Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

44

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

45

3.4. İnvestisiya məhdudiyyətləri 

Neft Fondunun valyuta vəsaitləri, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 

511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta 

vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Təlimatı) 

uyğun olaraq yerləşdirilir. Bu Qaydalara əsasən Neft Fondunun vəsaitləri aşağıda sadalanan 

aktivlərə investisiya edilə bilər: 

 



Mərkəzi (milli), kommersiya banklarındakı və digər maliyyə təsisatlarındakı depozitlər;



 

İnvestisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik 



dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə  təşkilatlarının, kommersiya 

təşkilatlarının və digər qurumların borc öhdəlikləri; 

 



Dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə  təşkilatlarının, kommersiya 



təşkilatlarının və digər qurumların investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz 

və ya Fiç və ya Mudiz) malik borc öhdəlikləri; 

 



Beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlər;



 

Pay fondlarının, o cümlədən alternativ investisiya fondlarının səhmləri (payları);



 

London Qiymətli Metallar Bazarı  İştirakçılarının Assosiasiyası  tərəfindən tətbiq edilən 



tələblərə uyğun olan qızıl külçələr;

 



Daşınmaz əmlak;

 



İnvestisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri-investisiya 

reytinqinə malik, lakin reytinqi “BB-” (Standard ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit 

reytinqindən aşağı olmayan qiymətli kağızlar və ya təsisatlardakı depozitlər. Bu halda 

Neft Fondunun valyuta vəsaiti üzrə hesablar açılan, beynəlxalq maliyyə bazarlarında 

tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən 

banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi “BB-” (Standart 

ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola 

bilər (Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı 

ilə təsdiq edilmiş, 21 dekabr 2001-ci il tarixli 607 nömrəli Fərmanı, 1 mart 2005-ci il tarixli 

202 nömrəli Fərmanı  və 27 oktyabr 2011-ci il tarixli 519 nömrəli Fərmanı ilə  əlavə  və 

dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin 

saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında” Qaydalara əsasən). 

Eyni zamanda Neft Fondunun valyuta vəsaitləri idarə edilərkən valyuta arbitrajı, svop, forvard, 

fyüçers tipli əməliyyatlar yalnız valyuta bazarlarında əməliyyatların aparılması zamanı qiymətin, 

yaxud məzənnənin dəyişməsi ilə əlaqədar mümkün riskin minimuma endirilməsi (hecinq) və ya 

investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması  məqsədilə 

həyata keçirilə bilər. 

İnvestisiya siyasəti 

Neft Fondunun valyuta vəsaitlərinin idarə edilməsi onun hər il Azərbaycan Respublikası Prezidenti 

tərəfindən təsdiq olunan investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. 

Sözügedən siyasətə əsasən: 

Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi büdcə  xərcləri üzrə planlaşdırılan pul və digər 

köçürmələrin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə saxlanılmalıdır. 

Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az 

olmayan hissəsi nağd vəsait və ya onun ekvivalentlərində saxlanmalıdır. Bu vəsaitin həcminin 

göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir. 

Neft Fondunun investisiya portfelinin faktiki ortaçəkili investisiya müddəti (dürasiyası) dünya 

bazarlarındakı cari vəziyyətdən asılı olaraq Neft Fondu tərəfindən müəyyən edilir və 48 ayı 

üstələməməlidir. 

Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya 

portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində 

müəyyən edilir. 

Xarici menecerlər 

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq 

edilmiş, 21 dekabr 2001-ci il tarixli 607 nömrəli, 1 mart 2005-ci il tarixli 202 nömrəli Fərmanı və 

27 oktyabr 2011-ci il tarixli 519 nömrəli Fərmanı ilə əlavə və dəyişikliklər edilmiş “Azərbaycan 

Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə 

edilməsi haqqında Qaydalar”a uyğun olaraq Fondun valyuta vəsaitinin idarə edilməsinə xarici 

menecer (bundan sonra menecer) cəlb edildikdə menecerin özünün və ya onun əsas təsisçisinin 

kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Baa3 (Mudiz) və ya BBB- (Standard ənd 

Purz, Fiç)) aşağı olmamalı, və ya onun aktivlərinin idarə edilməsində beş ildən az olmayan müsbət 

təcrübəsi, və yaxud dəyəri 1 milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsi 

sahəsində səriştəsi olmalıdır. 

2012-ci ilin fevral ayında ARDNF səhm portfelinin passiv idarə edilməsi üzrə Xidmət Təklifləri 

Sorğusu elan etdi. Təqdim olunmuş təkliflərin ətraflı təhlili və qiymətləndirilməsindən sonra State 

Street Global Advisors (SSgA) və UBS Global Asset Management (UBS) qalib elan olundu və 2012-

ci ilin iyun ayında ARDNF bu banklar ilə müqavilə imzaladı. Bundan başqa, 2 aprel 2012-ci ildə 

Credit Suisse və Clariden Leu birləşdikdən sonra, Credit Suisse Clariden Leu-nun tamhüquqlu 

sahibi oldu. Buna müvafiq olaraq, qeyd olunan tarixdən etibarən Clariden Leu-ya olan hər hansı 

cari və gələcək istinadlar Credit Suisse-a ünvanlanmalı idi.

31 dekabr 2012-ci il tarixinə Dövlət Neft Fondunun vəsaitlərini idarə edən xarici menecerlər 

bunlardır: Dünya Bankı, Deutsche AM, Credit Suisse, SSgA və UBS. 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə