Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

68

NEFT FONDU - ŞƏFFAF SUVEREN FOND

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

NEFT FONDU - ŞƏFFAF SUVEREN FOND

69

2004-cü il noyabrın 24-də MHŞT üzrə Komissiya, yerli və xarici neft və qaz şirkətləri və qeyri-

hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin 

Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda 

nəzərdə tutulmuş mexanizmə uyğun olaraq Azərbaycan hökuməti Təşəbbüs üzrə hesabatlarını 

açıqlayır. Memoranduma əsasən hökumətin və şirkətlərin hesabatlarını təhlil edərək tutuşdurmaq 

üçün beynəlxalq nüfuzlu audit şirkəti seçilir. Audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilir 

və onun qalibi Memorandum tərəflərinin nümayəndələrindən ibarət MHŞT üzrə Çoxtərəfli Qrup 

(ÇQ) tərəfindən müəyyən edilir. 

Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən bütün yerli və xarici şirkətlər, o cümlədən 

dövlət müəssisələri MHŞT-nin tətbiqi prosesinə qatılmışdır. Hökumət MHŞT-nin tətbiqi prosesinin 

işlənib hazırlanması, monitorinqi və qiymətləndirilməsində vətəndaş cəmiyyətinin də fəal iştirakını 

təmin etmişdir.

2012-ci ildə Neft Fondu MHŞT-nin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. 

2012-ci il fevralın 14-15-də İngiltərənin Susseks şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 

19-cu iclası keçirilmişdir. Azərbaycanı  İdarə Heyətində  təmsil edən MHŞT üzrə hökumət 

Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun başçılıq 

etdiyi nümayəndə heyəti iclasda iştirak etmişdir. 

2012-ci il  martın 26-30-da  Qırğızıstan və Tacikistan və 2012-ci il noyabrın 5-də  Əfqanıstan 

nümayəndə heyətlərinin Azərbaycana səfəri baş tutmuşdur. Səfərlər çərçivəsində heyətlərin 

ARDNF-də bir sıra görüşləri keçirilmiş, görüşlər zamanı nümayəndə heyətləri Azərbaycanın hasilat 

sənayesindən  əldə olunan gəlirlərinin idarə olunması  və  şəffaflığın təmin olunması sahəsində 

Azərbaycanın təcrübəsini öyrənmişlər. 

2012-ci il dekabrın 14-də “Mur Stefens” (Moore Stephens) audit şirkəti və MHŞT üzrə Katiblik 

tərəfindən BP şirkətinin təşkilati dəstəyi ilə Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən 

yerli və xarici şirkətlərə təlim keçirilmişdir. Təlimin əsas məqsədi Azərbaycanda MHŞT hesabatlarının 

tutuşdurulması zamanı  aşkarlanan fərqlər və  səhvlərin aradan qaldırılması  və onların növbəti 

hesabatlılıq illərində azaldılması ilə MHŞT hesabatlılığının keyfiyyətinin artırılmasına nail olmaqdır. 

Azərbaycanda belə bir təlimin ilk dəfə  həyata keçirilməsi iştirakçılara həm digər  şirkətlərin 

əməkdaşları, həm də auditorla birbaşa ünsiyyətdə olmaq imkanı yaratmışdır. Bununla da, iştirakçılar 

MHŞT hesabatlarının hazırlanması barədə yaranan suallara və qaranlıq qalan məqamlara operativ 

şəkildə cavab tapmağa müvəffəq olmuşdur. Təlimdə yerli və xarici şirkətlərin nümayəndələri iştirak 

etmiş və MHŞT hesabatlarının hazırlanması üzrə öz peşəkarlıqlarını artırmışdır. 

2012-ci il iyunun 4-də keçirilmiş MHŞT üzrə ÇQ-nin iclasında Mur Stefens audit şirkəti tərəfindən 

yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu 

daxilolmaları barədə 16-cı hesabatı (2011-ci il üzrə) açıqlanmışdır. Hesabata eyni zamanda hasilat 

sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit 

şirkətinin verdiyi rəy də daxildir.

2012-ci il iyulun 17-də keçirilmiş MHŞT üzrə ÇQ-nin iclasında Mədən Sənayesində  Şəffaflığın 

Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 16-cı hesabat (2011-ci il üzrə) - hökumətin hesabatı və 

Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlamışdır. 

2012-ci il avqustun 31-də ayrı-ayrılıqda açıqlanan Azərbaycan Respublikası Hökumətinin mədən 

hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat, Müstəqil Mühasiblərin Rəyi 

və İctimai Birliklərin MSŞA Koalisiyasının Rəyini özündə cəmləşdirən vahid sənəd - MHŞT hesabatı 

ilk dəfə dərc olunmuşdur. 

2012-ci il iyunun 29-da MHŞT-nin Azərbaycanda tətbiqi üzrə 2011-ci ili əhatə edən ilk hesabat 

dərc olunmuşdur. Yeni hesabat MHŞT üzrə 2011-ci ildə Parisdə keçirilmiş V Qlobal Konfransda 

qəbul edilmiş MHŞT üzrə yeni qaydalara əsasən dərc edilmişdir.  

2012-ci il sentyabrın 24-də ARDNF-də Afrika İttifaqının gənclərdən ibarət nümayəndə heyətinin 

görüşü keçirilmişdir. Görüşdə Afrika İttifaqının 16 ölkəsi təmsil olunmuşdur. Bu görüşlərdə 

Azərbaycanda neft və qaz sektoru sahəsində mövcud vəziyyət, milli strategiya, neft gəlirlərinin 

idarə edilməsi, MHŞT-nin Azərbaycanda tətbiq mexanizmi və koordinasiya strukturu, bu sahədə 

mövcud çətinliklər və perspektivlər, MHŞT-nin ölkə üçün əhəmiyyəti və s. aspektlər barədə ətraflı 

müzakirələr aparılmışdır. Gənclər Azərbaycanda MHŞT-nin tətbiqi və hesabatlılıq mexanizmi 

barədə onları maraqlandıran suallara cavab tapmışdır.

2012-ci il dekabrın 21-də MHŞT üzrə ÇQ-nin 2012-ci il üzrə son iclası keçirilmişdir. İclasda ÇQ-

nin 2013-cü il üzrə İş planı təsdiqlənmiş, MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər 

müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.



5.3. Suveren Fondların Beynəlxalq Forumu 

Suveren Fondların Beynəlxalq Forumu (SFBF və ya Forum) Suveren Fondların Beynəlxalq  İşçi 

Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır. SFBF 

könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında 

fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını 

asanlaşdırmaqdır. 

Azərbaycan Respublikası Dövlət Neft Fondu SFBF-nin aktiv üzvüdür və davamlı olaraq Forumun 

iclaslarında iştirak edir. Təsadüfi deyil ki, SFBF-nin ilk görüşü 2009-cu il 8-9 oktyabr tarixlərində 

Azərbaycan hökuməti və Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir. 

İllik əsasda baş tutan SFBF-nin dördüncü görüşü 2012-ci ilin 5-7 sentyabr tarixlərində Meksikanın 

Mexiko şəhərində baş tutmuşdur. Meksikanın Maliyyə və Dövlət Krediti Nazirliyinin təşkil etdiyi 

görüşdə SFBF-nin üzvləri tərəfindən Santyaqo Prinsiplərinin tətbiqi, risklərin idarə olunması və 

investisiya mühiti, açıq investisiya mühitinin təmin olunması, eləcə də Forumun idarə olunması 

məsələləri müzakirə olunmaqla Forumun 2011-ci ilin may ayında Pekində üzərinə götürdüyü 

öhdəliklərdə irəliləyiş əldə olundu.

Santyaqo Prinsiplərinin 24-cü prinsipinə əsasən Neft Fondu bu prinsiplərin tətbiqi ilə bağlı ilk 

hesabatını 2011-ci ilin may ayında ictimaiyyətə açıqlamışdır və hesabat illik əsasda nəzərdən 

keçirilir. Hesabat ilə ətraflı şəkildə Əlavə 1-də tanış olmaq olar.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə