İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə40/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   36   37   38   39   40   41   42   43   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

alver  etmədən  sizin  üçün  qabağa  getmək  mümkündürmü?  Yaxşılıq, 



mənim əzizim, hissəyə bölünməz: yaxşılıq ya var, ya yox - ikisindən 

biri. Bizə təklif edirlər ki, gərək tövbə edib, günahlarımızı təmizləyək. 

Niyə,  bəd  deyil!  Bu  sistemlə  peşmançılıq  günahı  təmizləyə  bilər. 

İctimai nərdivanın müəyyən pilləsinə qalxmaq üçün qadını aldatmaq, 

ailədə  uşaqlar  arasında  nifaq  doğurmaq,  bir  sözlə,  şəxsi  mənfəət  və 

nəşə  naminə  üstüörtülü  bir  çox  əclaflıqlara  yol  vermək,  sonra  isə 

tövbə  etmək!  Sizcə,  buna  nə  deyərlər?  Budurmu  din,  ümid  və 

məhəbbət  yolunda  sərf  edilən  səylər?  Nə  üçün  uşaqlara  çatacaq 

sərvətin  yarısını  bir  gecədə  mənimsəyən  bir  hoqqabaza  iki  ay  həbs 

cəzası kəsildiyi halda, “təqsiri daha da ağırlaşdıracaq vəziyyətdə” min 

franklıq kağız parçasını oğurlamış bir yoxsulu katorqaya göndərirlər? 

Budur  qanun.  “Qanunlar  məcəlləsfndə  bir  maddə  tapılmaz  ki, 

axmaqcasına  olmasın.  Əlində  modalı  əlcəklər,  qəlbində  isə  yalan 

daşıyan  bir  şəxs,  qan  tökmədən,  ancaq  yalanla  insanı  öldürür.  Qatil 

isə qapını gizli açarla açır. Bunların nə fərqi var? Hər ikisi gecə vaxtı 

icra  edilən  cinayət  deyilmi?  Halbuki  sizin  etdiyinizlə  mənim  sizə 

təklif etdiyim arasında qandan başqa heç bir fərq yoxdur. Hələ siz bu 

dünyada  sarsılmaz  qanunlara  inanırsınız!  Bəs  nə  üçün  siz  insanlara 

nifrət bəsləmirsiniz? Qanunlar məcəlləsinin torlarından keçmək üçün 

dəlik yerləri axtarırsınız? Haradan əmələ gəldiyi məlum olmayan bir 

çox  böyük  sərvətlərin  sirri  cinayətlə  bağlıdır;  bu  cinayətin 

unudulmağına səbəb məharətlə edilməsidir. 

-

 

Susunuz,  rica  edirəm,  susunuz,  mən  sizi  daha  dinləmək  istə-



mirəm,  siz  məni  o  dərəcəyə  gətirərsiniz  ki,  artıq  özümə  belə  inan-

maram. Mən bu saat ancaq hisslərin dediyi şeyləri bilirəm. 

-

 

Özünüz  bilərsiniz,  gözəl  oğlan.  Mən  sizi  daha  mətin  zənn 



edirdim.  Daha  sizə  heç  bir  şey  söyləməyəcəyəm.  Ancaq  son  bir 

sözüm  var,  -  Votren  tələbənin  gözlərinin  içinə  baxdı  və dedi:  -  Mən 

öz sirrimi sizə vermişəm. 

-

 



Sizin təklifinizi rədd edən gənc, sirrinizi unuda da bilər. 

-

 



Yaxşı  sözdür,  bu,  mənim  xoşuma  gəlir.  Başqası  olsaydı,  bu 

qədər  əngəlli  olmazdı.  Mənim  sizin  üçün  etmək  istədiyimi  unut-

mayın: ya hə, ya yox, öz ixtiyarınızdadır. 

Rastinyak,  əsasını  qoltuğuna  vurub  sakit  addımlarla  gedən 

Votrenin arxasınca baxaraq: “Bu adamın dəmir kimi möhkəm məntiqi 

var! - deyə düşünürdü. - O, madam de Boseanın ədəblə 

120 

downloaded from KitabYurdu.org




dediklərini  açıqdan-açığa,  kobud  şəkildə  mənim  üçün  təkrar  etdi. O, 

polad caynaqları ilə bağrımı yardı. Mən Delfina Nusingenin yanına nə 

üçün  getmək  istəyirəm?  O,  mənim  niyyətlərimi  hələ  yenicə 

doğulduğu zaman duya bilmişdir. Bu quldur iki kəlmə  ilə  yaxşılığın 

nə  olduğunu  mənə  başa  saldı,  halbuki  mən  bunu  kitablardan  və 

insanlardan hələ öyrənə bilməmişdim. Əgər xoş əməl vicdanla sazişə 

girməyə yol vermirsə, demək, mən, doğrudan da, öz bacılarımı qarət 

etmişəm?” 

Rastinyak  pul  kisəsini  stolun  üstünə  atdı.  Oturub,  başgicəllən-

dirən fikirlərə daldı. 

“Xoş  əmələ  sadiq  qalmaq  ülvi  bir  iztirabdır!  Bəli!  Hamı  xoş 

əmələ  inanır,  lakin  buna  riayət  edənlər  çox  azdır!  Xalqlar  azadlığa 

pərəstiş edirlər, lakin yer üzündə azad xalq varmı? Mənim gəncliyim 

hələ  buludsuz  səma  kimi  təmizdir,  lakin  sən  böyük  bir  şəxs,  yaxud 

varlı  bir  adam  olmaq  fikrindəsən,  halbuki  bu,  şüurlu  olaraq  yalan 

satmaq,  əyilmək,  sürünmək,  yenə  ayağa  durmaq,  yaltaqlıq  etmək, 

saxtakarlıq  göstərmək  demək  deyildirmi?  Məgər  bu,  vaxtilə  əyilən, 

sürünən,  yalan  satanların  qarşısında  könüllü  surətdə  lakey  olmaq 

demək deyildirmi? Onlara yoldaş olmaq üçün əvvəlcə onlara xidmət 

göstərmək  lazımdır.  Yox,  yox!  Mən  namusla,  inamla  çalışmaq 

istəyirəm.  Mən  gecəni  gündüzə  qatıb  işləməyə  hazıram,  mən  öz 

sərvətimlə  yalnız  öz  zəhmətimə  borclu  olmaq  istəyirəm.  Bu  yol 

varlanmaq üçün ən uzun yol olsa da, hər axşam başımı yastığa sakit 

qoyacağam,  heç  bir  pis  niyyətlə  beynimi  yükləməyəcəyəm.  Öz 

həyatına  baxdığın  zaman,  onu  zanbaq  çiçəyi  kimi  təmiz  və  pak 

görməkdən də gözəl şey ola bilərmi?! Həyat - nişanlım, mən də onun 

adaxlısıyam.  Votren  on  il  ailə  həyatından  sonra  nələr  baş  verdiyini 

mənə  göstərdi.  Lənət  şeytana!  Başım  gicəllənir.  Mən  heç  nə 

düşünmək istəmirəm. Mənim ən ağıllı rəhbərim qəlbimdir”. 

Ejenin dalğınlığını dərzinin gəldiyini xəbər verən yoğun Silviya- 

nın  səsi  pozdu.  Rastinyak,  əlində  iki  pul  kisəsi  dərzinin  qabağına 

çıxdı, o, bu hadisəyə heç də təəssüf etmirdi. Axşam paltarını bədəninə 

ölçdükdən  sonra  təzə  gündüz  paltannı  geyindi,  görünüşü  tamam 

dəyişdi. 

Öz-özünə: 

“Mən  qraf  de  Traydan  geri  qalmayacağam,  nəhayət,  mən  də 

zadəgana oxşadım!” 

121 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bu vaxt Qorio ata Ejenin otağına daxil olaraq: 



-

 

Cənab  Ejen,  -  dedi,  -  siz  madam  Nusingenin  hansı  evlərdə 



olduğunu bilib-bilmədiyimi məndən soruşurdunuz. 

-

 



Bəli! 

-

 



Elə isə sizə söyləyə bilərəm: gələn bazar ertəsi günü o, marşal 

Karilyanonun evində təşkil edilən balda iştirak edəcək. Əgər siz oraya 

getməyə  imkan  tapa  bilsəniz,  qızlarımın  necə  şənləndiklərini,  necə 

geyindiklərini, bir sözlə, hamısını mənə söylərsiniz. 

Ejen Qorionu buxarının yanında əyləşdirərək: 

-

 



Siz  bunu  haradan  öyrəndiniz,  əzizim  Qorio  ata?  -  deyə 

soruşdu. 

Qorio şad halda: 

-

 



Bunu mənə qulluqçusu söylədi. Qızlarımın nə etdiklərini mən 

Konstansa ilə Terezadan öyrənirəm, - dedi. 

Qoca, heç bir şübhə doğurmadan, öz məşuqəsinin həyatına daxil 

olmaq  üçün  mahir  bir  vasitə  tapan  gənc  aşiqə  bənzəyirdi. 

Sadədilliklə: 

-

 



Siz  onları  görəcəksiniz!  -  dedi.  Onun  sözlərində kədərli  qibtə 

hiss olunurdu. 

Ejen cavab verdi: 

-

 



Bilirəm.  Mən  bu  saat  madam  de  Boseanın  yanına  getmək 

istəyirəm. Məni marşalın arvadına təqdim etməsini xahiş edəcəyəm. 

Ejen vikontessanın  yanına hər zaman geyəcəyi paltarda  getməyi 

daxili  bir  fərəhlə  arzulayırdı.  Moralistlərin  “insan  qəlbinin  uçurum-

ları”  adlandırdığı  şey  həqiqətdə  aldadıcı  fikirlərdən,  biixtiyar  şəxsi 

mənfəət  meyillərindən  başqa  bir  şey  deyildi.  Bir  çox  cümləpərdaz 

mülahizələrə  səbəb  olan  bu  ürək  sərgüzəştləri,  insan  qəlbində  baş 

verən  bu  gözlənilməz  dəyişikliklərin  əsas  məqsədi  daha  çox 

nəşələnmək,  həzz  almaqdır.  Əynində  yaxşı  paltar,  əllərində  modalı 

əlcək,  ayağında  qəşəng  çəkmələri  görən  Ejen  yaxşılıq  niyyətində 

olduğunu  unutdu.  Həqiqətə  arxasını  çevirən  gənclər  vicdan  güz-

güsündə  özünə  baxmağa  cəsarət  etməz,  halbuki  yetkin  yaşlarında 

artıq  bu  güzgüyə  baxarlar.  İnsan  həyatının  bu  iki  dövrü  arasındakı 

fərq də ancaq bundan ibarətdir. 

İki  qonşu  -  Ejen  və  Qorio  ata  son  bir  neçə  gün  ərzində  dost-

laşmışdı.  Bu  gizli  dostluğun  psixoloji  səbəbləri  Votrenlə  Ejen 

arasında  doğan  ədavətin  psixoloji  səbəblərinin  eyni  idi.  Cəsur  bir 

filosof hisslərimizin fiziki aləmə təsirini təyin etmək fikrinə düşərsə

122 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə