Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

40

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

41

Cari il ərzində Fondun sabit gəlirli qiymətli kağızlar portfelində  aşağı kredit reytinqinə malik 

istiqrazların həcmi əvvəlki ilə nisbətən daha da artırılmışdır. 2011-ci ilin sonunda Fondun sabit 

gəlirli qiymətli kağızlar portfelində istiqrazların kredit reytinqləri üzrə  təsnifatında “AAA” və 

“AA” reytinqinə malik qiymətli kağızların xüsusi çəkisi müvafi q olaraq 36,44% və 14,30% təşkil 

etdiyi halda, bu göstərici 2012-ci ildə müvafi q olaraq 32,96% və 10,98%-ə  bərabər olmuşdur. 

Hesabat ilində həm ABŞ dolları, Avro və İngilis funt sterlinqində ifadə olunan aktivlərdə inkişaf 

etməkdə olan ölkələrin çəkisinin artması, həm də Türkiyə lirəsi və Rusiya rublunda həyata keçirilən 

investisiyalarda yalnız yerli emitentlərin nəzərə alınması “A” və daha aşağı kredit reytinqinə malik 

qiymətli kağızların portfeldəki həcminin artması ilə nəticələnmişdir. 



Qrafi k 3.2.5. 

Sabit gəlirli qiymətli kağızlar portfelindəki istiqrazların kredit reytinqinə görə 

bölgüsü 

Səhmlərə investisiyalar

2012-ci il üçün təsdiq edilən yeni investisiya siyasətinə  əsasən Neft Fondunun aktivlərinin 

5%-ə qədərinin səhmlərə investisiya edilməsi nəzərdə tutulmuşdur. Bu investisiyalar üçün Fond 

tərəfindən dünyanın inkişaf etmiş ölkələrinin önəmli  şirkətlərinin səhmlərinin daxil olduğu 

MSCİ World indeksi bençmark olaraq seçilmiş və passiv idarəetmə üsulu tətbiq edilmişdir. İlkin 

mərhələdə Fond tərəfindən bu investisiyaların xarici menecerlər tərəfindən həyata keçirilməsinə 

qərar verilmişdir. Nəticədə UBS Global Asset Management və State Street Global Advisors (SSgA) 

şirkətləri Fondun səhm portfelinin idarə edilməsi üzrə xarici menecer seçilmişlər. Bu sahədə lazımi 

bilik və bacarıqların toplanılmasından sonra gələcəkdə bu portfelin də daxildə idarə edilməsi 

nəzərdə tutulmuşdur. 

Xarici menecerlər vasitəsilə Fondun səhmlərə etdiyi investisiyaların həcmi nominal olaraq 600 

milyon ABŞ dolları təşkil etmişdir. İlin sonuna Fondun səhm portfelində inkişaf etmiş ölkələrin 

1600-dən çox şirkətinin səhmləri yer almışdır. 

İnkişaf etməkdə olan ölkələrin özəl səhm fondlarının təşviq edilməsi və onların investorlara 

daha yaxından tanıdılması hal-hazırda kifayət qədər prioritet məsələlərdəndir. Hesabat ilində 

ARDNF Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə birgə Katalizator Fonduna investisiya 

edəcəyi ilə bağlı qərar vermişdir.  BMK tərəfindən idarə ediləcək Fondun əsas hədəfi inkişaf 

etməkdə olan ölkələrdə bərpa olunan enerji və iqlim problemlərinin həllinə yönəlik layihələrin, 

eləcə də bu sahədə fəaliyyət göstərən fondların təşviqinin həyata keçirilməsidir. Katalizator 

Fondu qeyd edilən sahələrdə mövcud olan fondlara, eləcə də bu sahədə fəaliyyət göstərən 

şirkətlərə birbaşa investisiya həyata keçirəcəkdir.  Fondun investisiyaların həyata keçirilməsi 

ilə bağlı öhdəlik müddətləri fondlar üçün 3 il, müştərək investisiyalar üçün isə 5 il təşkil edir.  

ARDNF-nin Katalizator Fonduna (ümumi investisiya həcmi 280 milyon ABŞ dolları) 50 milyon 

ABŞ dolları həcmində vəsait yatıracağı nəzərdə tutulmuşdur. 

Qeyd edək ki, 2010-cu ildə ARDNF ümumi investisiya məbləği 1 milyard ABŞ dolları həcmində 

olan və inkişaf etməkdə olan ölkələrin inkişaf vəd edən şirkətlərinə investisiyaları nəzərdə tutan 

BMK-nın Afrika, Latın Amerikası və Karib Fonduna (ALAK) 100 milyon ABŞ dolları məbləğində 

sərmayə yatırmaqla bağlı qərar qəbul etmişdi. 2012-ci ilin dekabr ayına ARDNF tərəfindən 

54,7 milyon ABŞ dolları həcmində vəsait ALAK Fonduna yatırılmışdır.

Daşınmaz əmlaka investisiyalar

ARDNF 2012-ci ildə Avropanın bir sıra önəmli  şəhərlərində müvafiq ofis komplekslərinə sahib 

olmaqla daşınmaz əmlaka ilkin investisiyalarını həyata keçirmişdir. Fondun daşınmaz əmlak investisiya 

strategiyasının əsas məqsədi bu sahədə kifayət qədər inkişaf etmiş, yüksək şəffaflıq və likvidliklə 

səciyyələnən, müvafiq qanunverici bazaya və uzunmüddətli icarə ənənəsinə malik ölkələrin əsas 

mərkəz-biznes ərazilərinə birbaşa investisiyaların həyata keçirilməsindən ibarətdir.  İlkin mərhələdə 

investisiyalar əsasən müxtəlif təyinatlı ofis tipli daşınmaz əmlaka yönəldilmişdir. ARDNF cari il ərzində 

müvafiq olaraq London, Moskva və Paris şəhərlərində investisiyalar həyata keçirmişdir:

 



Londonun Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 İngilis funt sterlinqi 



(285 550 000 ABŞ dolları) təşkil edən ofis kompleksi (investisiya prosesi dekabr ayında 

başa çatdırılmışdır);

 



Moskva  şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və  dəyəri 



133 000 000 ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi (investisiya 

prosesi dekabr ayında başa çatdırılmışdır);




42

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

43

 



Paris  şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 000 000 avro 

(180 000 000 ABŞ dolları) təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz 

əmlak kompleksi (investisiya prosesi 2013-cü ilin mart ayında başa çatdırılacaqdır).

Bu  əmlaklara investisiyalar Fondun daşınmaz  əmlak üzrə investisiya strategiyasının həyata 

keçirilməsində  uğurlu addım olmuşdur. Dünyanın önəmli  şəhərlərinin kommersiya daşınmaz 

əmlak bazarlarının güclü fundamental əsasları, eləcə də gələcək illər ərzində əldə ediləcək yüksək 

sabit gəlirlilik Fondun daşınmaz əmlak investisiyalarında kifayət qədər önəmə sahib amillərdir. 

2013-cü ildə Fond daşınmaz əmlak üzrə investisiya coğrafiyasını genişləndirərək digər regionlara 

da investisiyalar həyata keçirmək və beləcə bu portfelin yüksək diversifikasiyasına nail olmaq 

niyyətindədir. 



Qızıl

ARDNF-nin İnvestisiya qaydalarına əsasən onun vəsaitlərinin 5%-ə qədəri qızıla investisiya edilə 

bilər ki, Fond da bu investisiyaları London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının 

(LQMBİA) tətbiq etdiyi standartlara uyğun qızıl külçələrin alınması yolu ilə həyata keçirir. Qızılın 

yüksək qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan 

qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il 

müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılmışdır. 

Fond tərəfindən 1 fevral 2012-ci il tarixindən etibarən həftəlik olaraq LQMBİA-nın üzvü olan 

banklardan və həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan 25 qızıl külçənin (10 000 

troya unsiyası) alışına başlanılmışdır. 2012-ci il 31 dekabr tarixinə ARDNF-nin investisiya portfelinə 

daxil edilmiş qızılın miqdarı 14 934 kq (480 146 troya unsiyası) təşkil etmişdir. Fond tərəfindən 

alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri 

nəzərə alınaraq JP Morgan Bankının London anbarı seçilmişdir. 

Növbəti mərhələdə strateji əhəmiyyətli rezerv xarakteri daşıyan qızıl ehtiyatlarının ölkəyə gətirilməsi 

və burada saxlanılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Qızıl ehtiyatlarından əlavə gəlirin 

əldə edilməsi məqsədilə həmin ehtiyatların bir hissəsi beynəlxalq maliyyə bazarlarında fəaliyyət 

göstərən nüfuzlu banklarda qısamüddətli depozitlər şəklində yerləşdirilmişdir.

3.3. Neft Fondunun gəlirliliyi 

Gəlirliliyin hesablanması metodologiyası. Neft Fondunun vəsaitlərinin gəlirliliyinin 

hesablanması 21 aprel 2009-cu il tarixli 5 nömrəli sərəncam ilə  təsdiq olunmuş “Azərbaycan 

Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin və investisiya portfelinin tərkib hissələri 

olan sub-portfellərin gəlirliliyinin hesablanması Metodologiyası”na uyğun olaraq hesablanır. 

Bu metodologiyaya uyğun olaraq ümumi valyuta vəsaitləri üzrə  gəlirliliyin hesablanması baza 

valyutası Azərbaycan manatı, ABŞ dolları və ya Avro seçilməklə, həmçinin baza valyutası olmadan 

(yəni valyuta məzənnələrinin dəyişməsi nəzərə alınmadan) həyata keçirilir. Sub-portfellər üzrə 

gəlirliliyin hesablanması bu portfellərin müvafiq valyutasında (lokal valyuta) və ABŞ dolları baza 

valyutası seçilməklə (valyuta komponentinin təsiri göstərilmək şərti ilə) həyata keçirilir. 

Gəlirliliyin hesablanması prosesində aşağıda sadalanan zəruri məlumatlardan istifadə olunur: 



Günün sonuna portfelin lokal valyutada bazar dəyəri. Günün sonuna portfelin lokal valyutada 

bazar dəyərinin müəyyən edilməsi üçün kastodial bankdan alınan və Neft Fondunun istifadə etdiyi 

portfelin idarə olunması sisteminin məlumat bazasında saxlanılan qiymətlər istifadə olunur. Ayın 

sonuna portfelin lokal valyutada bazar dəyərinin hesablanması zamanı isə kastodial bankdan 

alınan, auditdən keçmiş  və Neft Fondunun istifadə etdiyi portfelin idarə olunması sisteminin 

məlumat bazasında saxlanılan qiymətlər nəzərə alınır. 



Dünənki günün sonuna portfelin lokal valyutada bazar dəyəri.  Dünənki günün sonuna 

portfelin lokal valyutada bazar dəyərinin müəyyən edilməsi üçün kastodial bankdan alınan və 

Neft Fondunun istifadə etdiyi portfelin idarə olunması sisteminin məlumat bazasında saxlanılan 

qiymətlər istifadə olunur. 



Günün sonuna Neft Fonduna daxil olmuş vəsaitlərlə Fonddan xaric olmuş vəsaitlərin fərqi 

nəticəsində formalaşan xalis daxilolmalar. Xalis daxilolmalar Neft Fondunun istifadə etdiyi 

portfelin idarə olunması sistemindən gündəlik olaraq əldə edilir. 



Neft Fondunun 2012-ci ildə gəlirliliyi. Neft Fondunun investisiya portfelinin ümumi gəlirliliyi 

2006-cı, 2007-ci, 2008-ci, 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq 4,2%, 4,5%, 3,8%, 

3,3%, 1% və 0,8% təşkil etmişdir. 2012-ci ildə isə  vəsaitlərinin idarə edilməsi ilə bağlı ümumi 

gəlirlilik 2,2% təşkil etmişdir. 



Qrafik 3.3.1. 

Neft Fondunun investisiya portfelinin gəlirliliyi 


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə