İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə29/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   25   26   27   28   29   30   31   32   ...   231

rədd  etmişlər.  Buna  görədir  ki,  madam  de  Nusingen  mənim  evimə 

daxil  olmaq  üçün  Sen-Lazar  küçəsindən  ta  Qrenel  küçəsinə  qədər 

bütün  palçığı  yalamağa  hazırdır.  O,  ümidini  de  Marseyə  bağlamışdı: 

onun vasitəsilə məqsədinə nail olmaq fikrində idi; o, de Marseyə qul 

oldu, onu rahat qoymadı. De Marse isə onunla maraqlanmır. Əgər siz 

Delfinanı mənə təqdim etsəniz, onun məbudu siz olacaqsınız, o, sizə 

ibadət  edəcəkdir.  Sonra  mümkün  olarsa,  onu  sevə  bilərsiniz, 

sevməsəniz  də,  məqsədiniz  üçün  Delfinadan  istifadə  edin.  Mən  onu 

bir-iki dəfə böyük müsamirədə qonaqlarla birlikdə qəbul edə bilərəm, 

lakin  gündüz  qəbul  etmək  mümkün  deyil.  Mənim  onunla 

salamlaşmağım  kifayətdir.  Qrafinyanın  qapısını  isə  siz  Qorio  atanın 

adını  çəkməklə,  öz  əlinizlə  qapamışsınız.  Bəli,  mənim  əzizim,  siz 

qrafinya de Restonun yanına iyirmi dəfə gedə bilərsiniz, lakin iyirmi 

dəfə  onun  evdə  olmadığını  sizə  söyləyəcəklər.  Sizi  qəbul  etməmək 

üçün əmr verilmişdir. Qoy Qorio ata sizi Delfina de Nusingenlə tanış 

eləsin. Gözəl Delfina sizin üçün bir pərdə olar. Qoy o, sevmək üçün 

sizi  intixab  etsin,  bütün  qadınlar  sizi  çılğıncasına  sevəcəklər.  Onun 

rəqibləri də, ən yaxın rəfiqələri də sizi onun əlindən almaq üçün can 

atacaqlar.  Şlyapalarımızın  fasonlannı  mənimsəməklə  bizim 

ədalarımızı qəbul edəcəklərini zənn edən meşşan qadınlar kimi, onlar 

da  başqalannın  sevgililərini  üstün  tuturlar.  Siz  müvəffəqiyyət 

qazanacaqsınız. Parisdə isə müvəffəqiyyət hər şeydir,  müvəffəqiyyət 

hakimiyyətin  açarıdır.  Qadınlar  sizin  ağıl  və  istedadınıza  qiymət 

qoyduqdan  sonra  kişilərdə,  məyusluq  doğurmasanız,  buna  mütləq 

inanacaqlar.  O  zaman  siz  hər  şeyə  müvəffəq  olacaqsınız:  bütün 

qaplıar  üzünüzə  açılacaqdır.  O  zaman  siz  özünüz  anlayacaqsınız  ki, 

bu kübar cəmiyyətdə yaşayanlar ancaq yalançılar və axmaqlardır. Mə 

axmaqlara, nə də yalançılara meyil etməyin. Bu tilsimli dünyaya daxil 

olmaq üçün Ariadnanın sapı* əvəzində mən öz adımı sizə verirəm. - 

Sonra başını qaldırıb şahanə bir nəzərlə Rastinyaka baxaraq: - Bu adı 

ləkələməyin,  -  dedi,  -  onu  ləkəsiz  qaytararsınız.  Artıq  gedin,  məni 

yalqız buraxın! Biz qadınlar da bəzən döyüş meydanında vuruşuruq. 

Ejen onun sözlərini kəsərək: 

-

 



Əgər sizin üçün sizin xatirinizə barıt anbarını partladacaq bir 

şəxsə ehtiyac olarsa... 

Vikontessa soruşdu: 

-

 



O zaman nə ola bilər? 

89 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ejen  əlini  döşünə  qoydu.  Kuzinasının  təbəssümünə  təbəssümlə 



cavab  verərək  otaqdan  çıxdı.  Saat  beş  olardı.  Ejen  acmışdı,  nahara 

gecikəcəyindən  təlaşa  düşdü.  Bu  təlaşın  təsiri  altında  Paris  küçə-

lərindən quş kimi uçmaq ona ləzzət verirdi.  Lakin bu cismani ləzzət 

qətiyyən  onun  fikirlərə  dalmasına  mane  olmurdu.  O  yaşda  olan 

gənclər  nifrətlə  təhqir  edildiyi  zaman  qızışmağa,  hiddətlənməyə, 

bütün  cəmiyyətə  yumruq  qaldırıb  “intiqam”  deyə  bağırmağa  başla-

salar  da,  özlərinə  inanmazlar,  şübhə  edərlər.  Bu  saat  Ejenin  qəlbini 

qrafinyanın  bu  sözləri  əzir,  çeynəyirdi:  “Siz  qrafinyanın  qapısını  öz 

əlinizlə bağladınız”. Ejen öz-özünə: “Mən onun yanına gedəcəyəm, - 

dedi.  -  Madam  de  Bosean  haqlı  çıxarsa,  məni  qəbul  etməmək  üçün 

doğrudan da əmr verilmişsə... o zaman... o zaman qrafinya de Resto 

hər  yerdə,  bütün  salonlarda  mənə  rast  gələcəkdir.  Mən  şpaqa  ilə 

döyüşməyi, 

güllə 


atmağı 

öyrənəcəyəm, 

onun 

Maksimini 



öldürəcəyəm!..”  Şüuru  isə  hayqırırdı:  “Bəs  sənin  pulun  varmı?  Sən 

haradan pul tapacaqsan?” Birdən qrafinya de Restonun göz qapağında 

səpələnmiş sərvəti onun nəzərləri qarşısında bərq vurdu. O, Qorionun 

qızının,  şübhəsiz,  sevdiyi  zinəti,  hər  yerdə  parlayan  qızılı,  gözləri 

qamaşdıran  qiymətli  şeylərini,  bir  sözlə,  ağıldankəm  bir  şəxsin 

zinətini,  zəngin  bir  məşuqənin  bədxərcliyini  görürdü.  Bu 

gözqamaşdıran  xəyal  de  Boseanın  əzəmətli  mülkü  qarşısında  sönüb 

gedirdi.  Ejenin  Paris  cəmiyyətinin  yüksək  dairələrinə  uçan  xəyalı 

onun  ağıl  və  vicdanını  buxovlardan  qurtararaq,  ona  çirkin  fikirlər 

təlqin  edirdi.  Artıq  dünya  onun  gözləri  qarşısında  olduğu  kimi 

görünürdü.  Əxlaq  və  qanunun  sərvət  qarşısında  aciz  olduğunu,  yəni 

ultima  ratio  mundi

1

  yalnız  pulun  qüdrətində  olduğunu  görürdü. 



Votren haqlı idi. Öz-özünə: “Sərvət fəzilətdir!” - dedi. 

Ejen  Nev-Sent-Jenevyev  küçəsinə  çatdıqdan  sonra  tez  yuxarı 

mərtəbəyə qalxdı, arabaçıya on frank vermək üçün yenə geri döndü, 

ürəkbulandıran yemək otağına daxil oldu, tövlədə otyeyən heyvanlar 

kimi  xörəklərini  yeyən  kirayənişinləri  gördü.  Bu  səfalət,  yemək 

otağının bu mənzərəsi onda ikrah hissi oyatdı. Bu həddən artıq kəskin 

keçid,  bu  son dərəcə  kəskin  təzad  onun  şöhrət-  pərəstlik  meyillərinə 

daha da qüvvət verməli idi. Bir tərəfdə - ən zərif bir ictimai mühitin 

yaratdığı  parlaq,  cazibədar  surətlər,  gözəl  sənət  əsərlərinin  və  zinətli 

şeylərin çərçivəsi içində görünən canlı 

90 

1

 Dünyanın əsası, kökü 

(lat.)

 

downloaded from KitabYurdu.org




gənc simalar, ehtiraslı, şairanə şəxsiyyətlər, o biri tərəfdə isə - çirkab 

və  səfalət  içində  canlanan  məşum  lövhələr,  ehtiraslardan  yalnız 

oyunbaz kəndirlərini və mexanizmlərini saxlamış insanlar görünürdü. 

Aldanmış  bir  qadının  hiddəti  sayəsində  madam  de  Boseanın  verdiyi 

məsləhətlər  və  kuzinasının  cazibədar  təklifləri  yenə  Ejenin 

hafizəsində  canlandı,  ehtiyac  isə  buna  başqa  bir  məna  verdi:  sərvət 

qazanmaq  üçün  Ejen  iki  yanaşı  xəndək  qazmağı  qət  etdi;  o  həm 

məhəbbətə,  həm  də  elmə  əsaslanmaq,  həm  kübar  bir  adam,  həm  də 

hüquq  elmləri  doktoru  olmaq  istəyirdi.  O,  yenə  də  böyük  uşağa 

bənzəyirdi.  Bu  iki  xətt  asimptot

1

  olduğuna  görə  heç  vaxt  bir-birinə 



qovuşmayacaqdı. 

Votren  insan  qəlbinin  ən  sirli  guşələrinə  nüfuz  edən  bir  nəzərlə 

Rastinyaka baxaraq: 

-

 



Siz çox məyus görünürsünüz, cənab markiz, - dedi. 

Rastinyak: 

-

 

Mən  məni  “cənab  markiz”  adlandıran  şəxslərin  zarafatlanna 



dözmək niyyətində deyiləm, - dedi. - Parisdə həqiqətən markiz olmaq 

üçün  əldə  yüz  min  livr  mədaxilin  olmalıdır,  “Vokenin  evfndə 

yaşayanlar isə, ehtimal ki, bəxti gətirənlər sırasında deyildirlər. 

Votren  Rastinyaka  ata  saymazyanalığı  ilə  baxdı,  sanki,  o,  bunu 

demək istəyirdi: “Küçük! Mən sənin aşının suyunu verə bilərəm!” Bir 

az sonra Votren belə cavab verdi: 

-

 

Qanınız  qaradır,  ehtimal  ki,  buna  səbəb  gözəl  qrafinya  de 



Restonun yanında müvəffəqiyyət qazana bilməməyinizdir. 

Rastinyak bağırdı: 

-

 

Mən  ona  atasının  bizimlə  bir  süfrə  başında  əyləşdiyini  söylə-



diyimə görə məni qəbul etməmək üçün əmr vermişdir! 

Kirayənişinlər  bir-birinin  üzünə  baxdılar.  Qorio  ata  başını  aşağı 

saldı və göz yaşlarını gizlicə sildi. 

Qonşusuna müraciətlə: 

-

 

Tütününüz gözümə düşdü, - dedi. 



Ejen vermişel fabrikantının yanında əyləşənə baxaraq: 

-

 



Qorio  atanın  xətrinə  kim  dəysə,  əvəzini  məndən  alacağına 

əmin ola bilər, - dedi. - O, bizim hamımızdan yaxşı adamdır. - Sonra 

madmazel Tayferə doğru dönərək: - Mən xanımlan nəzərə almıram, - 

deyə əlavə etdi. 

1

 Asimptot - müxtəlif istiqamətli 



91 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə