90
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
91
Müstəqil auditorun hesabatı
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasına
Biz Azərbaycan Respublikası Dövlət Neft Fondunun və onun törəmə müəssisələrinin 31 dekabr 2012-ci
il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə
konsolidasiya edilmiş maliyyə nəticələri, xalis aktivlərdə/kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti və
büdcə və faktiki məbləğlərin müqayisəsi haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsipləri
və digər izahedici qeydlərin icmalından ibarət olan maliyyə hesabatlarının auditini apardıq.
Konsolidasiya edilmiş maliyyə hesabatları üçün rəhbərliyin məsuliyyəti
Rəhbərlik hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının Mühasiblərin Beynəlxalq
Federasiyasının İctimai Sektor üzrə Komitəsi tərəfindən dərc edilən İctimai Sektor üçün Mühasibat
Uçotunun Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq
və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan konsolidasiya edilmiş
maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarət üzrə məsuliyyət daşıyır.
Auditorun məsuliyyəti
Bizim vəzifəmiz apardığımız audit əsasında həmin konsolidasiya edilmiş maliyyə hesabatları üzrə rəy
ifadə etməkdir.
Biz auditi beynəlxalq audit standartlarına uyğun olaraq aparmışıq. Bu standartlar bizdən etik
normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli
səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.
Auditə konsolidasiya edilmiş maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə
audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş audit prosedurları
bizim mühakiməmizdən, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq
konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsindən asılıdır.
Bu risklər qiymətləndirilərkən auditor müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənib
hazırlanması məqsədilə müəssisənin konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması və
düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin
daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Auditə, həmçinin, tətbiq
edilmiş uçot prinsiplərinin münasibliyinin və rəhbərlik tərəfindən edilmiş ehtimalların məntiqiliyinin
qiymətləndirilməsi, o cümlədən ümumilikdə konsolidasiya edilmiş maliyyə hesabatlarının təqdim
edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.
Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq
əsası təmin edir.
Rəy
Bizim fikrimizcə, konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2012-ci il tarixinə Azərbaycan
Respublikası Dövlət Neft Fondunun və onun törəmə müəssisələrinin maliyyə vəziyyətini və həmin tarixdə
başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini İctimai Sektor üçün Mühasibat
Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.
15 aprel 2013-cü il
92
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
93
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI
Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2012-ci il tarixinə
(Min Azərbaycan manatı ilə)
Qeydlər
2012
2011
Aktivlər
Cari aktivlər
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
5
1,182,309
771,095
Artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış
maliyyə aktivləri
6
24,127,399
22,282,480
Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə
investisiyaları
7
57,523
57,143
Qızıl külçələr
8
624,735
-
Vergilər üzrə debitor borcları, mənfəət vergisi istisna olmaqla
12,986
9,407
Cari mənfəət vergisi aktivi
7,528
10,710
Digər cari aktivlər
1,028
-
Cəmi cari aktivlər
26,013,508
23,130,835
Uzunmüddətli aktivlər
Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə
investisiyaları
7
456,969
326,959
İnvestisiya əmlakı
9
338,057
-
Əmlak və avadanlıqlar, xalis
10
4,485
2,611
Digər uzunmüddətli və qeyri-maddi aktivlər
11
77,117
52,393
Cəmi uzunmüddətli aktivlər
876,628
381,963
Cəmi aktivlər
26,890,136
23,512,798
Öhdəliklər
Cari öhdəliklər
4,757
429
Xalis aktivlər
26,885,379
23,512,369
Xalis aktivlər/kapital
Kapital qoyuluşu
26,929,986
24,343,928
Əmlak üzrə yenidən qiymətləndirmə ehtiyatı
1,836
1,836
Xarici valyutanın çevrilməsi ehtiyatı
(185)
-
Yığılmış defi sit
(46,258)
(833,395)
Cəmi xalis aktivlər /kapital
26,885,379
23,512,369
99-135-ci səhifələrdə əlavə edilən qeydlər hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsidir.
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI
Konsolidasiya edilmiş maliyyə nəticələri haqqında hesabat
31 dekabr 2012-ci il tarixində başa çatan il üzrə
(Min Azərbaycan manatı ilə)
Qeydlər
2012
2011
Faiz gəliri
14
466,882
540,261
Xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən xalis
gəlir/(zərər)
15
253,387
(749,751)
Artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə
hesablanmış maliyyə aktivləri üzrə xalis gəlir/(zərər)
16
77,110
(363,830)
Digər əməliyyat gəliri
857
-
Cəmi əməliyyat gəliri/(zərəri)
798,236
(573,320)
Əməliyyat xərcləri
17
(7,891)
(10,794)
Mənfəət vergisindən əvvəl artıqlıq/(defi sit)
790,345
(584,114)
Mənfəət vergisi xərci
18
(3,208)
-
İl üzrə xalis artıqlıq/(defi sit)
787,137
(584,114)
99-135-ci səhifələrdə əlavə edilən qeydlər hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsidir.