İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə55/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   51   52   53   54   55   56   57   58   ...   231

çıxmaz. Lakin insan sizə bənzərsə, o, Allahdır: o artıq dəri ilə örtül-

müş  mexanizm  deyil,  bir  teatrdır,  burada  ən  gözəl  hisslər  oyun 

oynayır,  mən  isə  ancaq hisslərimlə  yaşayıram.  Hissiyyat!  Məgər  bu, 

bir  məqsəd  üçün  cəmləşmiş  böyük  bir  aləm  deyilmi?  Elə  bu  Qorio 

ataya  nəzər  yetirin,  onun  üçün  iki  qızı  böyük  bir  kainat,  varlığın 

mehvəridir.  Mən  həyatı  dərindən  seyr  etmişəm,  mənim  tanıdığım 

həqiqi  bir  hiss  varsa,  o  da  ancaq  iki  kişinin  dostluğudur.  Mənim 

ehtirasım  Pyer  və  Jafyerdir.  Mən  “Xilas  edilən  Venesiya”nı*  əzbər 

bilirəm.  Bu  qədər  möhkəm  adamlar  tapa  bilərsinizmi  ki,  yoldaşı 

“gedək  meyiti  basdırmağa!”  dediyi  zaman,  dinməz-söyləməz,  zəhlə-

tökən  nəsihətlər  vermədən,  yoldaşının  arxasınca  düşüb  getsin?  Mən 

həmişə belə etmişəm. Mən hər kəslə bu cür söhbətlər etmirəm, lakin 

siz  yüksək  təbiətli  insanlardansınız.  Sizə  hər  şeyi  söyləmək  olar,  siz 

hər  şeyi  başa  düşə  bilərsiniz.  Siz  qurbağa  törəmələrinin  yaşadığı 

bataqlıqda  uzun  müddət  çırpınmayacaqsınız.  Yanılmıramsa,  şərtimiz 

aydındır?  Siz  evlənməlisiniz.  Şpaqalanmız  qınından  çıxdı  -  döyüş 

meydanıdır! Mənim qılıncım poladdandır, heç zaman əyilməz, hə-hə-

hə! 


Votren  mənfi  cavab  almamaq  və  Ejenə  özünə  gəlməyə  imkan 

vermək  üçün  dərhal  otaqdan  çıxdı.  Görünür,  bütün  bu  zəif  müqa-

vimətlərin,  bütün  bu  mübahisələrin  insan  üçün  öz  pis  hərəkətlərinə 

bəraət  qazandırmaq  cəhdlərindən  başqa  bir  şey  olmadığı  Votrenə 

məlum idi. 

Ejen isə öz-özünə dedi: 

“Mə  istəyir  eləsin,  ancaq mən,  əlbəttə,  madmazel  Tayferi  alma-

yacağam!” 

Qəlbində  dəhşət  oyadan,  lakin  məhz  fikirlərinin  həyasızlığı  və 

cəmiyyətin  mahiyyətini  anlamaqda  göstərdiyi  cəsarət  sayəsində 

gözləri  qarşısında  böyüyən  bu  şəxslə  yalnız  sazişə  girmək  qorxu-

sundan onun bütün mənəviyyatı sarsılsa da, yenə buna davam gətirdi. 

Rastinyak  geyinib  karet  çağırtdırdı  və  madam  de  Restonun 

müsamirəsinə getdi. Bu xanım, hər addımı ilə yüksək cəmiyyətdə irəli 

gedən  və  gələcəkdə  təhlükəli  nüfuz  qazana  biləcək  bu  oğlana  son 

günlər  diqqətini  ikiqat  artırmışdı.  Rastinyak  markiz  d’Ajuda  və  qraf 

de  Trayla  haqq-hesabını  çürütdü,  bütün  gecəni  vist  oynadı  və 

uduzduğunu  geri  qaytardı.  Özünə  yalqızca  yol  açan  insanla-  nn 

əksəriyyəti, adətən, az-çox fatalist olar; odur ki Rastinyak da 

165 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

mövhumatçı  idi:  o,  bu  uduşa,  yaxşı  əməl  yolunda  möhkəm  dayan-



mağa qərar verdiyi üçün göylərin mükafatı kimi baxdı. Səhər tezdən 

o,  hər  şeydən  əvvəl,  vekselinin  necə  olduğunu  Vortendən  soruşdu. 

Ejen təbii bir məmnuniyyətlə Votrenə üç min frank qaytardı. 

Votren: 


-

 

Hər şey öz yerindədir, - dedi. 



Ejen: 

-

 



Ancaq mən sizə yoldaş deyiləm, - deyə cavab verdi. 

Votren Ejenin sözünü kəsərək: 

-

 

Bilirəm,  bilirəm,  -  dedi,  -  siz  hələ  uşaqlıq  edirsiniz  və  sarsaq 



şeylərdə tərəddüd göstərirsiniz. 

İki gün sonra Puare ilə madmazel Mişono Botanika bağının xəl-

vət bir guşəsində, günəşin düşdüyü skamyada əyləşib, Byanşona haqlı 

olaraq şübhəli görünən bir cənabla söhbət edirdilər. 

Qondüro deyirdi: 

-

 



Madmazel,  mən  sizin  vicdanınızı  narahat  edəcək  bir  şey  gör-

müşəm. Dövlət polis naziri həzrətləri... 

Puare: 

-

 



Belə!  Demək,  dövlət  polis  naziri  həzrətləri...  -  deyə  təkrar 

etdi. 


Qondüro cavab verdi: 

-

 



Bəli, bəli, nazir həzrətləri bu işlə maraqlanır. 

Düşünmək qabiliyyətindən məhrum olan, lakin heç şübhəsiz

meşşan  xasiyyətləri  ilə  aşılanmış  sabiq  bir  məmurun,  yəni  Puarenin 

polis  sözünü  işlətməklə  tərbiyəli  bir  adam  maskası  altında  Beytül- 

müqəddəs  küçəsindəki*  idarənin  agenti  olduğunu  büruzə  verdikdən 

sonra belə, özünü Buffon küçəsində yaşayan saxta rantye kimi təqdim 

edən şəxsin sözlərinə yenə qulaq asacağına kim inana bilər? Bununla 

belə,  burada  qeyri-təbii  heç  nə  yoxdur.  Saysız-hesabsız  sadəlövhlər 

ailəsində Puarenin necə xüsusi bir cins təşkil etdiyini, bəzi alimlərin 

hələ  nəşr  edilməmiş,  lakin  şöhrət  qazanmış  müşahidələri  sayəsində 

tamamilə  aydın  görünə  bilər:  Dövlət  büdcəsinin  min  iki  yüz  frank 

maaş  alanlarının  olduğu  birinci  en  dairəsi  ilə  (bu,  bir  növ,  inzibati 

Qrenlandiyadır)  üç  minlə  altı  min  arasında  maaşı  olan  isti  yerlərin 

başladığı,  mükafatların  yaxşı  bitdiyi,  hətta  bəslənməsinin  çətinliyinə 

baxmayaraq,  çiçək  açdığı  üçüncü  dərəcə  arasında  (mülayim  iqlimli 

bir  sahədir) 



köçücü

  bir  tayfa  yaşayır.  Bu  kütbeyin  xidmətçilərə  xas 

olan cəhətlərdən biri də budur ki, onlar hər 

166 


downloaded from KitabYurdu.org


hansı  bir  nazirliyin  dalay-lamasına*  mexaniki,  instinktiv,  biixtiyar 

ehtiram  bəslərlər,  halbuki  bu  dalay-lamanı  məmurlar  ancaq  aydın 

oxunulmayan imzasına görə və “nazir həzrətləri” adı ilə tanıyırlar. Bu 

iki söz onların nəzərində “Bağdad xəlifəsi”* əsərindəki II Bondo Cani 

mislində  bir  şeydir,  həm  də  bu  miskin  məxluq  üçün  etiraz  qəbul 

etməyən  müqəddəs  bir  hakimiyyətin  timsalıdır:  xristianların 

nəzərində  papa,  məmurların  nəzərində  isə  nazir  həzrətləri  xətasıdır. 

Nazir  həzrətlərinin  dəbdəbəsi  onun  hərəkətlərində,  sözlərində,  hətta 

onun  adından  danışılan  sözlərdə  belə  özünü  göstərir,  onun  əmri  ilə 

görülən bütün işləri onun zərbaftalı mundiri pərdələyir, qanun şəklinə 

salır.  Nazir  həzrətlərinin  mənsəbi  onun  niyyətlərinin  saf, 

göstərişlərinin  müqəddəs,  ən  yaramaz  ideyalar  üçün  bir  vasitə 

olduğunu sübut edir. İnsan adlanan bu zavallılar “nazir həzrətləri”nin 

adı  çəkiləndə  öz  şəxsi  mənfəətlərindən  daha  artıq  səy  göstərirlər. 

Orduda  olduğu  kimi,  dəftərxanalarda  da  passiv  itaətkarlıq  hökm 

sürür. Bu  sistem  vicdanlan boğur,  insan qəlbini  xarabazara döndərir, 

insanı dövlət idarəsi maşınının balaca bir vintinə çevirir. Göründüyü 

kimi,  insanları  tanıyan  Qondüro,  dərhal  Puarenin  səfeh  bir  bürokrat 

olduğunu  anlamış  və  batareyalarını  ortalığa  çıxarıb,  agentin  fikrinə 

görə,  Mişono  Puarenin  məşuqəsi  olduğu  kimi,  Mişononun  məşuqu 

vəziyyətində olan Puareni heyrətləndirmək vaxtı çatanda, öz 

Deus ex 

machina

,* yəni ecazkar “nazir həzrətləri”ni işə salmışdı. 

Puare dedi: 

-

 



İndi  ki  nazir  həzrətləri,  şəxsən,  bəli,  nazir  həzrətləri...  Bu  lap 

başqa şeydir, buna heç söz ola bilməz. 

Saxta rantye isə Mişonoya xitabən davam edirdi: 

-

 



Bu  cənabın  dediklərini  eşidirsinizmi?  Siz  ki,  yanılmıramsa, 

ona etibar edirsiniz. Bəli, belədir ki var. Nazir həzrətləri bu fikirdədir 

ki, “Vokenin evi”ndə yaşayan və Votren adlanan şəxs Tulon katorqa- 

sından qaçmış və “Ölüm-yalan” adı ilə məşhur olan bir məhbusdur. 

Puare təkrar etdi: 

-

 



Belə  de!  “Ölüm-yalan!”  Görünür,  işi  rast  gətirir  ki,  belə  ad 

qazanıb... 

Agent dedi: 

-

 



Əlbəttə.  Ona  bu  adı  həmişə  bəxti  gətirdiyinə  görə  veriblər:  o 

ən  cəsarətli  təşəbbüslərindən  sağ-salamat  çıxarmış.  Onun  necə 

qorxulu adam olduğunu görürsünüz! Bəzi qabiliyyətlərinə görə bu, 

167 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə