla Sen-Klu torlarına* qədər səyahət etməyə 

məcbur olardıq. Bir milyonu sizə mən verəcəyəm. - Votren sükut etdi, 

Ejenə  baxdı.  -  Aha!  Siz  Votren  əmiyə  daha  mehriban  nəzərlə 

baxırsınız.  “Milyon”  sözünü  eşitcək  siz  “bu  axşam”  sözünü  eşidib, 

pişiyin  ağzı  südə  sulanan  kimi,  özünə  zinət  verməyə  başlayan  gənc 

qıza  oxşadınız.  Çox  gözəl.  Onda  gəlin  açıq  danışaq.  Əlinizi  əlimə 

verin!  Bu  saat  sizin  var-yoxunuzu  bir-bir  yoxlayaq.  Əyalətdə  sizin 

atanız, ananız, qoca xalanız, on səkkiz və on yeddi yaşlı iki bacınız, 

on  beş  və  on  yaşlı  iki  qardaşınız  var.  Bütün  komandanın  siyahısı 

bundan  ibarətdir.  Xalanız  bacılarınıza  tərbiyə  verir.  Küre 

qardaşlarınıza  latın  dərsi  verir.  Ailəniz  ağ  çörəkdən  çox,  şabalıd 

qovurması  yeyir, atanız şalvarı dağılmasın deyə, onu ehtiyatla geyir, 

ananızın isə olsa-olsa bir yay paltan, bir də qış paltarı var, bacılarınıza 

gəlincə, əllərinə düşəni geyinirlər. Mən hər şeyi bilirəm; mən cənubda 

yaşamışam. Mən sizin vəziyyətinizin də belə olduğunu bilirəm. Əgər 

sizə  ildə  min  iki  yüz  frank  pul  göndərirlərsə,  demək,  torpağınızın 

mədaxili  üç  mindən  artıq  deyildir.  Aşpaz  da  lazımdır,  nökər  də 

lazımdır, hər halda, atanız barondur, ədəb qaydalarını pozmaq olmaz. 

Özümüzə  gəlincə,  bizim  də  şöh-  rətpərəstliyimiz  var,  Bosean  adlı 

qohumumuz  var:  amma  həmişə  piyada  gəzərik;  sərvət  arzusunda 

olanq,  cibimizdə  isə  bir  su  pul  tapılmaz;  Voke  cicinin  biş-düşünü 

yeyərik,  amma  sevdiyimiz  Sen-  Jermen  qəsəbəsindəki  gözəl 

xörəklərdir; cındır yatağın üstündə yatırıq, amma mülk sahibi olmağı 

arzu  edirik!  Sizin  meyillərinizi  mən  inkar  etmirəm.  Şöhrətpərəstlik, 

dostum, hər kəsin işi deyil. Qadınların hansı kişilərdən xoşlandıqlarını 

soruşsanız,  görərsiniz  ki,  ən  çox  şöhrətpərəstləri  sevirlər. 

Şöhrətpərəstin  bel  sümüyü  möhkəm  olar,  qanında  dəmir  çox  olar, 

ürəyi  başqa  kişilərin  ürəyindən  qızğın  olar.  Yetişmiş  bir  qadın  isə 

xoşbəxt  olar,  gözəl  olar;  odur  ki  qüvvətli  kişiləri  üstün  tutar,  belini 

sındıra  biləcəyindən  qorxmaz.  Sizin  arzularınızı  bir-bir  saymaqda 

məqsədim  sizə  bir  sual  verməkdir.  Sualım  budur:  iştahamız  qurd 

iştahası, dişimiz də iti, bəs indi 

111 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

biz nə edək ki, qazanımız boş olmasın? Hər şeydən əvvəl, biz gərək 



“Qanun  məcəlləsi”ni  həzm  edək.  Bu,  o  qədər  də  ləzzətli  şey  deyil, 

adama  heç  bir  şey  öyrətməz,  ancaq  yenə  də  lazımdır.  Tutaq  ki, 

belədir.  Nəhayət,  biz  məhkəmə  üzvü  oluruq,  sonra  cinayət  məhkə-

məsinin  sədri  oluruq  -  bizdən  daha  yaxşı  adam  olan  bədbəxtlərin 

çiyinlərinə 

S.K.

1

  damğasını  basmağa  başlayırıq,  varlıların  sakit  yata 

bilməsi  üçün  bu  adamları  katorqaya  göndəririk.  Bu,  o  qədər  də 

əyləncəli  bir  şey  deyil,  lakin  çox  gözləmək  lazım  gəlir.  Bunun  üçün 

bir-iki il Parisdə sürünməli, nə qədər çox xoşumuza gəlsə də, şeylərə 

əl  vurmadan  tamaşa  etməklə  kifayətlənməliyik.  Hər  şey  arzu  etmək 

və heç şeyə nail olmaqdan da ağır hal ola bilərmi? Əgər vücudunuz 

zəif,  təbiətiniz  soxulcan  təbiəti  olsaydı,  siz  heç  nədən  qorxmaya 

bilərdiniz; halbuki qanınız aslan qanı kimi coşqundur ki, gündə iyirmi 

dəfə  axmaq  iş  tutsanız  da  çatar.  Allahın  yaratdığı  cəhənnəmdəki 

məşəqqətlərin  ən  dəhşətlisi  budur  ki,  siz  bu  məşəqqətə  dözə 

bilməzsiniz.  Fərz  edək  ki,  siz  ağlınızı  itirmisiniz,  süd  içib  elegiya 

yazırsınız.  O  zaman  iti  belə  hiddətləndirəcək  məhrumiyyətdən  və 

uğursuzluqdan  sonra  siz  uzaq  qəsəbələrin  birində  alçaq  bir 

prokurorun  müavini  vəzifəsinə  təyin  ediləcəksiniz.  Hökumətin 

üzərinizə çilədiyi ildə min franklıq bir maaşla dolanacaqsınız, bu isə 

qəssabın  itinə  atılan  sümük  kimi  bir  şeydir.  Oğruların  üzərinə  hür, 

varlıları  müdafiə  et,  cəsur  adamları  gilyotinə  göndər.  Çox  sağ  olun! 

Sizə  himayə  göstərən  bir  şəxs  tapılmasa,  əyalət  tribunallarında 

çürüyüb məhv olacaqsınız. Otuz yaşına çatdığınız zaman, hələ hakim 

mantiyasını  cəhənnəmə  atmamış  olsanız,  sizi  min  yüz  frank  maaşla 

hakim  vəzifəsinə  təyin  edəcəklər.  Qırx  yaşında  bir  dəyirmançının 

qızını  alacaqsınız,  özünüzü  altı  min  livr  maaşla  təmin  edəcəksiniz. 

Çox  sağ  olun,  bəd  deyil!  Halbuki  himayəçiniz  olsaydı,  otuz  yaşında 

əyalət  prokuroru  olub,  min  ekü  maaş  alardınız,  şəhər  bələdiyyə 

rəisinin  qızı  ilə  evlənərdiniz.  Səsvermə  vərəqəsində  Villel  əvəzində 

Manuel* oxumaq kimi xırda-xırda siyasi alçaqlıqlara yol versəniz (bu 

iki  familiya  həmqafiyədir,  odur  ki  vicdan  əzabı  çəkməyə  bilərsiniz), 

qırx  yaşında  general-prokuror  olarsınız,  sizi  deputat  seçə  bilərlər. 

Mehriban  oğlum,  bir  şeyi  unutmayın:  biz  artıq  vicdanımıza  rəxnə 

vurmuşuq, iyirmi il ərzində çox əziyyətlər çəkmişik, gizli ehtiyaclara 

dözmüşük, bacılarımız isə evdə qarıyıb qalmışlar. 



1

 

S.K. -

 sürgün, katorqalı 

112 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə