Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   2   3   4   5   6   7   8   9   ...   42

10

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

11

2. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

2.1. Makroiqtisadi mənzərə

Dünya iqtisadiyyatında, xüsusilə  də Avrozonada davam edən maliyyə böhranı  şəraitində ölkə 

iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamışdır. Neft hasilatının aşağı düşməsi və buna səbəb 

olaraq neft sektorunda Ümumi Daxili Məhsul (ÜDM) istehsalının azalması fonunda qeyri-neft 

sektorunda artım makroiqtisadi inkişafın  əsas mənbəyinə çevrilmişdir. 2012-ci ildə qeyri-neft 

sektorunun hesabına formalaşan ümumi iqtisadi artım 2,2% təşkil etmişdir. 2012-ci ildə qeyri-

neft sektorunda artım 9,7% təşkil edərək qlobal maliyyə böhranından sonrakı dövrdə ÜDM-in 

strukturunda ən yüksək səviyyəyə çatmışdır.   

2012-ci ildə əsas kapitala 15,3 milyard manat həcmində investisiyalar yatırılmış, bunun təqribən 

79%-ni daxili investisiyalar, 21%-ni isə xarici investisiyalar təşkil etmişdir. Adambaşına düşən 

ÜDM-in həcmi 5,9 min manat səviyyəsində olmuş, əhalinin gəlirləri real ifadədə 12,5% artmış, 

işsizlik 5,2%, yoxsulluq 6%-ə kimi azalmışdır.  İnflyasiya  əvvəlki illərlə müqayisədə  ən aşağı 

səviyyəsinə, 1,1%-ə çatmışdır.

Real sektor. 2012-ci ildə neft hasilatında azalma sənaye istehsalı həcminin 3,8%-ə qədər aşağı 

düşməsinə səbəb olmuşdur. Real ifadədə ÜDM-in artımı əvvəlki ilə nəzərən daha böyük olmuş, 

ÜDM istehsalında və artımında qeyri–neft sektorunun çəkisi neft sektorunu üstələmişdir. Qeyri-

neft sektorunun ÜDM-də çəkisi 52,7%-ə çatmışdır.



            

Qrafi k 2.1.1. 

Qeyri-neft sektorunun ÜDM-də çəkisi 

37,8%


45,3%

50,3%


48,8%

52,7%


2008

2009


2010

2011


2012

Mənbə: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

ÜDM-in istehsal üzrə strukturunda əsas yeri sənaye istehsalı tutmuş  və bu sahənin ÜDM-də 

çəkisi 50,0%-ə bərabər olmuşdur. Bununla yanaşı, qeyri-neft sektorunun sahəvi inkişafında da 

əhəmiyyətli artımlar baş vermişdir. Belə ki, tikinti sahəsində real artım 18,4%, xidmətlərin istehsalı 

sahəsində 7,6%, məhsula və idxala xalis vergilər üzrə 7,0%, kənd, meşə və balıqçılıq təsərrüfatları 

sahəsində 5,8% təşkil etmişdir. İstehsal sahələrinin ÜDM-dəki çəkisi və artım dinamikaları Qrafik  

2.1.2. və 2.1.3.-də göstərilmişdir.

              

5,8%

7,0%


7,6%

18,4%


Qrafik 2.1.3.

ÜDM-in

Qeyri-neft

istehsal sah

üzr

ımı

ələri

ə art

Tikinti


Xidmətlərin

istehsalı

Məhsula və idxala

xalis vergilər

Kənd, meşə və

balıqçılıq

təsərrüfatları

 

Mənbə: Azərbaycan Respublikasının  

Mənbə: Azərbaycan Respublikasının

 

İqtisadi İnkişaf Nazirliyi   

İqtisadi İnkişaf Nazirliyi

Yerli və beynəlxalq aidiyyatı təşkilatların proqnozlarına əsasən artımın növbəti ildə daha pozitiv 

olması gözlənilir. Belə ki, Dünya Bankının (DB), Beynəlxalq Valyuta Fondunun (BVF), Avropa 

Yenidənqurma və İnkişaf Bankının (AYİB), eləcə də Asiya İnkişaf  Bankının (AİB) son hesabatlarına 

əsasən 2013-cü ildə ölkədə iqtisadi artımın  4% ətrafında olması proqnozlaşdırılır.

Qrafi k 2.1.4. 

Gözlənilən iqtisadi artım

4,0%


3,1%

4,1%


4,2%

2013


AY

İB

AİB



BVF

DB

Strateji valyuta ehtiyatları. 2012-ci ilin əvvəlinə 29 800,0 milyon ABŞ dolları  təşkil etmiş Fondun 

vəsaiti il ərzində 4 329,4 milyon ABŞ dolları və ya 14,5% artaraq ilin sonuna 34 129,4 milyon ABŞ 

dolları təşkil etmişdir.




12

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

13

Qrafi k 2.1.5.

 2001-2012-ci illər ərzində Dövlət Neft Fondunun vəsaitinin artım dinamikası 

(31.12.2012 tarixinə, milyon ABŞ dolları ilə)

Son illər  ərzində Neft Fondunun vəsaitinin ÜDM-də  çəkisi  əhəmiyyətli dərəcədə artmışdır və 

2012-ci ildə bu göstərici 50% səviyyəsində olmuşdur.

Qrafi k 2.1.6. 

Dövlət Neft Fondunun vəsaitinin ÜDM-ə nisbəti

31 dekabr 2012-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları ilə birlikdə ölkənin strateji valyuta 

ehtiyatlarının həcmi 45,8 milyard ABŞ dollarını keçmişdir ki, bu vəsaitin 74,5%-ə  qədəri Neft 

Fondunun vəsaiti hesabına formalaşmışdır.     



Qrafi k 2.1.7. 

Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları (milyard ABŞ dolları ilə)

2001-2012-ci illər ərzində Neft Fondunun daxilolmaları 83,7 milyard ABŞ dolları təşkil etmiş, bu 

vəsaitin təqribən 40,8%-i yığıma yönəldilmişdir. Neft Fondunun illər üzrə yığım səviyyəsi Qrafi k 

2.1.8.-də göstərilir. 



Qrafi k  2.1.8.

 2001-2012-ci illər  ərzində Neft Fondunun yığım səviyyəsinin dinamikası 

(milyon ABŞ dolları ilə)

Ümumilikdə ötən ilin sonuna kimi Fonda daxil olan vəsaitlərin 41%-ə qədəri yığıma, 59%-i isə 

istifadəyə yönəldilmişdir.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə