Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   34   35   36   37   38   39   40   41   42

136

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ùSANTYAQO PRİNSİPLƏRİú

137

ƏLAVƏ

SUVEREN FONDLAR (SF)

“SANTYAQO PRİNSİPLƏRİ”

ÜMUMİ QƏBUL OLUNMUŞ PRİNSİP VƏ NORMALAR (ÜQPN) 

ÜZRƏ QİYMƏTLƏNDİRMƏ

Aprel, 2013

Prinsiplər/Alt-prinsiplər

Cavablar

A. Hüquqi Əsaslar, Məqsədlər və Makroiqtisadi Siyasətlə Əlaqələndirmə

Prinsip 1.

SF-in hüquqi əsasları möhkəm olmalı, onun 

effektiv fəaliyyətini  və  məqsədlərinə nail 

olmasını dəstəkləməlidir. 



Alt-prinsip  1.1.  

SF-in hüquqi əsasları SF-in və onun 

əməliyyatlarının hüquqi cəhətdən 

möhkəmliyini təmin etməlidir.



Alt-prinsip  1.2.  

SF-in hüquqi bazasının və strukturunun, eləcə 

də SF  ilə digər dövlət orqanları arasında hüquqi 

əlaqələrin  əsas xüsusiyyətləri ictimaiyyətə 

açıqlanmalıdır.

ARDNF-nin hüquqi əsasları Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı ilə  təsdiq 

edilmiş “Azərbaycan Respublikası Dövlət Neft 

Fondu haqqında Əsasnamə”də (bundan sonra 

“ARDNF-nin Əsasnaməsi”) aydın şəkildə təyin 

olunmuşdur.

ARDNF büdcədənkənar dövlət təsisatı, hüquqi 

şəxsdir və onun fəaliyyətində Azərbaycan 

Respublikasının Konstitusiyası  və qanunları, 

Prezidentin fərman və  sərəncamları  və 

“ARDNF-nin Əsasnaməsi” rəhbər tutulur.

ARDNF-nin hüquqi əsasları, strukturu və digər 

dövlət qurumları ilə  əlaqələrinə dair bütün 

hüquqi sənədlər ictimaiyyətə açıqlanır və 

Fondun rəsmi internet səhifəsindən əldə oluna 

bilər.

 

Daha ətraflı məlumat üçün bax:



http://www.oilfund.az/az/content/25

http://www.oilfund.az/az/content/13



Prinsip 2. 

SF-in fəaliyyətinin məqsədi aydın  şəkildə 

müəyyən olunmalı 

və ictimaiyyətə 

açıqlanmalıdır.

ARDNF-nin yaradılmasının əsas məqsədi neft 

və qaz sazişlərinin icrasından  əldə olunan 

gəlirlərin toplanmasını  və  səmərəli idarə 

olunmasını təmin etməkdir.

ARDNF-nin əsas vəzifələri ölkədə makroiqtisadi 

stabilliyin (valyuta daxilolmalarının mənfi 

təsirlərinin neytrallaşdırılması) qorunması 

və  vəsaitlərin indiki və  gələcək nəsillər üçün 

toplanıb artırılmasıdır.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/9

http://www.oilfund.az/az/content/3

Prinsip 3. 

SF-in fəaliyyətinin ölkədə birbaşa 

makroiqtisadi təsirləri olarsa, bu fəaliyyətin 

ümumi makroiqtisadi siyasətin tərkib hissəsi 

olmasını  təmin etmək məqsədi ilə, o, yerli 

maliyyə  və pul-kredit orqanları ilə yaxından 

əlaqələndirilməlidir.

ARDNF-nin qanunvericiliyinə  əsasən Fondun 

vəsaitləri Azərbaycan Respublikası daxilində 

investisiya edilə bilməz. Fondun xərcləri 

Milli Məclis tərəfindən təsdiq olunan icmal 

büdcənin tərkib hissəsidir.

Büdcə Sistemi Haqqında qanuna əsasən 

icmal büdcə müvafiq dövlət qurumları ilə 

(Maliyyə Nazirliyi, İqtisadi  İnkişaf Nazirliyi və 

s.) məsləhətləşmələr və ARDNF-nin iştirakı ilə 

hazırlanır.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/content/25/156




138

ƏLAVƏ


İLL

İK HESABAT

2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ùSANTYAQO PRİNSİPLƏRİú

139

Prinsip 4. 

SF-in maliyyələşmə 

və 

vəsaitlərinin 



xərclənməsinə dair ümumi yanaşmaya 

uyğun olaraq dəqiq və ictimaiyyət üçün 

açıq olan siyasət, qaydalar, prosedurlar və ya 

mexanizmləri olmalıdır.



Alt-prinsip 4.1.

SF-in maliyyələşmə  mənbələri ictimaiyyətə 

açıqlanmalıdır.

Alt-prinsip 4.2.

SF-in vəsaitlərinin xərclənməsinə aid ümumi 

yanaşma ictimaiyyət üçün açıq olmalıdır.

Fondun maliyyələşmə  və  vəsaitlərinin 

xərclənməsinə dair prosedur qaydalar “ARDNF-

nin Əsasnaməsi” və “Azərbaycan Respublikası 

Dövlət Neft Fondunun (büdcə) gəlir və xərclər 

proqramının tərtibi və icrası qaydaları”nda 

(bundan sonra “ARDNF-nin büdcəsinə dair 

qaydalar”) aydın şəkildə müəyyən olunmuşdur. 

Bu qaydalar Neft Fondunun rəsmi internet 

səhifəsində yerləşdirilmişdir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/content/25/156

Prinsip 5. 

SF-ə aid müvafiq statistik məlumatlar Fondun 

ali idarəedici orqanına və ya lazım olan hallarda 

makroiqtisadi məlumatlar sisteminə daxil 

edilməsi məqsədi ilə digər lazımi orqanlara 

vaxtlı-vaxtında təqdim olunmalıdır.

ARDNF-ə aid statistik məlumatlar aylıq əsasda 

Prezident Administrasiyasına və Maliyyə 

Nazirliyinə, rüblük və illik əsasda Dövlət Statistika 

Komitəsinə göndərilir. Fond həmçinin özünün 

gəlir və xərcləri ilə bağlı məlumatları Hesablama 

Palatasına və digər müvafiq məlumatları Vergilər 

Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və 

digər  əlaqəli dövlət orqanlarına təqdim edir. 

Əlavə olaraq, Fond öz fəaliyyəti ilə bağlı müvafiq 

məlumatları müntəzəm olaraq Dünya Bankına 

və Beynəlxalq Valyuta Fonduna təqdim edir. 

ARDNF-nin fəaliyyəti ilə bağlı bütün 

məlumatlar (audit olunmuş illik hesabatlar

rüblük hesabatlar və s.) Fondun rəsmi internet 

səhifəsi vasitəsilə ictimaiyyətə çatdırılır.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/account



B. İnstitusional əsaslar və İdarəetmə strukturu 

Prinsip 6. 

SF güclü idarəetmə strukturuna malik olmalı və 

bu idarəetmə strukturu Fondun məqsədlərini 

həyata keçirmək üçün hesabatlılıq və əməliyyat 

müstəqilliyini dəstəkləyən rol və öhdəliklərin 

aydın və effektiv bölgüsünü təmin etməlidir. 

ARDNF-nin üç-pilləli idarəetmə strukturu var 

və ölkə Prezidenti ali idarəetmə səlahiyyətlərinə 

malikdir.

ARDNF-nin fəaliyyətinə  nəzarəti Baş Nazirin 

sədrlik etdiyi Müşahidə  Şurası  həyata keçirir. 

Müşahidə Şurasının digər üzvləri Milli Məclis 

sədrinin müavini, Maliyyə Naziri, İqtisadi İnkişaf 

Naziri, Mərkəzi Bankın  İdarə Heyətinin sədri,  

İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri 

və Milli Elmlər Akademiyasının Prezidentidir. 

 

ARDNF-nin  əməliyyat idarəetməsi  İcraçı 



direktora həvalə olunmuşdur. Ölkə Prezidenti, 

Müşahidə Şurası və İcraçı direktorun hüquq və 

vəzifələri “ARDNF-nin Əsasnaməsi”ndə aydın 

şəkildə göstərilmişdir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154



Prinsip 7. 

Ali idarəedici orqan SF-in məqsədlərini 

müəyyən etməli, aydın  şəkildə müəyyən 

olunmuş prosedurlara əsasən Fondun 

idarəetmə orqan(lar)ının üzvlərini təyin etməli 

və SF-in əməliyyatları üzərində nəzarəti həyata 

keçirməlidir.  

ARDNF-nin məqsədləri Azərbaycan 

Respublikası Prezidenti tərəfindən təsdiq 

edilmiş “ARDNF-nin Əsasnaməsi”ndə aydın 

şəkildə müəyyən edilmişdir. Ölkə Prezidenti 

Fondun Müşahidə Şurasının üzvlərini və İcraçı 

direktoru təyin edir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə