92
İlkin Əsgər
1.3. RUS-AVROPA MƏNŞƏLI AD DÜZƏLDƏN
QEYRI-MƏHSULDAR ŞƏKILÇILƏR
Ərəb-fars mənşəli ad düzəldən qeyri-məhsuldar şəkil-
çilər kimi Rus-avropa mənşəli ad düzəldən qeyri-məhsul-
dar şəkilçilər də daha çox isim və sifət əmələ gətirir. Həm
milli, həm də alınma mənşəli sözlərlə işlənə bilir. Bu qrupu
təşkil edən köməkçi morfemlər dilimizin nisbətən sonrakı
inkişaf mərhələsində elmi-texniki tərəqqinin, sənayenin,
mədəniyyətin inkişafı, ictimai-siyasi quruluş, qonşuluq
münasibətləri əsasında meydana gəlmiş və əsasən dilimizə
rus və rus dili vasitəsilə keçmişdir. Müstəqillik əldə olu-
nandan sonra bu qrupa aid şəkilçilər həm kəmiyyət, həm
keyfiyyət baxımından daha da inkişaf etmişdir. Çünki ay-
rı-ayrı ölkələrlə aparılan iqtisadi, siyasi, mədəni, ictimai
əlaqələr nəticəsində dilimizə yeni sözlər, sözlər daxilində
şəkilçilər keçmiş, dilimiz daha da zənginləşmişdir. Bu şə-
kilçilərin bəziləri dilimizdə tam sabitləşməyib, şəkilçiləş-
məyə doğru inkişaf edir.
-l. Rus-avropa mənşəli bir cür yazılan qeyri-məhsul-
dar şəkilçidir. Əsasən, isimdən ümumi əlamət, keyfiyyət
bildirən sifət düzəldir. Məsələn : normal (həyat), formal
(göstərici), natural (təsərrüfat) və s.
-er. Dilimizdə sənət, peşə, ixtisas, şəxs, əşya, insan an-
layışlarını ifadə edən Rus-avropa mənşəli qeyri-məhsuldar
şəkilçilərdən biridir. Əsasən, bəzi say və isimlərdən yeni
söz əmələ gətirir. Məsələn: milyoner, milyarder, dizayner,
reper və s.
93
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Qeyd: -er şəkilçisi müasir ingilis dilində də feildən isim
düzəldən suffiks kimi işlənir. İngilis dilində “ Bu suffiksi
hər hansı hərəkət ifadə edən felin sonuna əlavə edib, həmin
hərəkətlə məşğul olan ismi (sözü) yaratmaq olar...
To read (oxumaq)- a reader( oxucu)
To teach( öyrətmək, dərs demək)- a teacher( müəllim)”
(bax: 59., 58)
Müasir Azərbaycan dilində də ingilis dili ilə inteqrasiya
nəticəsində bəzi –er şəkilçili sözlər dilimizə keçmişdir. Belə
sözlərin bir qismini kök və şəkilçiyə ayırmaq mümkün ol-
duğu halda, bir qismini ayırmaq mümkün deyil və mənbə
dildən fərqli olaraq dilimizdə sadə söz kimi qəbul olunur.
Azərbaycan dilinin orfoqrafiya lüğətinin VI nəşrində bu
qəbildən olan bir sıra sözlər-neologizmlər daxil edilmişdir.
Məsələn, lüğətdə yer alan print, printer, qolkiper, killer
kimi sözlər bu qrupa aiddir. “print” ingilis dilində omo-
nim kimi isim və feil olmaqla 5 mənada işlənir: həkk, çap,
şrift, çit, çap etmək.(bax: 56., 109) Orfoqrafiya lüğətində
müstəqil leksik mənalı söz kimi həm print, həm də printer
sözü verilmişdir.
Killer, qolkiper sözləri isə ingilis dilindən fərqli olaraq
dilimizdə sadə söz kimi çıxış edir və şəkilçi ilə birgə keçmiş-
dir. Əslində killer ingilis dilində “to kill” (öldürmək) məs-
dərinə -er suffiksini artırmaqla əmələ gəlmiş, dilimizdə qatil,
muzdlu qatil mənalarını verir. Qolkiper sözü isə ingiliscə go-
al(qol) və keep (saxlamaq) sözlərinin birləşməsindən əmələ
gəlmiş, qapıçı (idman terminologiyasında) deməkdir.
Bu sözlərin orfoqrafiya lüğətində yer almasına baxma-
yaraq, bunların dilimizdə işlədilməsini və gətirilməsini
məqbul hesab etmirik. Çünki bu sözlərin dilimizdə işlənən
94
İlkin Əsgər
və çoxdan sabitləşmiş, hamı tərəfindən dərk olunan qarşı-
lıqları vardır. Killer, qolkiper kimi sözlər isə, hamı tərəfin-
dən başa düşülmür, əhatə dairəsi olduqca məhdud olub,
müəyyən bir sahəni əhatə edir və özünü jarqon səviyyəsin-
də göstərir.
-or. Bu qeyri-məhsuldar şəkilçi əsasən sənət, peşə, və-
zifə, şəxs, əşya bildirən neologizmlər yaradır və adların
sonuna əlavə olunmaqla ad əmələ gətirir. –or şəkilçisi dili-
mizdəki olduqca məhsuldar olan –çı,-çi,-çu,-çü şəkilçisi ilə
sinonimlik keyfiyyətinə malikdir. Avropa mənşəli sözlərlə
işlənir. Məsələn: stajor, kreditor, senator, plagiator və s.
-ant. Avropa mənşəli qeyri-məhsuldar şəkilçi olub, müa-
sir Azərbaycan dilində vəzifə, peşə, sənət, dərəcə bildirən
düzəltmə isimlər əmələ gətirir. Məsələn: diplomant, ma-
gistrant, doktorant, praktikant və s .
-a. Ön şəkilçi olub, qoşulduğu sözdə əksilik, mənfilik ça-
ları yaradır. Məsələn: anormal, asinxron, asemantik və s.
-nik. Rus mənşəli qeyri-məhsuldar şəkilçidir. Dilimizdə-
ki çaynik, zaçotnik kimi sözlər bu şəkilçi vasitəsilə düzəl-
mişdir. Məsələn: Qönçə xanım çaynik gətirdi, içinə quru çay
tökdü, üstünə qaynar su aldı və dəmkeşin üstünə qoydu ki, dəm-
lənsin.(İ.Şıxlı)
-iada. Rus-avropa mənşəli şəkilçidir. Şəkilçiyə “olimpia-
da”, “spartakiada” kimi sözlərdə rast gəlirik. Əsasən yarış,
oyun, hadisə, əşya məzmunu ifadə edir.
-nir. İsimdən isim düzəldən Rus-avropa mənşəli qey-
ri-məhsuldar şəkilçidir. Məsələn: turnir
-post. Rus-avropa mənşəli qeyri-məhsuldar söz-şəkilçi-
dir. Bu şəkilçinin fransız mənşəli və müstəqil leksik məna-
ya malik olan “post” (bax: 10.,616) sözü ilə heç bir əlaqəsi
Dostları ilə paylaş: |