İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə53/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   49   50   51   52   53   54   55   56   ...   231

badəsini  son  damlaya  qədər  içməyə,  gəndik  günahlarına  bəraət 

qazandıran  alicənab  ideyaları  belə  atmağa  məcbur  olacaqdır.  O, 

zahirən  parlaq  görünən,  lakin  natəmiz  bir  vicdanın  töhmətləri  ilə 

zəhərlənmiş  və  əbədi  iztirabların,  qorxuların  bahasına  alınmış  kiçik 

nəşələrlə  müşayiət  edilən  bu  həyatın  burulğanına  düşmüşdü:  o, 

Labrüyerin*  küçə  arxında  “Pərişan  adam”  kimi  özünə  yataq  yeri 

düzəltmişdi,  lakin  o  da  “Pərişan  adam”  kimi  hələlik  ancaq  paltarını 

palçığa bulaşdırmışdı. 

Bir  dəfə  Byanşon,  süfrədən  qalxdığı  zaman,  Rastinyakdan 

soruşdu: 

-

 

Hə, işlər nə yerdədir? Mandarini öldürdünüzmü? 



Rastinyak cavab verdi: 

-

 



Hələ ölməyib, ancaq xınldayır. 

Byanşon  bu  cavabı  zarafat  kimi  qəbul  etsə  də,  zarafat  deyildi, 

üzun  müddətdən  sonra  evdə  ilk  dəfə  nahar  edən  Ejen  dinməz- 

söyləməz xörəyini yeyir və nə isə fikirləşirdi. Şirnini yedikdən sonra 

öz  otağına  çəkilmək  əvəzinə,  yemək  otağında  madmazel  Tayferin 

yanında əyləşdi. Hərdən bir ona mənalı nəzər salırdı. Kirayənişinlərin 

bəziləri də hələ süfrədən durmamışdı: kimi qoz sındırıb yeyir, kimi də 

otaqda  var-gəl  edərək  başladığı  mübahisəni  davam  etdirirdi. 

Axşamlar,  adətən,  hər  kəs  kefi  istədiyi  zaman  öz  otağına  çəkilərdi: 

hər  şey  söhbətin  şirinliyindən,  yaxud  mədənin  pis-yaxşı  həzm 

etməsindən asılı idi. Qışda yemək otağı az-az hallarda saat səkkizdən 

əvvəl  boşalardı;  odur  ki  kişilərin  çoxluğu  sayəsində  sükut  etməyə 

məcbur  olan  dörd  qadın bir  tərəfə  çəkilib  yalqız  əyləşərdi.  O  axşam 

Votren  hara  isə  getməyə  tələsirdi,  lakin  tələbənin  məyusluğu  onu 

çaşdırdığından  getmədi,  qaldı,  ancaq Ejen  onun  getdiyini  zənn  etsin 

deyə, tələbənin gözünə görünmə- məyə çalışdı. Votren kirayənişinlər 

gedəndən  sonra  da  getmədi,  qonşuluqdakı  salonun  bir  tərəfində 

gizləndi.  O,  tələbənin  ürəyindəkini  kitab  kimi  oxumuşdu  və  qəti 

dönüş yaranacağını gözləyirdi. 

Rastinyakın vəziyyəti, doğrudan da, getdikcə ağırlaşırdı. Ehtimal 

ki,  bu  vəziyyətdən  bir  çox  gənc  xəbərdardır.  Məhəbbətdənmi, 

işvəkarlıqdanmı,  hər  halda,  madam  de  Nusingen  Paris  qadın  diplo-

matiyasının  bütün  vasitələrindən  istifadə  edərək,  Ejeni  həqiqi  ehti-

rasın  bütün  həsrətlərini  çəkməyə  məcbur  etmişdi.  Vikontessa  de 

Boseanın kuzenini mühafizə etmək üçün özünü cəmiyyət qabağında 

159 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

rüsvay etdikdən sonra Delfina yenə də öz ixtiyarını, həqiqətən, Ejenə 



verməkdə tərəddüd göstərirdi. Halbuki hamı bu ixtiyarın çoxdan onun 

əlində  olduğunu  zənn  edirdi.  Delfina  bir  ay  uzunu  Rastinyakın 

şəhvətini qızışdırdıqdan sonra artıq onun qəlbinə də təsir etmişdi. Bu 

dostluğun ilk günlərində Ejen özünü üstün zənn etsə də, bir az sonra 

madam  de  Nusingen,  Paris  gənclərinin  hər  birində  iki,  ya  üç  kişiyə 

kifayət  edəcək  bütün  xeyirli  və  pis  hissləri  qızışdırmaqda  xüsusi 

qabiliyyəti  olması  sayəsində  qalib  gəlmişdi.  Bəlkə,  o,  bunu  qəsdən 

edirdi?  Xeyr,  qadınlar  ən  həyasız  yalanlarında  belə  təbii  hissə 

qapıldıqlarından həmişə səmimi olurlar.  Kim bilir, bəlkə də, Delfina 

əvvəlcə Ejenin üstün gəlməsinə imkan verdikdən və ona qarşı böyük 

hiss  bəslədiyini  büruzə  verdikdən  sonra,  artıq  öz  vüqarını 

alçaltmamaq fikrinə tabe olaraq, onları bir müddət təxirə salmalı idi. 

Ehtiras  odunda  yanarkən  belə  öz  süqut  dəqiqəsini  uzatmaq,  öz 

gələcəyini təslim etdiyi kişinin qəlbini bir daha imtahandan keçirmək 

Paris qadınları  üçün  təbii  haldır.  Birinci  dəfə  madam  de  Nusingenin 

ümidləri puça çıxmışdı: gənc və xudbin Marseyə bəslədiyi hiss təhqir 

edilmişdi.  Onun  etibar  etməməyə  əsası  vardı.  Sürətli  müvəffəqiyyət 

Ejeni  ədabaza  döndərmişdi.  Çox  ola  bilsin  ki,  hər  birinin  vəziyyə-

tindən  asılı  olaraq  onun  hərəkətlərində  duyulan  hörmətsizlik  Delfi- 

nanın da diqqətini cəlb etmişdi. Onu atan məşuqunun qarşısında uzun 

müddət  alçaldıqdan  sonra  o,  təbii  olaraq  gənc  pərəstişkarının 

gözlərində yüksəlmək və özünə qarşı hörmət oyatmaq istəyirdi. Ejen 

də Marse ilə onun arasındakı əlaqədən xəbərdardı. Buna görə Delfina 

istəmirdi  ki,  Ejen  onun  üzərində  asanlıqla  qələbə  çala  biləcəyini 

düşünsün.  Bir  sözlə,  bir  gənc  əxlaqsızdan,  dəhşətli  bir  məşuqdan, 

onun  hərarətli  şəhvətpərəstliyindən  qurtulduqdan  sonra  Delfina 

məhəbbətin  çiçəklənən  bağçalarında  gəzməkdən  böyük  həzz  alır  və 

təsəlli  tapırdı;  o,  təbiət  mənzərələrini  heyran-heyran  seyr  edir, 

ehtizazına  uzun-uzadı  qulaq  asır,  bəkarətli  küləyin  nəvazişlərinə 

özünü  təslim  edirdi.  Saxta  məhəbbət  intiqamını  həqiqi  məhəbbətdən 

alırdı. Təəssüf ki, ilk yalan addımlarının gənc qadın qəlbində bir çox 

ətirli  çiçəklər  tapdadığını  kişilər  anlamayınca,  bu  cür  mənasız  işlər 

davam  edəcəkdir.  Lakin  Delfinanın  niyyəti  nə  olur-  olsun,  o,  hər 

halda,  Rastinyakla  oyun  oynayırdı,  həm  də  sevildiyinə  şübhə 

etmədiyindən  və  qadınlıq  əzəməti  könlü  istədiyi  zaman  öz 

məşuqunun kədərlərinə son qoyacaq dərmanı əlində saxladığından 

160 

downloaded from KitabYurdu.org




həzz alırdı. Rastinyak isə özünə hörmət bəslədiyindən, ilk döyüşünün 

Delfinanın  qələbəsi  ilə  nəticələnməsini  istəmir  və  ovçu  ov 

mövsümünün açılışı günündə mütləq kəkliyi vurmaq istədiyi kimi, o 

da  inadla  öz  ovunu  təqib  edirdi.  Mənliyinin  təhqir  edilməsi,  qorxu, 

məyusluq,  səmimi,  yaxud  uydurma  ümidsizlik  Rastinyakı  bu  qadına 

daha  da  bağlayırdı.  Parisin  yüksək  cəmiyyəti  madam  de  Nusingeni 

ona  təslim  etdiyi  halda,  onun  müvəffəqiyyətləri  tanışlığının  birinci 

günündə  müvəffəq  olduğundan  irəli  getmirdi.  Bəzən  qadının  işvə-

lərində  məhəbbətindəki  nəşələrdən  daha  çox  sevinc  olduğunu 

anlamayan  Ejen  axmaqcasına  hiddətlənirdi.  Qadının  məhəbbətlə 

çarpışdığı  dəqiqələr  Rastinyaka  ilk  səmərəsini  vermişdi:  bu  meyvə 

hələ göy və turş idi, baha qiymətə otursa belə, dadı çox xoş və ləziz 

idi.  Bəzən  Ejen  cibinin  pulsuz,  gələcəyinin  isə  dumanlı  olduğunu 

gördükdə,  vicdanına  rəğmən,  Votrenin  təlqin  etdiyi  varlanmaq 

imkanını,  yəni  madmazel  Tayferlə  evlənməyi  düşünürdü.  İndi  artıq 

elə bir zaman gəlmişdi ki, pulsuzluq gur səslə bağırırdı; odur ki Ejen 

bəzən  Votrenin  nüfuzlu  baxışlarına  təslim  olaraq,  istər-istəməz 

dəhşətli sfinksin hiylələrinin təsiri altına düşməyə başlayırdı. 

Nəhayət, Puare ilə madmazel Mişono madam Vokeni və madam 

Kutürü  yalqız  qoyaraq,  üst  qata  qalxdılar.  Madam  Kutür  sobanın 

yanında  mürgüləyə-mürgüləyə  yun  əlcəklər  hörürdü.  Rastinyak  bu 

otaqda  arvadlardan  başqa  kimsə  olmadığını  zənn  edərək,  madmazel 

Tayferə mehriban nəzərlə baxdı. Qız başını aşağı saldı. 

Viktorina az sükutdan sonra soruşdu: 

-

 

Nədənsə, qəmgin görünürsünüz, cənab Ejen? 



Rastinyak cavab verdi: 

-

 



Qəmgin  olmayan  adam  tapılarmı?  Biz  gənclər,  hər  zaman 

hazır  olduğumuz  fədakarlıqlar  qarşısında  güclü,  sadiq  məhəbbətlə 

sevildiyimizi bilsəydik, çox mümkündür ki, qəmgin olmazdıq. 

Madmazel Tayfer mənalı nəzərlə Ejenə baxdı. 

-

 

Məsələn,  sizi  götürək,  madmazel  Viktorina.  Siz  bu  gün  öz 



hisslərinizə 

əmin 


görünə 

bilərsiniz, 

lakin 

heç 


zaman 

dəyişməyəcəyinizə məsul ola bilərsinizmi? 

Zavallı  qızın  dodaqlarında  incə  təbəssüm  göründü.  Sanki,  qəl-

bindən  doğan  bir  nur  şəfəq  kimi  onun  üzünü  işıqlandırdı.  Rastin- 

yakın  özü  belə  qızın  qəlbində  tüğyan  edən  hisslərin  şiddətindən 

qorxuya düşdü. 

161 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə