İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə49/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   45   46   47   48   49   50   51   52   ...   231

-

 

Xeyr, - dedi, - burada oturaq. 



Ejen  cəsarətlə  onun  əlindən  tutdu.  Delfina  müqavimət  göstər-

mədi,  hətta  Ejenin  əlini  həyəcanla,  qüvvətlə  sıxdı:  onun  dərin  həyə-

can içində olduğu görünürdü. 

Ejen: 


-

 

Sözlərimə  qulaq  asın,  -  dedi.  -  Əgər  sizin  bir  dərdiniz  varsa, 



mütləq  mənə  söyləməlisiniz.  Mən  sizə  sübut  etmək  istəyirəm  ki, 

yalnız  sizin,  yalnız  sizin  üçün  sevirəm.  Söhbətimizə  davam  edək, 

dərdinizi  mənə  açmalısınız,  bir  düjün  adam  öldürmək  belə  lazım 

gələrsə, mən sizin dərdinizi dağıtmalıyam. Əks təqdirdə mən buradan 

çıxıb gedər, bir daha qayıtmaram. 

Delfina  naümid  və  birdən-birə  onu  bürümüş  bir  fikrin  təsiri 

altında əlini alnına vuraraq: 

-

 



Yaxşı! - dedi. - Mən bu saat sizi imtahandan keçirərəm. 

O,  öz-özünə:  “Bəli,  başqa  çarə  yoxdur!”  -  deyə  düşündü.  Zəngi 

çaldı. İəri girən lakeydən: 

-

 



Baronun kareti hazırdırmı? - deyə soruşdu. 

-

 



Bəli, xanım. 

-

 



Mən  karetə  gedəcəyəm.  Baronun  arxasınca  mənim  ekipajımı 

göndərərsiniz. Saat yeddidə nahar edəcəyik. 

Sonra Ejenə əmr etdi: 

-

 



Gedək. 

De Musingenin karetində və bu qadınla yanaşı oturması tələbəyə 

yuxu kimi göründü. 

Baronessa arabaçıya əmr etdi: 

-

 

Pale-Royala, fransız teatrına tərəf sürün. 



Yolda,  ehtimal  ki,  həyəcan  keçirdiyindən,  baronessa  Rastinya- 

kın suallanna cavab verməkdən çəkinirdi. Rastinyak bu dilsiz inadlı, 

dalğın müqavimətin mənasını başa düşməkdə acizdi. 

Öz-özünə  düşünürdü:  “Mən  bir  an  içində  onu  əlimdən 

çıxartdım”. 

Karet  dayandı,  baronessa  onun  həvəslənib  söylədiyi  çılğın  söz-

lərini bir baxışla kəsərək: 

-

 



Siz məni sevirsinizmi? - soruşdu. 

Ejen getdikcə artan təlaşını göstərmədən: 

-

 

Bəli, - dedi. 



-

 

Mən sizdən nə tələb edərsəm,  mənim barəmdə pis fikrə düş-



məzsiniz ki? 

147 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Qətiyyən. 

-

 

Siz mənə itaət etməyə hazırsınızmı? 



-

 

Gözlərim üstə. 



Sonra Delfina titrək səslə soruşdu: 

-

 



Siz heç qumarxanada olmusunuzmu? 

-

 



Qətiyyən. 

-

 



Ah,  mən  azad  nəfəs  ala  bilərəm.  Siz  mütləq  udacaqsınız. 

Mənim  kisəmi  götürün,  -  dedi.  -  Götürün!  Orada  yüz  frank  var  - 

xoşbəxt  qadının  ixtiyarında  olan  ancaq  budur.  Qumarxanalardan 

birinə  girərsiniz.  Harada  olduğunu  bilmirəm,  ancaq  Pale-Royalda 

qumarxana olduğundan xəbərim var. Bu frankı ruletkaya qoyarsınız: 

ya  hamısını  uduzarsınız,  ya  da  mənə  altı  min  frank  gətirərsiniz. 

Qayıdandan sonra mən dərdimi sizə açıb söylərəm. 

Ejen fərəhlə: 

-

 

Əgər nə edəcəyimi başa düşürəmsə, lənətə gəlim! Ancaq yenə 



də sizə itaət etməyə hazıram,  - dedi. Eyni zamanda düşündü ki: “O, 

mənim  iştirakımla  özünü  rüsvay  edir,  ona  görə  mənim  heç  bir 

xahişimi rədd edə bilməyəcək”. 

Ejen  qəşəng  kisəni  götürdü  və  hazır  paltar  tacirlərindən  qumar- 

xananın  yerini  soruşub,  cəld  9  nömrəli  qapıya  doğru  cumdu.  Pillə-

kənlə  yuxarı  çıxdı,  şlyapasını  verdi,  içəri  girib  ruletkanın  harada 

olduğunu  soruşdu.  Müştərilər  təəccüblə  ona  baxırdılar,  salondakı 

lakey  isə  onu  uzun  stola  tərəf  apardı.  Tamaşaçılarla  əhatə  olunmuş 

Ejen,  heç  nədən  utanmadan,  pulu  hara  qoymaq  lazım  gəldiyini 

soruşdu. 

Ağsaçlı kişi Ejenə dedi ki: 

-

 



Bu otuz altı rəqəmdən birisinin üzərinə bir luidor qoysanız və 

sizin nömrənizə düşsə, otuz altı luidor apararsınız. 

Rastinyak  yüz  frankın  hamısını  öz  yaşının  sayı  olan  iyirmi  bir 

rəqəminin  üstünə  atdı.  O,  hələ  özünə  gəlməmiş,  birdən  ətrafı  heyrət 

səsləri bürüdü. Ejen özü bilmədən udmuşdu. 

Ağsaçlı kişi: 

-

 

Pullarınızı  götürün,  -  dedi.  -  İki  dəfə  dalbadal  bu  cür  udmaq 



mümkün deyil. 

Qoca,  pəri  ona  doğru  uzatdı,  Ejen  üç  min  altı  yüz  frankı  özünə 

tərəf  çəkdi  və  sonra  oyundan  qətiyyən  başı  çıxmayaraq,  pulların 

hamısını qırmızı rəqəmin üstünə qoydu. Onun yenə də oynadığını 

148 

downloaded from KitabYurdu.org




görənlər  qibtə  ilə  ona  baxırdılar.  Çarx  fırlandı,  o,  yenə  uddu,  bank- 

qoyan ona tərəf daha üç min altı yüz frank tulladı. 

Qoca, Ejenə pıçıldadı: 

-

 



Sizin  yeddi  min  iki  yüz  frankınız  var.  Mənim  məsləhətimə 

qulaq  asın  -  çıxıb  gedin:  səkkiz  dəfədir  qırmızıya  düşür.  Əgər  ürə-

yiniz  təmizdirsə,  özünüz  sonra  mənim  bu  məsləhətim  üçün  təşəkkür 

edəcəksiniz.  Bir  də,  dərin  ehtiyac  içində  olan  sabiq  Napoleon 

prefektinə bir şey bağışlarsınız. 

Ejen pərişan halda ağsaçlı kişiyə on luidor verdi, oyunun məna-

sını  belə  başa  düşmədən  bəxtinin  gətirməyinə  mat  halda  yeddi  min 

frankı götürüb aşağı düşdü. 

Karetin  qapısı  örtülən  kimi,  Ejen  yeddi  min  frankı  madam  de 

Nusingenə göstərərək: 

-

 

Budur! - dedi. - İndi siz məni hara aparacaqsınız? 



Delfina çılğın bir hərəkətlə onu bağrına basdı, ehtirassız olsa 

da, onu bərk öpə-öpə: 

-

 

Siz məni xilas etdiniz! - dedi. 



Yanaqlarından fərəhli göz yaşları axdı. 

-

 



Dostum,  mən  hamısını  sizə  danışacağam.  Siz  mənim  dostum 

olacaqsınız, deyilmi? Siz elə zənn edirsiniz ki, mən varlıyam, həm də 

çox  varlıyam,  mənim  hər  şeyim  var,  hər  halda,  guya,  hər  şeyim  var 

kimidir. İndi bilin ki, cənab de Nusingen mənə bir su belə xərcləməyə 

icazə  vermir:  o,  evin  bütün  xərclərini  ödəyir,  mənim  lojalanmı, 

ekipajlarımı  təmin  edir,  bəzək  üçün  mənə  cüzi  pul  verməklə  şüurlu 

olaraq  məni  gizli  bir  səfalət  içində  saxlayır.  Məğrur  olduğum  üçün 

mən ondan pul istəmirəm. Əgər mən onun pullarının əvəzini məndən 

tələb  etdiyi  şeylərlə  versəydim,  ən  düşkün  qadın  olardım.  Bu  necə 

oldu  ki,  yeddi  yüz  min  frankım  olduğu  halda,  mən  özümü  qarət 

etməyə  yol  verdim?  Hamısı  qürurun çoxluğundan,  hiddətimdən.  Biz 

yenicə  ailə  həyatına  başladığımız  zaman  çox  gənc,  sadədil  oluruq. 

Ərimdən pul istəmək lazım gəldikdə dilim tutulardı, mən heç zaman 

ondan  xahiş  etməyə  cəsarət  etməzdim,  öz  pullarımı  xərc-  lərdim, 

atamdan  borc  aldığım  pulları.  İzdivac  mənim  həyatımda  ən  dəhşətli 

peşmançılıq  oldu,  mən  bu  barədə  sizinlə  danışmaq  iqtidannda 

deyiləm. Sizin üçün yalnız bu kifayətdir ki, əgər mən Nusingenlə evin 

müxtəlif  tərəflərində  yaşamasaydım,  özümü  mütləq  pəncərədən 

atardım. Gənc bir qadının bahalı bəzəklər, 

149 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə