İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə58/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   54   55   56   57   58   59   60   61   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Viktorina  yox  oldu.  O,  qəlbində  indiyə  kimi  sürdüyü  həyatın 



müsibətləri  qədər  böyük  bir  səadət  aparırdı.  Yazıq  qız!  Bir-birinin 

əllərini  sıxmaları,  Ejenin  saçlarının  yanaqlarına  toxunması,  sevdiyi 

gəncin  dodaqlarındakı  hərarəti  duya-duya,  qulağına  söylənilən  bir 

kəlmə,  belini  qucaqlayan  əlin  titrəyişi,  boynunda  hiss  etdiyi  busə 

müqəddəs  məhəbbət  vədləri  idi.  Bu  nur  içində  qərq  olan  yemək 

otağına  kök  Silviyanın  birdən-birə  girə  biləcəyi  qorxusu  isə  bu 

məhəbbəti  daha  da  alovlandırır,  canlandırır,  ən  məşhur  məhəbbət 

dastanlarında  tərənnüm  edilən  sədaqət  hisslərindən  belə  daha 

cazibədar  bir  məhəbbət  kimi  sehr  saçırdı.  Babalarımızın  sevimli  bir 

ifadəsinə  görə, 



bu  həyalı  məhəbbət  nişanələri

  hər  iki  həftədən  bir 

etiraf  üçün  kilsəyə  gedən  gənc,  dindar  bir  qıza  cinayət  kimi  görü-

nürdü!  O,  sonralar,  zəngin  və  xoşbəxt  qadın  olduğu  zaman,  bütün 

varlığını  təslim  etdiyi  kişiyə  bəxş  edə  bildiyindən  də  artıq,  öz  könül 

cavahirlərini bir saat ərzində Ejenə bəxş etmişdi. 

Votren Ejenə dedi: 

-

 



İşlər düzəldi. Bizim ədabazlar savaşdı. Hər şey öz qaydasında 

oldu. Bizim göyərçin  mənim şahinimi təhqir etdi. Sabah Klinyankur 

redutunda* görüşəcəklər. Saat onun yarısında, madmazel Tayfer şirin 

qoğalı  sakitcə  qəhvənin  içində  isladıb  yediyi  zaman  atasının 

məhəbbətinə  və  sərvətinə  varis  olacaq.  Qəribədir,  deyilmi?  Cavan 

Tayfer  şpaqa  döyüşündə  mahirdir,  özünə  çox  əmindir,  lakin  mənim 

icad etdiyim bir zərbə ilə o, məhv olacaq - şpaqanın yuxarı qalxması 

və  alnından  vurulması  kifayətdir.  Mən  bu  döyüş  üsulunu  sizə 

göstərəcəyəm, çünki çox gərəkli şeydir. 

Rastinyak  küt  nəzərlə  Votrenə  baxır  və  qulaq  asırdı.  O,  cavab 

verə bilmirdi. Bu zaman Qorio ata, Byanşon, bir də kirayənişinlərdən 

bəziləri otağa daxil oldular. 

Votren dedi: 

-

 



Mən  sizi  hər  zaman  belə  cəsur  görmək  istərdim.  Siz  nə  etdi-

yinizi  bilirsiniz.  Qoçağım,  mənim  qartal  balam!  Siz  insanlara  hökm 

edəcəksiniz,  siz  qüvvətlisiniz,  dəmir  kimi  möhkəmsiniz,  mübarizsi-

niz, mən sizə hörmət edirəm. 

Votren onun əlini sıxmaq istədi, lakin Ejen kəskin hərəkətlə əlini 

çəkdi  və  sapsarı  saralıb  stulun  üstünə  düşdü:  ona  elə  gəldi  ki, 

ayaqlarının altında qan görür, Votren yavaş səslə ona dedi: 

-

 



Belə! Bizim üstümüzdə hələ xeyirxahlığa bulaşmış bir-iki əsgi 

174 


downloaded from KitabYurdu.org


qalmışdır.  Doliban  atanın  üç  milyonu  var,  mən  onun  sərvətinə 

bələdəm.  Cehiz  sayəsində  siz  öz  nəzərinizdə  belə  gəlin  paltarından 

daha təmiz görünəcəksiniz. 

Rastinyak artıq tərəddüd etmirdi. Axşam gedib Tayferləri, atasını 

da, oğlunu da xəbərdar etməyə qərar verdi. Votren ondan uzaqlaşdı, 

Qorio ata isə qulağına pıçıldadı ki: 

-

 

Oğlum,  siz  qəmgin  görünürsünüz!  Bu  saat  mən  sizi  şad 



edərəm. Gedək! 

Qoca fabrikant burma şamını çırağın odu ilə yandırdı. Ejen dərin 

maraq içində qocanın arxasınca getdi. 

Qoca, tələbənin açannı Silviyadan alıb: 

-

 

Sizin otağınıza gedək, - dedi. - Bu səhər siz elə güman etmi-



siniz ki, o, sizi sevmir. O, sizi qovmağa məcbur olub, siz isə hirslənib 

getmişsiniz,  məyus  olmusunuz.  Şıltaq!  O,  məni  gözləyirdi.  Başa 

düşdünüzmü?  Biz  gözəl  bir  mənzil  düzəltmək  üçün  getməli  idik,  üç 

gündən  sonra  siz  o  mənzildə  yaşayacaqsınız.  Bu  sirri  sizə  açdığımı 

ona söyləməzsiniz. O, sizə sürpriz hazırlayır, lakin mən artıq bu sirri 

sizdən gizlətməyə səbəb görmürəm. Mənzil d’Artua küçəsində, Sen-

Lazar  küçəsinin  yaxınlığındadır.  Siz  orada  lap  knyaz  kimi  yaşa-

yacaqsınız.  Biz  sizin  üçün  mebel  düzəltmişik,  elə  bil,  təzə  gəlin 

mebelidir. Son ay ərzində biz çox işlərlə məşğul olduq, ancaq sizə bir 

söz demirdik. Mənim vəkilim dava açıb, qızımın otuz altı min frank 

illik  gəliri  olacaqdır,  bu,  cehizinin  faizləridir.  Onun  səkkiz  yüz  min 

frankının gəlirli əmlaka çevrilməsini tələb edəcəyəm. 

Ejen  susur,  qollarını  döşündə  çarpazlayaraq,  nizamsız,  yoxsul 

otağında  gəzişirdi.  O,  arxasını  Qorio  ataya  çevirdiyi  zaman,  qoca 

qırmızı  tumacdan  düzəldilmiş  və  üzərində  Rastinyak  nəslinin  qızıl 

gerbi həkk edilmiş bir futlyarı buxannın üstünə qoydu. 

-

 

Əziz  oğlum,  mənim  başım  işlərə  qarışıb.  Lakin  sözün  düzü, 



məndə  xeyli  xudbinlik  var:  mən  sizin  köçməyinizlə  çox  maraqlanı-

ram. Sizdən bir şey xahiş etsəm, rədd etməzsiniz ki? 

-

 

Nə xahiş edirsiniz? 



-

 

Təzə mənzilinizin üstündə, beşinci mərtəbədə bu mənzilə bağlı 



bir otaq var: mən orada yerləşsəm, etiraz etməzsiniz ki? Mən gündən-

günə  qocalıram,  qızlanmdan  çox  uzaq  yaşayıram.  Mən  sizə  əziyyət 

vermərəm.  Mən  ancaq  orada  yaşayacağam.  Hər  axşam  siz  mənə 

qızımdan danışarsınız. Bu, sizə qətiyyən mane olmaz

175 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

halbuki mən siz evə qayıtdığınız zaman öz-özümə deyəcəyəm ki: “O, 



bir  az  bundan  əvvəl  mənim  balaca  Delfinamla  görüşüb.  O,  mənim 

qızımla  bala  gedib,  mənim  qızım  onun  sayəsində  xoşbəxtdir”. 

Xəstələndiyim 

zaman, 


evə 

qayıtdığınızı 

eşitmək, 

mebeli 


tərpətdiyinizi,  otaqda  gəzişdiyinizi  duymaq  mənim  dərdlərimə 

dərman olacaq, siz mənə qızımı xatırladacaqsınız. Yelisey düzləri iki 

addımlıqdadır, mən həmişə gəzməyə çıxan qızlarımı görəcəyəm. Elə 

də gec qayıtmayacağam. Bəlkə, qızım sizə də gəldi. Mən onun səsini 

eşidəcəyəm,  səhər  kapotunda,  oyan-buyana  qaçdığını,  pişik  kimi 

nazlana-nazlana gəzdiyini görəcəyəm. Son bir ayda lap yeniyetmə qız 

kimi şən, qəşəng olub, ürəyi fərəhlənir, bu səadəti ona siz vermisiniz. 

Ah,  mən  sizin  xatirinizə  nələr  etməzdim!  Bu  saat  geri  qayıtdığımız 

zaman  onun  mənə  nə  dediyini  bilirsinizmi?  O:  “Ata,  mən  çox 

xoşbəxtəm!”  -  dedi.  Onlar  mənə  ədəblə  “atamız”  deyəndə  qəlbim 

üşüyür,  lakin  sadəcə  “ata”  deyəndə,  onların  uşaqlığı  yadıma  düşür, 

şirin xatirələrlə çırpınıram. O zaman ata olduğumu daha dərindən hiss 

edirəm.  Belə  zənn  edirəm  ki,  onlar  heç  kəsin  deyil,  yenə  mənimdir, 

mənim əziz qızlarım... 

Qoca göz yaşlarını sildi: o ağlayırdı. 

-  Mən  çoxdan  bəri  bu  sözü  eşitməmişdim,  çoxdan  idi  ki,  o, 

mənim qolumdan tutmamışdı. Bəli, bəli, on il olar mən qızlarımın heç 

biri ilə yanaşı gəzməmişəm. Onun paltarına toxunmağın, addımlarımı 

onun addımlarına uyğunlaşdırmağın, vücudunun hərarətini duymağın 

nə  qədər  xoş  olduğunu  bilsəydiniz!  Bu  səhər  mən  Delfinamla  çox 

yerlər gəzdim. Dükanları dolaşdım. Evinə qədər ötürdüm. Ah, qoyun 

mən  də  sizin  yaxınlığınızda  yaşayım!  Ah,  bu  yoğun  Elzas  kötüyü 

ölsəydi,  podaqrası  qarnından  yapışsaydı,  mənim  qızım  necə  xoşbəxt 

olardı! Siz mənim kürəkənim, qızımın açıqdan-açığa əri olardınız. O, 

hələ dünyanın ləzzətini duymamış bədbəxt qadındır: odur ki mən ona 

hər şeyi əfv edirəm. Allah mehriban ataların tərəfində olmalıdır. - O, 

bir az susdu, sonra başını yırğalayıb əlavə etdi: - O, sizi çox sevir, çox 

sevir!  Yolda  elə  ancaq  sizdən  danışırdı:  “Ata,  o,  xoşagəlimlidir, 

mərhəmətlidir,  deyilmi?  O,  məndən  danışırmı?”  D’Artua  küçəsində 

Panorama pasajına qədər mənə nələr danışmadı! O, çoxdan bəri mənə 

ürək  sözünü  demirdi!  Bu  səhər  mən  xoşbəxt  idim,  qocalığımı  belə 

unutmuşdum,  quş  lələyi  kimi  yüngülləşmişdim!  Min  frankı  mənə 

verdiyinizi 

176 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə