Bir də, sizin diqqətinizi bir şeyə də cəlb etmək şərəfindəyəm: bütün
Fransada ancaq iyirmi general-prokuror yeri var, halbuki bu yeri
tutmaq istəyənlərin sayı iyirmi min nəfərdir, bunların içərisində isə
bir pillə belə qalxmaq üçün öz ata-anasını sata biləcək cibgirlər də
var. Bu peşə sizin xoşunuza gəlməyə bilər, başqa bir peşə axtaraq.
Bəlkə, baron de Rastinyak vəkil olmaq niyyətindədir? Çox gözəl, çox
gözəl! Lakin Parisdə vəkilə iş tapmaq üçün on il gözləməli, ayda min
frank xərcləməli, kitabxana, qəbul otağı saxlamalı, cəmiyyətdə
dolaşmalı, boşboğazlıq etməli, vəkillərin ətəklərini öpməlidir. Bu
peşə sizə yaraşırsa, mən də etiraz etmirəm, ancaq bütün Parisi
axtarsanız, əlli yaşından yuxarı ildə əlli min qazancı olan beş nəfər
vəkil tapa bilməzsiniz. Yox, yox! Qəlbi çirkabla doldurmaqdansa,
dəniz qulduru olmaq daha yaxşıdır. Bundan başqa, siz pulu haradan
tapacaqsınız! Bu, o qədər də əyləncəli iş deyildir. Bizim yeganə bir
imkanımız var ki, o da arvadımızın cehizidir. Evlənmək istəyir-
sinizmi? Evlənməkdənsə, boynunuza daş salıb, özünüzü suya
atmağınız yaxşıdır. Bir də, pul xatirinə evlənsəniz, bəs sizin namusu-
nuz, şərəfli adınız harada qalacaq? Bunun əvəzində yaxşı olar ki, elə
bu gündən insan əxlaqının məşrut qanunlarına qarşı üsyan qal-
dırasınız. Pul üçün evlənmək, arvadın qarşısında sürünmək, anasının
ayaqlarını yalamaq, donuzlan belə iyrəndirəcək əclaflıqlara yol
vermək deməkdir. Tfu! Hələ xoşbəxt ola bilsəniz, yenə dərd yarıdır.
Lakin belə izdivac sizi nəcis borusuna çevirəcəkdir. Öz arvadınla
güləşməkdənsə, kişilərlə vuruşmaq yaxşıdır. Budur, gənc dostum, siz
yolayrıcındasınız: istədiyiniz yolu seçə bilərsiniz! Siz artıq bir yol
seçmisiniz: siz kuzinanız de Boseanı ziyarət etdiniz, zinət və sərvət
qoxusunu duydunuz! Qorio atanın qızı qrafinya de Restonu ziyarət
etdiniz - bir Paris xanımının rayihəsini duydunuz. Siz onun yanından
evə qayıtdığınız gün alnınızda yalnız bir söz yazılmışdı. O sözü mən
asanca oxudum: yanb keçmək! Nə olur-olsun, yanb keçmək! Mən öz-
özümə dedim ki, afərin bu oğlana, lap mənə yaraşan oğlandır. Sizə
pul lazım oldu. Pulu haradan tapa bilərdiniz? Siz bacılarınızın qanını
içib, pul tapdınız. Bütün qardaşlar həmişə öz bacılannı qarət etmişlər.
Şabalıdı qızıl puldan daha çox olan bir əyalətdə bu min beş yüz
frankın necə əldə edildiyini Allah bilir! Bu pullar qarətçi əsgərlər
kimi hərəsi bir yana dağılacaq. Bəs onda siz nə edəcəksiniz? Bəlkə,
işləmək fikrindəsiniz? Lakin sizin düşündüyünüz iş Puare
113
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
kimi adamlara Voke cicinin otağından başqa bir şey verməz. Bu saat
sizin vəziyyətinizdə əlli min gənc vardır ki, tez varlanmaq məsələsini
həll etmək üçün çırpınır, siz də bunların arasında ancaq bir vahidsiniz.
Taleyinizi özünüz müəyyən edə bilərsiniz: siz dəhşətli döyüşlərdən
keçməli, çox çalışmalısınız. Əlli min gəlirli yer tapmaq mümkün
deyil, siz bir-birinizi bankaya qoyulmuş hörümçəklər kimi gəmirməyə
məcbursunuz. Burada insanların özlərinə necə yol açdıqlarını
bilirsinizmi? Bunun üçün parlaq bir düha, yaxud satın ala bilmək
qabiliyyəti lazımdır. Bu insan yığınına ya bir top mərmisi kimi
girməli, ya da taun kimi arasından keçməli; namuslu yolla heç bir şey
əldə etmək mümkün deyildir. İnsanlar dahinin qüdrəti qarşısında
səcdə edir və eyni zamanda, dahi hər bir şeyi tək özünə götürür deyə,
ona iftira ataraq nifrət bəsləyirlər. Lakin o, hələ möhkəm durduqca,
onun qarşısında səcdə etməyə məcburdurlar. Müxtəsər, dahini çirkaba
bulaşdırmaq mümkün olmadığı zaman, diz çöküb ona pərəstiş edirlər.
Hər yerdə satqına rast gələcəksiniz, halbuki istedad nadir
şeylərdəndir. Buna görə də satqınlıq hər şeyi özünə tabe edən adi
insanların əlində bir silah olmuşdur: bu silahın təsirini siz hər yerdə
hiss edəcəksiniz. Siz ərləri vur-tut altı min frank alan arvadların
bəzəkli paltarlara on min frankdan artıq xərclədiklərini görəcəksiniz.
Min iki yüz frank maaşı olan məmurların mülk aldıqlarını
görəcəksiniz. Siz Fransa perinin oğlunun karetində gəzmək üçün
qadınların özlərini satdıqlarını görəcəksiniz, çünki bu karetdə
Lonşanın* orta xiyabanından keçmək mümkündür. Siz bu əbləh
Qorio atanın qızının imza etdiyi vekseli ödəməyə məcbur olduğunu
öz gözünüzlə görmüsünüz, halbuki onun ərinin ildə əlli min gəliri var.
Sizinlə mərc gələ bilərəm ki, Parisdə iki addım atar- atmaz dərhal
iblis fırıldaqlarına rast gələcəksiniz. Mən öz başımı bu kahı dəstəsinin
qabağında mərcə qoyaram ki, sizin bəyəndiyiniz ilk qadın gənc, gözəl
və zəngin olarsa, mütləq sizi bir arı pətəyinə sürükləyəcəkdir.
Qadınlar qanunlarla daim münaqişədədirlər və hər bir bəhanədən
istifadə edərək, ərləri ilə müharibə edirlər. Paltar, məşuq, uşaq, ev
şeyləri, yaxud şöhrət üçün qadınların nə kimi sazişlərə girdiyini sizə
nağıl etməyə başlasam, çox uzun çəkər. Hər halda, buna əmin ola
bilərsiniz ki, xeyirxahlıq qadınlar arasında nadir şeylərdəndir. Bax
buna görədir ki, namuslu insan hamıya düşməndir. Ancaq sizcə,
namuslu adam kimə deyirlər? Parisdə
114
downloaded from KitabYurdu.org