89
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
hanlarında bu tip sözlər sadə hesab olunur. Məsələn: lüğə-
vi, dünyəvi, kimyəvi və s.(bax: 48 və 53)
- zən. İsmə artırılıb peşə məzmunu yaradan qeyri-məh-
suldar şəkilçilərdəndir. Məsələn : tarzən. Mən tarzən olub
çala bilsəydim; Arzumu, sözümü telə verərdim. (B.Vahabzadə)
-anə. Omonimlik xüsusiyyətinə malik qeyri-məhsuldar
şəkilçi olub, əsasən, şəxs adı, bəzən də oxşarlıq bildirən
sözlər düzəldir. Məsələn: Gülanə , şairanə, Dinanə
-bi. Dilimiz üçün xarakterik olmayan ön şəkilçilər qru-
puna daxildir. Azərbaycan dilindəki –sız,-siz,-suz,-süz
şəkilçisi ilə sinonimlik təşkil edir. İsimdən sifət düzəldir.
Məsələn: biqeyrət, bielm, biqabiliyyət, bikef, bisavad, bi-
namus və s.
-na. Bu şəkilçi də ön şəkilçilərdən olub, həm Ərəb-fars,
həm də milli mənşəli sözlərə artırılmaqla düzəltmə sifətlər
əmələ gətirir. Məsələn: nadinc, nakişi, natəmiz, nadürüst,
naməlum, narazı, nainsaf və s.
-la. Ərəb-fars mənşəli sözlərin əvvəlinə artırılaraq inkar
məzmunlu sifətlər düzəldir: laməkan, laqeyd, laməzhəb və
s. Özünü laqeyd aparan İmran da hərdənbir gözaltı qıza baxır,
onun dəyişdiyini, daha da gözəlləşdiyini görürdü.(İ.Şıxlı).
-ba. Ərəb-fars mənşəli şəkilçi olub məhsuldar –lı,-li,-lu,-
lü şəkilçi ilə sinonimlik təşkil edir. Məsələn: basəfa, baməzə
-ər. Müasir dilimizdə işləkliyini itirməkdə olan qey-
ri-məhsuldar şəkilçilərdəndir. Məsələn: ləngər.
-yı. “Hava” sözünə qoşulub, “havayı” sözünü əmələ gə-
tirir. İsimdən sifət düzəldən qeyri-məhsuldar şəkilçidir.
-amiz. Bu şəkilçi dilimizə fars dilindən keçmişdir. Fars
dilində bu söz- amiz müstəqil leksik mənaya malik olub,
“qarışıq” mənasını ifadə edir. Lakin dilimizdə müstəqil
90
İlkin Əsgər
şəkildə işlənə bilmir, şəkilçi qismində iştirak edir. Əsasən,
ərəb mənşəli sözlərə əlavə olunaraq, əlamət, keyfiyyət, xü-
susiyyət mənalarını ifadə edir. Qismən də olsa, –lı,-li,-lu,-lü şə-
kilçisinin malik olduğu semantikanı ifadə edə bilir. Məsələn:
ibrətamiz, heyrətamiz, təhqiramiz, nəsihətamiz və s.
-ur. Şəkilçiyə dilimizdəki “muzdur” sözündə rast gəlinir.
Bu şəkilçi qoşulduğu sözdə şəxs, əşya, vəzifə, insan, vəzifə
çaları yaradır və müasir Azərbaycan dilindəki dördvariant-
lı –çı şəkilçisi ilə qrammatik sinonimlik təşkil edir.
-iya. İsimdən isim düzəldən qeyri-məhsuldar omonim
şəkilçidir.Məsələn: mumiya. Bir sınmışa mumiya dilərdim.
(M.Füzuli)
-gün. Dilimizdə fars mənşəli qeyri-məhsuldar söz-şə-
kilçidir. Qoşulduğu sözdə əlamət, keyfiyyət çaları yaradır.
Məsələn: gülgün, laləgün və s.
-gin. İsimdən sifət əmələ gətirən qeyri-məhsuldar Ərəb-
fars mənşəli şəkilçi olub, əlamət, keyfiyyət, zahiri görkəm
bildirir. Məsələn: qəmgin.
Feildən sifət düzəldən –gin şəkilçisi ilə omonimlik key-
fiyyətinə malikdir.
-ayə. İsimdən isim düzəldən qeyri-məhsuldar şəkilçidir.
Məsələn: kin-kinayə; Qızın gözlərində aşkar seçilən şıltaqlıq,
dodaqlarındakı kinayəli təbəssüm onun nəyəsə hazırlaşdığını
göstərirdi.(İ.Şıxlı)
-xay. Dilimizdə “dəlixay” sözündə təsadüf olunur.
-nüma. Bu morfem fars mənşəli olub, dilimizdə qey-
ri-məhsuldar şəkilçi kimi çıxış edir. Mənbə dildən fərqli
olaraq müasir Azərbaycan dilində müstəqil leksik mənaya
malik deyil. –nüma farsca “bildirən”, “göstərən” mənaları-
nı ifadə edir. Şəkilçiyə dilimizdəki “bədənnüma” sözündə
91
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
rast gəlinir. Məsələn: Bədənnüma güzgünün qabağına keçən-
də özünü tanımadı.(İ.Şıxlı)
-iam. İsimdən isim düzəldən Ərəb-fars mənşəli qey-
ri-məhsuldar şəkilçidir. Məsələn: qətliam.
-idat. Müasir dilimizdə varidat sözündə rast gəlinir. Bəzi
ədəbiyyatlarda varidat sözü “varid” sözü ilə əlaqələndirilir.
Bizə görə, varidat “var” sözündən əmələ gəlmiş və bütün
var-dövlətin, gələn gəlirin məcmusu mənasını ifadə edir.
-bənd. Dilimizdə söz-şəkilçi funksiyasına malik qey-
ri-məhsuldar fars mənşəli şəkilçidir. Mənbə dildən fərqli
olaraq müasir dilimizdə söz-şəkilçi kimi çıxış edir. Lüğətdə
( bax: 46) fars dilində aşağıdakı 10 mənası verilmişdir:
1. Bağ, ip;
2. Suyun qarşısını kəsmək üçün divar, sədd;
3. Paraqraf(sənəddə);
4. Bir neçə misradan ibarət şeir bölgüsü;
5. Bağlı, əlaqədar;
6. Zəncir, qandal;
7. Həbs;
8. Aşiq, vurğun;
9. Oynaq, buğum, düyüm;
10. Biclik, hiylə.
Dilimizdə aynabənd, şüşəbənd, sinəbənd, sazbənd kimi
sözlərdə təsadüf olunur.Müasir dilimizdə işlənməsi fars
mənşəli -saz söz-şəkilçisində olduğu kimidir.
Dostları ilə paylaş: |