İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə47/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   43   44   45   46   47   48   49   50   ...   231

Çində  qoca  bir  mandarini

1

  öldürmək  və  bunun  sayəsində  varlanmaq 



mümkün olsaydı, oxucu nə edərdi? 

-

 



Yadımdadır. 

-

 



Bəs bu barədə fikrin nədir? 

-

 



Boş  şeydir.  Mən  bu  saat  otuz  üçüncü  mandarini  öldürməklə 

məşğulam. 

-

 

Zarafat eləmə. Sözümə qulaq as, əgər belə bir şeyin mümkün-



lüyünü sənə sübut etsələr və buna nail olmaq üçün yalnız başınla bir 

işarə etmək kifayət olduğunu söyləsələr, neylərdin? 

-

 

Sənin  mandarinin  çox  qocadırmı?  Sözün  doğrusunu axtarsan, 



sənin  mandarininin  qoca,  ya  cavan,  sağlam,  ya  iflic  olmasının-  yox, 

yox, lənət şeytana. 

-

 

Sən  yaxşı  oğlansan,  Byanşon.  Bəlkə,  iş  belə  oldu:  sən  bir 



qadına aşiq olmusan, bütün varlığını onun yolunda verməyə hazırsan, 

onun bərbəzəyi, kareti, arzu etdiyi şeylər üçün ona çoxlu pul lazımdır, 

onda nə edərdin? 

-

 



Heç  dəxli  var?  Sən  əvvəlcə  mənim  ağlımı  əlimdən  alırsan, 

sonra da təklif edirsən ki, fikirləşim. 

-

 

Ah,  Byanşon,  mən  dəli  oluram,  mənə  əlac  tap.  Mənim  iki 



bacım var, hər biri gözəllik və bəkarət məlakəsidir. Mən istəyirəm ki, 

onlar xoşbəxt olsunlar. Onlara cehiz vermək üçün beş il ərzində mən 

iki yüz min frankı haradan tapa bilərəm? İnsan həyatında elə hadisələr 

olur ki, xırda-xırda udmaqdansa, iri qumar oynamaq lazım gəlir. 

-

 

Sən  həyata  yenicə  qədəm  basan  hər  kəsin  qarşısında  duran 



sualı mənə təklif edirsən; sən Qordi düyününü* bir qılınc zərbəsi ilə 

doğramaq  istəyirsən.  Əzizim,  bunun  üçün  İsgəndər  olmaq  lazımdır, 

yoxsa  katorqaya  sürülərsən.  Mən  şəxsən  atamdan  miras  aldığım 

mövqeyi  tutaraq,  əyalətdə  özüm  üçün  yaratmaq  istədiyim  sadə 

həyatla da xoşbəxt ola bilərəm. İnsan meyilləri böyük ərazidə olduğu 

kimi, kiçik bir sahədə də tamamilə təmin edilə bilər. Napoleon gündə 

bir  dəfə  nahar  edərdi  və  hətta  kapusinlər

1

  xəstəxanası  yanında 



yaşayan  təbib  tələbənin  saxladığından  çox  məşuqə  saxlamazdı. 

Əzizim, bizim xoşbəxtliyimiz hər vaxt ayaqlarımızın altı ilə təpəmiz 

arasındakı hüdudda olacaqdır və bu xoşbəxtliyin qiyməti 

1 2


 

1

 



Mandarin

  -  portuqalların  Çin  feodallarına 

verdiyi ad 

2

 



Kapusinlər

 - katolik-monarx cəmiyyəti 

141 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

ildə bir milyon, yaxud yüz luidor olsa belə, ondan eyni daxili bir hiss 



duyacağıq. Mən sənin çinlinin həyatına səs verirəm. 

-

 



Sağ  ol,  Byanşon,  sən  mənim  ürəyimi  sakitləşdirdin!  Biz 

səninlə həmişəlik dost olaraq qalacağıq. 

Tələbə isə sözünə davam edərək: 

-

 



Sözümə  qulaq  as,  -  dedi.  -  Mən  bu  saat  Küvyenin*  müha-

zirəsindən  gəlirəm.  Oradan  çıxıb  Botanika  bağına  getdiyim  zaman 

Puare ilə Mişononu gördüm; skamyada əyləşib, keçənilki qarışıqlıqlar 

vaxtında  deputatlar  palatasının  yanında  gördüyüm  bir  şəxslə  söhbət 

edirdilər.  Mənə  elə  gəldi  ki,  bu  adam  adi,  özünü  nəcib  rantye  kimi 

göstərən  polis  nəfəridir.  Gəl  bu  bir  cüt  şəxsin  işlərinə  bələd  olaq; 

bunun  səbəbini  mən  sənə  sonra  başa  salaram.  Hələlik,  salamat  qal, 

saat dörddə yoxlamada olmalıyam. 

Ejen  evə  qayıtdığı  zaman  Qorio  ata  onu  qapının  ağzında  gözlə-

yirdi. Qoca: 

-

 

Buyura  bilərsiniz,  bu  məktub  ondandır,  -  dedi.  -  Amma  nə 



gözəl xətti var! 

Ejen məktubu açıb oxudu: 



“Hörmətli  cənab,  atam  mənə  sizin  italyan  musiqisini  sevdiyinizi 

söylədi.  Lojamda  əyləşməklə  məni  məmnun  edəcəyinizdən  çox  şad 

olaram. Şənbə günü Fodor ilə Pelleqrini* oxuyacaqlar, - xahişimi rədd 

etməyəcəyinizə əminəm. Cənab Nusingen də mənim xahişimə şərikdir 

və  sadəcə,  nahara  bizə  gəlməyinizi  rica  edir.  Sizin  buna  razılıq 

verməyiniz  onu  çox  məmnun  edər,  məni  ötürmək  kimi  ağır  bir  ailə 

vəzifəsini  daşımaqdan  azad  edə  bilər.  Cavab  verməyə  də  bilərsiniz, 

eləcə gəlin. Mənim minnətdarlığımı qəbul edin. 

D. de N" 

Ejen məktubu oxuyub qurtardıqdan sonra qoca dedi: 

-

 

Məktubu mənə göstərin. - Sonra məktubu iyləyə-iyləyə: - Siz, 



əlbəttə, gedəcəksiniz, deyilmi?  - deyə soruşdu. - Məktubun nə gözəl 

ətri var! Ona qızımın barmaqları toxunmuşdur. 

Rastinyak  düşündü:  “Qadın  kişinin  boynuna  belə  asanlıqla  atıl-

maz.  O,  de  Marseni  qaytarmaq  üçün  məndən  istifadə  etmək  niyyə-

tindədir. Qadın yalnız hirsindən belə addım ata bilər”. 

142 


downloaded from KitabYurdu.org


Qorio ata soruşdu: 

-

 



Nə fikirləşirsiniz, fikirləşməyə nə var ki? 

Ejen  o  dövrdə  bir  çox  qadının  şöhrətpərəstlik  həvəsinə  düşdü-

yündən xəbərsizdi. O, madam de Nusingenin Sen-Jermen civanna yol 

açmaq üçün hər fədakarlığa hazır olduğunu bilmirdi. Bu dövrdə Sen-

Jermen  civan  məclislərində,  yəni  Kiçik  sarayın  stats-damaları* 

arasında  qəbul  edilmək  hər  bir  qadın  üçün  böyük  şərəf  sayılırdı.  Bu 

sarayda madam de Bosean, onun dostları hersoginya Morfinyez və de 

Lanje  birinci  yerdə  əyləşmişlər.  Yalnız  Rastinyak  Şosse  d’Anten 

xanımlarının  kəhkəşan  kimi  parlayan  bu  bir  neçə  qadının  yüksək 

dairəsinə düşmək üçün can atdıqlarını, çılğın ehtirasla çırpındıqlarını 

bilmirdi.  Lakin  Ejenin  inamsızlığı  ona  xeyir  verdi.  Bu  inamsızlıq 

sayəsində  o,  hər  şeyə  soyuqqanlı  baxırdı.  Madam  de  Nusingen  ona 

başqalarının  şərtini  qəbul  etmək  deyil,  özü  şərt  qoymaq  kimi 

soyuqqanlılıq qabiliyyəti qazandırmışdı. 

Rastinyak Qorio ataya cavab verdi: 

-

 



Bəli, gedəcəyəm. 

Bu surətlə sadə bir maraq Ejeni madam de Nusingenə doğru sövq 

edirdi,  lakin  o,  Ejenə  etinasızlıq  göstərsəydi,  bəlkə  də,  Ejen  ona 

ehtirasla meyil edərdi. Hər halda, Ejen sabahkı günü və özünün dəvət 

saatını  səbirsizliklə  gözləyirdi.  İlk  intriqa  bir  gənc  üçün  ilk 

məhəbbətdən  az  cazibədar  deyildir.  Müvəffəqiyyət  qazanacağına 

əmin  olması  onun  qəlbində  fərəhli  hisslərin  doğmasına  səbəb  olur, 

ancaq  kişilər  bunu  etiraf  etməzlər,  halbuki  bəzi  qadınların  bütün 

sehrkarlığı və cazibəsi də bundadır. Qələbənin çətin, yaxud asan əldə 

edilməsindən  asılı  olmayaraq,  ehtiraslı  arzular  od  kimi  alışıb- 

yanmağa  başlayır.  Bütün  insan  ehtirasları,  əlbəttə,  məhəbbətin 

səltənətini  iki  müxtəlif  aləmə  ayıran  bu  iki  təməl  üzərində  yaranır. 

Bəlkə  də,  bu  təqsimat  temperamentlərin  mürəkkəb  olmasından  irəli 

gəlir,  hər  halda,  nə  deyirlərsə  desinlər,  temperament  məsələsi  bəşər 

cəmiyyətində əsas rol oynayır. Əgər melanxoliklərin vəcd dərəcəsinə 

çatması  üçün  müxtəlif  işvəkarlıqlara  ehtiyac  vardısa,  çılğın,  həssas 

yaxud  sanqviniklər*  həddən  artıq  inadlı  müqavimətə  rast  gəldikləri 

zaman  dava  meydanından  qaça  da  bilərlər.  Başqa  sözlə,  elegiya 

limfadan, difiramb isə öd kisəsindən asılıdır. 

Ejen paltarını dəyişdikcə, gənclərin istehzadan qorxduqları üçün 

bu barədə bəhs etməyi sevmədiyinə baxmayaraq, onların mənliyini 

143 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə