İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə52/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   48   49   50   51   52   53   54   55   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

danışırdılar. Onu itirməkdən qorxan Delfina srağagün qadağan etdiyi 



busəni bu gün ona vəd etmişdi. Rastinyak balda iştirak etdiyi zaman 

neçə yerə dəvət olunmuşdu. Madam de Bosean incə zövq iddiasında 

olan  və  evləri  xoş  evlərdən  sayılan  bütün  xanımlarla  onu  tanış 

etmişdi.  Ejen  yüksək  cəmiyyətə,  Parisin  ən  təmtəraqlı  bir  məclisinə 

qəbul  edildiyini  görürdü.  Bu  surətlə  bu  gecə  onun  üçün  parlaq 

debütünün  sehri  ilə  dolu  idi.  Gənc  bir  qız  ilk  qələbə  çaldığı  balı 

xatırladığı  kimi,  Rastinyak  da,  çox  ehtimal,  qocalıqda  belə  bu  balı 

xatırlayacaqdı. 

O birisi gün, səhər yeməyində kirayənişinlərin hüzurunda Ejen öz 

müvəffəqiyyətlərini  Qorio  ataya  təsvir  etdiyi  zaman,  Votren  hiy-

ləgərcəsinə təbəssümlə güldü. 

Bu amansız məntiq sahibi: 

-  Siz,  -  deyə  dilləndi,  -  cəmiyyətlərdə  dolaşan  bir  gəncin  Nev- 

Sen-Jenevyev  küçəsində,  “Vokenin  evi”  ndə  yaşaya  biləcəyinimi 

zənn edirsiniz? Əlbəttə, bu pansion hər cəhətdən hörmətli pansiondur, 

ancaq  o,  hər  halda,  ən  əla  pansion  deyildir.  Əlbəttə,  o,  varlıdır,  hər 

şeyi  boldur,  Rastinyak  nəslindən  birisi  üçün  müvəqqəti  bir  məkan 

olması  ilə  iftixar  edir,  lakin  bununla  belə,  o,  hər  halda,  Nev-Sent-

Jenevyev  küçəsindədir,  calaldan,  ehtişamdan  xəbərsizdir,  xalis 

patriarxalorama  suyundandır.  -  Sonra  Votren  atalara  məxsus  zarafat 

tərzi  ilə  davam  etdi:  -  Mənim  gənc  dostum,  əgər  siz  Parisdə  bir  rol 

oynamaq  fikrindəsinizsə,  mütləq  üç  at  saxlamalısınız,  gündüzlər 

tilbüridə  gəzməlisiniz,  axşamlar  isə  ikiadamlıq  karetə  minməlisiniz, 

müxtəsər,  yalnız  at  və  araba  üçün  ildə  doqquz  min  frank  pulunuz 

olmalıdır.  Əgər  siz  dərziyə,  ən  azı,  üç  min  frank,  ətriyyata  altı  yüz 

frank,  şlyapa  tikənə  üç  yüz  frank,  çəkməçiyə  üç  yüz  frank  sərf 

etməsəniz,  öz  taleyinizə  layiq  görünməzsiniz.  Paltar  yumaq  üçün 

mincə  frank  lazımdır.  Gənclər  geyim  məsələsində  çox  ehtiyatlı 

olmalıdırlar,  hər  şeydən  artıq  nəzər  yetirilən  paltar  deyilmi? 

Məhəbbətin  və  kilsələrin  mehrabları  gözəl  örtüklərlə  bəzənməlidir. 

Demək,  cəmi  on  dörd  minə  ehtiyac  var.  Hələ  mən  qumar,  mərc, 

hədiyyə  xərclərini  nəzərə  almıram.  Xırda  xərclər  də,  hər  halda,  iki 

min  frankdan  əskik  olmaz.  Mən  belə  həyat  sürdüyüm  üçün  bunun 

neçəyə  başa  gəldiyini  bilirəm.  Bundan  başqa,  üç  yüz  luidor  yemək 

xərci,  min  frank  da  mənzil  xərci  üstə  gəlinməlidir.  Görürsünüzmü, 

bala, ildə iyirmi beş min frank çıxdı, 

156 

downloaded from KitabYurdu.org




bundan  bir  frank  da  əskik  olmaz,  çünki  bizi  məsxərəyə  qoyarlar, 

burnumuzu palçığa soxarlar. Mə gələcəyimiz olar, nə müvəffəqiyyə-

timiz,  nə  də  məşuqələrimiz!  Hələ  mən  mehtəri,  lakeyi  nəzərə  alma-

mışam! Sizin məhəbbət məktublarınızı Kristof paylamayacaq ki! Bir 

də məgər siz öz məktublarınızı indi yazdığınız kağızda yazacaqsınız! 

Bu, intihar kimi bir şeydir. - Sonra o, yoğun səsilə ucadan əlavə etdi: - 

Dünyagörmüş,  təcrübəsi  olan  bir  qocaya  inana  bilərsiniz:  ya  bir 

mansardada  özünüzü  elmə  qurban  verməli,  ya  da  başqa  yol 

seçməlisiniz! 

Votren  xəlvətcə  madmazel  Tayferə  tərəf  göz  vurdu,  sanki,  bu 

nəzərlə  Rastinyakın  qəlbinə  səpdiyi  cazibə  toxumlannı  xatırladır  və 

bunlara yekun vururdu. 

Bir neçə gün idi ki, Rastinyak dağınıq həyat sürürdü. O, demək 

olar,  hər  gün  baronessa  Nusingenin  yanında  nahar  edir,  onunla 

birlikdə  qonaq  gedirdi.  O,  evə  ancaq  səhər  saat  üçdə,  ya  dörddə 

qayıdır,  saat  on  ikidə  oyanır,  geyinib,  Delfina  ilə  Bulon  meşəsinə 

gəzməyə gedir, qiymətli vaxtını əbəs yerə sərf edirdi. Xurma ağacının 

çiçək  kasası  erkək  cinsiyyət  hüceyrələrinin  intizarında  olduğu  kimi, 

Ejen də ehtişamb həyatın bütün cazibələrini böyük bir ehtirasla canına 

çəkirdi.  Rastinyak  qumar  oynayır,  uduzur,  böyük  məbləğlər  udurdu. 

Bu  surətlə  o,  Paris  gənclərinin  firavan  həyatına  öyrəşdi.  Qumarda 

udduğu  ilk  pullarından  anası  ilə  bacılannın  min  beş  yüz  frankını, 

qəşəng hədiyyələrlə birlikdə geri qaytardı. Artıq “Vokenin evi”ni tərk 

etmək  niyyətində  olduğunu  hamıya  söylədikdən  sonra  oradan  tez 

qurtulmaq üçün can atsa da, yanvar ayının son günlərində hələ yenə 

də  orada  yaşamaqda  idi.  Bütün  gənclər,  bəlkə  də,  izah  edilməyəcək 

bir  qanuna  tabedirlər,  bu  qanunun  əsasını  təşkil  edən  şey  də  onların 

gəncliyi  və  nəşədə  göstərdikləri  şiddətdir.  Nə  qədər  yoxsul,  ya  varlı 

olsalar  da,  heç  zaman  bu  gənclərin  gündəlik  həyat  ehtiyacları  üçün 

pulları  tapılmaz,  halbuki  əyləncə  üçün  pulları  həmişə  çox  olar.  Bir 

şeyin pulunu dərhal vermək lazım gəldikdə xəsislik göstərərlər, lakin 

borc almaq mümkün olsa, bədxərclik edərlər. Sanki, bu surətlə əlləri 

çatmayan şeyin əvəzini çıxarar, əlləri çatanı isə yelə sovurardılar. Bu 

qanunu izah etmək üçün bir misal gətirə bilərik: tələbə həmişə 

157 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

paltarından artıq şlyapasını qoruyar. Dərzi, qazancı nə qədər çox olsa 



da, paltarı borc tikməyə məcburdur, halbuki şlyapa ucuz olduğu üçün, 

tələbələrin  işi  düşdüyü  adamlar  arasında  papaqçı  güzəştə  getməyən 

adam sayılır. Teatrda lojasında əyləşmiş bir gəncin əntiqə jileti gənc 

xanımların  lornetlərini  özünə  cəlb  edirsə,  bu  gəncin  ayağında  corab 

olduğuna şübhə etmək olar: corabçı da dibini yırtan taxıl biti cinsinə 

mənsubdur. Rastinyakın həyatı da belə idi. Onun madam Voke üçün 

hər zaman boş, şöhrətpərəstlik əyləncələri üçün hər zaman dolu kisəsi 

ən  adi  və  zəruri  xərclərdən  asılı  olmayaraq,  gah  dolar,  gah  da 

boşalardı.  O,  yüksək  cəmiyyət  mövqeləri  üçün  bir  həqarət  olan  bu 

üfunətli  və  mənfur  pansion-  dan,  həqiqətən,  ayrılmaq  istəyirdisə, 

madam Vokenin bir aylığını verdikdən sonra azad, şıq gəncə məxsus 

mənzil  tutub,  ev  avadanlığı  ala  bilməzdimi?  Məsələ  də  burasındadır 

ki,  belə  şeylər  üçün  onun  cibində  pul  tapılmazdı.  Rastinyak  qumar 

üçün hər zaman pulu olsun deyə, udduğu zamanlar zərgərdən qiymətli 

qızıl zəncirlər və cib saatı alar, ehtiyacı olanda isə bu şeyləri gəncliyin 

ən kədərli və gizli dostlarından olan lombarda aparardı. Lakin mənzil 

pulunu,  yemək  pulunu  vermək,  yaxud  yüksək  cəmiyyət  mədənlərini 

qazmaq  üçün  lazımi  alətlər  almaq  məsələsinə  gələndə,  o,  tərəddüd 

edər  və  heç  nə  icad  edə  bilməzdi.  Gündəlik  ehtiyaclar,  adi  tələbləri 

təmin etmək üçün borc almaq zərurəti ona ilham verməzdi. Təsadüflə 

dolu  həyatın  dadını  görmüş  insanların  əksəriyyəti  kimi,  o  da, 

meşşanların nəzərində müqəddəs sayılan adətə rəğmən, öz borclarını 

ödəməyi son dəqiqəyə qədər təxirə salardı. Mirabo* da aldığı çörəyin 

pulunu,  yalnız  bu  çörək  məhkəməyə  verilən  bir  veksel  surətində 

bütün dəhşəti ilə zühur etdiyi zaman verərdi. Nəhayət, Rastinyak var-

yoxunu  qumara  uduzdu,  borca  düşməyə  məcbur  oldu.  O,  müəyyən 

gəlir  mənbəyi  olmadan,  artıq  bu  cür  həyat  sürməyin  mümkün 

olmadığını anladı. Lakin Rastinyak bu qeyri-sabit həyatın nəticəsində 

yediyi kötəklərin ağrısından ufuldasa da, bu əyyaş həyatdan çəkilmək 

iqtidarında  olmadığını  hiss  edir  və  necə  olursa  olsun,  bunu  davam 

etdirmək istəyirdi. Varlanmağa ümid bəslədiyi xoşbəxt təsadüflər boş 

xəyala  çevrilir,  həqiqi  maneələr  isə  getdikcə  artırdı.  Baron  və 

baronessa  Nusingenin  ailə  sirlərinə  vaqif  olduqdan  sonra  Ejen  başa 

düşdü ki, məhəbbəti sərvət qazanmaq alətinə çevirərsə, rüsvayçılıq 

158 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə