İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə51/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   47   48   49   50   51   52   53   54   ...   231

Madam de Nusingen dedi: 

-

 



İtalyan  operasına  getdiyimiz  günlərdə  siz  nahar  etmək  üçün 

mənim yanıma gələcəksiniz və məni teatra aparacaqsınız. 

-

 

Lakin  belə  davam  edərsə,  mən  xoş  yaşayışa  öyrəşə  bilərəm, 



halbuki  mən  yoxsul  bir  tələbəyəm,  hələ  özümə  sərvət  qazanmaq 

məcburiyyətindəyəm. 

Delfina gülərək: 

-

 



Sərvət öz ayağı ilə gələcəkdir,  - dedi.  - Hər işin uğurlu  oldu-

ğunu  görürsünüzmü?  Mən  özümü  bu  qədər  xoşbəxt  hiss  edəcəyimi 

gözləməzdim. 

Qeyri-mümkün şeyləri  imkan daxilində  sübut etmək və xoş niy-

yətli  işləri  ürəyə  daman  hisslərlə  məhv  etmək  qadınlara  məxsus  bir 

niyyətdir.  Madam  de  Nusingenlə  Rastinyak  lojaya  daxil  olduqları 

zaman  baronessanın  üzündə  sevinc  nuru  parlayırdı:  de  Nusingen  o 

qədər  gözəl  görünürdü  ki,  hər  kəs  onun  barəsində  qeybət  qırmağı 

özünə  borc  bildi:  qadınlar  bu  xırda  iftiradan  özlərini  qorumaqda 

acizdirlər,  bu  qeybətlər  isə  çox  zaman  insanları  öz  uydurmalarına 

inandırır.  Parisi  tanıyanlar  orada  yayılan  şayiələrə  qətiyyən  inan-

mazlar,  orada  həqiqətən  baş  verən  hadisələri  bilənlər  isə  sükut 

edərlər.  Ejen  baronessanın  əlini  sıxdı.  Onlar  musiqidən  aldıqları 

təəssüratı sözlə deyil, bir-birinin əlini gah zəif, gah da bərk sıxmaqla 

bir-birinə xəbər verirdilər. Bu gecə hər ikisini məst etmişdi. Teatrdan 

bir çıxdılar, madam de Nusingen Ejeni Yeni körpüyə qədər ötürmək 

arzusunu  bildirdi,  lakin  bütün  yol  uzunu  Pale-  Royalda  verdiyi 

hərarətli  busələrdən  birini  belə  Ejenə  bəxş  etməkdən  çəkindi.  Ejen 

onun öz işlərində ardıcıl olmadığını söylədi. 

Baronessa cavab verdi: 

-

 

O, gözlənilməyən bir sədaqət qarşısında minnətdarlıq hissimin 



ifadəsi idi. İndi isə bu, bir vəd ola bilərdi. 

-

 



Vəfasız, siz mənə heç şey vəd etmək istəmirsiniz! 

Ejen  hirslənmişdi.  Delfina,  adətən,  aşiqləri  məftun  edən  bir 

səbirsizliklə  öpmək  üçün  əlini  ona  uzatdı,  lakin  Ejen  baronessanın 

əlini həvəssiz qəbul etdi, baronessa buna heyran qaldı. 

-

 

Bazar ertəsinə qədər, - dedi. - Balda görüşərik. 



Ejen  aydınlıqda  evə  qayıdarkən  ciddi  fikirlərə  dalmışdı.  O,  bir 

tərəfdən xoşbəxt, o biri tərəfdən isə narazı idi. Onu xoşbəxt edən eşq 

sərgüzəşti idi: bu sərgüzəşt nəticədə ən qəşəng, ən zərif Paris 

153 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

xanımlarından  birini,  onun  arzuladığı  bir  qadını  ona  təslim  etməli 



oldu. Onu narazı salan şey isə özünə sərvət yaratmaq planlarının puça 

çıxması  idi.  Odur  ki  o,  indi  dünənki  dumanlı  fikirlərinin  bir  həqiqət 

olduğunu  hiss  edirdi.  Müvəffəqiyyətsizlik  hər  zaman  arzularımızın 

güclü  olduğunu  göstərir.  Rastinyak  Paris  həyatından  nəşələndikcə 

kölgədə və yoxsulluqda qalmaq arzusu da azalırdı. O, cibindəki kağız 

pulunu  əzişdirir,  bunun  öz  pulu  olduğunu  sübut  etmək  üçün 

xaincəsinə  dəlillər,  bəhanələr  gətirirdi.  Nəhayət,  Ejen  Nev-Sent- 

Jenevyev küçəsinə çatdı. Pilləkənin üst meydançasına çıxdığı zaman 

işıq  yandığını  gördü.  Qorio  ata  qapısını  açıq  qoymuş  və  şamı  sön-

dürməmişdi  ki,  tələbə,  Qorionun  dediyi  kimi,  qızı  barəsində  söhbət 

etməyi yadından çıxarmasın. Ejen Qoriodan heç şey gizlətmədi. 

Qorio ata dərin məyusluq və qısqanclıqla: 

-

 

Necə?  -  dedi.  -  Onlar  mənim  müflis  olduğumu  zənn  edirlər? 



Axı  mənim  üç  yüz  min  franklıq  rentam  var!  Aman  yarəb!  Yazıq 

balam, o nə üçün mənim yanıma gəlmədi? Mən öz faizli kağızlarımı 

satardım,  bütün  borcları  əsas  mayadan  ödəyərdik,  qalan  pulu  isə 

ömürlük  rentaya  qoyardım.  Əziz  qonşum,  nə  üçün  siz  gəlib  onun 

çətin  vəziyyətdə  olduğunu  mənə  danışmadınız?  Onun  son  yüz 

frankını risklə qumara qoyub, necə oynamağa cəsarət etdiniz? ürəyim 

az  qalır  parça-parça  olsun.  Budur  mənim  kürəkənlərim!  Ah,  onlar 

mənim  əlimə  düşsəydilər,  boğub  öldürərdim!  Aman  yarəb!  Mənim 

qızım ağlayırdı? Doğrudanmı, o ağlayırdı? 

Rastinyak dedi: 

-

 

Başını jiletimə söykəyib ağlayırdı. 



Qorio ata yalvararaq: 

-Jiletinizi  mənə  bağışlayın!  -  dedi.  -  Onun  üzərində  mənim  əziz 

Delfinamın göz yaşları var. O, uşaqlıqda heç vaxt ağlamamışdır. Bir 

daha onu geyməyin, mənə bağışlayın, mən sizə başqasını alaram. Əri 

ilə bağlanan müqaviləyə görə, onun mülkü öz ixtiyarındadır. Mən lap 

sabah  vəkil  Dervilin  yanına  gedəcəyəm.  Mən  onun  sərvətinin  banka 

qoyulmasını tələb edəcəyəm. Mən qanunları bilirəm, mənə qoca qurd 

deyərlər, onlar hələ mənim dişlərimi görməyiblər! 

-

 

Budur, ata, uduşumuzdan min frank qalmışdır. O, bunu mənə 



vermək istəyirdi. Bu pulu mənim jiletimdə onun üçün saxlayarsınız. 

Qorio Rastinyakın üzünə baxdı, onun əlini əlinə aldı. Ejenin əli-

nin üstünə bir damcı göz yaşı düşdü. 

154 


downloaded from KitabYurdu.org


Qoca: 

-  Siz  hələ  çox  yüksələcəksiniz,  -  dedi.  -  İnanın:  Allah  ədalətli 

Allahdır! Mən namusun nə olduğunu bir az başa düşürəm və sizi əmin 

edirəm  ki,  sizin  kimi  adamlar  çox  azdır.  Siz  də  mənim  əziz  oğlum 

olmaq istərdinizmi? Gedin, yıxılın yatın. Siz hələ ata deyilsiniz, sakit 

yata  bilərsiniz.  Qızım  ağlayırmış,  amma  mən...  Bunu  başqalarından 

eşidirəm, o, əzab çəkdiyi zaman mən axmaq kimi sakitcə öz xörəyimi 

yeyirəmmiş. İnanın qızlarım bir damcı göz yaşı tökməsin deyə, mən 

Allahı da, İsanı da, müqəddəs ruhu da danardım! 

Ejen  yatağına  uzanarkən  öz-özünə  düşünürdü:  “Doğrusu,  zən- 

nimcə,  mən  bütün  ömrüm  boyu  namuslu  olacağam.  Vicdanın  səsinə 

qulaq asmaq insan üçün fərəhli şeydir”. 

Bəlkə də, yalnız Allaha inananlar ürəkdən yaxşılıq etmək iqtida-

rındadırlar. Rastinyak isə Allaha inanırdı. 

Ertəsi gün, bal vaxtında, Ejen vikontessa Boseanın yanına gəldi. 

Vikontessa onu özü ilə aparıb, hersoginya Karilyanoya təqdim etməli 

idi.  Marşalın  arvadı  onu  böyük  nəzakətlə  qəbul  etdi.  Madam  de 

Nusingen  də  burada  idi.  Delfina  hamıya  xoş  gəlməklə  yanaşı,  daha 

çox Ejenin xoşuna gəlmək üçün bəzənmişdi. O, gözə çarpmayacağını 

zənn edərək, səbirsizlik və intizar içində Ejenin ona tərəf baxacağına 

ümid  bəsləyirdi.  Qadının  həyəcanlarını  duymaq  qabiliyyətinə  malik 

olan  kişilər  üçün  belə  dəqiqələrin  başqa  bir  lətafəti  var.  Başqasını 

gözlətməklə  yormaqdan,  etinasızlıq  maskası  altında  öz  sevincini 

gizlətməkdən,  məhəbbəti  etiraf  etdirmək  üçün  təlaş  oyatmaqdan, 

başqasının  qorxulanndan  ləzzət  aldıqdan  sonra  təbəssümlə  bu 

qorxuları  dağıtmaqdan  kim  həzz  almaz?  Bu  şənlik  tələbəyə  indiki 

mövqeyini  birdən-birə  açıb  göstərmişdi:  vikontessa  de  Boseanın 

kuzeni  kimi  tanındıqdan  sonra  o,  cəmiyyətdə  öz  yerini  tapdı. 

Baronessa  de  Nusingenin  üzərində  qələbə  çalması  ayağına 

yazıldığından,  gənclər  artıq  Ejenə  qibtə  ilə  baxırdılar.  Bu  baxışları 

duyan Ejen ömründə ilk dəfə özündən məmnun qaldığını hiss edirdi. 

Salonları  dolaşdıqca,  qonaqların  yanından  keçdikcə  Rastinyak  öz 

qələbəsi haqqında onun izzət-nəfsini oxşayan sözlər eşidirdi. Qadınlar 

onun hər işdə müvəffəqiyyət qazanacağından 

155 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə