76
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
77
6. BİZİM DƏYƏRLƏRİMİZ:
HÖRMƏT, KOLLEKTİV İŞ, İNAM, ŞƏFFAFLIQ
Yarandığı gündən etibarən Dövlət Neft Fondu Azərbaycanın, eləcə də dünyanın bir çox təşkilatları,
maliyyə qurumları, bankları ilə sıx əməkdaşlıq edir. Fond əməkdaşlıq etdiyi bütün təşkilatlarla
münasibətlərini hörmət, şəffaflıq, qarşılıqlı inam, etibarlı tərəfdaşlıq prinsipləri əsasında qurur.
Dövlət Neft Fondu tərəfindən qısa müddət ərzində yüksək uğur əldə etmənin səbəbi kollektivin
öz işinə yaradıcı yanaşması, fədakar əməyi, əsasən də, peşəkarlığın artırılması və korporativ
mədəniyyətin qurulmasıdır. Yüksək ixtisaslı, peşəkar və gənc kadrlardan formalaşmış komanda
şəxsiyyətə hörmət, qarşılıqlı inam, məsuliyyət, komanda halında çalışmaq kimi meyarları əsas tutur.
Dövlət Neft Fondu kollektivin həmrəyliyinə, işçilər arasında etibarın olmasına, qarşılıqlı anlaşmaya,
düzgünlüyə, vicdanlılığa və kollektiv işə böyük önəm verir. Məhz kollektiv iş və ümumi səylər
nəticəsində Dövlət Neft Fondu böyük uğurlar əldə etmiş və nəinki Azərbaycanda, o cümlədən
beynəlxalq arenada da yüksək nüfuz qazanmışdır. Şəffaflıq Təşəbbüsünün tətbiqi nəticəsində
Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq ölkənin hər barel neftin, hər kub metr qazın
satışından əldə etdiyi bütün vəsaitləri barədə istənilən məlumatı vətəndaşlarımız Dövlət Neft
Fondunun rəsmi internet saytından əldə edə bilərlər. Əldə edilən vəsaitlərin geniş ictimaiyyətə
açıqlanması vətəndaşların və beynəlxalq təşkilatların Dövlət Neft Fondunun şəffaf fəaliyyətinə
yüksək inam hissini yaradır.
Dövlət Neft Fondu yüksək ixtisaslaşmış qurum olaraq fəaliyyətini şəffaflıq prinsipi və kriteriyaları
əsasında qurur. Tərəfdaş təşkilatlarla, işçilər və xarici menecerlər ilə birlikdə şəffaflıq prinsiplərinə
əsaslanan, müasir standartlara uyğun fəaliyyət göstərən Fond Azərbaycanda və beynəlxalq
aləmdə etibarlılıq və şəffaflıq nümunəsi olan qurum kimi yüksək dəyərləndirilir. MHŞT-nin prinsip
və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə
görə Neft Fondu “BMT-nin Dövlət Qulluğu Mükafatı” və “2009-cu il MHŞT mükafatı”na layiq
görülmüşdür.
Müasir texnologiyalar tətbiq edərək ölkəmizin resurslarından səmərəli istifadə etmək, əldə edilən
gəlirləri xalqın və ölkənin rifahına yönəltmək, neftdən əldə edilən vəsaitdən yalnız bugünkü deyil,
gələcək nəsillərin də faydalana bilməsi, vəsaitlərin nəsillər arasında ədalətli bölüşdürülməsinin
təmin edilməsi Dövlət Neft Fondunun əsas məqsədləridir. Qarşılıqlı hörmət, inam, komanda
ruhunda çalışmaq, şəffaf fəaliyyət isə bu məqsədlərin həyata keçirilməsi üçün əlverişli zəmin
yaradır.
7. DÖVLƏT NEFT FONDUNUN
2012-Cİ İL BÜDCƏSİNİN İCRASI
Dövlət Neft Fondunun 2012-ci il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr
2011-ci il tarixli 570 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
2012-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial-məişət məsələləri və məskunlaşması ilə
bağlı həyata keçirilən tədbirlərin vaxtında icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 8 fevral tarixli 589 nömrəli Fərmanı ilə Dövlət Neft Fondunun büdcəsinə
dəyişikliklər edildi. Dəyişikliklərə əsasən Fondun büdcəsinin qaçqın və məcburi köçkünlərin sosial-
məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi
110 000,0 min manatdan 300 000,0 min manata qədər, müvafiq olaraq Neft Fondunun büdcə
xərclərinin ümumi həcmi 10 561 304,0 min manatdan 10 751 304,0 min manata qədər artırıldı.
Eyni zamanda 2012-ci ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində
karbohidrogenlərin istismarı ilə əlaqədar Hasilatın Pay Bölgüsü barədə Sazişlərdən Azərbaycan
dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, habelə Azərbaycan Respublikasının
2012-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2012-ci il üçün büdcə gəlirlərinin dəqiqləşdirilməsini təmin etmək məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli Fərmanı ilə Neft Fondunun 2012-ci il
büdcəsində növbəti dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının payına
düşən karbohidrogen ehtiyatlarının satışından əldə edilən xalis gəlirlər ilə bağlı gəlir maddəsi
10 365 432,0 min manatdan 13 388 644,0 min manata qədər artırıldı, eyni zamanda “Neft-
qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar” ilə
bağlı 1 572,6 min manat məbləğində gəlir maddəsi əlavə edildi, müvafiq olaraq Neft Fondunun
gəlirlərinin ümumi həcmi 10 697 030,6 min manatdan 13 721 815,2 min manata qədər artırıldı.
Gəlirlər
2012-ci il ərzində Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 13 674,1 milyon manat
təşkil etmişdir ki, bu da büdcədə nəzərdə tutulana nisbətən (13 721,8 milyon manat) 99,7%
səviyyəsində yerinə yetirilmiş, valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq 253,4
milyon manat təşkil etmişdir. Gəlir maddələri üzrə:
Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. 2012-ci il ərzində Azərbaycan
Respublikasının payına düşən karbohidrogenlərin satışından Dövlət Neft Fonduna 13 117,4
milyon manat və ya 16 695,8 milyon ABŞ dolları daxil olmuş və bu gəlirlər Fondun büdcəsində
nəzərdə tutulmuş (13 388,6 milyon manat) gəlir maddəsinə nisbətən 98% yerinə yetirilmişdir.
Mənfəət neftinin və qazın satışı ilə bağlı Fondun gəlirlərinin daha az icra olunması 2012-ci il
ərzində xam neftin hasilatının Fondun büdcəsində nəzərdə tutulana nisbətən aşağı olması ilə
izah olunur. Eyni zamanda ARDNŞ tərəfi ndən 30.10.2012-ci il tarixində satılmış 2,1 milyon barel
xam neft partiyasının satışından əldə ediləcək 234,2 milyon ABŞ dolları məbləğində vəsait Neft