Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   2   3   4   5   6   7   8   9   ...   42

18

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

19

2.3. Neft Fondunun xərcləri

2012-ci ildə Neft Fondunun xərcləri 10 573,6 milyon manat təşkil etmişdir. Fondun vəsaitlərinin 

istifadəsi  aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir: 

1) Dövlət büdcəsinə transfert;

2) Sosial layihələrin maliyyələşdirilməsi;

3)  İnfrastruktur layihələrinin maliyyələşdirilməsi;

4)  İnsan kapitalının inkişaf etdirilməsi;

5) Fondun idarə edilməsi ilə bağlı xərclər.



Qrafi k 2.3.1.

 Neft Fondunun 2012-ci il üzrə xərclərinin strukturu (milyon manat ilə) 

Dövlət büdcəsinə transfert. 2012-ci ildə 9 905,0 milyon manat Neft Fondundan dövlət büdcəsinə 

transfert edilmişdir ki, bu da Fondun ümumi xərclərinin 93,7%-ni təşkil etmişdir. 2003-cü ildən 

etibarən Neft Fondundan dövlət büdcəsinə transfertlərin ümumi məbləği 35 085,0 milyon manat 

təşkil etmişdir.



Qrafi k 2.3.2.

 2003-2012-ci illərdə Neft Fondundan dövlət büdcəsinə transfertin illər üzrə 

bölgüsü (milyon manat ilə)

Sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi. 2012-ci ildə Neft Fondunun vəsaiti 

hesabına aşağıdakı mühüm infrastruktur və sosial yönümlü layihələrin, habelə ölkənin insan 

kapitalının inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramının maliyyələşdirilməsi davam etdirilmişdir: 

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi 

tədbirlər. 2012-ci ildə bu tədbirlərin maliyyələşdirilməsinə 300,0 milyon manat vəsait ayrılmışdır. 

2001-ci ildən etibarən bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 1 157,8 milyon manat 

vəsait yönəldilmişdir. Bu tədbirlər çərçivəsində   20 778  ailə üçün fərdi evlərdən ibarət 61 qəsəbə, 

hündürmərtəbəli binalar və bir çox sosial-infrastruktur obyektləri tikilmişdir. Tədbirlərin  əsas 

məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından 

didərgin düşmüş qaçqın və  məcburi köçkün ailələrinin məskunlaşdırılması  və sosial-məişət 

vəziyyətinin yaxşılaşdırılması üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin 

tikintisini həyata keçirməkdir.



Samur-Abşeron suvarma sisteminin yenidən qurulması.  2012-ci ildə bu layihənin 

maliyyələşdirilməsinə 200,0 milyon manat vəsait ayrılmışdır. 2006-cı ildən maliyyələşdirilən bu 

layihə üzrə ümumilikdə 895,5 milyon manat vəsait ayrılmışdır. Layihənin sifarişçisi olan Meliorasiya 

və Su Təsərrüfatı ASC-nin sifarişlərinə əsasən 2012-ci ildə ayrılmış vəsaitin 82,9 milyon manatı 

Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisinə, 80,8 milyon manatı Taxtakörpü-

Ceyranbatan kanalının tikintisinə, 35,8 milyon manatı Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə,             

0,5 milyon manatı layihə işçi qrupunun saxlanılmasına ayrılmışdır. Layihənin əsas məqsədi Bakı 

və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi 

yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT 

gücündə enerji istehsal etməkdir.



Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi.  2012-ci ildə bu layihənin maliyyələşdirilməsinə 

119,0 milyon manat ayrılmışdır. 2007-ci ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 341,5 

milyon manat vəsait ayrılmışdır. Layihənin əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu 

şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə 

ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etmək və bununla region ölkələrinin 

tranzit potensialının artırılmasıdır. Bu məqsədlə Türkiyə ərazisində 76 km və Gürcüstanın ərazisində 

26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 

160 km uzunluğunda Marabda-Axalkalaki yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata 

keçirilməsi nəzərdə tutulur.



20

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU

21

İnsan kapitalının artırılması

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı. 

Bu proqramın icrası sayəsində “qara qızılın insan kapitalı”na çevrilməsi ideyası reallığa çevrilir. 

2008-ci ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 54,8 milyon manat vəsait ayrılmışdır. 

2012-ci il ərzində Dövlət proqramının maliyyələşdirilməsi üçün 20 milyon manat məbləğində 

vəsait istifadə olunmuşdur. Bu vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların 

yaşayış (11,9 milyon manat), təhsil haqqı (6,6 milyon manat), yol (0,8 milyon manat), tibbi sığorta 

(0,3 milyon manat), viza və qeydiyyat (0,1 milyon manat), digər (0,3 milyon manat), o cümlədən 

Dövlət Proqramı çərçivəsində Azərbaycanlı gənclərin xaricdə təhsilini təşkil etmək məqsədilə Təhsil 

Nazirliyinin əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaş qurumların idarəetmə və təşkilati xərclərinin 

(0,13 milyon manat) ödənilməsinə yönəldilmişdir. 01 yanvar 2013-cü il tarixinə bu proqram 

vasitəsi ilə xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı 1 590-a çatmış və 370 tələbə məzun 

olmuşdur. 2007-2012-ci illərdə qeyd olunan proqramda Təhsil Nazirliyi tərəfindən müəyyən 

olunmuş prioritet sahələr üzrə təhsil alan tələbələr arasında tibb, dövlət idarəetməsi, sənaye və 

informasiya və kommunikasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələr üstünlük təşkil 

etmişdir. Xaricdə təhsil alan tələbələrin ölkələr üzrə bölgüsü Qrafik 2.3.3.-də verilmişdir.

Qrafi k 2.3.3. 

Xaricdə təhsil alan tələbələrin ölkələr üzrə bölgüsü

Fondun idarə edilməsi ilə bağlı xərclər. Dövlət Neft Fondunun 2012-ci il üzrə təsdiq edilmiş 

büdcəsinin “Dövlət Neft Fondunun idarəetmə xərcləri” maddəsi çərçivəsində hesabat ili ərzində 

Fond tərəfindən 29,6 milyon manat vəsait ayrılmış və bu vəsait Fondun büdcə xərclərinin 0,3 %-ni 

təşkil etmişdir. 

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərin tərkibində əməyin ödənişi fondu üzrə 

xərclər 2,35 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı  xərclər 0,94 

milyon manat, təqaüdlər və sosial müavinətlər 0,06 milyon manat, qrant və digər ödənişlər 0,04 

milyon manat, digər xərclər 4,59 milyon manat, qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər 

21,64 milyon manat təşkil etmişdir.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə