Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   2   3   4   5   6   7   8   9   ...   42

14

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

15

Qrafi k 2.1.9.

 2001-2012-ci illər ərzində Dövlət Neft Fondunun yığım səviyyəsi

Fiskal dayanıqlığın təmin edilməsi. Son illərdə ölkədə fiskal dayanıqlığın təmin edilməsində 

Neft Fondunun rolu artmaqda davam etmişdir. 2008-ci ildən sonrakı illərdə Dövlət Neft 

Fondundan dövlət büdcəsinə edilən transfertlərin həcmində ciddi artımlar baş vermişdir. 2012-ci 

ildə Neft Fondundan 9 905,0 milyon manat dövlət büdcəsinə transfert edilmiş və bu vəsait dövlət 

büdcəsinin gəlirlərinin formalaşmasında əhəmiyyətli yer tutmuşdur. 

Qrafi k 2.1.10. 

2003-2012-ci illər ərzində Dövlət Neft Fondundan transfertin dövlət büdcə 

gəlirlərində nisbəti 

Dövlət Neft Fondunun fəaliyyətinin mühüm  istiqamətlərindən biri olaraq, 2012-ci ildə Fondun 

vəsaitinin bir hissəsi ölkənin sosial-iqtisadi inkişafını təmin edən strateji əhəmiyyətli ümummilli 

layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ildə Neft Fondunun vəsaiti hesabına 

yoxsulluğun azaldılması üzrə dövlət proqramları  və  tədbirlər həyata keçirilmiş, infrastruktur 

sahələri, habelə xaricdə təhsil hesabına insan kapitalının inkişafı üzrə vəsaitlərin ayrılması təmin 

edilmişdir.    

Xarici ticarət. Qlobal iqtisadi böhranın mənfi təsiri xarici ticarətdən də yan keçməmişdir. Dünya 

ticarət dövriyyəsində qabaqcıl ölkələrin mövqeyi əvvəlki ilə nisbətən daha da zəifləmişdir. Belə ki, 

2012-ci ildə qabaqcıl ölkələrdə ixracın artım həcmi 2011-ci ildəki 5,6%-dən 2,1%-ə qədər, inkişaf 

edən ölkələrdə 6,6%-dən 3,6%-ə qədər aşağı düşmüşdür.

2012-ci ildə dünya bazarlarında xam neftin qiymətlərinin yüksək olması ilə əlaqədar xarici ticarətdə 

Azərbaycanın mövqeyi əlverişli olmuşdur. Xarici ticarət dövriyyəsi 33 560,8 milyon ABŞ dolları, o 

cümlədən ixrac əməliyyatlarının həcmi 23 908,0 milyon ABŞ dolları, idxal əməliyyatlarının həcmi 

isə 9 652,9 milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət balansı  təqribən 14 255 milyon dollar 

həcmində profisitlə bağlanmışdır (Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi).

Eyni zamanda ixrac əməliyyatlarının həcmində ötən il ilə müqayisədə 10%, idxal əməliyyatlarının 

həcmində isə 1%-dən artıq azalma olmuşdur. 2012-ci ildə ölkə ixracında azalmaya neft sektorunda 

hasilatın azalması təsir göstərmişdir.



2.2. Neft Fondunun gəlirləri

2012-ci il Neft Fondunun gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına 

düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, tranzit haqları ilə bağlı ödənişlər, bonus 

ödənişləri, akrhesabı ödənişlər, Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər və 

digər daxilolmalar təşkil etmişdir. Ötən il ərzində göstərilən mənbələr üzrə Fonda ümumi həcmi 

13 674,1 milyon manat (17 405,4 milyon ABŞ dolları) təşkil edən vəsait daxil olmuşdur.



Qrafik 2.2.1. 

2012-ci il ərzində Neft Fondunun gəlirlərinin formalaşma mənbələri (milyon 

ABŞ dolları ilə) 

Mənfəət neftinin və qazın satışından  əldə edilən gəlirlər.  2012-ci il ərzində Azərbaycan 

Respublikasının payına düşən karbohidrogenlərin satışından Neft Fonduna 13 117,4 milyon manat 

və  ya 16 695,8 milyon ABŞ dolları daxil olmuşdur. Gəlirlərin strukturu Qrafik 2.2.2.-də göstərilir.



16

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

17

Qrafi k 2.2.2. 

2012-ci il ərzində mənfəət nefti və qazın satışı üzrə gəlirlərin yataqlar üzrə 

strukturu (milyon ABŞ dolları ilə)

0,2


0,9

8,6


9,0

9,1


9,7

12,5


23,0

16 257,3


365,5

Azəri-Çıraq-Günəşli

Şahdəniz

Balaxanı


Binəqədi

Zığ-Hövsan

Kürsəngi-Qarabağlı

Suraxanı


Kürovdağ

Neftçala


Bahar

Mənfəət neftinin satışı ilə bağlı məbləğlər Dövlət Neft Fonduna köçürülərkən neftin nəql edilməsi 

üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta 

xərcləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən tutulur.



Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. Neft Fondunun vəsaitlərinin 

idarə edilməsindən  əldə edilən gəlirlər 544,0 milyon manat və ya 693,5 milyon ABŞ dolları  təşkil 

etmişdir. 2012-ci ildə Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 2,2% təşkil etmişdir.

Tranzit haqları ilə bağlı daxilolmalar. 2012-ci ildə Neft Fondunun digər daxilolma mənbəyini 

karbohidrogenlərin Azərbaycan Respublikasının  ərazisi ilə ötürülməsindən  əldə edilən gəlirlər 

(tranzit haqqı) təşkil etmişdir və bu mənbə üzrə Fondun gəlirləri  7,9 milyon manat və ya 10,0 

milyon ABŞ dolları  səviyyəsində olmuşdur. Tranzit haqları ilə bağlı Fonda daxilolmalar Cədvəl 

2.2.1.-də göstərilir.

Cədvəl 2.2.1.

 2012-ci ildə Neft Fondunun tranzit haqları ilə bağlı daxilolmaları

Vəsaiti köçürən 

qurumun adı

Tarix

Məbləğ

mln. ABŞ dolları

mln. AZN

ABƏŞ


12.01.2012

0,6


0,5

ABƏŞ


14.02.2012

1,0


0,8

ABƏŞ


02.04.2012

0,9


0,7

ABƏŞ


12.04.2012

1,0


0,8

ABƏŞ


24.05.2012

1,0


0,7

ABƏŞ


14.06.2012

0,4


0,3

ABƏŞ


12.07.2012

0,4


0,3

ABƏŞ


14.08.2012

1,0


0,8

ABƏŞ


13.09.2012

1,0


0,8

ABƏŞ


12.10.2012

0,9


0,7

ABƏŞ


14.11.2012

0,8


0,7

ABƏŞ


13.12.2012

1,0


0,8

Cəmi

10,0

7,9

Akrhesabı ödənişlər ilə bağlı daxilolmalar. Neft Fondunun digər daxilolma mənbəyini 

karbohidrogen ehtiyatlarının işlənməsi ilə  əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə 

sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər təşkil etmişdir. Hesabat ilində Dövlət Neft 

Fonduna daxil olmuş akrhesabı ödənişlərin ümumi məbləği 3,0 milyon manat və yaxud 3,8 milyon 

ABŞ dolları təşkil etmişdir. Şirkətlər üzrə akrhesabı ödənişlər Cədvəl 2.2.2.-də göstərilir.

Cədvəl 2.2.2. 

2012-ci ildə Fondun akrhesabı ödənişlər ilə bağlı daxilolmaları 

Vəsaiti köçürən qurumun adı

Yatağın adı

Tarix

Məbləğ

mln.ABŞ 

dolları

mln. 

AZN

GDF SUEZ E&P ABŞERON Bi.Vi.

Abşeron

28.06.2012



0,5

0,4


Total E & P Azərbaycan Bi.Vi.

Abşeron


29.06.2012

1,0


0,7

BP İnternational

Şəfəq-Asiman

29.06.2012

2,1

1,7


Bahar Enerji Opereytinq Limited

Bahar və Qum-dəniz 10.10.2012

0,2

0,2


Cəmi

3,8

3,0

Bonus ödənişlərindən əldə edilən gəlirlər. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı 

sərmayəçilər tərəfindən ödənilmiş bonuslar (mükafatlar) Neft Fondunun növbəti daxilolmasını 

təşkil etmişdir. 2012-ci ildə Fonda daxil olmuş bonus ödənişlərinin ümumi məbləği 1,6 milyon 

manat və yaxud 2,0 milyon ABŞ dolları təşkil etmişdir (Cədvəl 2.2.3.).



Cədvəl 2.2.3. 

2012-ci ildə Neft Fonduna bonus ödənişləri ilə bağlı daxilolmalar

Vəsaiti köçürən 

qurumun adı

Yatağın adı

Tarix

Məbləğ

mln.ABŞ 

dolları

mln. AZN

UQE-LANSER

Balaxanı

02.02.2012

2,0

1,6


CƏMİ

2,0

1,6

Digər gəlirlər və daxilolmalar. Hesabat ilində neft-qaz sazişləri çərçivəsində  sərmayəçilər 

tərəfi ndən (xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş  və ya istifadə olunmayan metal 

qırıntıları, borular) satışı  təşkil olunmuş  və bu aktivlərin satışından Dövlət Neft Fondunun 

daxilolmaları 0,2 milyon manat və yaxud 0,3 milyon ABŞ dolları təşkil etmişdir. 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə