məqsədi ilə öz vicdanını dolanbac yollarla aparmasının bədii təs-
viridir. Ejen pansiona çatana qədər artıq madam de Musingenə
məhəbbət bağladı: o, Ejenin nəzərində, qaranquş kimi zərif və
yaraşıqlı görünürdü. Gözlərindəki nəvaziş, ipək kimi yumşaq oldu-
ğunu andıran və altında qan axdığı görünən incə dərisi, insanı valeh
edən səsi, sarı saçlan yadına düşdü. Bəlkə də, tez-tez yeridiyi üçün iti
hərəkət edən qan dövranı başladığından, məftunluğu da daha
şiddətlənmişdi. Tələbə gözlənilmədən Qorio atanın qapısını döydü:
-
Əziz qonşum, mən madam Delfina ilə görüşdüm.
-
Harada?
-
İtalyan operasında.
-
O, vaxtını yaxşımı keçirdi? İçəri girin.
Qoca, əynində köynək ayağa durdu, qapını açıb yenə tələsik
yatağına uzandı. Sözünə davam edərək:
-
Danışın, danışın görüm, - deyə xahiş etdi.
Ejen Qorionun otağına birinci dəfə idi ki girirdi. Odur ki qızının
calalına valeh olduqdan sonra atasının yaşadığı mağaranı gördüyü
zaman heyrətləndi. Pəncərələr pərdəsiz, rütubət basmış, divarların
kağızları soyulmuş və bükülmüşdü, bəzi yerlərdə tüstüdən saralmış
suvaq görünürdü. Qoca, miskin bir çarpayıda uzanmışdı, üstündə
nazik yorğan, ayaq tərəfində isə Vokenin köhnə paltarlarından tikil-
miş içi pambıqlı örtük vardı. Döşəmədən rütubət iyi gəlirdi, otağı toz
basmışdı. Pəncərənin qarşısında qırmızı ağacdan düzəldilmiş köhnə,
yekəqarın bir dolab görünürdü. Dolabın üzüm meynəsi kimi əyri,
budaqlı və yarpaqlı mis dəstələri vardı. Taxta lövhəli köhnə bir
əlüzyuyanın üstündəki ləyənin içində bir su qabı, yanında isə üz
qırxmaq alətləri görünürdü. Otağın bir küncünə ayaqqabılar atılmış,
baş tərəfində qapısız, mərmər lövhəsiz kiçik gecə stolu qoyulmuşdu.
Buxarının içində küldən əsər belə görünmürdü. Yan tərəfdə qoz
ağacından düzəldilmiş, aşağı tərəfi arakəsməli düzbucaq bir stol
görünürdü. Qorio ata gümüş qablarını həmin bu stolun üstündə
əzmişdi. Yöndəmsiz yazı stolunun üstünə Qorionun şlyapası
qoyulmuşdu. Oturacağına saman doldurulmuş kreslo və iki stul bu
səfalət yuvasının mənzərəsini tamamlayırdı. Çarpayı örtüyü əsgi
parçası ilə tavana bağlanmışdı. Pərdə əvəzinə ucuz, dama-dama ağ və
qırmızı çit parçaları sallanmışdı. Ən yoxsul bir qasid belə Qorio
atanın madam Vokenin evində yaşadığı kimi
135
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
səfil həyat sürməzdi. Bu otağın təkcə görünüşü insanı üşütməyə salır,
ürəyini sıxırdı. O, bir dustaqxana kamerasına, həm də ən pis
kameraya bənzəyirdi. Xoşbəxtlikdən, Qorio ata şamı kiçik şkafın
üstünə qoyduğu zaman tələbənin üzündəki ifadəni görməmişdi.
Yorğanı çənəsinə qədər çəkmiş qoca üzünü Ejenə doğru çevirdi.
-
Yaxşı, bir deyin görüm, hansı qızımı daha çox bəyəndiniz:
madam de Restonu, yoxsa madam de Nusingeni?
Tələbə dedi:
-
Mən madam Delfinanı öz atasını daha çox sevdiyinə görə
üstün tuturam.
Qorio Ejenin bu hərarətli sözləri müqabilində minnətdarlıq hissi
ilə əlini yorğanın altından çıxardı və tələbənin əlini sıxdı. Mütəəssir
olan qoca:
-
Sağ olun, sağ olun, - deyə təkrar edirdi. - Bəs o, mənim
barəmdə bir söz demədi?
Rastinyak baronessanın atası haqqında söylədiklərini bəzəkli bir
şəkildə nəql etdi. Qorio ona Allahın səsi kimi qulaq asırdı.
-
Mənim əziz balam! Bəli, bəli, o, məni çox sevir. Lakin siz
onun Anastazi haqqında söylədiklərinə inanmayın. Bilirsinizmi, iki
bacı məni bir-birinə qısqanır. Bu da onların necə mehriban olduğunu
sübut etmirmi? Madam de Resto da məni çox sevir. Mən bunu bili-
rəm. ürəyimizi dərindən görən və niyyətlərimizə görə bizə qiymət
verən Allah hər birimizi yaxşı tanıdığı kimi, mən də uşaqlarımın qəl-
binə yaxşı bələdəm. Qızlarımın hər ikisi mehribandır. Mənim yaxşı
kürəkənlərim olsaydı, tamamilə xoşbəxt olardım! Yer üzündə tam
xoşbəxtlik, əlbəttə, yoxdur. Ah, mən onlarla birlikdə yaşaya bilsəy-
dim, yalnız onların səsini eşidə bilsəydim, bir yerdə yaşadığımız
zamanlar onları hər gün gördüyüm kimi yenə həmişə öz yanımda
görsəydim, gəlib-getdiklərini bilsəydim, ürəyim şadlığından oynardı!
Onlar qəşəngmi geyinmişdilər?
Ejen:
-
Bəli, - dedi. - Lakin, cənab Qorio, bu necə ola bilər: qızlarınız
calal içində, siz isə daxmada yaşayırsınız?
Qorio, sanki, qayğısız halda:
-
Doğrusunu bilmək istəsəniz, - dedi, - yaxşı otaq mənim
nəyimə lazımdır? Bunu sizə izah etməkdə çətinlik çəkirəm, iki sözü
bir-birinə bağlaya bilmirəm. - Sonra əlini sinəsinə vuraraq: - Mənim
136
downloaded from KitabYurdu.org
nəyim varsa buradadır, - dedi. - Bütün varlığım qızlanma bağlıdır.
Əgər onların güzəranı xoş keçirsə, əgər onlar xoşbəxtdirlərsə, bəzəkli
paltarlarda gəzirlərsə, evləri xalçalarla döşənmişsə, mənim paltarımın
hansı mahuddan tikilməsinin və mənim harada yatmağımın nə mənası
var? Qoy onların yeri isti olsun, o vaxt mənə də soyuq olmaz, qoy
onlann ürəyi şad olsun, mənim də ürəyim darıxmaz. Onların
dərdindən başqa mənim heç bir dərdim yoxdur. Siz ata olduqdan
sonra uşaqlannızın danışığını eşitdiyiniz zaman özünüzə: “Bu, mənim
balamdır!” deyəcəksiniz, bu balalann əti sizin ətinizdən, qanı sizin
qanınızdan olduğunu, bu uşaqların qanınızın gülü olduğunu hiss
edəcəksiniz, o zaman siz onlann vücudunda kök saldığınızı, onlar
yeridiyi zaman siz də hərəkət etdiyinizi zənn edəcəksiniz. Hər yerdə
mən ancaq qızlanmın səsini eşidirəm. Onların bir məyus baxışını
görsəm, qanım donar. Bir zaman siz də görəcəksiniz ki, uşaqların
səadəti ata üçün öz səadətindən yüksəkdir. Mən sizə bunu izah etmək
iqtidannda deyiləm: bu, qəlbin daxili ehtizazlandır, insan könlündəki
fərəh də bu ehtizazlardan doğur. Bir sözlə, mən üçqatlı həyat
sürürəm. İstəsəniz, sizə maraqlı bir şey söyləyə bilərəm. Bilirsinizmi,
mən Allahı ata olduqdan sonra tanıdım. Bütün varlıq ondan əmələ
gəlmişdir; o, hər yerdədir, hər an mövcuddur. Mənimlə qızlanmın
münasibəti də belədir. Allahla mənim aramda yalnız bir fərq vardır
ki, o da budur: Allah- taalanın yaratdığı dünya özü qədər gözəl deyil,
mənim qızlarım isə məndən gözəldir; odur ki mənim məhəbbətim
Allahın dünyaya olan məhəbbətindən böyükdür. Onlar mənim
qəlbimə o qədər yaxındır ki, mən sizin onları axşam görəcəyinizi
düşünürdüm. Yarəb! Əgər bir kişi mənim Delfınama səadət versəydi -
qadın isə hərarətlə sevildiyi zaman məsud olur - mən onun
ayaqqabılannı təmizləməkdən, ona nökərçilik etməkdən feyz alardım.
Qulluqçulardan öyrəndiyimə görə, bu de Marse ağa alçaq bir
köpəkdir. Onun başını əzmək üçün mənim daim əllərim geyişir. Belə
bir qadını, belə bir cavahiri, belə bir bülbül səsini, heykəl kimi
yaraşıqlı bir qadını sevməmək mümkündürmü? Mən təəccüb edirəm.
Bu Elzas çuvalına ərə getdiyi zaman qızımın gözü kormu idi? Hər
ikisi gözəl, nəzakətli gənclərə ərə getməli idi. Çarəm nəydi, onlar öz
istədiklərini edirdilər.
Qorio atanın əzəmətli görünüşü vardı. Ejen onu ilk dəfə alovlu ata
məhəbbətinin şəfəqləri içində görürdü. Qüdrətli hisslərin
137
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |