o, əlbəttə, heyvanlarla insanlar arasındakı münasibətlərdə maddi
qüvvə təsirini sübut etmək üçün bir çox əsaslar tapa bilər. Bir it
tanımadığı bir adamı gördüyü zaman onun dost, ya düşmən olduğunu
tez təyin etdiyi halda, heç bir fizionomist* insan təbiətini tez anlaya
bilməz. Zərbi məsəl kimi hamının dilində dolaşan
cay- naqlı atomlar
ifadəsi danışıq dilində işlənən və qədim sözləri kül kimi göyə
sovurmaq istəyən adamların fəlsəfi sayıqlamalarını rədd edən dil
hadisələrindən biridir. Məhəbbət insandan insana keçə bilər. Hisslər
hər bir şeyə öz damğasını basar, məsafələrin uzaqlığına baxmaz, hər
yerdə yayılar. Məktubların da qəlbi var: məktublar - yazan adamın
əks-sədasıdır; incəqəlbli insanların nəzərində məktub ən zəngin
məhəbbət xəzinələrindən biridir. Qorio, bir it həssaslığı ilə, tələbənin
qəlbində doğan qəribə mərhəmət hissini, gənclik simpatiyasının ona
bəslədiyi hüsn-rəğbəti duymuşdu. Bununla belə, yaranan yaxınlıq
hələ ürəkləri açmamışdı. Ejen madam de Nusingenlə görüşməyi
arzuladığını qocaya söyləsə də, o, gözəl parisli xanımın evinə qocanın
vasitəsilə daxil olmaq niyyətində deyildi; o yalnız Qorionun ağzından
söz qaçıra biləcəyinə və bununla ona xidmət göstərə biləcəyinə ümid
edirdi.
O birisi gün Qorio Ejenə dedi ki:
- Əzizim, siz nə üçün belə güman etmisiniz ki, mənim adımı çək-
diyiniz üçün madam de Restonun sizə qəzəbi tutmuşdur? Qızlarımın
ikisi də məni çox sevir. Mən bir ata kimi xoşbəxtəm. Ancaq mənim
kürəkənlərim mənimlə yaxşı rəftar etmədilər. Mən isə sevimli
qızlarımın öz ərləri ilə mənim üstümdə yola getmədiklərini gördüyüm
zaman qızlanmı xəlvətcə ziyarət etməyə qərar verdim. Bu xəlvəti
görüşlər mənə böyük həzz verir, mənim bu sevinclərimi hər gün
qızlarım ilə görüşən atalar heç vaxt başa düşə bilməzlər. Mən öz
qızlarımla açıqdan-açığa görüşə bilmirəm, anlayırsınızmı? Odur ki
qızlarımın gəzməyə çıxıb-çıxmayacaqlannı qulluqçulardan öyrənib,
xoş havalı günlərdə Yelisey düzlərinə çıxıram. Qızlarımın keçəcəyi
yolda dayanıb, karetlərini gözləyirəm. Karetlər isə mənim yanımdan
keçdiyi zaman ürəyim şiddətlə döyünür, qızlarımın bərbəzəyini seyr
edirəm, onlar məni təbəssümlə salamlayır, o zaman mənim üçün
bütün dünya dəyişir, təbiət parlaq günəşin şüalanndan qızıl nura
boyanır. Mən yerimdən tərpənməyib onların qayıtmasını gözləyirəm.
Onları bir daha görürəm. Hava onlar üçün xeyirlidir, yanaqları
123
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
gül kimi açılır! Ətrafda gedən söhbətləri eşidirəm: “Nə qəşəngdir, nə
gözəldir!” Bu sözləri eşitdikcə mənim də ürəyim şad olur. Məgər
onların qanı mənim qanımdan deyilmi? Mən onları daşıyan atları belə
sevirəm, dizlərinin üstündə oxşadıqları balaca bir tula olmaq
istəyirəm. Məni yaşadan onların zövqü, onların nəşəsidir. Hər kəsin
özünə görə məhəbbəti var. Mənim məhəbbətim kimə ziyan verir? Nə
üçün insanlar məni təngə gətirirlər? Mən də özümə görə xoşbəxtəm.
Axşamlar qızlarım bala getmək üçün öz evlərindən çıxdıqları zaman
mən onlara tamaşa etməyə gedirəm. Məgər burada bir cinayətmi var?
Gecikdiyim zaman, “madam getdi” sözlərini eşidərkən nə qədər
məyus olduğumu bilsəydiniz... Bir dəfə mən Nazini düz iki gün
görməmişdim, yalnız onu görmək üçün axşamdan saat üçə qədər
qapının ağzında gözlədim. Onu gördüyüm zaman şadlığımdan ürəyim
uçurdu. Xahiş edirəm, mənim barəmdə söhbət düşərsə, ancaq
qızlarımın nə qədər mərhəmətli olduğundan danışın. Qızlarım mənə
hədiyyələr vermək istədikləri halda, mən buna yol vermirəm, deyirəm
ki: “Pullannızı özünüz üçün saxlayın! Mənim hədiyyəyə ehtiyacım
yoxdur. Mənə heç şey lazım deyil”. Doğrudan da, mən nəyəm? Mən
ancaq bir cənazəyəm, ruhum isə daim qızlarımın yanındadır. Sonra
qoca, Ejenin getmək istədiyini görüb, bir az sükut etdi və dedi: - Əgər
siz madam de Nusingeni görə bilsəniz, hansı qızımı daha çox
bəyəndiyinizi mənə söyləyərsiniz.
Tələbə madam de Boseanın hüzuruna getməzdən əvvəl Tüil-
ridə* bir az gəzinmək fikrində idi.
Bu gəzinti Rastinyakın taleyini həll etdi. Qadınlardan bir neçəsi
ona diqqət yetirmişdi. Rastinyak o qədər gənc, o qədər gözəl idi, o
qədər qəşəng geyinmişdi ki... Qadınların diqqətini cəlb etdiyinə görə
Ejen, özünə məftun olmuş kimi, qarət etdiyi bacılarını və xalasını belə
unutdu, öz nəcib ehtiyatkarlığını belə unutdu. Başı üzərindən mələyə
bənzəyən bir iblisin uçduğunu, yaqut daşlarını toxum kimi səpən,
saray frontonlarına* qızıl oxlarını sancan, qadınları əlvan paltarlarla
geyindirən, padşahların əvvəlcə sadə olan taxtını gərəksiz parıltıya
bürüyən ala-bəzək qanadlı bir şeytanın uçduğunu görürdü. O artıq
gurultulu-parıltılı şöhrətpərəstlik allahına, onun qüdrət rəmzi zənn
etdiyimiz bər bəzəyinə qapılmışdı, “ürəyin istədiyi qədər məhəbbət və
qızıl var!” - deyən bir aradüzəldənin mənfur
124
downloaded from KitabYurdu.org
görünüşü bir qızın hafizəsində həkk olunduğu kimi, Votrenin həyasız
sözləri də onun qəlbinə girmişdi.
Ejen bir qədər avara dolaşdıqdan sonra saat beşdə madam de
Boseanın yanına gəldi. O, burada, gənc qəlblərin, adətən, müqavimət
göstərmək üçün aciz olduğu ən ağır və dəhşətli zərbələrdən birini
yedi. Ejen indiyə qədər vikontessanın onu ədəbli bir ehtiram, üsullu
bir nəzakətlə qəbul etdiyini görmüşdü; bu nəzakət ancaq aristokrat
tərbiyəsi sayəsində əldə edilsə də, yalnız səmimi olduğu zaman öz
kamal dərəcəsinə çata bilər. Madam de Bosean Ejeni görər-görməz
soyuq salam verdi və sərt səslə:
-
Cənab de Rastinyak, - dedi, - mən sizi qəbul edə bilməyəcə-
yəm, hər halda, bu saat mümkün deyildir. Mən çox məşğulam.
Çox tez bir zamanda müşahidəçilik qabiliyyətinə yiyələnmiş
Rastinyak onun sözlərindən, salam verməsindən, baxışından,
ahənginin dəyişməsindən müəyyən bir silkə mənsub olan adam- lann
xasiyyətini, adətlərini duya bilərdi. Rastinyak məxmər əlcəyin içində
poladdan bir əl, nəcib ədalar altında öz şəxsiyyətinə pərəstişkarlıq və
xudbinlik, lak altında isə quru ağac olduğunu anladı. O, şah taxtının
quş lələyi altından başlayaraq ən qotur bir zadəganın başındakı
papağına qədər səslənən “biz kralıq” məfhumunun nə olduğunu,
nəhayət, dərk etdi. Ejen, qadının sözlərinə bel bağlayaraq, onun nəcib
hisslərinə asanlıqla inanmışdı. Bütün səfillər kimi o da yaxşılıq
edənlə yaxşılıq qəbul edəni bir-birinə bağlayan və elə ilk maddədən
böyük qəlbli insanların bərabər olduqlarını təlqin edən bir müqaviləyə
bütün arzusu ilə imza atmışdı. Yaxşılıq iki insanı bir-birinə
bağladıqda, həqiqi məhəbbət kimi nadir və qiymətli olan ilahi bir
hissə çevrilər. Hər iki hiss ülvi qəlblərin calallı hədiyyəsinə bənzər.
Rastinyak hersoginya Karilyanonun verdiyi bala getmək üçün
vikontessanın bu kobud rəftarına dözdü və titrək səslə cavab verdi:
-
Madam, mühüm bir işim olmasaydı, sizin zəhlənizi
tökməzdim. Lütf buyurun, müsaidə edin, mən sonra hüzurunuza
gəlim; mən gözləyə də bilərəm.
Vikontessa sözlərindəki kəskinlikdən bir az peşman olaraq:
-
Yaxşı, - dedi, - nahara gələrsiniz.
Bu qadın, həqiqətən, mərhəmətli və nəcib qadın idi. Ejen vikon-
tessanın birdən-birə dəyişməsindən çox mütəəssir oldu, bununla
125
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |