İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə39/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   35   36   37   38   39   40   41   42   ...   231

Rastinyak Votrenin sözünü kəsərək ehtirasla: 

-

 



Mən nə etməliyəm? - dedi. 

-

 



Heç bir şey. 

Votrenin üzündə, balığın qarmağa keçdiyini duyan bir balıqçının 

sevincinə bənzər gizli sevinc göründü. Sözünə davam edərək: 

-

 



Sözlərimə  yaxşı  qulaq  asın, -  dedi.  -  Zavallı,  yoxsul,  bədbəxt 

bir qızın qəlbi - məhəbbəti ehtirasla öz canına çəkməyə hazır olan bir 

süngərə  bənzər.  Bu  qəlb  o  qədər  qurudur  ki,  bir  damcı  hiss  onun 

üzərinə  düşər-düşməz,  şişməyə  başlar.  Hələ  yoxsul,  ümidsiz,  yalqız, 

əlinə  sərvət  keçəcəyindən  bixəbər  olduğu  zaman  bir  gənc  qıza  aşiq 

olmaq!  Bilirsinizmi  bu  nədir?  Bu,  o  deməkdir  ki,  bütün  xallar  sizin 

əlinizdədir,  lotereyanın  bütün  uduş  nömrələrini  bilirsiniz,  bütün 

məlumatı  qabaqcadan  alaraq  renta  məzənnəsində  oynayırsınız!  Siz 

dərhal  sarsılmaz  bir  izdivacın  möhkəm  bünövrəsini  qoymuş 

olursunuz.  Belə  bir  qızın  əlinə  milyonlar  düşərsə,  o,  bu  milyonlan 

çınqıl  kimi  sizin  ayaqlarınızın  altına  səpələyəcəkdir.  O:  “Al,  mənim 

əzizim,  al,  Adolf,  Alfred,  yaxud  Ejen!”  deyəcəkdir,  bir  şərtlə  ki, 

Adolf,  Alfred,  yaxud  Ejen  bir  fədakarlıq  göstərməyi  bacara. 

Fədakarlıq isə köhnə frakını sataraq bir dəfə birlikdə “Göy siferblat”* 

restoranına  getməkdən,  şampinyonlu  kruton  yeməkdən  və  sonra 

axşamüstü  “Ambiqü-Komik”  teatrına  getməkdən  ibarətdir.  Saatı  beh 

qoyub  bir  şal  da  alıb  ona  bağışlamaq  olar.  Hələ  mən  qadınlann 

sevdiyi  aşiqanə  məktublardan  və  bu  kimi  axmaq  şeylərdən  bəhs 

etmirəm;  məsələn,  sevgilinlə  görüşmədiyin  zamanlar,  poçt  kağızının 

üzərinə göz yaşı deyə su səpələmək olar. Lakin mənə elə gəlir ki, siz 

ürəklərin  dilini  yaxşı  bilirsiniz.  Paris  Şimali  Amerikanın  vəhşi 

meşələri  kimidir:  burada  çoxlu  vəhşi  tayfalar,  quronlar,  illinoylar* 

dolaşar, ovla başlannı dolandırarlar. Siz, məsələn, milyonların ovuna 

çıxmışsınız.  Bu  milyonları  ələ  keçirmək  üçün  cələ,  tələ,  manka 

düzmək lazımdır. Onun da müxtəlif sahələri var. Biri cehiz ovlayır, o 

biri  başqasının  ticarətini  ləğv  etmək  üçün  ova  çıxır.  Birincinin 

ovladığı insan canlarıdır, o biri isə ona etimad göstərənlərin əl-qolunu 

bağlayıb  alver  edir.  Ovdan  torbası  dolu  qayıdanlara  həmişə  hörmət 

var,  onları  yaxşı  cəmiyyətlərdə  qəbul  edərlər.  Bu  qonaqcıl  torpağa 

haqq  vermək  lazımdır.  Paris  dünyanın  ən  dözümlü  şəhəridir. 

Avropanın  başqa  paytaxtlarında  yaşayan  məğrur  aristokratlar  öz 

dairələrinə alçaq milyonçunu qoymadığı 

117 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

halda,  Paris  ağuşunu  açır,  onun  ziyafətlərində  iştirak  edir,  onun 



çörəyini yeyir, onun alçaqlığına badə qaldırır. 

-

 



Bəs belə bir qızı mən haradan tapa bilərəm? 

-

 



O, sizin yanınızdadır, buyurun! 

-

 



Madmazel Viktorinanımı deyirsiniz? 

-

 



Bəli, özüdür ki var. 

-

 



Bu necə ola bilər? 

-

 



Gələcək  balaca  baronessa  de  Rastinyak  artıq  sizə  aşiq 

olmuşdur. 

Ejen təəccüblə: 

-

 



Onun heç şeyi yoxdur, - dedi. 

-

 



Aha! Biz əsl mətləbə indi gəlib çatdıq, - Votren cavab verdi. - 

Bir-iki  kəlmə  daha,  hər  şey  aydın  olar.  Atası  Tayfer  qoca  əclafdır: 

onun  inqilab  dövründə  öz  dostunu  öldürməsindən  şübhələnirlər. 

Mənim  kimi  fırıldaqçılardandır,  müstəqil  fikir  sahibidir.  Bankirdir, 

“Frederik Tayfer və şirkəti” bankir evinin əsas pay sahiblərindəndir. 

O,  Viktorinanı  yoxsul  qoyub,  bütün  var-yoxunu  yeganə  oğluna 

vəsiyyət  etmək  niyyətindədir.  Belə  haqsızlıq  mənim  heç  xoşuma 

gəlməz.  Mən  Don-Kixot  kimiyəm:  zəifləri  güclülərdən  müdafiə 

etməyi  sevirəm.  Allah  bankirin  oğlunu  öz  yanına  çağırmaq  üçün 

müsaidə buyursaydı, Tayfer öz qızını geri qaytarmağa məcbur olardı. 

O, varissiz qalmaq istəmir, bu səfehlik insan təbiətinə məxsus şeydir, 

yenidən  uşaq  doğmaq  isə  artıq  onun  iqtidarında  deyildir,  mən  bunu 

yaxşı  bilirəm.  Viktorina  mülayim,  sevimli  qızdır:  onu  tez  ələ  keçirə 

bilər,  onu  fırfıraya  çevirib,  atalıq  hissindən  istifadə  edərək,  istədiyi 

kimi fırlaya bilər. Sizin məhəbbətiniz onu çox mütəəssir etmiş olacaq: 

o,  sizi  unutmayacaq,  sizə  ərə  gedəcəkdir.  Qəzavü-qədər  rolunu  isə 

mən  oynayacağam,  Allahın  əmrini  yerinə  yetirəcəyəm.  Mənim  bir 

dostum  var,  ona  çox  yaxşılıqlar  etmişəm.  Luara  ordusunun 

polkovnikidir*, bir az bundan əvvəl kral qvardiyasına daxil olmuşdur. 

Polkovnik  mənim  hər  məsləhətimə  qulaq  asır,  o,  atəşin  bir  royalist 

olmuşdur.  Axmaq  deyil,  odur  ki  məsləkinə  çox  da  yüksək  qiymət 

verməz. Mənim mələk oğlum, mən sizə bir məsləhət də verə bilərəm: 

məsləkinizlə  çox  da  hesablaşmayın,  sözlərinizə  çox  da  qiymət 

verməyin...  Alan  tapılarsa,  bunu  satmaqdan  çəkinməyin.  Birisi  öz 

məsləkinə heç zaman xəyanət etməyəcəyini söyləyərək qürurlananda 

daim  bir  xətlə  yeriməyə  məcburdur:  buna  ancaq  heç  bir  günahı 

olmadığına əmin olan axmaq adam deyərlər. Prinsip 

118 


downloaded from KitabYurdu.org


yoxdur,  ancaq  hadisələr  var.  Qanun  yoxdur,  hər  şey  vəziyyətdən 

asılıdır.  Yüksəklərdə  qanad  çalanlar,  hadisələrə  və  vəziyyətlərə 

rəhbərlik  etmək  üçün  özlərini  bunlara  uyuşdururlar.  Prinsiplər  və 

qanunlar  əbədi  olsaydı,  xalqlar  bunu  çirkli  köynək  kimi  dəyişməzdi. 

Bir  fərd  böyük  bir  millətdən  ağıllı  olmağa  borclu  deyildir.  Bu  gün 

Fransa  qarşısında  heç  bir  xidməti  olmayan  bir  şəxsə,  yalnız  hər 

şeydən  hərarətlə  yapışdığına  görə,  büt  kimi  sitayiş  edirlər.  Halbuki 

onun layiq olduğu şeyi varsa, o da ancaq Sənaye muzeyində maşınlar 

arasında Lafayet* etiketi ilə dayanmaqdır. Eyni zamanda, bəşəriyyətə 

dərin  nifrət  bəslədiyindən,  onun  üzünə  tələb  olunduğu  qədər  vədlər 

çırpan  bir  knyazı  hər  kəs  daşa  basır,  halbuki  o,  Vyana  konqresi 

vaxtında  Fransanın  parçalanmasına  yol  verməmişdi.  Onun  başı 

çələnglə  bəzənməli  olduğu  halda,  üstünə  palçıq  atırlar.  Ah!  Mən 

işlərin nə vəziyyətdə olduğunu çox yaxşı bilirəm. Bir çox adamların 

sirri  mənim  əlimdədir!  Yetər,  kifayətdir!  Mən  müəyyən  bir  prinsipi 

yürütməkdə  bir-biri  ilə  razılaşan  üç  nəfər  tapdığım  zaman  möhkəm 

əqidələr sahibi olacağam. Heç bir məhkəmədə qanunun eyni maddəsi 

haqqında bir  rəydə  olan  üç hakimə  təsadüf  etmək  mümkün  deyildir. 

Yenə dostumun məsələsinə qayıdıram. Əgər mən ondan xahiş etsəm, 

o,  İsanı  ikinci  dəfə  çarmıxa  çəkə  bilər.  Votren  dayının  ancaq  bir 

kəlməsi  kifayətdir  ki,  o,  öz  zavallı  bacısına  beş  frank  göndərməyən 

bir lotunu savaşmağa məcbur edərək, sonra... 

Votren burada ayağa durdu və hücum hərəkəti göstərərək: 

-

 



Cəhənnəmə vasil etsin, - dedi. 

Ejen: 


-

 

Aman,  nə  dəhşətlidir!  -  dedi.  -  Cənab  Votren,  siz  zarafat 



edirsiniz. 

Votren sözünə davam etdi: 

-

 

Yaxşı,  yaxşı,  sakit  olun!  Özünüzü  uşaq  yerinə  qoymayın... 



Ancaq xoşunuza gəlirsə, hiddətlənə də bilərsiniz, qızışa da bilərsiniz! 

İstəyirsinizsə  mənə  əclaf,  məlun  cani,  quldur  deyin,  ancaq  casus  və 

fırıldaqçı  adlandırmayın!  Nə  üçün  dayanmısınız,  nə  üçün  mənə  atəş 

açmırsınız?  Mən  sizi  bağışlayıram:  siz  yaşlı  gənclər  üçün  bu,  təbii 

şeydir.  Mən  özüm  də  bir  zamanlar  sizin  kimi  qızışırdım!  Ancaq  bir 

fikirləşin: bir zaman gələcək, siz məndən də pis işlərə əl atacaq- sınız. 

Siz  xoşagəlim  bir  qadına  aşiq  olub,  onun  pullarından  istifadə 

edəcəksiniz... Bu barədə heç fikirləşmisinizmi? Axı məhəbbətinizlə 

119 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə