Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

76

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU



77

6.  BİZİM DƏYƏRLƏRİMİZ:

HÖRMƏT, KOLLEKTİV İŞ, İNAM, ŞƏFFAFLIQ 

Yarandığı gündən etibarən Dövlət Neft Fondu Azərbaycanın, eləcə də dünyanın bir çox təşkilatları, 

maliyyə qurumları, bankları ilə  sıx  əməkdaşlıq edir. Fond əməkdaşlıq etdiyi bütün təşkilatlarla 

münasibətlərini hörmət, şəffaflıq, qarşılıqlı inam, etibarlı tərəfdaşlıq prinsipləri əsasında qurur. 

Dövlət Neft Fondu tərəfindən qısa müddət ərzində yüksək uğur əldə etmənin səbəbi kollektivin 

öz işinə yaradıcı yanaşması, fədakar  əməyi,  əsasən də, peşəkarlığın artırılması  və korporativ 

mədəniyyətin qurulmasıdır. Yüksək ixtisaslı, peşəkar və gənc kadrlardan formalaşmış komanda 

şəxsiyyətə hörmət, qarşılıqlı inam, məsuliyyət, komanda halında çalışmaq kimi meyarları əsas tutur. 

Dövlət Neft Fondu kollektivin həmrəyliyinə, işçilər arasında etibarın olmasına, qarşılıqlı anlaşmaya, 

düzgünlüyə, vicdanlılığa və kollektiv işə böyük önəm verir. Məhz kollektiv iş  və ümumi səylər 

nəticəsində Dövlət Neft Fondu böyük uğurlar əldə etmiş və nəinki Azərbaycanda, o cümlədən 

beynəlxalq arenada da yüksək nüfuz qazanmışdır.  Şəffaflıq Təşəbbüsünün tətbiqi nəticəsində 

Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq ölkənin hər barel neftin, hər kub metr qazın 

satışından  əldə etdiyi bütün vəsaitləri barədə istənilən məlumatı  vətəndaşlarımız Dövlət Neft 

Fondunun rəsmi internet saytından əldə edə bilərlər. Əldə edilən vəsaitlərin geniş ictimaiyyətə 

açıqlanması  vətəndaşların və beynəlxalq təşkilatların Dövlət Neft Fondunun şəffaf fəaliyyətinə 

yüksək inam hissini yaradır. 

Dövlət Neft Fondu yüksək ixtisaslaşmış qurum olaraq fəaliyyətini şəffaflıq prinsipi və kriteriyaları 

əsasında qurur. Tərəfdaş təşkilatlarla, işçilər və xarici menecerlər ilə birlikdə şəffaflıq prinsiplərinə 

əsaslanan, müasir standartlara uyğun fəaliyyət göstərən Fond Azərbaycanda və beynəlxalq 

aləmdə etibarlılıq və şəffaflıq nümunəsi olan qurum kimi yüksək dəyərləndirilir. MHŞT-nin prinsip 

və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə 

görə Neft Fondu “BMT-nin Dövlət Qulluğu Mükafatı” və “2009-cu il MHŞT mükafatı”na layiq 

görülmüşdür. 

Müasir texnologiyalar tətbiq edərək ölkəmizin resurslarından səmərəli istifadə etmək, əldə edilən 

gəlirləri xalqın və ölkənin rifahına yönəltmək, neftdən əldə edilən vəsaitdən yalnız bugünkü deyil, 

gələcək nəsillərin də faydalana bilməsi, vəsaitlərin nəsillər arasında  ədalətli bölüşdürülməsinin 

təmin edilməsi Dövlət Neft Fondunun əsas məqsədləridir. Qarşılıqlı hörmət, inam, komanda 

ruhunda çalışmaq,  şəffaf fəaliyyət isə bu məqsədlərin həyata keçirilməsi üçün əlverişli zəmin 

yaradır.


7.  DÖVLƏT NEFT FONDUNUN 

2012-Cİ İL BÜDCƏSİNİN İCRASI

Dövlət Neft Fondunun 2012-ci il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 

2011-ci il tarixli 570 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

2012-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial-məişət məsələləri və məskunlaşması ilə 

bağlı həyata keçirilən tədbirlərin vaxtında icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası 

Prezidentinin 2012-ci il 8 fevral tarixli 589 nömrəli Fərmanı ilə Dövlət Neft Fondunun büdcəsinə 

dəyişikliklər edildi. Dəyişikliklərə əsasən Fondun büdcəsinin qaçqın və məcburi köçkünlərin sosial-

məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 

110 000,0 min manatdan 300 000,0 min manata qədər, müvafiq olaraq Neft Fondunun büdcə  

xərclərinin ümumi həcmi  10 561 304,0 min manatdan 10 751 304,0 min manata qədər artırıldı. 

Eyni zamanda 2012-ci ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması  şəraitində 

karbohidrogenlərin istismarı ilə əlaqədar Hasilatın Pay Bölgüsü barədə Sazişlərdən Azərbaycan 

dövlətinə  əlavə  gəlirlərin daxil olacağını  nəzərə alaraq, habelə Azərbaycan Respublikasının 

2012-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət 

Neft Fondunun 2012-ci il üçün büdcə gəlirlərinin dəqiqləşdirilməsini təmin etmək məqsədi ilə 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli Fərmanı ilə Neft Fondunun 2012-ci il 

büdcəsində növbəti dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının payına 

düşən karbohidrogen ehtiyatlarının satışından  əldə edilən xalis gəlirlər ilə bağlı  gəlir maddəsi 

10 365 432,0 min manatdan 13 388 644,0 min manata qədər artırıldı, eyni  zamanda “Neft-

qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar” ilə 

bağlı 1 572,6 min manat məbləğində gəlir maddəsi əlavə edildi, müvafiq olaraq Neft Fondunun 

gəlirlərinin ümumi həcmi 10 697 030,6 min manatdan 13 721 815,2  min manata qədər artırıldı. 



Gəlirlər

2012-ci il ərzində Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 13 674,1 milyon manat 

təşkil etmişdir ki, bu da büdcədə  nəzərdə tutulana nisbətən (13 721,8 milyon manat) 99,7% 

səviyyəsində yerinə yetirilmiş, valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq 253,4 

milyon manat təşkil etmişdir. Gəlir maddələri üzrə:

Mənfəət neftinin və qazın satışından  əldə edilən gəlirlər.  2012-ci il ərzində Azərbaycan 

Respublikasının payına düşən karbohidrogenlərin satışından Dövlət Neft Fonduna 13 117,4 

milyon manat və ya 16 695,8 milyon ABŞ dolları daxil olmuş və bu gəlirlər Fondun büdcəsində 

nəzərdə tutulmuş (13 388,6 milyon manat) gəlir maddəsinə nisbətən 98% yerinə yetirilmişdir. 

Mənfəət neftinin və qazın satışı ilə bağlı Fondun gəlirlərinin daha az icra olunması 2012-ci il 

ərzində  xam neftin hasilatının Fondun büdcəsində nəzərdə tutulana nisbətən aşağı olması ilə 

izah olunur. Eyni zamanda ARDNŞ tərəfi ndən 30.10.2012-ci il tarixində satılmış 2,1 milyon barel 

xam neft partiyasının  satışından əldə ediləcək 234,2 milyon ABŞ dolları məbləğində vəsait Neft 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə