Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   2   3   4   5   6   7   8   9   10   ...   42

32

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

33

Qrafik 3.1.4. 

Aparıcı ölkələrin mərkəzi banklarının uçot dərəcələri (2002-2012-ci illər, 

faiz ilə)

Mənbə: Blumberq

Hesabat ilində istər genişmiqyaslı iqtisadi tənəzzülün daha da kəskinləşməsinə, istər banklararası 

qısamüddətli faiz dərəcələrinin artması ilə  əlaqədar yaranan likvidlik problemlərinə, istərsə  də 

suveren borc böhranına qarşı mübarizə aparmaq məqsədilə Avropa Mərkəzi Bankı (AMB) aktiv 

şəkildə qeyri-ənənəvi monetar siyasətini davam etmişdir. 2012-ci ilin iyul ayında AMB rəsmi olaraq 

Qiymətli Kağızlar Bazarı proqramının başa çatdığını və Birbaşa Monetar Əməliyyatlar proqramının 

başlandığını elan etmişdir. Bu proqram qaytarılma müddəti 3 ilədək olan dövlət qiymətli kağızlarının 

AMB tərəfindən maliyyə bazarlarından alınmasını özündə əks etdirir. AMB 2012-ci ildə yerli bankları 

qaytarılma müddəti 3 il olmaqla qeyri-məhdud həcmdə likvidliklə təmin etmişdir. Adıçəkilən qurum 

eyni zamanda fevral ayında növbəti dəfə kifayət qədər uzunmüddətli maliyyələşmə  əməliyyatı 

həyata keçirmişdir ki, bunun da ümumi həcmi 530 milyard Avro təşkil etmişdir. Cari ilin iyul ayında 

Avropa Mərkəzi Bankı əsas uçot dərəcəsini 0,25% aşağı salaraq 0,75%-ə gətirmişdir ki, nəticədə 

də bu göstərici ilk dəfə olaraq 1%-dən aşağı səviyyədə yer almışdır. İqtisadi artımın zəifləməsinin 

nəticəsi olaraq qısamüddətli faiz dərəcələrində ciddi azalma müşahidə olunmuşdur ki, bunu həm 

də əlavə likvidlik və bank sektoru riskinin azalması kimi amillərlə də izah etmək olar.

Böyük Britaniya Mərkəzi Bankı 2012-ci ildə dövlət borc öhdəliklərinin alınması proqramını davam 

etdirərək daha 100 milyard İngilis funt sterlinqi dəyərində dövlət istiqrazlarını əldə etmiş və beləliklə 

proqramın ümumi dəyəri 375 milyard İngilis funt sterlinqinə bərabər olmuşdur. Əlavə olaraq cari ilin 

avqust ayında adıçəkilən qurum yeni proqramın həyata keçirilməsinə başlamışdır ki, burada da əsas 

məqsəd dörd il müddətində yerli bankları aşağı faizli kredit ilə təmin etmək olmuşdur. 

Yaponiya Mərkəzi Bankı da öz növbəsində iqtisadiyyatda mövcud olan deflyasiyanın qarşısını 

almaq, eləcə də ölkənin milli valyutası olan yenin məzənnəsini aşağı salmaq məqsədilə dövlət 

borc öhdəliklərinin alınması proqramının həyata keçirilməsinə başlamışdır.

Qrafik 3.1.5. 

Bəzi Avropa ölkələrinin 5 illik Kredit Defolt Svopu (CDS)

Mənbə:Blumberq

Səhm Bazarı

2012-ci ildə dünyanın bir sıra ölkələrinin mərkəzi banklarının, xüsusilə  də AMB-nin səyləri 

nəticəsində  səhm bazarı indekslərində müsbət dinamika müşahidə olunmuşdur. Dünyanın 24 

inkişaf etmiş ölkəsinin önəmli şirkətlərinin səhmlərinin daxil olduğu MSCİ World İndex ili 12,2%, 

inkişaf etməkdə olan ölkələrin səhm bazarı indeksi olan MSCİ EM İndex isə 15,1% gəlirlə başa 

vurmuşdur. ABŞ-ın əsas səhm bazarı indekslərindən biri olan S&P500, xüsusilə indeksə daxil olan 

şirkətlərin cari ildə yüksək mənfəət əldə etmələri hesabına 2012-ci ili 13,4% gəlirlə bağlamışdır. İlin 

ilk yarısı əsasən mərkəzi bankların monetar siyasətləri çərçivəsindəki müdaxilələri və səhm bazarları 

indekslərinin dəyərlərindəki yüksəlmə ilə müşayiət olunmuşdursa, ikinci yarımillik makroiqtisadi 

və siyasi risklər, eləcə də MSCİ World və MSCI EM indekslərinin geriləməsi ilə səciyyələnmişdir. 

AMB, Federal Rezerv və Çin Mərkəzi Bankının birgə  səyləri nəticəsində ilin üçüncü rübündə 

Avropanın səhm bazarı indekslərinin dəyərlərində artım müşahidə olunmuşdur. İspaniyada davam 

edən qeyri-stabil vəziyyət ilin dördüncü rübündə səhm bazarlarında ciddi qiymət dəyişkənliyi ilə 

nəticələnmişdir. Ümumilikdə Avropanın səhm bazarlarında ciddi canlanma yaşanmış, regionun 

önəmli səhm bazarı indeksi olan Eurostoxx 2012-ci ili 15,2% gəlirlə başa vurmuşdur. Avropada 

ölkələr üzrə ayrı-ayrı səhm bazarı indekslərinə gəldikdə isə, Almaniyanın əsas səhm bazarı indeksi 

olan DAX ili 29,1%-lə, Fransanın CAC 40 indeksi isə 14,6% gəlirliliklə başa vurmuşlar. Suveren borc 



34

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ 

35

böhranının başladığı əvvəlki illərdən etibarən ciddi enişdə olan  İspaniya, İtaliya və Portuqaliya 

səhm bazarları indeksləri 2012-ci ildə də yenə mənfi və ya aşağı gəlirlilik nümayiş etdirmişlər. Belə 

ki, İspaniyanın İBEX, İtaliyanın MİB və Portuqaliyanın PSİ səhm bazarı indeksləri ili müvafiq olaraq 

-5,1%, +7,8% və +3%-lik göstəricilərlə yekunlaşdırmışlar. Avropa Birliyi ölkələrinin Yunanıstanı 

Avropa Birliyində saxlamaq istiqamətində göstərdikləri ciddi səylərin nəticəsi olaraq ölkənin əsas 

səhm bazarı indeksi olan Athex 2011-ci ildə qeydə alınmış -52%-lik geriləmədən sonra 2012-ci ili 

32,5% gəlirlə bağlamışdır.

Asiyada isə Yaponiyanın əsas səhm bazarı indeksi olan Nikkei 225 2012-ci ili 23% gəlirlə başa 

vurmuşdur. Bu 2005-ci ildən sonra adıçəkilən indeks üzrə  ən yüksək göstərici olmuşdur. Bu 

nəticədə yeni seçilmiş hökumətin uzun illərdən bəri ölkədə mövcud olan iqtisadi durğunluğa qarşı 

mübarizədə müvafiq stimullaşdırıcı tədbirlərin həyata keçiriləcəyi ilə bağlı verdiyi vədlər önəmli rol 

oynamışdır.

Qrafik 3.1.6. 

 MSCİ World indeksi (2002-2012-ci illər, faiz ilə)

Mənbə:Blumberq

Daşınmaz əmlak

2012-ci ildə dünya daşınmaz əmlak bazarında yaşanan müsbət dinamika gözlənildiyindən daha 

yüksək səviyyədə olmuşdur. Bu sektorda 2012-ci ildə investisiyaların ümumi həcmi keçən ilə nisbətən 

təxminən 2% artmışdır. Bu nəticədə kommersiya daşınmaz əmlak sektoruna edilən investisiyalarda 

xüsusi canlanmanın yaşanması önəmli rol oynamışdır. Hal-hazırda dünya bazarlarında mövcud olan 

aşağı faiz dərəcələri mühiti, eləcə də həm makroiqtisadi vəziyyətdə, həm də borc bazarında yaşanan 

müsbət dəyişiklik investorların bu sahəyə olan maraqlarının artmasına səbəb olmuşdur. Xüsusilə təkrar 

daşınmaz əmlak bazarında yüksək gəlirlilik potensialının mövcud olması səbəbindən 2013-cü ildə 

dünya daşınmaz əmlak bazarında investisiyaların həcminin daha da artacağı proqnozlaşdırılır. Cari il 

ərzində daşınmaz əmlak bazarının icarə istiqamətində nisbətən durğunluq yaşanmışdır ki, burada da 

bu sektorun əsas iştirakçıları olan şirkətlərin yeni inkişaf strategiyalarından daha çox məhsuldarlığın 

artırılması və istehsal xərclərinə qənaətə xüsusi diqqət ayırmaları önəmli rol oynamışdır. Lakin bu 

sahədə də 2013-cü il ərzində müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir.

Xammal bazarları

Neft qiymətlərində 2012-ci ildə baş verən dəyişiklikləri əsasən tələb-təklif və geopolitik amillərlə 

izah etmək mümkündür. İlin ilk rübündə Çinin neftə olan yüksək tələbatı qiymət artımında önəmli 

rol oynamışdır. Bununla yanaşı Avropa İttifaqının  İran neftinə embarqo tətbiq edəcəyi barədə 

açıqlamalarından sonra İran hökuməti  Hörmüz körfəzini bağlaya biləcəyi barədə  bəyanatlar 

vermiş və bütün bunların nəticəsi olaraq Brent markalı neftin bir barelinin qiyməti mart ayında 126 

ABŞ dolları həddinə çatmışdır. 2012-ci ilin ikinci rübündə isə dünya bazarında neftin qiymətlərində 

28%-ə  qədər eniş yaşanmışdır ki, nəticədə  də iyun ayında bir barel neftin qiyməti 90 ABŞ 

dollarına bərabər olmuşdur. Burada ən önəmli səbəb məhz Avrozonada yaşanan suveren borc 

böhranının daha da dərinləşməsi fonunda dünyada neftə olan tələbatın azalması olmuşdur. Neft 

qiymətlərindəki əks trend, yəni yüksəlmə meylləri isə iyul ayının 1-dən etibarən Avropa İttifaqı və 

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə birgə başlamışdır. Bundan əlavə 

ABŞ və Avropa İttifaqında neftə olan mövsümi tələbin artması qiymətlərin daha da yüksəlməsinə 

təkan vermişdir. Dördüncü rübdə isə Nigeriyada baş verən təbii fəlakətlə əlaqədar ölkənin neft 

istehsalı və ixracı sahəsində yaşanan ciddi geriləmə neft qiymətlərinin yüksək həddə qalmasında 

önəmli faktor olmuşdur.



Qrafik 3.1.7. 

 Xam neftin qiymətinin aylar üzrə dinamikası (2012-ci il, ABŞ dolları/barel)

Mənbə:Blumberq


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə