|
İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunurBu səhifədəki naviqasiya:
- – fəşan azər- baycanca “səpən”, “səpələyən”, “saçan”
- -ani.
- “cəmi-cümlətani”
- “bəxş”
- “düzəldən”, “təmir edən”
- Əliabad, Cəlilabad, Sabira- bad, Şəkərabad, Abdullabad, Müşfiqabad
- : Fəri- də, Vüsalə, İlhamə, Xəyalə, Samirə və s.
83
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
kilçi Ərəb-fars və Azərbaycan dili sözlərinə qoşularaq yeni
söz düzəldir. Məsələn: rüşvətxor, müftəxor, çayxor.(7.,18),
nəşəxor, ziyanxor və s.
-fəşan. Bu söz dilimizə fars dilindən keçibdir. Mənbə
dildə müstəqil söz kimi işləndiyi halda müasir Azərbaycan
dilində qeyri-məhsuldar şəkilçi kimi çıxış edir. –fəşan azər-
baycanca “səpən”, “səpələyən”, “saçan” mənalarını verir.
Şəkilçiyə dilimizdəki “atəşfəşan” və “ canfəşan” kimi söz-
lərdə rast gəlinir. Həm söz kökü, həm də şəkilçi fars mən-
şəlidir. ( bax: 46.,22; 46.,80 ; 46.,197; 8.,159).
-ani. Ərəb mənşəli qeyri-məhsuldar şəkilçi olub, isim-
dən sifət əmələ gətirir. –ani şəkilçisinə müasir Azərbaycan
ədəbi dilində işlənən “cismani” sözündə rast gəlinir.
-tani. Bu şəkilçi də Ərəb mənşəli olub, dilimizdə qey-
ri-məhsuldar şəkilçi qismində çıxış edir. Əsasən, “ hamı,
hamısı, nəticə, yekun ümumi, cəmi” məzmununu ifadə edir.
Məsələn: cümlətani; Cümlətani on beş kişi idi: hamısı əsgər
geyimli, dəri papaqlı idi.(Y.V.Çəmənzəminli), Cümlətani eləyir
iki manat on dörd şahı üç qəpik.(Ə.Haqverdiyev) və s.
Həm sözün kökü, həm də şəkilçi XIX-XX əsrə aid bə-
dii mətnlərdə daha çox işlənmişdir. Müasir dilimizdə isə
əsasən, “cəmi-cümlətani” şəklində işlənməkdə və sabitləş-
məkdədir.
-xah. Ərəb-fars mənşəli şəkilçi olub, dilimizdə bir neçə
sözdə təsadüf olunur. Bəzi dilçilik ədəbiyyatlarında–xah
şəkilçisi ilə əmələ gələn sözlər düzəltmə hesab olunmur.
(bax:39) Məsələn: bədxah(insan), xeyirxah(müəllim), aza-
dxah( quruluş), üzrxah və s. –xah şəkilçisi daha çox adla-
rın sonuna qoşulmaqla yeni mənalı sözlər əmələ gətirir.
Məsələn: Gəlsənə xeyirxah bir iş görək?!(İ.Şıxlı).
84
İlkin Əsgər
-bin. Fars mənşəli olub, dilimizdə kəcbin, xudbin, bədbin
kimi sözlərdə rast gəlinir.
-iş. Fars mənşəli qeyri-məhsuldar söz-şəkilçi olub, ad və
feil düzəldən milli mənşəli –iş şəkilçisi ilə omonimlik təş-
kil edir. –iş şəkilçisi əsasən tərkib daxilində işlənən və fars
mənşəli “bəxş” sözünə əlavə olunmaqla, əşya,alət, vasitə,
hədiyyə çalarını ifadə edən “bəxşiş” ismini əmələ gətirir.
-gah. Fars mənşəli olub, –şən; -lıq,-liq,-luq,-lük;-stan;-
zar kimi şəkilçilərlə sinonimlik təşkil edir. Əsasən, söz kök-
lərinə qoşulub, yer, məkan, əşya anlayışı ifadə edən sözlər
düzəldir. Azərbaycan dilinin tarixi və təsviri qrammatika-
sının müqayisəli öyrənilməsi –gah şəkilçisinin qədim tarixi
köklərə malik olduğunu deməyə əsas verir. Elmşünaslıq-
da dilçilər – gah şəkilçisi haqqında maraqlı mülahizələr
söyləmişlər. Məsələn, H.Mirzəzadə şəkilçi haqda yazır:
“-gah şəkilçisi dilimizdə tarixən zəifləməyə doğru inkişaf etmiş-
dir. XIX əsrə nisbətən, XX əsrin əvvəllərindən etibarən daha da
passivləşmişdir. Müasir dilimizdə özünü qərargah sözündə saxla-
maqdadır”.(39.,114) H.Mirzəzadənin bu fikri ilə razılaşmaq
çətindir. Çünki müasir dilimizdə -gah şəkilçisi ilə düzələn
“qərargah” sözü ilə bərabər , seyrangah, atəşgah, qibləgah,
səcdəgah, çəməngah, gorgah, nişangah, mənzilgah, pənah-
gah, ziyarətgah, ordugah kimi onlarla yeni söz yaranmışdır.
-pəsənd. Dilimizdə xudpəsənd, avampəsənd kimi sözlə-
rin tərkibində işlənərək mənfilik, əlamət, keyfiyyət bildirir.
-saz. Farsca “saxtən” felinin əsası olub, azərbacanca
“düzəldən”, “təmir edən”, “yaradan” mənasını ifadə edir.
Müasir Azərbaycan dilində qeyri-məhsuldar söz-şəkilçi
kimi, əsasən, ad bildirən sözlərə artırılıb atributiv mənalı
85
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
yeni sözlər düzəldir. Məsələn: saatsaz, rəngsaz, aynasaz
və s.
-gər. Ərəb-fars mənşəli qeyri-məhsuldar şəkilçi olub,
müasir dilimizdə sənət, peşə, əlamət, keyfiyyət, mənfi-
lik anlayışlarını yaradan yeni məfhumlar əmələ gətirir.
Məsələn: cadugər, misgər, kimyagər, hiyləgər, zərgər və s.
-gor. Sifətdən ad düzəldən fars mənşəli qeyri-məhsuldar
şəkilçidir Məsələn: avaragor
-abad. Ərəb-fars mənşəli əbəd, abad, abadan, abadə söz-
lər ilə kökdaş olub, “sonsuz zaman, həmişəlik olan, əbədi-
lik, abad olan yer, əhali məskunlaşan yer, tikinti olan yer”
mənalarını ifadə edir. Müasir Azərbaycan dilində -abad
həm müstəqil leksik mənaya malik söz kimi , həm də şəkil-
çi kimi çıxış edir. Şəkilçi kimi isimlərin sonuna qoşularaq
yer, məkan, yaşayış, ərazi bildirən leksik vahidlər- topo-
nimlər əmələ gətirir. Məsələn : Əliabad, Cəlilabad, Sabira-
bad, Şəkərabad, Abdullabad, Müşfiqabad və s.
-abad şəkilçisi dilimizdə tarixən də işlənmiş, ərazi adı bil-
dirən sözlər düzəltmişdir: Pənahabad, Kirovabad və s. Özü isə
müalicə üçün Kirovabada getməyə hazırlaşdı.(İ.Şıxlı)
-an. Fars mənşəli şəkilçi olan –an mənsub olduğu dildə
cəmlik bildirir, cəm şəkilçisi kimi çıxış edir. Dilimizdə isə
yer, məkan anlayışını bildirən toponimlər yaradır. Məsələn:
Əsgəran, Türkan və s.
-a,-ə. Ərəb-fars mənşəli sözlərin sonuna artırılaraq əşya,
yer, xüsusiyyət bildirən söz düzəldir : xaraba, zamana, qə-
ribə, nərə və s.
Qeyd edək ki, -a,-ə şəkilçisi dilimiz üçün xarekterik ol-
mayan cins kateqoriyasının göstəricisi kimi də çıxış edərək
şəxs adlarının yaranmasında da iştirak edir. Məsələn : Fəri-
də, Vüsalə, İlhamə, Xəyalə, Samirə və s.
Dostları ilə paylaş: |
|
|