İlham A.Mazanlı_________________________________________________________
497
ovalığına köçürülməsi haqqında” qərar
qəbul edir (№4083, 23.XII.1947-ci il).
Qərara əsasən 1948-ci ildə - 10 min nəfər,
1949-cu ildə - 40 min nəfər, 1950-ci ildə -
50 min nəfər azərbaycanlı Kür-Araz
ovalığına köçürülür, onların boşaltdıqları
ərazilərə xaricdən Ermənistan SSR-ə gələn
ermənilər yerləşdirilir.
1987
-ci il
avqust Qarabağ erməniləri Moskvaya DQMV-nin
Ermənistan SSR-in tərkibinə verilməsi
tələbi ilə minlərlə insanın imzaladığı
petisiya göndərirlər.
21 oktyabr
Heydər Əliyev M.S.Qorbaçovun təşəbbüsü
ilə Sov.İKP Siyasi Bürosu üzvlüyündən
azad edilir.
noyabr Ermənistanın Qafan rayonunda azərbay-
canlılara hücum edilir.
16 noyabr
M.S.Qorbaçovun itisadi məsələlər üzrə
müşaviri, milliyyətcə erməni A.Aqanbek-
yan Fransada səfərdə olarkən Dağlıq
Qarabağın Ermənistan SSR-ə birləşdiril-
məsinin iqtisadi cəhətdən mqsədəuyğun-
luğu barədə bəyanat verir. Bu bəyanat yeni
münaqişənin başlanğıcına işarə idi.
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
498
noyabr-
dekabr
Yerevanda Dağlıq Qarabağ vilayətinin
Ermənistan SSR-ə birləşdirilməsi şüarları
altında nümayişlər keçirilir.
19 8 8-ci il
25 yanvar
Ermənistanın Qafan rayonundan qovulmuş
qaçqın-azərbaycanlılar Azərbaycana daxil
olmağa başlayırlar.
13 fevral
Xankəndində ilk mitinq keçirilir. İşirakçı-
lar DQMV-nin Ermənistana birləşdirilmə-
sini tələb edirlər.
18 fevral
Ermənistandan zorakılıqla çıxarılan
qaçqın-azərbaycanlıların sayı 4 min nəfərə
çatır
19 fevral
Bakıda Dağlıq Qarabağla bağlı ilk
mitinqlər başlayır.
21 fevral
Xankəndində Vilayət Xalq Deputatları
Sovetinin sessiyası DQMV-nin Azərbay-
can SSR-in tərkibindən çıxıb Ermənistan
SSR-in tərkibinə daxil olmaq barədə qərar
qəbul edir. Bu qərarın təsdiq olunması
barədə Azərbaycan və Ermənistan Ali
Sovetlərinin Rəyasət Heyətlərinə müraciət
qəbul olunur
22 fevral
Bakıda və Sumqayıtda “Dağlıq Qarabağ
Azərbaycanın ayrılmaz tərkib hissəsidir!”
İlham A.Mazanlı_________________________________________________________
499
şüarları altında mitinqlər genişlənir.
22 fevral
Ermənilər
Əsgəran rayonunda iki
azərbaycanlını öldürürlər.
22 fevral
Dağlıq Qarabağ partiya təşkilatının aktivi
mövcud milli-ərazi quruluşuna yenidən
baxılması barədə tələblərin millətlərarası
münasibətlərə zərər verdiyini və ağır
nəticələrə gətirib çıxaracağını qeyd edir
26 fevral
Erməni yazıçıları Zori Balayan və Silva
Kaputikyan M.S.Qorbaçovun qəbulunda
olurlar.
27 fevral
Xankəndində “Azərbaycanla – heç za-
man!” şüarları altında mitinqlr keçirilir.
Şəhərdə müəssiələr işləmir.
28-29 fevral
Sumqayıtda erməni ekstremistlərinin bila-
vasitə təşkilatçılığı və iştirakı ilə kütləvi
iğtişaşlar və talanlar baş verir.
1 mart
Sumqayıtlı qaçqınlar Xankəndinə gəlməyə
başlayırlar.
2 mart
Ermənistandan qaçqın-azərbaycanlıların
yeni dalğası başlanır.
2 mart
Xankəndində Sumqayıtda ölənlərə abidə
qoyulur.
10 mart
Sov. İKP-nin iclasında hər iki respublika
rəhbərlərinin regiondakı vəziyyət haqqında
məlumatları dinlənilir.
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
500
18 mart
Azərbaycan Kommunist Partiyası Dağlıq
Qarabağ Muxtar Vilayəti Komitəsinin
plenumu DQMV-nin Ermənistana
birləşməsi haqqında qərar qəbul edir.
22 mart
“Правда” qəzetində “Emosiya və idrak”
məqaləsinin çap olunmasına etiraz əlaməti
olaraq Xankəndində tətillər başlanır.
23 mart
SSRİ Ali Sovetinin Rəyasət Heyəti milli-
ərazi quruluşu məsələlərinin, xüsusilə də
emosiya və ehtirasların kəskinləşdiyi bir
şəraitdə, hakimiyyət orqanlarına təzyiq
göstərmək yolu ilə həllinin yolverilməzliyi
haqqında qərar qəbul edir
24 mart
Sov. İKP və SSRİ Nazirlər Soveti “1988-
1995-ci illərdə Azərbaycan SSR DQMV-
nin sosial-iqtisadi inkişafının sürətləndiril-
məsi tədbirləri haqqında” qərar qəbul
edirlər.
Mayın ilk
dekadası
Ermənistandan daha 1000 nəfər qaçqın
Azərbaycana daxil olur.
18 may
Azərbaycanlıların zorla Ermənistandan
qovulmasına qarşı etiraz əlaməti olaraq
Bakıda çoxminli mitinq keçirilir.
21 may
K.Bağırovu və K.Dəmirçiyanı Azərbaycan
və Ermənistan KP birinci katibi
vəzifəsindən azad edilirlər.
İlham A.Mazanlı_________________________________________________________
501
22 may
Sov. İKP MK-nın katibi Y.K.Liqaçovun
Bakıda olarkən guya Dağlıq Qarabağ
məsələsinin artıq həll olunması və bir daha
müzakirə edilməyəcəyi barədə bəyanat
verməsi haqqında
şaiyələrlə bağlı
Xankəndində üçüncü tətil dalğaları
başlayır.
iyunun ilk
dekadası
Ermənistandan Azərbaycana yeni qaçqın
axını başlayır. Respublikaya əlavə 2000
qaçqın daxil olur. DQMV-də azərbaycan-
lılar iş yerlərinə buraxılmırlar. Onlara
vilayəti tərk etmək təklif olunur.
14 iyun
Azərbaycan Dövlət Statistika Komitəsi
Ermənistandan daha 4 min qaçın-
azərbaycanlının respublikaya gəlməsi
barədə məlumat yayır.
Iyunun son
dekadası
Ermənistandakı mürəkkəb vəziyyət
Azərbaycana yeni qaçqın axınına səbəb
olur.
12 iyul
Vilayət Xalq Deputatları Sovetinin
Sessiyası DQMV-nin Azərbaycan SSR-in
tərkibindən çıxması haqqında qərar qəbul
edir.
13 iyul
Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyəti DQMV Sessiyasının 12 iyul 1988-
ci il tarixli qərarını qeyri-qanuni elan edir.
Dostları ilə paylaş: |