95
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
yoxdur. Müasir Azərbaycan dilində ön şəkilçi qismində
çıxış edir və “keçmiş”, “keçmişdə olan”, “keçmişdə qalan” mə-
nalarını verir. Eyni zamanda qoşulduğu sözdə əksilik,
əlamət, cərəyan, mövqe, proses, quruluş çalarını ifadə edir.
Məsələn : postsovet, postmodern, postmodernizm, postpo-
zisiya və s.
-yon. Avropa mənşəli olub, dilimizdə söz-şəkilçi funk-
siyasına malikdir. Fransız mənşəli “medalyon” sözündə
işlənir.Məsələn : Ağ sinəsindəki qızıl medalyonun parıltısı İm-
ranın gözünə düşdü.(İ.Şıxlı).
-izm. Bu şəkilçi də Rus-avropa mənşəli şəkilçilərdən
biri olub, Azərbaycan dilində ictimai quruluş, təriqət, elm,
cərəyan bildirən sözlər düzəldir. Məsələn: realizm, hüru-
fizm, sufizm, kapitalizm, idealizm, Marksizm, Leninizm,
sosializm və s.
-tizm. Fransız dilindən fərqli olaraq müasir dilimiz-
də qeyri-məhsuldar şəkilçi kimi işlənir. Qoşulduğu sözdə
cərəyan, istiqamət, proses məzmunu ifadə edir. Məsələn:
romantizm
-ist. Rus-avropa mənşəli şəkilçilər qrupuna aiddir. Müa-
sir dilimizdə əsasən, cərəyan, istiqamət, elm, insan, şəxs,
nəzəriyyə məfhumları ifadə edir. Məsələn : idealist, mate-
rialist, sosialist, realist, kapitalist, stilist və s.
-tik. Bu şəkilçi də -tizm şəkilçisi kimi fransız mənşəlidir.
Şəkilçiyə dilimizdəki “romantik” sözündə təsadüf olunur.
-atik. Rus-avropa mənşəli qeyri-məhsuldar şəkilçidir.
Dilimizdəki dramatik, problematik, sistematik kimi sözlər
–atik şəkilçisi vasitəsilə düzəlmişdir.
-ika. Bu şəkilçi daha çox Avropa mənşəli leksik vahidlə-
rin sonuna qoşularaq işlənir. Qeyri-məhsuldar şəkilçi kimi,
96
İlkin Əsgər
işləndiyi sözlərdə sənət, peşə, ixtisas məzmununu ifadə
edir. Məsələn: jurnalistika, kriminalistika və s.
-za. Rus mənşəli olub, dilimizdə ön şəkilçi kimi çıxış
edir. Yer, məkan məzmunu ifadə edir. Məsələn: Zaqafqazi-
ya.
Bu söz XIX-XX əsrlərdə daha işlək olmuşdur. İndi işlənmə
arealı olduqca məhduddur. Hətta Azərbaycan dilinin or-
foqrafiya lüğətində də yer almamışdır.
-pro. Bu şəkilçi qeyri-məhsuldar şəkilçi kimi şəxs, vəzifə,
insan anlayışı bildirən söz əmələ gətirir. Ön şəkilçi olub,
dilimizdəki “prorektor” sözündə rast gəlinir.
-dis. Bu şəkilçi Avropa mənşəli olub, dilimizdə ön şəkil-
çi funksiyasında çıxış edir. Qoşulduğu sözdə əlamət, key-
fiyyət, xüsusiyyət, əksilik çalarını ifadə edir. Məsələn: dis-
komfort
-iza. Avropa mənşəli olub, dilimizdə qeyri-məhsuldar
şəkilçi kimi çıxış edir. Əşya, şəxs, hadisə, proses məzmunu-
nu bildirir. Latın mənşəli “ekspert” sözünə qoşulub, “eks-
pertiza” ismini əmələ gətirir.
-iat. Rus-avropa mənşəli qeyri-məhsuldar şəkilçi olub,
“bakalavriat” sözünün tərkibində işlənir.
-anti. Ön şəkilçi olub, qoşulduğu sözdə mənfilik, əksilik
bildirən sifətlər əmələ gətirir. Məsələn: antiqəhrəman, anti-
faşist, antiterror, antihumanist, antidemokrat və s.
-yor. Bu şəkilçi dilimizdə əsasən, isimdən isim düzəldən
Rus-avropa mənşəli bir cür yazılan və ahəng qanuna tabe
olmayan qeyri-məhsuldar söz-şəkilçi kimi çıxış edir. –yor
şəkilçisi dilimizdəki ən məhsuldar sözdüzəldici şəkilçilər-
dən olan dördvariantlı –çı şəkilçisi ilə sinonimlik təşkil edir
və qoşulduğu sözdə sənət, peşə, insan, şəxs, anlayışları ifa-
97
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
də edir. Məsələn: muşketyor, boksyor və s. Bu şəkilçi ha-
zırda dilimizdə sabitləşməyə doğru inkişaf edir və alınma
sözlərdən neologizmlər əmələ gətirir: parlamentyor, priz-
yor və s.
-aj. Mənbə dildən fərqli olaraq dilimizdə qeyri-məhsul-
dar sözdüzəldici şəkilçi kimi çıxış edir. Məsələn: metraj,
tipaj və s.
-lom. Bu şəkilçi də qeyri-məhsuldar olub dilimizdəki
metallom sözündə təsadüf olunur.
-der. Rus-avropa mənşəli qeyri-məhsuldar şəkilçilərdən
hesab olunur. İsimdən isim düzəldir.Məsələn: gender.
-et. Əşya, alət, vasitə məzmunu bildirən qeyri-məhsul-
dar söz-şəkilçidir. Məsələn: disket
-taş. Mənbə dildən fərqli olaraq müasir dilimizdə qey-
ri-məhsuldar şəkilçi qismində iştirak edir. Qoşulduğu
sözdə əşya, alət, vasitə, qab anlayışı yaradır. Şəkilçiyə di-
limizdəki “patrontaş” sözündə rast gəlinir. Qeyd edək ki,
patrontaş sözü müxtəlif zamanlarda nəşr olunan orfoqra-
fiya lüğətlərində həm patrondaş, həm də patrontaş for-
masında öz əksini tapmışdır. Məsələn, orfoqrafiya lüğə-
tinin 1975-ci il və 2004-cü il nəşrlərində (19.,406 və 6.,513
), Ə.Əfəndizadənin kompleks lüğətində (34.,76) və izahlı
lüğətdə( 10.,582) bu söz patrondaş kimi verildiyi halda,
lüğətin VI nəşrində(17.,539) patrontaş şəklinə verilmişdir.
Fikrimizcə, sonuncu daha düzgündür və sözün mənsub ol-
duğu dildəki fonetik tərkibi ilə əlaqədardır. Bu söz alman
dilindəki “patrontasche” sözünün dilimizin fonetik tərki-
binə uyğunlaşdırılmış formasıdır.(bax: 10.,582)
-t. Şəkilçiyə dilimizdəki format, krant kimi sözlərdə rast
gəlirik.
Dostları ilə paylaş: |