DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
cürbəcür xırda-xuruş üçün borca düşdüyünü (atamız heç zaman bizi
korluq çəkməyə qoymazdı), borc içində olduğumu söyləmək lazım
gələndə mən, doğrudan da, cəhənnəm əzabı çəkirdim. Nəhayət,
ürəklənib, borca düşdüyümü ona söylədim. Mənim öz mülküm,
sərvətim vardı, deyilmi? Nusingen özündən çıxdı, onu talan etdiyimi
söylədi, ağzına gələni danışdı. Mən utandığımdan, az qala, yerə
girdim. Mənim bütün cehizimi öz əlinə keçirdiyindən, borclarımı
verməyə məcbur oldu, lakin o dəqiqədən sonra mənim şəxsi xərclərim
üçün ayda müəyyən miqdarda pul ayırdı. Mən rahat yaşamaq üçün
ona itaət etdim. Bundan sonra iş belə gətirdi ki, mən sizin tanıdığınız
bir şəxsin mənliyini oxşamaq istədim. O, məni aldatsa da, onun
alicənablığına haqq verməsəm, pis hərəkət etmiş olaram. Bununla
belə, o, məndən nalayiq şəkildə ayrıldı. Əgər bir kişi bir qadının
ayaqları altına ehtiyacı olduğu zaman bir ətək qızıl tökürsə, belə bir
qadını onun atmağa heç bir haqqı yoxdur: o, bu qadını əbədi
sevməlidir. Sizin iyirmi bir yaşınız var, hələ qəlbiniz safdır, gəncsiniz,
siz qadının kişidən necə pul ala bildiyini soruşa bilərsiniz. Aman
yarəb, bizə səadət verən bir insanla hər bir şeyi bölüşdürmək təbii
deyilmi? Pul yalnız hiss yox olduğu zaman rol oynamağa başlayır. Öz
taleyini bir başqasının taleyi ilə bağladığın zaman məgər bunu
ömürlük etmirsənmi? Həqiqətən, sevildiyinə inanan bir qadın heç
gələcək ayrılığı düşünərmi? Axı sizlər bizi əbədi sevdiyinizə and
içirsiniz, məgər bundan sonra başqa, xüsusi marağınız ola bilərmi?
Ərim bu gün qəti şəkildə mənə altı min frank verməkdən boyun
qaçırdığı zaman mənim duyduğum iztirabları təsəvvürünüzə gətirə
bilərsinizmi? Halbuki o, hər ay bu pulları öz məşuqəsi - opera
rəqqasəsinə verir! Mən özümü öldürmək istəyirdim. Başımdan axmaq
fikirlər keçirdi. Bəzən öz qulluqçumun taleyinə qibtə edirdim. Mən nə
edə bilərdim? Atamın yanmamı getmək? Bu, divanəlik olardı. Biz
Anastazi ilə onu tamam qarət etmişik: altı min frank versəydilər, o,
özünü belə satardı. Mən onu əbəs yerə məyus edərdim. Dərdimin
şiddətindən ağlımı itirmişdim. Siz məni ölümdən və rüsvayçılıqdan
xilas etdiniz. Bunu sizə izah etmək mənim borcum oldu: mən özümü
sizinlə yüngül və ehtiyatsız apardım. Siz məndən ayrılıb gözdən
itdikdən sonra mən qaçmaq istədim... Hara qaça bilərdim? Bilmirəm.
Paris qadınlarının yarısının həyatı budur: zahirdə cah-calallı
göründüyü halda, içərisi dəhşətli
150
downloaded from KitabYurdu.org
qayğılarla doludur. Mən şəxsən məndən də bədbəxt olan qadınlar
tanıyıram. Bu qadınların bəziləri öz tədarükçülərinə yalvarırlar ki,
saxta hesab yazsınlar, bəziləri də ərlərindən oğurlamağa məcbur
olurlar. Bəzi kişilər belə fikirləşirlər ki, beş yüz franklıq şalın qiyməti
iki mindir, bəziləri də iki min franklıq şalın qiymətinin yalnız beş yüz
olduğunu zənn edir. Elə qadınlar da vardır ki, təzə paltar almaq üçün
bir az pul qırpmaq məqsədi ilə öz uşaqlarını acından öldürürlər. Mən
özümü belə alçaq yalanlarla ləkələmədim. Artıq əzablarıma son
verildi. Qoy başqa qadınlar ağalıq etmək üçün öz ərlərinə satılsınlar,
mən ki azadam! Mən istəsəydim, Nusingen başımdan qızıl tökərdi,
lakin mənim üçün hörmət bəslədiyim bir kişinin qoynuna qısılıb
ağlamaq daha yaxşıdır. Ah, bu axşam de Marsenin mənə satın aldığı
bir qadın nəzəri ilə baxmağa haqqı olmayacaqdır.
Delfina göz yaşlarını gizlətmək üçün əlləri ilə üzünü örtdü, lakin
Ejen onun üzünü görmək üçün əllərini ayırdı: bu anda onun üzündə
ayrı bir gözəllik vardı.
-
Hissləri pulla bağlamaq dəhşətli şeydir, deyilmi? Yox, siz
məni sevməyəcəksiniz, - dedi.
Qadını yüksəklərə qaldıran gözəl hisslərin müasir cəmiyyət quru-
luşunun yaratdığı qəbahətlərlə qarışması Ejeni mütəəssir etmiş,
sarsıtmışdı. O, öz kədərlərini bu qədər ehtiyatsızlıq və sadədilliklə
büruzə verən bu gözəl qadına valeh olaraq mehriban sözlər söyləyir,
Delfinaya təsəlli verirdi.
Delfina dedi:
-
Vəd edin ki, mənim bu etirafımdan mənim əleyhimə bir silah
kimi istifadə etməyəcəksiniz!
Ejen cavab verdi:
-
Yox, yox, siz nə danışırsınız! Mən elə adam deyiləm.
Delfina onun əlini öz əlinə alıb, dərin minnətdarlıq və mehriban
bir nəvazişlə ürəyinin üstünə qoydu.
-
Mən sizin sayənizdə yenə azad və şadam. Mənim həyatımı
dəmir bir əl əzirdi. Mən artıq özümə heç bir şey sərf etmədən, sadə
həyat sürmək istəyirəm. Dostum, mən sizin üçün necə varamsa, elə
yaxşıyam, deyilmi? - Sonra yalnız altı min frank götürərək: - Artığı
sizdə qalsın, - dedi. - Vicdanla söyləsəm, mən sizə üç min borclu
qalıram, çünki mən sizinlə şərik oynayırdım.
151
downloaded from KitabYurdu.org
DÜNYA
ƏDƏBİYYATI KLASSİKLƏRİ
Ejen həyalı qız kimi pulu rədd etdi. Lakin baronessa israr edirdi:
“Əgər siz mənim şərikim olmasanız, mən sizə düşmən nəzəri ilə
baxmağa məcburam”. Ejen pulu götürməli oldu.
-
Qoy bu pul, gələcəkdə uduzsaq, maya olaraq qalsın, - dedi.
Baronessa sapsarı saraldı:
-
Amandır! - dedi. - Mən elə bundan qorxurdum. Əgər siz
mənimlə dost olmaq istəyirsinizsə, and için ki, bir daha qumar
oynamayacaqsınız. Aman, yarəb! Mən sizi yoldan çıxara bilmərəm!
İnanın ki, belə olarsa, dərd məni öldürər.
Onlar evə qayıtdılar. Onun ehtiyacı ilə sərvət arasındakı təzad
Rastinyakı sarsıtmışdı. Qulaqlarında yenə Votrenin məşum sözləri
cingildəyirdi.
Baronessa öz otağına girdi və buxarının yanındakı kiçik divanı
göstərərək:
-
Burada əyləşin, - dedi. - Mən çox çətin bir məktub yazmağa
məcburam. Mənə məsləhət verin.
Ejen dedi:
-
Yazmaq lazım deyil. Pulları zərfə qoyun, ünvanı üstündə yazın
və qulluqçunuzla göndərin.
Baronessa çığırdı:
-
Vallah, siz qiyamətsiniz! Bax yaxşı tərbiyə almaq buna
deyərlər. - Sonra təbəssümlə əlavə etdi: - Bu, tamamilə Bosean
üslubundadır.
Rastinyak getdikcə ona məftun olaraq: “Nə sehrkar qadındır!” -
deyə düşünürdü.
Ejen otağa nəzər saldı: burada hər şey zəngin bir məşuqənin
ehtiraslı təmtərağından xəbər verirdi.
Delfina:
-
Bəyənirsinizmi? - deyə soruşdu və zəngi çaldı.
-
Tereza, bunu özünüz cənab de Marseyə apararsınız və şəxsən
ona verərsiniz. Onu evdə tapmasanız, məktubu geri qaytararsınız.
Tereza otaqdan çıxarkən hiyləgər nəzərlə Ejenə baxdı. Naharın
hazır olduğunu xəbər verdilər. Rastinyak qolunu madam de
Nusingenə uzatdı və onunla birlikdə gözəl yemək otağına daxil oldu.
Buradakı zinət kuzinasının otağında məftun olduğu zinətin eyni idi.
152
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |