İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə43/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   39   40   41   42   43   44   45   46   ...   231

Ejen vikontessaya: 

-

 



Əziz kuzenim, - dedi, - siz mənə artıq xeyirxah bir havadarlıq 

göstərmişsiniz, öz xeyir işinizi axıra qədər aparmaq niyyətiniz varsa, 

mən sizdən yalnız bir şey xahiş etmək istərdim: bu, sizin üçün o qədər 

də  çətin  olmaz,  halbuki  mənim  üçün  səadət  məsələsidir.  Mən  aşiq 

oldum. 

-

 



Belə tezmi? 

-

 



Bəli. 

-

 



Bu qadınamı? 

Ejen  mənalı  nəzərlə  kuzinasına  baxaraq,  azacıq  sükutdan  sonra 

sözünə davam etdi və: 

-

 



Məgər  mənim  iddialarım  başqalarının  ürəyində  əks-səda  tapa 

bilərmi?  -  dedi.  -  Hersoginya  de  Karilyano  hersoginya  Berri  ilə 

yaxındır.  Ehtimal  ki,  siz  onunla  görüşürsünüz.  Lütfən,  məni  ona 

təqdim  edin,  həm  də  məni  gələn  bazar  ertəsi  özünüzlə  birlikdə  bala 

apann. Mən orada madam de Nusingenlə görüşərəm, birinci hücuma 

başlaram. 

Vikontessa cavab verdi: 

-

 



Məmnuniyyətlə.  Əgər  siz  artıq  ona  meyil  edirsinizsə,  hər 

halda,  könül  işləriniz  əla  vəziyyətdədir.  Baxın,  o,  de  Marsedir, 

knyaginya  Qalatyonun  lojasında  oturmuşdur.  Madam  de  Nusingen 

üçün  bu  ən  böyük  əzabdır,  o,  qısqanclıqdan  qovrulur.  Bir  qadına, 

xüsusilə  bankir  arvadına  yanaşmaq  üçün  bundan  da  münasib  diqqət 

ola bilərmi? Şosse d’Anten xanımlarının hamısı intiqamı çox sevər. 

-

 

Bəs siz belə bir vəziyyətdə olsaydınız, nə edərdiniz? 



-

 

Mənmi? Mən sükut içində iztirab çəkərdim. 



Bu  zaman  markiz  d’Ajuda  madam  de  Boseanın  lojasında 

göründü. 

-

 

Mən  sizi  görmək  arzusu  ilə  işlərimi  cəld  qurtardım,  mənim 



hərəkətim fədakarlıq deyildir, elə ona görə bunu sizə ərz edirəm. 

Vikontessanın üzündəki nurani sevinc, Ejenə həqiqi məhəbbətin 

ifadələri  ilə  Paris  işvəkarlığının  ədaları  arasındakı  fərqi  aydın 

göstərdi.  Ejen  kuzinasına  məftun  nəzərlə  baxa-baxa  susdu  və  ah 

çəkərək  öz  yerini  markiz  d’Ajudaya  verdi.  Ejen  öz-özünə:  “Belə 

məhəbbətlə sevən bu qadın nə qədər nəcib, nə qədər ülvi xilqətdir! - 

deyirdi. - Hələ bu adam bir oyuncaq xatirinə ona xəyanət edir də! Ona 

xəyanət etmək mümkündürmü?” Ejenin qəlbində uşaq 

129 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

hiddəti qaynayırdı. O, kuzinasının ayaqları altına düşmək istəyir, bir 



şahin,  dərədə ovladığı  ağ  bir  çəpişi  qanad  çalaraq göylərə  qaldırdığı 

kimi, o da kuzinasını iblisanə bir qüdrətlə qəlbində gəzdirmək xəyalı 

ilə  çırpınırdı.  Öz  məşuqəsini  bir  şəkil  kimi  sərgiyə  qoymadan  bu 

gözəllik muzeyində qalmaq ona həqarət kimi görünürdü. “Məşuqə və 

kral  kimi  bir  mövqedə  olmaq  qüdrət  əlamətləridir”.  Ejen  təhqir 

edilmiş  adam  kimi  madam  de  Nusingenə  doğru  baxdı.  Vikontessa 

boylandı  və  ancaq  göz  qapaqlarının  ehtizası  ilə  onun  bu 

təvazökarlığına  qarşı  öz  minnətdarlığını  bildirdi.  Birinci  pərdə 

qurtardı. 

Vikontessa markiz d’Ajudadan soruşdu: 

-

 

Siz madam de Nusingenlə kifayət qədər tanışsınızmı? Rastin- 



yakı ona təqdim edə bilərsinizmi? 

Markiz cavab verdi: 

-

 

Cənab  de  Rastinyakı  öz  lojasında  görmək  madam  de  Nusin- 



geni çox şad edər. 

Qəşəng portuqaliyalı ayağa durdu, tələbənin qoluna girdi. Bir an 

sonra Ejen artıq madam de Nusingenə təqdim olunurdu. 

D’Ajuda ona xitabən: 

-

 

Baronessa, - deyirdi, - vikontessa de Boseanın kuzeni şeval- ye 



Ejen de Rastinyakı sizə təqdim etməyi özümə şərəf sayıram. Siz onu 

o  qədər  məftun  etmişsiniz  ki,  mən  ona  öz  məbuduna  şəxsən 

yaxınlaşmaq səadətini bəxş etməyə qərar verdim. 

Bu  sözlər,  kobud  mənasını  yumşaltmaq  üçün  zarafatla  söylən-

mişdi.  Çünki  bu,  yaxşı  bir  şəklə  salındıqda,  qadınlarda  narazılıq 

oyatmaz.  Madam  de  Nusingen  təbəssümlə  cavab  verdi  və  bir  az 

bundan  əvvəl  lojanı  tərk  etmiş  ərinin  kreslosunu  əyləşmək  üçün 

Rastinyaka göstərdi. 

-

 

Mən  sizə  mənimlə  qalmağı  təklif  etməyə  cəsarət  etmirəm. 



Madam  de  Boseanın  məclisində  oturmaq  səadətinə  nail  olanlar  heç 

zaman oradan getməzlər. 

Ejen pıçıltı ilə: 

-

 



Lakin,  -  dedi,  -  bəlkə  də,  mən  kuzinamı  məmnun  etmək 

istəsəm, sizinlə qalmağım daha məsləhətdir, - sonra isə ucadan əlavə 

etdi: - Markizin gəlişindən əvvəl biz sizdən, sizin hər cəhətdən qəşəng 

olmağınızdan danışırdıq. 

D’Ajuda təzim edərək lojadan çıxdı. 

130 


downloaded from KitabYurdu.org


Baronessa soruşdu: 

-

 



Siz  doğrudanmı  mənimlə  qalmağı  arzu  edirsiniz?  Elə  isə  bir- 

birimizlə  daha  yaxından  tanış  ola  bilərik.  Qrafinya  de  Resto  məndə 

sizi görmək arzusu oyatmışdır. 

-

 



Elə  isə  qrafinya  səmimi  deyil:  o,  məni  qəbul  etməyi  qadağan 

etmişdir. 

-

 

Nə üçün? 



-

 

Bunun  səbəbini  söyləmək  üçün  mən  vicdan  əzabı  çəkirəm. 



Lakin  bu  sirri  sizə  etibar  etməklə,  öz  mərhəmətinizi  əsirgəməyə-

cəyinizə ümidvaram. Sizin atanızla biz qapı-qapıya qonşuyuq. Lakin 

qrafinya  de  Restonun  onun  qızı  olduğu  mənə  məlum  deyildi.  Heç 

kəsin  xətrinə  dəymək  istəmədiyim  halda,  ehtiyatsızlıq  edərək  mən 

atanızın söhbətini açdım, bununla da bacınızla ərinin hiddətlənməyinə 

səbəb  oldum.  Mən  başıma  gələn  sərgüzəşti  kuzinama  və  herso- 

ginyaya  danışdım,  gülməkdən  uğunub  getdilər. Elə o  zaman  madam 

de  Bosean,  sizinlə  bacınızı  müqayisə  edərək,  ən  hərarətli  sözlərlə 

sizdən danışır və mənim qonşum cənab Qorio ilə gözəl rəftar etdiyi-

nizi deyirdi. Necə ola bilər ki, siz onu sevməyəsiniz? O, sizə o qədər 

pərəstiş  edir  ki,  hətta  mən  qısqanmağa  başladım.  Bu  səhər  mən 

onunla sizin barənizdə iki saat söhbət etdim. Axşam isə atanızın söy-

lədiyi sözlərin təsiri altında, kuzinamın yanında nahar zamanı ondan 

soruşdum:  “Sizin  gözəlliyiniz  atanıza  qarşı  bəslədiyiniz  məhəbbətin 

dərəcəsində  ola  bilərmi?”  Görünür,  madam  de  Bosean  bu  atəşin 

məftunluğa  qüvvət  vermək  üçün  məni  bura  gətirmişdir.  O  hətta 

qabaqcadan, ona məxsus bir lütfkarlıqla sizi görəcəyimi söyləmişdi. 

Bankirin arvadı: 

-

 

Mənim sizə necə minnətdar olduğumu bilsəydiniz! Biz bir az 



da söhbət etsək, lap köhnə dost olarıq. 

-

 



Əlbəttə, sizinlə dostluq etmək o qədər adi şey deyil, lakin mən 

heç zaman sizin dostunuz olmaq istəməzdim. 

Yalnız  birinci  dəfə  məclisə  çıxan  adamlara  yaraşan  bu  şablon 

cümlələr  soyuq-soyuq  deyildiyi  zaman  bayağı  görünsə  də,  qadınlar 

üçün  bunun  ayrıca  gözəlliyi  var:  bir  gəncin  ədası,  səsinin  ahəngi, 

baxışı  bu  mənasız  sözlərə  başqa  ruh,  başqa  rəng  verir.  Madam  de 

Nusingen  bu  qərara  gəldi  ki,  Rastinyak  cazibədar  gəncdir.  Bu  qədər 

cəsarətlə verilən suala bütün qadınlar kimi cavab verməkdə aciz olan 

xanım, onun başladığı başqa bir mətləbə cavab verdi: 

131 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə